Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-904/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı nümayəndəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Rüfət oğlunun, Cavabdeh nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin cəlb edildiyi “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin cəlb edildiyi “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 0.12 ha ölçüdə 1213 nömrəli bağ sahəsindən Cavabdeh çıxarılması və onun tərəfindən iddiaçının istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 452/1213 nömrəli, ümumi sahəsi 0.25 ha olan bağ sahəsi 1935 nömrəli, 15 avqust 1969-cu il tarixli “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” barədə müqaviləyə əsasən iddiaçının X1 icarəsinə verilmiş, həmin müqavilə 20 noyabr 1981-ci il tarixdə yenilənmiş, atası X8 12 sentyabr 1990-cı il tarixdə ərizə ilə Bakı Şəhəri Bağlar Birliyinə müraciət edərək, Vişnyovka sahəsində 1935 nömrəli müqaviləyə əsasən 1213 nömrəli bağ onun icarəsinə verilmiş, bağın bir hissəsini bölüb yəni 0.12 ha qohumu Cavabdeh verilməsini xahiş etmişdir. Bağ sahəsinin ayrılmasına dair Cavabdeh tərəfindən də 18 sentyabr 1990-cı il tarixdə Bağlar Birliyinə müraciət edilmişdir. X3 və Cavabdeh ərizələri nəzərə alınaraq 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən 0.12 ha ölçüdə 1213 nömrəli bağ sahəsinə dair X8 ilə, 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən isə 0.12 ha ölçüdə 1213 “A” nömrəli bağ sahəsinə dair Cavabdeh ilə “Bağın icarəyə verilməsi haqqında” müqavilələr bağlanmışdır. “Bağların icarəyə verilməsi haqqında” 20270 nömrəli, 22 iyun 2001-ci il tarixli müqaviləyə əsasən Vişnyovka qəsəbəsində 0.12 ha ölçüdə, 1213 “A” nömrəli bağ sahəsinə dair Cavabdeh ilə yeni müqavilə bağlanmışdır. Onun tərəfindən sözügedən 1213 “A” nömrəli bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına A seriyalı, 359813 nömrəli, 19 iyul 2011ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Bundan sonra, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 626 nömrəli, 21 noyabr 2013-cü il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 1213 “A” nömrəli, 1200 kv.m bağ sahəsində tikilmiş bir mərtəbəli, üç yaşayış otağı, yaşayış sahəsi 45.5 kv.m, köməkçi sahəsi 33.9 kv.m-dən ibarət olan bağ evi Cavabdeh adına hüquqi qeydiyyata alınmışdır. Sözügedən 1213 “A” nömrəli bağ sahəsinə və bağ sahəsi üzərində yerləşən bağ evinə dair Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13 dekabr 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi **********52- 11301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bağ evinə dair 12 dekabr 2013-cü il tarixdə texniki pasport tərtib edilmişdir. X1 adına olan 1935 nömrəli, 16 oktyabr 1990-cı il tarixli “Bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən 1213 nömrəli bağ sahəsinə dair isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin A seriyalı, 512314 nömrəli, 11 avqust 2014-cü il tarixli plan və ölçü sənədi tərtib olunmuşdur. X3 20 aprel 2011-ci il tarixdə vəfatından sonra iddiaçı tərəfindən vərəsəlik işi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı Şəhəri 9 nömrəli notariat Kontoruna müraciət olunmuş, vərəsəlik işi açılmış və notariat ofisi tərəfindən vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsi, 1213 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair çıxarışın X3 vərəsəsi İddiaçı verilməsi 1 saylı Bakı Ərazi Şöbəsinə xahiş edilmişdir. Bu vəziyyət ilə razılaşmayan Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən, faktiki istifadəsində və sahibliyində olan, sahəsi 0,12 ha olan 1213 nömrəli bağ sahəsinə dair tərtib olunmuş plan-ölçünün ləğv edilməsini və həmin bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, bu barədə müvafiq çıxarışın və plan-ölçünün verilməsini barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən, Cavabdeh faktiki istifadəsində və sahibliyində olan 0.12 ha ibarət 1213 nömrəli bağ sahəsinə dair Rafiq Kazımovun adına tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və planölçünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan o və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayətləri vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-220/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və İddiaçı vermiş olduqları apellyasiya şikayətləri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-371/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən, faktiki istifadəsində və sahibliyində olan 0.12 ha-dan ibarət 1213 nömrəli bağ sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin plan-ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-1(102)-1149/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh vermiş olduğu kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-220/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-1(102)-1149/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarının mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 0.12 ha ölçüdə bağ torpaq sahəsi 16 oktyabr 1990-cı il tarixli, 1935 nömrəli müqavilə ilə X5 icarəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 11 avqust 2014-cü il tarixli, A seriyalı, 512314 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi məhz həmin 1935 nömrəli, 16 oktyabr 1990-cı il tarixli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən tərtib edilmişdir. Bundan başqa həmin qərarda qeyd edilir ki, şəxsin daşınmaz əmlak üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün onun hüququnun yarandığını və ya mövcudluğunu ehtiva edən, bu Qərarın 36-cı bəndində istinad olunan normada təsbit edilmiş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri reyestr xidmətinə təqdim olunmalıdır. Yalnız bu halda reyestr orqanı həmin əmlak üzərində şəxsin hüququnu qeydiyyata almağa və bu barədə çıxarış verməyə haqlıdır. Hazırkı, mübahisəyə münasibətdə iddiaçı iddia etdiyi torpaq sahəsi üzərində onun hüququnun mövcud olduğunu təsdiq edən və yuxarıda istinad olunan normada nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi nə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, nə də məhkəməyə təqdim etməmişdir. Bu baxımdan iddiaçı həmin torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınaraq ona çıxarışın, eləcə də iddia etdiyi torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Nəzərə almaq lazımdır ki, hüququn qeydiyyata alınmasını tələb etmək üçün şəxs ən azından həmin hüququn ona mənsub olduğunu müvafiq hüquqmüəyyənedici sənəd əsasında sübut etməlidir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, X3 adına verilmiş plan-ölçü sənədinin ləğv olunmasını iddiaçı yalnız həmin torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş normada təsbit edilmiş və iddia ərizəsinin 16-ci bəndində qeyd olunan əsaslardan hər hansı birinə istinad etməklə tələb edə bilərdi. Cavabdeh belə tələb hüququna malik olduğu mübahisəyə dair işin müəyyən olunmuş halları ilə təsdiq olunmamışdır. Beləliklə, yuxarıda istinad olunan normanın tələbləri baxımından və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə 1213 nömrəli torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini, eləcə də X3 adına verilmiş plan-ölçü sənədinin ləğv olunmasını tələb etməkdə Cavabdeh haqlı sayıla bilməz. Bu mənada Cavabdeh tələbinin təmin olunmasından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunauyğun və əsaslı olmuşdur. Nəzərə almaq lazımdır ki, dövlət reyestrində daşınmaz əmlak üzərində hüququn müvafiq qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yuxarıda istinad olunan normada təsbit edilmiş hüquqmüəyyənedici sənəd əsasında aparılmalıdır. Göründüyü kimi, məhkəmələrin gəlmiş olduğu qənaət ondan ibarət olmuşdur ki, X3 adına verilmiş 1935 nömrəli, 16 oktyabr 1990cı il tarixli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsi, eyni zamanda Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 11 avqust 2014-cü il tarixli, A seriyalı, 512314 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi hüquq müəyyənedici sənəd hesab edilməklə, hüquqların qeydiyyata alınması üçün əsasdır. Bu hüquqlara dair notariat ofisi tərəfindən İddiaçı vərəsəlik hüququ tanınmış, bununla həmin torpaq sahəsinə dair iddiaçının potensial mülkiyyət hüquqlarım yaranmışdır. Lakin, Cavabdeh həmin torpaq sahəsini zəbt etməklə həmin torpaq sahəsinə onun daxil olmağına imkan vermir, həmin bağ sahəsindən istifadəsinə maneə yaradır, həmin bağ sahəsinin sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına zəruri ölçü işlərin aparılması üçün imkan vermir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə Rüfət oğluiddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhəkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 0.12 ha ölçüdə 1213 nömrəli bağ sahəsindən Cavabdeh iş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına (mühəndisləri) baxış və inventarlaşdırma işlərinin (ölçü işlərinin) aparılmasına yaradılmış maneələr aradan qaldırılması, onun həmin bağ sahəsindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkili Nümayəndə Rüfət oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iddia tələbinin əsassız olduğunu, təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1935 nömrəli, 15 avqust 1969-cu il tarixli “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” barədə müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 452/1213 nömrəli, ümumi sahəsi 0.25 ha olan bağ sahəsi X3 icarəsinə verilmişdir, həmin müqavilə 20 noyabr 1981-ci il tarixdə yenilənmiş X8 12 sentyabr 1990-cı il tarixdə ərizə ilə Bakı Şəhəri Bağlar Birliyinə müraciət edərək, Vişnyovka sahəsində 1935 nömrəli müqaviləyə əsasən 1213 nömrəli bağ sahəsinin bir hissəsini yəni 0.12 ha qohumu Cavabdeh verilməsini xahiş etmişdir. Bağ sahəsinin ayrılmasına dair Cavabdeh tərəfindən də 18 sentyabr 1990-cı il tarixdə Bağlar Birliyinə müraciət edilmişdir. İş materiallarında olan 16 oktyabr 1990-cı il tarixli müqavilənin surətindən görünür ki, 0.12 ha ölçüdə 1213 nömrəli bağ sahəsinə dair X8 ilə, 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən isə 0.12 ha ölçüdə 1213 “A” nömrəli bağ sahəsinə dair Cavabdeh ilə “Bağın icarəyə verilməsi haqqında” müqavilələr bağlanmışdır. İş materiallarında olan “Bağların icarəyə verilməsi haqqında” 20270 nömrəli, 22 iyun 2001-ci il tarixli müqavilənin surətindən görünür ki, Vişnyovka qəsəbəsində 0.12 ha ölçüdə, 1213 “A” nömrəli bağ sahəsinə dair Cavabdeh ilə yeni müqavilə bağlanmışdır. 1213 “A” nömrəli bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına A seriyalı, 359813 nömrəli, 19 iyul 2011-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 626 nömrəli, 21 noyabr 2013-cü il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 1213 a nömrəli, 1200 kv.m bağ sahəsində tikilmiş bir mərtəbəli, üç yaşayış otağı, yaşayış sahəsi – 45.5 kv.m, köməkçi sahəsi - 33.9 kv.m-dən ibarət olan bağ evi Cavabdeh adına hüquqi qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, 1213 “A” nömrəli bağ sahəsinə və bağ sahəsi üzərində yerləşən bağ evinə dair Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 13 dekabr 2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsi, **********52-11301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 12 dekabr 2013-cü il tarixli texniki pasportun surətindən görünür ki, 1213 “A” nömrəli bağ sahəsinə və bağ sahəsi üzərində yerləşən bağ evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən texniki pasport tərtib edilmişdir. İş materiallarında tərəflər arasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli Qərarı; Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-220/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2-1(102)-1149/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli Qərarları mövcutdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə 39473 nömrəsi ilə uçota alınmış AN 512314 nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Vişniyovka-1 ünvanda olan 1213 nömrəli bağ sahəsi ilə bağlı X3 adına Torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1, 0.12 ha-dan ibarət 1213 nömrəli bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-2400/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X4 və Cavabdeh mərhum Rafiq Kazımovun keçmiş arvadı X7 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi irəli sürərək X2 Samirə Rafiq qızının müraciəti əsasında mübahisəli bağ sahəsinə dair tərtib edilmiş “torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, bağ sahəsinin yeganə qanuni istifadəçisi və sahibi olmasının tanınması, bağın icarəçisinin vəfat etdiyi andan onunla bağlanmış icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, bağa dair icarə müqaviləsinin Yuliya Salayeva ilə bağlanmalı olması tələbinə dair, 3-cü şəxs İddiaçı isə cavabdeh X4 və Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsidən çıxarılma və sərhəddin bərpa edilib bağ sahəsinə giriş-çıxışın məhdudlaşdırılmasının aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 3-cü şəxs tələbini onunla əsaslandırmışdır ki, “mübahisəli 1213 nömrəli bağ sahəsi mərhum atasının icarəsində olmuş, atası həmin bağdan vəfat edənədək istifadə etmişdir. Atası vəfat edəndən sonra miras qalmış digər əmlakları vərəsə olaraq qəbul etmişdir. İstifadədə olan bağ sahələri ölkə başçısının 1997-ci il tarixli Fərmanına əsasən vətəndaşların əvəzsiz olaraq mülkiyyətlərinə verildiyi üçün bağ sahəsinə mərhum atasının mülkiyyət hüququ yaranmışdır. Ona görə də, mübahisəli bağ sahəsini adına keçirmək üçün müraciət etmiş, bağ sahəsinə dair plan və ölçü hazırlanmışdır. Cavabdehlər atasının vəfat etməsindən istifadə edərək, bağ sahəsini zəbt etmiş və könüllü boşaltmaq istəmirlər. Atasının adına bağın icarə müqaviləsində Yuliya Salayevanın ailə üzvü kimi göstərilməsi əsassızdır. X13 Salayevin həyat yoldaşı olduğundan, atasının ailə üzvü ola bilməzdi. Onun adı müqaviləyə başqa xətlə yazılmışdır. Cavabdehlər mərhum atasına məxsus olmuş bağ sahəsinin girişçıxışını məhdudlaşdıraraq onu öz bağ sahələrinə qatmışlar.” Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, İddiaçı qarşılıqlı iddiası təmin olunmuşdur. Həmin qətnamədən iddiaçılar X4 və Cavabdeh apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-2400/2015 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Hazırkı iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Məhkəmə araşdırması zamanı Cavabdeh vəkili Vəkil izahat verərək, qeyd olunan 1213 “A” nömrəli və 1213 nömrəli hər iki bağ sahəsinin Cavabdeh məxsus olduğunu, bağ sahələri ilə bağlı iki ayrı ayrı müqavilə bağlansa da, reallıqda heç bir arakəsmə olmadan bir bağ sahəsi kimi 1990-cı il tarixdən cavabdeh tərəfindən alındığını bildirmişdir. Məhkəmə iclasında qeyd olunan bağ sahəsinin hər ikisi cavabdeh tərəfindən alınmışdırsa niyə 1213 “A” nömrəli bağ sahəsi ilə bağlı cavabdeh müqavilə bağlamış, plan ölçü və həmin sahə ilə bağlı hüquqlarını qeydə aldıraraq Çıxarış əldə etsə də, digər 1213 nömrəli bağ sahəsi ilə bağlı heç bir sənədləşdirmə işləri etməmişdir sualına cavabdehin vəkili tutarlı cavab verə bilməmiş, həmçinin 1213 nömrəli bağ sahəsinin Cavabdeh satılması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin iş materiallarında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 783/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadına əsasən İddiaçı Cavabdehlər İddiaçı və X9 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Vişniyovka-1 bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan bağ sahəsinin içərisində tikilən ayaqyolunun, toyuq hininin, hasarın daxilində çəkilmiş rəsm əsərlərinin, monolit betondan ibarət hasar tikilisinin, quyunun inşasına sərf olunmuş materiallar və görülmüş işlər nəzərə alınmaqla sərf edilən vəsait- 31872 manat, bağda əkilən meyvə ağaclarının hər birinin məhsul verəcək halda olması, bu ağacların və digər ağacların real bazar qiyməti təxminən 3825 manat ümumilikdə 35697 manat pulun İddiaçı və X6 tutularaq ona ödənilməsi üzrə iddiası baxılmamış saxlanmışdır. Qeyd olunan və iş materiallarına əlavə edilən Qərardaddan da göründüyü kimi hazırki iş üzrə Cavabdeh belə bir iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, bağ sahəsi üçün etmiş olduğu yaxşılaşdırmaların dəyərini tələb etməsi, bağ sahəsinin ona məxsus olmadığının etirafı kimi qiymətləndirir. İş materiallarında olan DƏDRX-nin xx.xx.2014-cü il tarixdə İddiaçı vermiş olduğu cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişniyovka -1 bağ massivində yerləşən 1213 nömrəli bağ sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsinə dair yoxlama-ölçü işləri aparılması ilə əlaqədar mütəxəsislərə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Göründüyü kimi mübahisəli 1213 nömrəli 0,12 ha bağ sahəsinə baxış keçirilməsinə Cavabdeh tərəfindən maneə yaradılır. Məhkəmə belə hesab edir ki, hazırki mülki iş materialları ilə mübahisə predmetini təşkil edən 1213 nömrəli bağ sahəsinin ərazisinin hər hansı bir hissəsinin Cavabdeh tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları (mühəndisləri) tərəfindən baxış və inventarlaşdırma işləri aparılmadan müəyyən etmək mümkün olmadığından iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 0.12 ha ölçüdə 1213 nömrəli bağ sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına (mühəndisləri) baxış və inventarlaşdırma işlərinin (ölçü işlərinin) aparılmasına yaradılmış maneələr aradan qaldırılmalıdır. Məhkəmə iddia tələbinin cavabdehin qeyd olunan bağ sahəsindən cıxarılması ilə bağlı hissəsinə qiymət verərək, hesab edir ki, nə qədər ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 0.12 ha ölçüdə 1213 nömrəli bağ sahəsinə mülkiyyət hüquqları qeydə alınmamışdır, yəni iddiaçının belə bir subyektiv hüququ olmadığından iddia tələbi bu hissədə təmin oluna bilməz. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 0.12 ha ölçüdə 1213 nömrəli bağ sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına (mühəndisləri) baxış və inventarlaşdırma işlərinin (ölçü işlərinin) aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Cavabdehdən 50 (əlli) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-904/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-904/2024
04.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver