Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-986/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin vəkili Nümayəndə Arıq qızının, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmrlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmrlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Məşğulluq altsistemində (ƏMAS) Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 101 nömrəli əmrin və Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 102 nömrəli əmrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edlməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 62,6 kv.m.olan qeyri-yaşayış sahəsində xüsusi lisenziya əsasında aptek təsərrüfat subyekti kimi fəaliyyət göstərir. İddiaçı MMC xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aptekdə satıçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdən isə Cavabdeh1 əmək müqaviləsinə dəyişikliklər edilmiş və o, xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətini İddiaçı MMC-nin direktoru kimi davam etdirmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin direktoru vəzifəsində işləmiş Cavabdeh1 və mühasib İ.N.Şipilovanın iştirakı ilə akt tərtib edilərək imzaları ilə təsdiq edilmişdir. Həmin akta əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə aptekdə olan tibbi preparatların faktiki mövcudluğu yoxlanılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, bu müddət ərzində aptekə 76437,21 manat məbləğində mal daxil olmuş, 12845,38 manat geri qaytarılma olmuşdur. Həmin dövrdə aptekdə 63591,73 manat məbləğində mal qalığının olduğu müəyyən olunmuş və malların saxlanılması direktor Cavabdeh1 həvalə edilmişdir. 2023-cü ilin sentyabr ayında aparılmış daxili araşdırma nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-nin qanuni təmsilçisi (direktoru) olmuş Cavabdeh1 və xx.xx.2023-cü il tarixdək İddiaçı MMC-də satıçı vəzifəsində işləmiş Cavabdeh2 qabaqcadan əlbir olaraq və onlara olan etibarımdan və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ünvan 2 ünvanda yerləşən İddiaçı MMC-yə məxsus olan aptekdən 87258,44 manat məbləğində pul vəsaitini mənimsəməklə və bir qismini adlarına olan müxtəlif bank kartlarına (Leobank, Rabitəbank, Kapital Bank) köçürməklə ələ keçirmişlər. Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X1 tərəfindən İddiaçı MMC-yə məxsus "xxxx" aptekdə malların dövriyyəsi və satışın nəticələrinin auditinə dair xx.xx.2023-cü il tarixli auditor rəyi tərtib edilmiş və həmin rəyə əsasən ümumilikdə 87258,44 manat kənarlaşma müəyyən edilmişdir. Kənarlaşmanın və nöqsanların müəyyən olunduğu dövr üzrə məsuliyyət maddi-məsul şəxs direktor Cavabdeh1 üzərində olmuşdur. Həmçinin, aparılan araşdırmaya mane olmaq və birgə törətdikləri cinayət əməllərini ört-basdır etmək məqsədi İddiaçı MMC-nin direktoru vəzifəsində işləmiş Cavabdeh1 xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə məxsus olan asan imzadan sui-istifadə edərək, aparılan auditin nəticəsini gözləmədən və bu barədə təsisçinin qərarı olmadan özünü və bacısı Cavabdeh2 barəsində 101 və 102 nömrəli əmrlər verməklə əmək müqavilələrinə AR ƏM-nin 68.2 "xxxx" bəndinə əsasən xitam vermiş və həmin əmrləri Əmək və Məşğulluq altsistemində (ƏMAS) asan imza vasitəsilə yerləşdirmişdir. Halbuki, "xxxx" MMC-nin təsisçisinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Qeyd olunan əmrlərin mövcudluğu iddiaçıya yalnız xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. Belə ki, cavabdehlər qeyd olunduğu kimi yoxlamanın nəticəsini gözləmədən özbaşınalıq edərək iş yerlərini tərk etmişlər və cəmiyyətin adına olan asan imzanı və mühasibatlığa aid digər zəruri sənədləri də götürüb aparmışlar. Əmək və Məşğulluq altsistemində (ƏMAS) yerləşdirilmiş xx.xx.2023-cü il tarixli, 101 və 102 nömrəli əmrlərin məzmunu da ƏM-nin 84-cü maddəsinin tələblərinə də uyğun deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli malların Cavabdeh1 təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli aktdan cavabdehin məlumatı olmadığını və həmin aktın əsli məhkəməyə təqdim edilmədiyini, o cümlədən aktakı imzanın Cavabdeh1 məxsus olmadığını bildirmişdir. Bundan başqa cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən oda bildirilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən V.X5 MMC-nin direktorunun vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən azad edilməsinə dair əmr əsassız hesab edilməlidir, belə ki mülki işin matriallarına əlavə edilmiş audit rəyindən görünür ki, audit rəyi xx.xx.2023-cü il tarixə verilmişdir. MMC isə bir ay əvvəldən direktorun fəaliyyətinə hələ audit rəyi olmadan xitam vermişdir. Bundan başqa cavabdehlərin vəkili onuda bildirmişdir ki, sözügedən audit rəyi “Audit haqqında qanunvericiliyi” uyğun tərtib edilməmiş, audit rəyi şirkətin daxili əsasnaməsinə əsasən aparılmışdır. Eyni zamanda cavabdehlərin vəkili bildirmişdir ki, Cavabdeh1 işdən azad ediləməsinə dair ərizəsini ilə Naxış Farm MMC-nin rəhbərliyinə təqdim etmiş və bundan sonra Cavabdeh1 özünün işdən çıxarılmasına dair əmrini asan imza ilə imzalamışdır, Cavabdeh2 isə öz işdən çıxarılmasına dair ərizəsini isə MMC-nin direktoru olan Cavabdeh1 təqdim etmişdir, lakin hər iki cavabdehlərin ərizələrinin surətləri hazırda onlarda saxlanılmır. Qetd edilənləri nəzər alaraq iddia tələbinin rədd edilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 11 may 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 "xxxx" MMC-də satıcı vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 11 may 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" MMC-də satıcı vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 23 iyun 2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 "xxxx" MMC-də ümumi əsa işçi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, hal-hazırda aptekdə 63591.73 manat məbləğində mal qalığı mövcuddur. Müvcud malların saxlanılması üçün direktor V. Heydərovaya həvalə edilmiş və akt direktor Cavabdeh1 tərəfində imzalanmışdır. Azərbaycan Respublikası Auditorlar Palatasının “Allahverdiyev M.A” sərbəst auditorunun xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müstəqil ekspertin Naxış Farm MMC-də aparılmış audit nəticəsində Naxış Farm MMC-də 87258.44 manat məbləğində kənarlaşma olduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli nizamnaməsinin 4.3-cü bəndindən görünür ki, cəmiyyətin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən direktorun təyin edilməsi və geri çağrılması "xxxx" MMC-nin Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. - Cavabdeh1 tərəfindən imzlanmış 20 sentyabr 2023-cü il tarixli 101 nömrəli əmrdən görünür ki, aptek bölməsində satıcı vəzifəsində işləyən Cavabdeh2 ilə Naxış Farm MMC arasında bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "xxxx" bəndinə əsasən xitam verilmişdir. - Cavabdeh1 tərəfindən imzlanmış 20 sentyabr 2023-cü il tarixli 102 nömrəli əmrdən görünür ki, aptek bölməsində satıcı vəzifəsində işləyən Cavabdeh1 ilə Naxış Farm MMC arasında bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "xxxx" bəndinə əsasən xitam verilmişdir. Naxış Farm MMC-nin təsisçisi X3 tərəfindən imzlanmış xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, Cavabdeh1 Naxış Farm MMC-nin direktoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 69-cu maddəsinin 1, 2 və 3-cü bəndinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç)işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildəpozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə ilk öncə iddia tələbinin Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 102 nömrəli əmrinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş MMC-nin nizamnaməsindən məlum olur ki, MMC-nin direktorunun təyin edilməsi və onu geri çağırılması MMC-nin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi zamanı V.X8 MMC-nin direktoru vəzifəsində işləmiş və Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsinə dair əmr ümumi yığıncağın qərarı olmadan özü tərəfindən imzalanmışdır. Beləliklə məlum olur ki, cavabdeh V.X2 qərarı olmadan sözügedən əmri vermək səlahiyyəti olmadığından xx.xx.2023-cü il tarixli 102 nömrəli əmr etibarsız hesab edilməlidir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zərurui hesab edir ki, xx.xx.2023cü il tarixli 102 nömrəli əmrin, yəni əmək müqaviləsinə xitam verilməsinin əsası kimi işçinin ərizəsi olunduğu göstərilsə də, məhkəmə iclasında iştirak edən iddiaçının vəkili belə bir ərizənin olmadığını məhkəmənin diqqətinə çatdırmiş, cavabdeh tərəf isə belə bir ərizənin Ümumi yığıncağa verilmiş olduğunu bildirsə də, bu halı təsdiq edəcək sübut mülki iş matriallarına əlavə etməmişdir. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 101 nömrəli əmrinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarına əlavə edilmiş Cavabdeh2 ilə Naxış Farm MMC arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, sözügedən əmək müqaviləsinə işçinin ərizəsi əsasında xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2ın nümayəndəsi və vəkili sözügedən ərizənin işçi tərəfindən iş yerinə təqdim edildiyi bildirsə də, məhkəmə iclasında iştirak edən iddiaçının vəkili isə belə bir ərizənin mövcud olmadığını bildirmiş, cavabdeh tərəfin isə ərizənin qanunla nəzərdə tutulmuş qaydada iş yerinə təqdim edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, mülki işin hallarından görünür ki, sözügedən əmirlərin verilməsi zamanı digər cavabdehin direktoru olduğu MMC-nin fəaliyyətində maliyyə məsələləri ilə bağlı çatışmamazlığlar müəyyən edilmişdir. Cavbdehlər isə yaxın qohum olduğundan və onlar MMC-nin fəaliyyətində yaranmış çatışmamazlığlardan boyun qaçırmağ məqsədi ilə görünüş üçün əqd bağlayaraq əmək müqaviləsinə xitam verilmişdir. Qanunvericiliyin mənasından da görünür ki, görünüş üçün bağlanmış əqd əhmiyyətsiz olduğundan iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 101 nömrəli əmr etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 101 nömrəli əmri və Cavabdeh1 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 102 nömrəli əmri etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-986/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-986/2024
06.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver