Məhkəmə qərarları › İş №e-2(008)-944/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-944/2024

29.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-944/2024 29.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü ildə iddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında müvafiq razılıq əldə olunduğundan iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ərizənin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən mülki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın və iş materiallarına əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə (″Elektron məhkəmə″ informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar