Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-898/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə ödənişin geri qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə ödənişin geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı xidmət müqaviləsinə əsasən yaranmış və cavabdeh tərəfindən ödənilməmiş 826 manat əsas borcun, vəkilin göstərdiyi yardıma görə 320 manat məbləğində xərcin və məhkəməyə müraciət üçün ödədiyi 32 manat dövlət rüsumunun, ümumilikdə 1178 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 22 aprel 2024-cü il tarixində bağlanmış № TR-130403 nömrəli xidmət müqaviləsinə əsasən, cavabdeh İddiaçı Türkiyədə yerləşən universitetə qəbul olmaq üçün xidmət göstərməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilə eyni məzmunlu nüsxələrdə olmaqla iddiaçı və cavabdeh tərəfindən ayrılıqda imzalanmış və qarşılıqlı olaraq tərəflər müqavilənin imzalanması barədə məlumatlandırılmışdır. Qeyd olunan Müqavilənin 2.2-ci bəndin əsasən cavabdeh göstərilən xidmət üzrə Ali Təhsil müəssisəsindən gəlmiş ilk qəbulu aldığı anda 1 saylı Əlavədə göstərilmiş 1.1-ci bəndinə uyğun xidməti öhdəliyini başa vurmuş hesab olunur. Müqavilənin 1 saylı əlavəsində qəbul alınmalı olan ali təhsil müəssisəsi kimi Osmangazi universiteti qeyd edilmişdir və cavabdeh də məhz bu universitetə qəbul almaq üçün bütün lazımi tədbirləri görməli olmuşdur. Müqavilənin 1 saylı əlavəsinə əsasən, xidmətlərə görə ödəniş iki mərhələdə həyata keçirilməli idi: ilkin ödəniş 1076 AZN müqavilə imzalandığı gündə, ikinci hissə, yəni 1424 AZN isə qəbul cavabı alındığından 3 gün ərzində ödənilməli idi. Müqavilə öhdəliklərinin icrası məqsədi ilə iddiaçının valideyini (Müqavilədə qeyd olunan) tərəfindən cavabdeh tərəfindən təqdim olunmuş hesaba1076.16 manat vəsait köçürülmüşdür. Həmçinin, müqaviləyə 1 saylı əlavənin 2.4-cü maddəsinə əsasən, sifarişçiyə müvafiq təhsil müəssisələrindən qəbul cavabı gəlmədiyi təqdirdə ümumi müqavilə məbləğinin 10 %-i xaric olmaqla həmin günədək ödənilmiş qalan məbləğ geri qaytarılır və ya tərəflər 1.1-ci maddədə razılaşdırılmış Ali Təhsil müəssisələrinin/universitetlərin siyahısından əlavə Ali Təhsil müəssisəsi/universitet barədə razılığa gəlirlər. Ancaq cavabdeh göstərilən universitetə qəbul ilə bağlı müsbət nəticə əldə edə bilməmiş və iddiaçıya başqa bir universitetin (Zonguldak Universiteti) qəbul təklifi təklif etmişdir. Bu universitet müqavilədə qeyd olunmamış və əvvəlcədən seçilən universitetlə heç bir əlaqəsi olmamışdır. İddiaçı, müqavilənin şərtlərinə əsasən, digər universitetdə təhsil almağa razı olmamış və müqavilənin şərtlərinin təmin olunaraq Müqavilənin 1 saylı əlavəsinin 2.4-cü bəndinin tələblərinə uğun olaraq ümumi müqavilə məbləğinin 10%-i xaric olmaqla həmin günədək ödənilmiş qalan məbləğin geri qaytarılmasını tələb etmişdir. Cavabdeh, müqaviləyə uyğun olaraq nəzərdə tutulan universitetdə qəbulu təmin etməmiş, əsassız olaraq qəbulun alınacağı vədləri versə də buna əməl etməmiş, daha sonralar isə vəsaitin qaytarılacağını bildirsə də əsassız olaraq bundan imtina etmişdir. Bu, müqavilənin şərtlərinin ciddi şəkildə pozulmasıdır və nəticədə qəbul alınması nəzərdə tutulan Osmanqazi universitetində təhsil təqviminin xx.xx.2024-cü il tarixindən başlamasına baxmayaraq Müqavilə öhdəlikləri yerinə yetirilməmiş və iddiaçıya müvafiq vəsait geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, №TR-130403 saylı xidmət müqaviləsindən görünür ki, İnterstudent Təhsil Mərkəzi MMC, İddiaçı üçün bu müqavilədə göstərilən xidmətləri həyata keçirməyi və İddiaçı isə razılaşdırılmış xidmət haqqını müqavilə şərtlərində nəzərdə tutulan qaydada ödəməyi öz öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli müqaviləyə 1 Saylı Əlavənin 2.1-ci maddəsindən görünür ki, müqavilə üzrə xidmət haqqı 2500 manat təşkil edir. Əlavənin 2.1.1-ci maddəsinə əsasən sifarişçi müqavilə məbləğinin 1076 manat hissəsini müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür. Əlavənin 2.1.2-ci maddəsinə əsasən sifarişçi müqavilə məbləğinin 1424 manat hissəsini universitetdən qəbul cavabı gəldiyi gündən 3 gün ərzində ödəməyi öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 1076 manat məbləğində pul İnterstudent Təhsil Mərkəzi MMC-nin hesabına ödənilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, İddiaçı ilə İnterstudent Təhsil Mərkəzi MMC arasında xx.xx.2024-cü il tarixdə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, həmin tarixdə 1 saylı Əlavədə qeyd olunan 1076 manat məbləğində ödəniş etmişdir. Lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, İddiaçı müqavilədə göstərilən universitete qəblu üçün müraciəti təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcələsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi cavabdeh lazımi vicdanlılıqla hərəkət etməmiş və üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir, yəni sifarişçi xx.xx.2024-cü il tarixli müqaviləyə əlavəyə əsasən Osmangazi universitetinə bakalavr paketi üzrə müraciət etməyi üzərinə götürsə də, bunu həyata keçirməmişdir. Buna görə də, iddiaçı tərəfindən ödənilən 826 manat pul ona geri qaytarılmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının 32 manat dövlət rüsumu ödəməsi barədə **********8 nömrəli qəbz iş materiallarına əlavə olunmuşdur. Eyni zamanda hazırkı iddia tələbi 320 manat vəkilə ödənilmiş pulun qaytarılması hissəsində də təmin edilməlidir. Belə ki, iddiaçının 320 manatı vəkilə ödəməsi barədə ********** nömrəli qəbz iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh İnterstudent Təhsil Mərkəzi MMC-dən 830 (səkkiz yüz otuz) manat məbləğində pul və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 320 (üç yüz iyirmi) manat vəkilə ödənilmiş pul tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-898/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-898/2025
18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver