Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-989/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Grand-Mart” MMC-nin nüməyəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair mülki işə Sabunçu Rayon Məhkəməsənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin mağazalar şəbəkəs”-i bölməsində “Anbardar” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə İnsan Resursları Departamentinin direktoru X1 402K nömrəli xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi və onun öz əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02 avqust 2023-cü il tarixdə əmək müqaviləsi bağlamışam, müqaviləyə görə aylıq 630 (altı yüz otuz) manat əmək haqqı ilə Cəmiyyətdə anbardar vəzifəsinə qəbul edilmişəm. Lakin, işlədiyim müddətdə ona qarşı olan haqsızlıqlara dözməyərək 06 iyun 2024-cü il tarixdə işdən çıxmaqla bağlı ərizə ilə MMC-nin rəhbərliyinə müraciət etmişdir. Bundan sonra MMC-nin məsul şəxsləri X.Məcidov, Xalid Əliyev və yaşar Ağazadə onun işdən çıxmaqla bağlı ərizəmə heç bir etiraz etməyərək imza çəkdilər. Amma digər məsul şəxslər onun işdən çıxmaqla bağlı ərizəsinə imza çəkmədilər. Bütün bunlara baxmayaraq onu öz ərizəm ilə işdən çıxarmadılar. MMC-nin məsul şəxsləri tərəfindən haqsız olaraq ona bildirildi ki, “guya o mağazada yeyinti etmişdir”. Həmçinin ona bildirildi ki, “sən mağazada maddi məsul şəxsən ona görə də itən mallara sən cavabdehsən, yeyiniti bir qismi sənin aylıq əmək haqqından çıxılacaq”. Lakin, iddiaçı onlara bildirdmişdir ki, “mən öz vəzifəmin icrasında məsul şəxsəm, mağazada itən mallara mənim heç bir aidiyyətim yoxdur, buna görə də mənim aylıq əmək haqqımdan çıxıla bilməz”. Möhtərəm məhkəmə mağaza müdiri Vasif Şəbiyev tərəfindən Megastore inşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı sayı etmədən işdən çıxışına onay verilməsinə dair rəsmi sənəddə mövcuddur. Onu da qeyd etmək istəyirəm ki, mağazada baş vermiş yeyintini törətmiş şəxslər barəsində 29-cu Polis Bölməsinə şikayət olunub və araşdırma aparılıb. Bununla da sübut olunur ki, mağazad baş vermiş yeyinti ilə bağlı təqsirli şəxs o yox, digər şəxslərdir. Belə olan halda onun öz ərizəsi ilə işdən çıxarılmamağı kobud qanun pozuntusudur. Cavabdeh MMC-nin rəhbər şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə də müraciət etmişdir. Buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə onun ərizəsinə cavab verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, Sizin əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətinizə X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. Müraciətinizin araşdırılmasında Sizin iştirakınızın zəruri olması, qey edilən pozuntuların dəqiqləşdirilməsi məqsədilə və eyni zamanda müəssisə tərəfindən Sizə təqdim edilmiş əmək haqqı kartından ödəniş barədə müvafiq bank çıxarışı əldə edərək 7 (yeddi) iş günü ərzində Bakı şəhəri üzrə DOST Mərkəzlərindən birinə gəlməyiniz xahiş olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin 3- 17-5/2-Ş-46529/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan sonra nümayəndəm və vəkilim Nümayəndə1 müəssisə tərəfindən ona təqdim edilmiş əmək haqqı kartından ödəniş barədə müvafiq bank çıxarışını 1 saylı Bakı DOST Mərkəzinə təqdim etmişdir. Həmçinin vəkil Nümayəndə1 tərəfindən 1 saylı Bakı DOST Mərkəzində izahatda verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin 3-17-5/2-Ş- 54999/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sizin Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığınız müraciətinizə Xidmətin Bakı şəhər İdarəsidə baxılmışdır. İzahatınızın alınması və əmək haqqı bank çıxarışının təqdim edilməsi bməqsədilə Bakı şəhəri üzrə hər hansı DOST mərkəzinə gəlməyinizlə əlaqədar ünvanınıza (ünvan 42-Ş-46519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş,Siz əmək haqqı bank çıxarışını və müvafiq izahatınızı 1 saylı Bakı DOST Mərkəzinə təqdim etmisiniz. Müraciətinizlə əlaqədar Cavabdeh MMC-nin (ünvan 5 ünvanına tərəfmizdən 3-17-5/2- 46560/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və Sizı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur.Lakin tələb olunan sənədlərin təqdim olunması Cavabdeh MMC tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Sizinlə Cavabdeh MMC-nin işəgötürəni arasında əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli bildirişin qüvvədən salınmadığı müəyyən edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Cavabdeh MMC tərəfindən Sizə aid sənədlər X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən baxılacaq və nəticəsi barədə Sizı məlumat veriləcək. 06 mart 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, eyni zamanda iddiaçının işdən çıxarılmasına dair ərizəsini işəgötürənə təqdim etdiyini, lakin işəgötürən tərəfindən ərizənin qəbul edilməsinə dair sübut olmadığını, sübutun son haqq hesab blankı olduğunu, həmçinin iddiaçının mail adressinə göndərilmiş bildiriş olduğunu bildirdi. Eyni zamnad iddiaçının işdən çıxarılmasına dair ərizə verməsindən sonra işə getmədiyini bildirmişdir. 06 mart 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh MMCnin nümayəndəsi Nümayəndə2 iddia tələbi qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. xx.xx.2023-cü il tarixli "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış X4 Haqqında Müqavilədən görünür ki, işəgötürənə məxsus əmlak və maddi sərvətlər işçi İddiaçı təhvil verilmiş, İddiaçı isə ona təhvil verilmiş malların salamatlığını qorunması üçün üzərinə X4 götürmüşdür. xx.xx.2024-cü il taricli əmrdən görünür ki, "GRAND-MART“ MMC-nin mağazalar şəbəkəsi" bölməsində "Anbardar" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "ç“ - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda» maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmiş, İşçinin xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 18.3 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, əmək müqaviləsi əsasında anbardar vəzifəsində çalışan "xxxx" MMC-də xx.xx.2024-cü il tarxdən etibarən işə gəlmədiyini, dəfələrlə şifahi və ya telefonla əlaqə saxlamaq istəsəkdə mümkün olmadığını, işə gəlinməməsi ilə bağlı 5 iş günü ərzində izahat verilməsi işəgötürən tərəfindən xahiş olunmuşdur. AlexExpress tərəindən təqdim edilən 080210 nömrəli, xx.xx.2024-cü il tarixli qaimədən görünür ki, "xxxx" MMC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu İddiaçı xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, « Megastore » İnşaatçılar mağazasında anbardar vəzifəsində çalışan İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə heç bir səbəb bildirmədən işə gəlməmişdir. İddiaçı Grand-Mart MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onu xx.xx.2024-cü il tarixdən öz ərizəsi ilə işdən azad edilməsini xahiş etmişdir Cavabdeh MMC-nin son haqq-hesab blankından görünür ki, İddiaçı həmçinin X.Məcidov, Əliyev Xəlil və Ağazadə Yaşar son haqq-hesab blankını imzalmış və 630 manat əmək haqqı verilməsi qeyd edilmişdir. . İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı Cavabdeh MMC-dən öz ərizəsi ilə işdən çıxmasını köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin 16 iyul 2024-cü il tarixli 3-17-5/2-Ş-46519/2024 nömrəli məktubundan göprünür ki, İddiaçı qeyd edilən pozuntuların dəqiqləşdirilməsi məqsədi ilə və eyni zamanda müəssisə tərəfindən Sizə təqdim edilmiş əmək haqqı kartısndan ödəniş bardə müvafiq bank çıxarışı əldə edərək 7 iş günü ərzində Bakı şəhəri üzrə DOST Mərkəzlərindən birinə gəlməyi bildirmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin 15 avqust 2024-cü il tarixli 3-17-5/2-Ş-54999/2024 nömrəli məktubundan görünür ki, İzahatınızın alınması və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədiiləə Bakı şəhəri üzrə hər hansı DOST mərkəzinə gəlməyinizlə əlaqədar ünvanınıza (ünvan 6/2-Ş-46519/2024-cü it nömrəli 16 07.2024-cü il tarixli məktub göndərilmiş, siz əmək haqqı bank çıxarışını və müvafiq izahatınızı 1 saylı Bakı DOST Mərkəzində təqdim etmisiniz . Müraciətinizlə əlaqədar "Grand-Mart” MMC-nin (ünvan 7 ünvanına tərəfimizdən 3-17-5/2-46560/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş və Sizə aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında ’ Azərbaycan Respublikasının Qanununun 7,9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin tələb olunan sənədlərin təqdim olunması “Grand- Mart* MMC tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq’ altsisteminə baxış keçirilərkən Sizinlə “Grand- Mart* MMC-nin işəgötürəni arasında əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023ci il tarixli bildirişin qüvvədən salınmadığı müəyyən edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan R espublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə ünvanlanmış mailin məzmunundan görünür ki, İnşaatçılat Megastoremağazasında anbardar vəzifəsində çalışan Şabiyev İddiaçı sayım etmədən işdən çıxışına anoy verilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/2/2024-1125 nömrəli 05 noyabr 2024-cü il tarixli arayışında görünür ki, 50 manat məbləğində mediasiya xərci, 10 manat poçt xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 1-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi şçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Beləliklə mülki işin hallarından həmçinin iddiaçı tərəfin vermiş olduğu izahatından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən üzürlü səbəblər olmadan işyerinə gəlməməsi səbəbindən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı işə gəlməməsinin səbəbini xx.xx.2024-cü il tarixdə işdən çıxarılmasına dair ərizə ilə işəgötürənə müraciət etmiş olduğu ilə izah etsədə, iddiaçı iş matraiallarıan əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizənin iş yerinə rəsmi qaydada təqdim edilməsinə dair möhtəbər sübutunu məhkəməyə təqdim etməmişdir, cavabdeh tərəf isə sözügedən ərizənin iş yerinə verilməsini qəbul etməmişdir. Eyni zamanda iddiaçı ərizənin işəgötürənə təqdim edilməsinə dair onun tərəfindən təqdim edilən son haqq-hesaba dair balankın olduğunu bildirsədə, məhkəmə sözügedən blanka hüququ qiymət verərərək, sözügedən blankdan işçinin işdən azad edilməsinə səlahiyyətli olan şəxsin imzasının və möhrünün olmadığını iddiaçının diqqətini çatdıraraq qeyd edilən sənədin rəsmi sənəd olmadığını bildirir. Həmçinin məhkəmə iddiaçı tərəfindən təqdim edilən iddiaçının mail adressinə mağaza müdürü tərəfindən göndərilmiş mailə münasibət bildirərək qeyd edir ki, iddiaçının mail adresinə göndərilmiş mail iddiaçının hüquqi vəziyyətini müəyyən edən sənəd olmadığından yalnız məlumat xarakteri daşıyır. Həmçinin məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, mağaza müdürü işəgötürən şəxs olmadığından, onun iddiaçıya ünvanladığı məlumat əsaslı hesab edilə bilməz, həmçinin sözügenən məlumatın mənbəyini təsdiq edən sübutlar mövcud deyildir. Bundan başqa məhkəmə iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işdən çıxarılmasına dair sözügedən ərizəni cavabdehə rəsmi təqdim edilmiş olduğu hesab edilsə belə, işin hallarından görünür ki, iddiaçı qanunla nəzərdə tutulan bir aylıq müddəti gözləmədən xx.xx.2024-cü il tarixdən işə gəlməməyə başlamışdır. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin Cavabdeh MMC tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh MMC baş anbardar vəzifəsinə isə bərpa edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-989/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-989/2025
10.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver