Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-9071/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Sabunçu rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçıMMC-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı avtomobilə vurulmuş 3005 manat məbləğində zərər pulu və 50 manat dövlət rüsumu, ümumilikdə 3055 manat pulun tutularaq İddiaçı MMC-yə verilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC təprəfindən qeydiyyat nişanı **- PK-*** olan, sedan tipli, buraxılış ili 2015, «DONG FENG S30» markalı avtonəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmişdir. 01.09.2020-ci il tarixdə cavabdeh nəqliyyat hadisəsi törətmiş, avtomaşına xeyli ziyan dəymişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa ərizənin qəbul olunmasından imtina edir. Ərizədə cavabdehin ünvanı ünvan 1 qeyd etməyi zəruri hesab edir ki, həmin ünvan Sabunçu rayon Polis şöbəsinin inzibati binasının ünvanıdır. Bu ünvana bildirişin göndərildiyi halda bildirişin cavabdehə çatdırılma ehtimalı yoxdur. İddiaçı MMC cavabdehin faktiki ünvanı barədə məhkəməyə məlumat verməmişdir. Bundn başqa, iddiaçı adıçəkilən avtomaşının ona hansı hüquqla məxsus olması barədə sənəd əlavə etməmişdir. Elektron məhkəmə sistemindən həmin avtomaşının iddiaçının mülkiyyətində olmasına dair məlumat aşkar edilməmişdir. Bundan başqa, adıçəkilən avtomaşının hər-hansı bir sığorta növü üzrə sığortalanması barədə, sığortalanmadığı təqdirdə onun səbəbi barədə məlumat əlavə edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçıMMC tərəfindən verilmiş kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçıMMC tərəfindən verilmiş kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul edilməsindən imtina olunsun. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-9071/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-9071/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver