Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-96/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X18 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Əjdər oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bilgəh Bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə) qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması, tikilmiş hasarın və darvazanın sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bilgəh Bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə) qarşı “cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması, tikilmiş hasarın və darvazanın sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus torpaq sahəsinin hasarının və tikililərin cavabdeh tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulması, hasarın və tikililərin bərpa edilməsilə bağlı maneənin aradan qaldırılması, cavabdehin hesabına tikilmiş hasarın və darvazanın sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, Cavabdeh onun xeyrinə maddi zərər kimi 5000 (beş min) manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon X2, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən İddiaçı verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yaşayış sahəsi 51,7 kv.m., köməkçi sahəsi 11,8 kv.m. iki otaqdan ibarət yaşayış evi onun adına mülkiyyət hüququ əsasında (X12 02 yanvar 2002-ci il tarixli 14 saylı qərarı) 24683 sayı ilə reyestr kitabında qeydə alınmışdır. 2005-ci ilin aprel ayında tərtib olunmuş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun “Torpaq sahəsinin şərhi” bölümündə göstərilmişdir ki, həmin mülk 1503 kv.m. torpaq sahəsində yerləşir, “Tikili və qurğuların təsviri” bölümündə yaşayış evinin beton bünövrəli, divarların mişar daşından olması və damın şiferlə örtülməsi qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, divarlar ikiqat mişar daşından hörülmüş, torpaq sahəsi 3 mişar daşı hündürlüyündə hasarlanmış və torpaq sahəsinə girmək üçün dəmir qapı qoyulmuşdur. 17 aprel 2022-ci il tarixdə torpaq sahəsinə baş çəkməyə gələndə orada olan yarımtiklinin sökülərək əmlakının məhv edilməsini, dəmir qapının və tikinti materiallarının oğurlanmasını, torpaq sahəsinin hasara alınıb dəmir darvaza qoyulduğunu görmüşdür. Əmlakının məhv edilməsi və oğurlanması nəticəsində ona 5000 manat maddi zərər dəymişdir. Hadisə ilə bağlı iddiaçı polisə müraciət etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, onun torpaq sahəsini Cavabdeh zəbt etmişdir. 15 may 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd olunmuşdur ki, Cavabdeh izahatında 1988-ci ildə Bilgəh qəsəbəsi Zəfəran sovxozu tərəfindən ona 45 sot torpaq sahəsinin verilməsini, torpaq sahəsini zibillikdən təmizlətdirməsini, sonradan hasara alıb dəmir darvaza qoymasını bildirmişdir. Qeyd olunduğu kimi 2002-ci ildən iddiaçı Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsinə sahiblik edir. 20 il ərzində Cavabdeh İddiaçı qarşı ona məxsus torpaq sahəsinə sahibliklə bağlı, eyni zamanda mülkiyyətində tikililərlə bağlı heç bir irad bildirməmişdir. Hal-hazırda iddiaçı tikililərini və hasarını bərpa etmək istəyir, lakin cavabdeh tərəfindən tikililərin yenidən dağıdılması təhlükəsi vardır. Bu səbəbdən Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması və torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin aradan qaldırılması zərurəti yaranmışdır. Dağıdılmış hasarı bərpa etmək, həmin yeri əvvəlki vəziyyətinə gətirmək üçün tikinti materiallarına və ustaların işinə 5000 manat pul vəsaiti ödənilməlidir. Nəzərə alınmalıdır ki, eyni iddia ilə e- 2(008)-513/2023 saylı mülki iş Sabunçu Rayon Məhkəməsinin hakimi Tahirə Əsədovanın icraatında olmuş, xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında, İddiaçı 17 aprel 2022-ci ildə DİN-nin 102 “Xidməti-Zəng” mərkəzi sisteminə müraciət etmiş Bilgəh qəsəbəsi, S.Vurğun küçəsi, döngə 2, dalan 1 ev 2 ünvanda olan torpaq sahəsində bir mərtəbəli tikili tikib, lakin həmin tikilinin müəyyən səbəblərə görə yarımçıq qoyduğunu bildirmişdir. O, bu barədə izahat da vermişdir. Lakin iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən Abşeron rayon X2, Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi tərəfindən ona verilmiş qeydiyyat vəsiqəsini təqdim etmişdir. Həmin qeydiyyat vəsiqəsinin obyekti olan ev, ona və atası X8 ayrılmış olan torpaq sahəsinin nəinki üzərinə heç 50 kilometr yaxınlığına belə düşmədiyini, iddia edilən ev iddiaçının özünün dediyinə görə yarımçıq tikili olmuşdur. Yarımçıq tikiliyə isə Azərbaycan Respublikası Tikinti Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətlərə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısında qeydiyyat vəsiqələrinin verilməsi nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən məhkəməyə sənədləri təqdim edilən tikiliyə dövlət tərəfindən qeydiyyat vərəqəsi verilibsə demək həmin ev yarımçıq tikili olmamış və tam yaşayışı yararlı tikili olmuşdur. Bu da iddiaçının məhkəməni və dövlət orqanlarını aldadaraq adına olan başqa yerdə yerləşən evin sənədləri ilə ona qanuni qaydada dövlət tərəfindən ayrılmış torpaq sahəsinin mənimsənilməsi məqsədi güddüyünü göstərir.Bundan əlavə iddiaçı ərizəsinə əlavə etdiyi 2005-ci ilin aprel ayında tərtib olunmuş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin tikinti pasportun “Tikili və qurğuların təsviri” bölməsində yaşayış evinin beton bünövrəli, divarların mişar daşından olması və damın şiferlə örtülməsi qeyd olunmuşdur. Lakin reallıqda vəziyyət heç də texniki pasportda göstərildiyi kimi deyildir. Onun istifadəsində olan həyətyanı sahə ilə qonşuluqda olan tikilinin nə bünövrəsi betonda, nədə yarımçıq tikilinin özü ikiqat daşla tikilməmişdir. Tikilinin texniki sənədində göstərildiyi kimi yaşayış sahəsinin 51.7 kv.m köməkçi sahəsinin 11.8 kv.lik otaqdan ibarət olması da reallığa uyğun deyil. Belə ki, yarımçıq tikili tam başqa kvadrat metrlərə malikdir və 1991-ci ildə Hüseyn adlı şəxs tərəfindən tikilmişdir. Bu hal birdaha iddiaçının başqa yerdə tikilmiş evin sənədlərindən öz çirkin niyyətlərini həyata keçirmək məqsədi ilə istifadə etdiyini sübut edir. Bu səbəbdən də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş müvafiq mütəxəssis rəyində tikilinin yeri onun ərazisində aşkar edilmədiyindən onun dəqiq yerini göstərilməmişdir. Məhkəmə texniki ekspertizasının 3-16-16/2-10/1766 nömrəli 03 aprel 2024-cu il tarixli rəyindən də görünür ki, texniki pasportu təqdim edilən tikilinin yerini aşkar etmək mümkün olmamışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-ci il tarixli 263 nömrəli qərarı ilə Maştağa Zəfəran sovxozunun fəhlə və qulluqçularına fərdi yaşayış evlərinin tikilməsi üçün, hər birinə 0.10 ha olmaqla 125 ailəyə 12.5 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərara əsasən ona və atasına təhkim aktında göstərilən sxemə uyğun olaraq torpaq sahəsi verilmişdir. Ona və atsına ayrılmış torpaq sahələri iddiaçıya ayrılmış torpaq sahəsi ilə üstüstə düşmür və onun sənədli tikilili onlara ayrılmış əraziyə aid deyildir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bilgəh Bələdiyyəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan X12 Qərarından vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılması haqqında 02 yanvar 2002-ci il tarixli çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları” haqqında 24 dekabr 1999-cu il tarixli fərnamı və 29 dekabr 2000-ci il tarixli “torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanuna dəyişiklik edilməsi barədə qanun, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 31 avqust 2000-ci il 817 nömrəli sərəncamı ilə əlaqədar olaraq vətəndaş İddiaçı mənzil təlabatını nzərə alıb, X12 iclasında müzakirəyə qoyulur, 05 dekabr 2000-ci il tarixli 04 nömrəli protokoluna əsasən İddiaçı fərdi yaşayış evi inşa etmək üçün Bilgəh qəsəbə ərazisindən 0,15 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.Vurğun küçəsində döngə 2 dalan 1 ev 2, yaşayış sahəsi 51.7 kv.m, köməkçi sahəsi 11.8 kv.m, 2 otaqdan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında X12 02 yanvar 2002-ci il 14 nömrəli qərarı əsasında qeydə alınmışdır. İş materiallarında olan Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X10 15 may 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, 17 aprel 2022-ci il tarixdə vətəndaş İddiaçı DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sistemindən ona məxsus torpaq sahəsinin tanımadığı şəxs tərəfindən zəbt olunmuş tikilisinin sökülüb yenidən tikinti işləri aparılması barədə daxil olan müraciəti 14-cü polis bölməsində HK-1/913n sayda raportla qeydiyyata alınmışdır. Araşdırma zamanı HK-913 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materillarında olan Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin 21 sentyabr 2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsi qərara almışdır: Maştağa Zəfəran sovxozunun müdriyyəti və həmkarlar ittifaqı komitəsinin Cavabdeh fərdi yaşayış evlərinin tikintisi üçün 0,10 ha torpaq sahəsinin ayrılması barədə 03 oktyabr 1988-ci iln tarixli 08 nömrəli birgə qərarı təsdiq edilmiş, həmin torpaq sahəsində əlavədə göstərilən layihələrə uyğun ölçüdə və formada fərdi yaşayış evlərinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yaşayan X3, X15, X17, X6 və X5 tərəfindən tərtib edilmiş 24 avqust 2022-ci il tarixli aktdan görünür ki, həqiqətən İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu ərazisində 1991-ci ildə yarımçıq tək daşdan tikili inşa edib və tikilinin dam örtüyü olmayıbdır. Hasarı, dəmir darvazası, pəncərəsi olmayıbdır. Tikilinin təkcə daşı olub, başqa heç birşey olmayıbdır. İş materiallarında olan Azərbaycan Respublikası “X9” tərəfindən verilmiş 15 may 2024-cü il tarixli 71 nömrəli rəyin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən Qeydiyyat vəsiqəsi əsasında, ünvan 2 ünvanında İddiaçı verilmiş və texniki pasportda qeyd edilən 1503 kv.m torpaq sahəsinin sərhədləri və koordinatları müəyyənləşdirilmişdir.Qeydiyyat vəsiqəsində qeyd olunan və texniki pasportda göstərilən və həmçinin İddiaçı tərəfindən inşa olunan tikilinin ünvan 3 ünvanında yerləşən 1503 kv.m torpaq sahəsinin hüdudları daxilində olması müəyyən edilmişdir.Abşeron rayon XDS İcraiyyə Komitəsi 26 noyabr 1988-ci il tarixli 204 nömrəli qərarı ilə Cavabdeh ev tikintisi üçün təsdiq edilmiş 0.10 ha torpaq sahəsinin yerləşmə sxemi olmadığından sərhədlərini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş məktubdan görünür ki, Bilgəh Bələdiyyəsinin 2000-2008-ci il tarixlərinə aid olan arxiv sənədləri oxunması mümkün olmadığı üçün Arxiv İdarəsinin 18 fevral 2009-cu il tarixli aktına əsasən məhv edilmişdir. Qasımov X1 Avtomatlaşdırılmış məlumat sistemində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. O, 01 yanvar 2010-cu ildən 31 dekabr 2025-ci il tarixədək torpaq vergisi üçün ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü maddəsinə əsasən, Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında konvensiyaya dair 1 nömrəli protokolun 1-ci maddəsinin mənası baxımından “ Mülkiyyət” və “Əmlak” anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən, Daşınar və Daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar, mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə, mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnun, torpağa icarə, istifadə hüququnun da mülkiyyət kimi qəbul edir. Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olmunşdur ki, İddiaçı fərdi yaşayış evi inşa etmək üçün Bilgəh qəsəbə ərazisindən 0,15 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.Vurğun küçəsində döngə 2 dalan 1 ev 2, yaşayış sahəsi 51.7 kv.m, köməkçi sahəsi 11.8 kv.m, 2 otaqdan ibarət yaşayış evi İddiaçı mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası “X9” tərəfindən verilmiş rəyə əsasən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən Qeydiyyat vəsiqəsi əsasında, ünvan 2 ünvanında İddiaçı verilmiş və texniki pasportda qeyd edilən 1503 kv.m torpaq sahəsinin sərhədləri və koordinatları müəyyənləşdirilmişdir. Qeydiyyat vəsiqəsində qeyd olunan və texniki pasportda göstərilən İddiaçı tərəfindən inşa olunan tikilinin ünvan 4 ünvanında yerləşən 1503 kv.m torpaq sahəsinin hüdudları daxilində olması müəyyən edilmişdir. Lakin cavabdeh iddia ilə razılaşmayaraq Azərbaycan SSR Nazirlər Sovetinin 12 avqust 1988-ci il tarixli 263 nömrəli qərarı ilə Maştağa Zəfəran sovxozunun fəhlə və qulluqçularına fərdi yaşayış evlərinin tikilməsi üçün, hər birinə 0.10 ha olmaqla 125 ailəyə 12.5 ha torpaq sahəsinin ayrılmasını, həmin qərara əsasən ona və atasına təhkim aktında göstərilən sxemə uyğun olaraq torpaq sahəsi verilməsini, ona və atsına ayrılmış torpaq sahələri iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməməsini və onun sənədli tikilili onlara ayrılmış əraziyə aid olmamasını qeyd etmişdir. Məhkəmə tərəfindən yerli baxış keçirilən zaman, mübahisə olunan torpaq sahəsi cavabdehə Maştağa Zəfəran sovxozunun müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin adları qeyd olunan vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılması barədə 03 oktyabr 1988-ci il tarixli 08 nömrəli qərarı ilə verilmişdir. Həmçinin cavabdeh iddia edir ki, həmin vaxt atası X11 0,10 ha torpaq sahəsi verilmiş, atası isə həmin torpaq sahəsini qardaşına bağışlamışdır. Yerli baxış zamanı cavabdehin özünün də etiraf etdiyi kimi, ona verilmiş 0,10 ha torpaq sahəsi və faktiki olaraq hazırda qardaşının istifadəsində olan atası tərəfindən bağışlanmış torpaq sahəsi hərəsinə 0,10 ha verilmiş olsa da, faktiki olaraq hər birinin istifadəsində 0,18 ha olduğu müəyyən olunmuşdur. Yəni cavabdehin və qardaşının faktiki olaraq istifadəsində ümumilikdə 0,36 ha torpaq sahəsi olduğu müəyyən edilir. İddiaçı qeyd edir ki, cavabdehə məxsus torpaq sahəsi sol tərəfdən 51 kv.m tikilisi olmuş, sonradan həmin tikili hazırkı cavabdeh tərəfindən sökülmüşdür. Məhkəmə yerlin baxış zamanı həmin tikilinin qalıqlarını müəyyən etdi və bu barədə cavabdeh tərəfindən məhkəməyə fotoşəkillər təqdim edildi. Məhkəmə hesab edir ki, iddiaçının “cavabdehin ona məxsus torpaq sahəsinin hasarının və tikililərin cavabdeh tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulması, hasarın və tikililərin bərpa edilməsilə bağlı maneənin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbi əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan mütəxəsis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus 0,15 ha torpaq sahəsi cavbdehin faktiki istifadəsində olan torpaq sahəsi hüdudları daxilindədir. Cavabdehin iddiaya qarşı etirazinda iddiaçıya məxsus torpaq sahəsinin onun istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyətinin olmamasını ümumiyyətlə ona məxsus olan torpaq sahəsindən 50 km aralı məsafədə yerləşdiyini desə də yerli baxış zaamnı iddiaçıya məxsus tikililərin onun sahəsinin sol tərəfində sökülmüş vəziyyətdə olan foto şəkillərini məhz cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi onun vermiş olduğu izahatı ilə ziddiyət təşkil edir. Həmçinin cavabdehə 0,10 ha torpaq sahəsinin verilməsini təstiq edən sənəd məhkəməyə təqdim edilsə də, onun atasına da həmin tarixdə 0,10 ha torpaq sahəsinin verilməsini təstiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Eləcə də, cavabdeh cinayət işinin başlanmasının rədd olunması barədə qərarda vermiş olduğu izahatında onun faktiki istifadəsində 0,45 ha torpaq sahəsinin olduğunu etiraf etmiş, yerli baxış zamanı isə ona 0,10 ha və atasına 0,10 ha verilməsini iddia etdiyi torpaq sahələrinin ümumilikdə 0,36-0,38 ha torpaq sahəsini əhatə etdiyi müəyyən edilmişdir. Eyni zamanda iddiaçı Cavabdeh onun xeyrinə maddi zərər kimi 5000 (beş min) manat tutulmasını tələb edir. Lakin iddiaçı öz iddiasının əsasına, cavabdeh tərəfin hansı məbləğdə maddi zərər vurulduğuna və həmin zərərin nədən ifadə olunduğuna dair hər hansı bir mötəbət sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 manat pul cavabdeh X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X4, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus torpaq sahəsinin hasarının və tikililərin Cavabdeh tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulsun, hasarın və tikililərin bərpa edilməsilə bağlı maneə aradan qaldırılsın, Cavabdeh hesabına tikilmiş hasar və darvaza sökülsün, zəbt edilmiş torpaq sahəsi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçılara ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (yüz əlli) manat pulunun 100 manatı cavabdeh X7 50 manatı İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Adı: X4, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi – VÖEN: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-96/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-96/2025
11.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver