Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1010/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Eminov Elxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3, Üçüncü şəxs Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Naftalan Şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinə qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, görülən işlərə görə “Abadlıq-Sosial İnkişafa Dəstək“ İctimai Birliyinin "xxxx" MMC-yə ödəməli olduğu ƏDV daxil olmaqla, 736963,89 (yeddi yüz otuz altı min doqquz yüz altmış üç manat, 89 qəpik) manat məbləğdə borcun, dövlət rüsumu kimi ödənilən 1027 (bir min iyirmi yeddi) manatın cavabdeh – “Abadlıq-Sosial İnkişafa Dəstək“ İctimai Birliyindən tutulub iddiaçı – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: “İcraçı” adlanan - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Nəzarətçi” adlanan - Naftalan şəhər İcra Hakimiyyəti və “Maliyələşdirən tərəf” adlanan - “Abadlıq - Sosial İnkişafa Dəstək” İctimai Birliyi arasında 17 iyul 2018-ci il tarixdə “İşlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair” üçtərəfli müqavilə bağlanılmışdır. Həmin Müqavilənin 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinə əsasən İcraçı bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında bu Müqavilənin tərkib hissəsi sayılan və Tərəflər arasında müvafiq qaydada təsdiqlənmiş 1 nömrəli Əlavədə göstərilən işləri tam həyata keçirərək, onun Nəzarətçiyə təhvil verilməsini (Müqavilə - 2.2), Nəzarətçi müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində bütün işlərin İcraçıdan qəbul edilməsini (Müqavilə -2.3), Maliyyələşdirən tərəf isə Nəzarətçi tərəfindən qəbul edilmiş işlərin dəyərinin İcraçıya ödənilməsini (Müqavilə -2.4) üzərinə götürmüşdür. Tərəflər arasında bağlanılmış “İşlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair” 17 iyul 2018-ci il tarixli Müqaviləyə Tərəflər 28 dekabr 2021-ci il tarixli1 nömrəli Əlavə imzalamış və həmin Əlavəyə əsasən Nəzarətçi Naftalan şəhəri ərazisində yerləşən istirahət parklarında, o cümlədən şəhərin Z.Ə.Tağıyev küçəsi, Şirvan prospekti və ətrafında bərpa-yenidənqurma və abadlıq işlərinin görülməsi ilə bağlı İcraçıya sifariş verməyi, İcraçı həmin işləri görməyi, Maliyyələşdirən tərəf isə görüləcək həmin işlərin dəyərini İcraçıya ödəməyi öz üzərinə götürmüşdür. İcraçı - "xxxx" MMC həmin müqavilə şərtlərinə uyğun olaraq Nəzarətçi - Naftalan şəhəri İcra Hakimiyyəti tərəfindən ona sifariş verilmiş işlərin icrasını həyata keçirmiş və Naftalan şəhər İcra hakimiyyətinə təhvil vermişdir. Tərəflər arasında bağlanılmış Müqavilənin 5.3-cü bəndinə əsasən Maliyyələşdirən tərəf Nəzarətçi tərəfindən qəbul edilmiş və 1 nömrəli Əlavə ilə müəyyən edilən işlərə görə ödəmələrin aidiyyəti üzrə vaxtında aparılmasını öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 9.1-ci bəndinə görə isə Maliyyələşdirən tərəf Müqavilə üzrə ödəmələri İcraçının təqdim etdiyi və Nəzarətçi tərəfindən təsdiq edilmiş sənədlər əsasında, ən qısa müddətdə, lakin 30 gündən gec olmamaq şərti ilə ödəməyə borcludur. İcraçı - "xxxx" MMC tərəfindən 2023-cü ilin iyul ayında Naftalan şəhərinin Şirvan prospektində və ətrafında ƏDV xaric 216 139,10 manat dəyərində, Z.Ə. Tağıyev küçəsində isə ƏDV xaric 408 406,57 manat dəyərində olmaqla, cəmi – ƏDV xaric 624 545,67 (216139,10 + 408406,57 = 624545,67) manat dəyərində abadlıq işlərini görmüş və tərtib olunmuş Forma 2-lər əsasında Naftalan şəhər İcra Hakimiyyətinə təhvil vermişdir. Həmin Forma 2-lər Naftalan şəhər İcra Hakimiyyətinin 3 nəfər nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. Maliyyələşdirən tərəf olan “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi isə həmin Forma2-ləri imzalamamış, lakin bunun səbəblərini izah etməmişdir. "xxxx" MMC tərəfindən görülən və təhvil verilən, lakin ödənilməmiş işlərin ümumi dəyəri ƏDV daxil olmaqla, 736963,89 (624545,67 manat əsas borc + 112418,22 manat ƏDV =736963,89 cəmiborc) manat təşkil edir. Həmçinin bildirilir ki, tərəflər arasında bağlanılmış Müqavilənin şərtlərinə görə İcraçı tərəfindən görülən işlərin Nəzarətçi adlanan Naftalan şəhər İcra hakimiyyəti tərəfindən qəbul edilməsi faktı həmin işlərə görə ödənişlərin həyata keçirilməsi üçün yetərlidir. Görülən işlərin Maliyyələşdirən tərəf olan “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən qəbul edilməsinin zəruruliyi isə Müqavilədə nəzərdə tutulmamışdır. Belə olan halda, Maliyyələşdirən tərəf olan “Abadlıq-Sosial İnkişafa Dəstək” X5 şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş həmin işlərin dəyərini ödəməyə borcludur. Lakin, "xxxx" MMC tərəfindən “Abadlıq- Sosial İnkişafa Dəstək” İctimai Birliyinə bununla bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq, həmin məbləğ ödənilməmişdir. Buna görə də “Maliyələşdirən tərəf” adlanan “Abadlıq Sosial İnkişafa Dəstək” İctimai Birliyinə xx.xx.2025-ci il tarixdə, həm elektron məhkəmə portalı, həm də elektron vergi sistemi vasitəsi ilə pretenziyalar göndərilərək, 3 gün müddətində ƏDV daxil olmaqla 736963,89 manat məbləğdə olan borcun "xxxx"MMC-yə ödənilməsi xahiş edilmiş, əks halda "xxxx" MMC-nin pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı, əlavə xərclər də tələb edilməklə, tərəfimizdən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin Cavabdeh tərəf pretenziyaya heç bir cavab verməmişdir. Etirazın dəlilləri: Aşağıdakılara görə iddia ərizəsinə etiraz edilir: 1. İddia ərizəsində göstərilir: “İcraçı” adlanan - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Nəzarətçi” adlanan - Naftalan şəhər İcra Hakimiyyəti və “Maliyyələşdirən tərəf” adlanan - “Abadlıq - Sosial İnkişafa Dəstək” İctimai Birliyi arasında 17 iyul 2018-ci il tarixdə “İşlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair” üçtərəfli müqavilə bağlanılmışdır. Həmin Müqavilənin 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinə əsasən İcraçı bu Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında bu Müqavilənin tərkib hissəsi sayılan və Tərəflər arasında müvafiq qaydada təsdiqlənmiş 1 nömrəli Əlavədə göstərilən işləri tam həyata keçirərək, onun Nəzarətçiyə təhvil verilməsini (Müqavilə - 2.2), Nəzarətçi müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində bütün işlərin İcraçıdan qəbul edilməsini (Müqavilə -2.3), Maliyyələşdirən tərəf isə Nəzarətçi tərəfindən qəbul edilmiş işlərin dəyərinin İcraçıya ödənilməsini (Müqavilə -2.4) üzərinə götürmüşdür”. Bildiririk ki, tərəflər arasında bağlanmış üçtərəfli 17 iyu 2018-ci il tarixli müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, “Nəzarətçi qismində çıxış edən Naftalan şəhər İcra Hakimiyyəti müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli Əlavədə qeyd olunan Naftalan şəhəri ərazisində yerləşən istirahət parklarında bərpa-yenidənqurma işlərinin görülməsi məqsədi ilə İcraçıya sifariş verir.” Həmin müqavilənin 2.2-ci bəndində isə göstərilir: “İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında bu müqavilənin tərkib hissəsi sayılan və tərəflər arasında müvafiq qaydada təsdiqlənmiş 1 nömrəli Əlavədə göstərilən işləri tam həyata keçirərək onun nəzarətçiyə təhvil verilməsini öhdəsinə götürür. İcraçı tərəfindən yerinə yetirilmiş işlər onun bu müqavilədə göstərilmiş şərtlərinə uyğun olmalıdır”. Həmin müqaviləyə 28 dekabr 2021-ci il tarixli 1 saylı Əlavə edilmişdir. Əlavədə müqavilənin 2.1-ci bəndi dəyişilərək Naftalan şəhərinin istirahət parkları ilə yanaşı şəhərin Z, Tağıyev küçəsi və Şirvan prospekti və ətrafında bərpa tikinti işlərini İcraçıya sifariş verir. Maliyyələşdirən tərəf isə bunun müqabilində görüləcək işlərin dəyərini, bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 nömrəli əlavə ilə müəyyən edilmiş ƏDV daxil 2.970 000 (iki milyon doqquz yüz yetmiş min) ƏDV daxil vəsaitin ödənilməsini öz öhdəsinə götürür. Göründüyü kimi həm 17 iyul 2018-ci il tarixli Müqavilədə və həm də ona edilmiş 21 dekabr 2021-ci il tarixli Əlavə №1-də müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə göstərilən işlərin yerinə yetirilməsindən və məhz həmin yerinə yetirilmiş işlərin qəbul edilərək ödənilməsindən bəhs edilir. Lakin iddiaçı məhkəməyə təqdim etdiyi sənədlərin içərisində görülməsi nəzərdə tutulmuş işləri və onların qiymətlərini əks etdirən müqavilənin 1 saylı əlavəsi təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi 2 saylı formalar isə maliyyələşdirən “Abadlıq- Sosial İnkişafa Dəstək“ İB tərəfindən təsdiq edilməmişdir. Belə ki, müqavilənin 2.2-ci bəndinin tələbinə görə iddiaçı həcmi və qiyməti müqavilənin 1 nömrəli Əlavəsində göstərilən işləri yerinə yetirməli və təhvil verməli idi. Lakin onun təqdim etdiyi işlərin müqavilədə göstərilən işlər olmasını sübut edə bilməmişdir. İddiaçı müqavilədə göstərilən işlərin həcmi və qiyməti barədə tərtib və təsdiq olunmuş 1 saylı əlavəni müqavilənin 2.1ci bəndinə dəyişikliklər edilməsi barədə 28 dekabr 2021-ci il tarixli əlavə”1 ilə səhv salmışdır. 2. “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi (İctimai Birlik) qeyri-hökumət təşkilatı kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 29 dekabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır (qeydiyyat № 1113-Q48-3243). İctimai Birliyin əsas məqsədi dövlət tərəfindən sosial inkişaf sahəsində həyata keçirilən tədbirlərə dəstək verməkdən ibarətdir. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə İctimai Birlik arasında 25 oktyabr 2018-ci il tarixdə Maliyyə yardımı (qrant) müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə donor təşkilat - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İctimai Birliyə “Bakı şəhərində və regionlarda abadlıq işlərinin görülməsi və sosial infrastrukturun inkişaf etdirilməsi” adlı Layihənin həyata keçirilməsi məqsədi ilə maliyyə yardımı (qrant) ayırmışdır. Verilən qrantlar hesabına bir sıra sosial layihələr həyata keçirən X8 şəhərində istirahət parklarının və küçələrin yenidən qurulması və abadlaşdırılması işlərinə də dəstək vermişdir. Belə ki, Naftalan şəhərinin istirahət parklarında və küçələrində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi məqsədi ilə “İşlərin yerinə yetirilməsi və maliyyələşdirilməsinə dair” “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi (Maliyyələdirən tərəf), Naftalan Şəhər İcra Hakimiyyəti (Nəzarətçi) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (İcraçı) arasında üçtərəfli müqavilə bağlanmışdır. Müqavilənin şərtinə görə görüləcək işlərin müqabilində İctimai Birlik ******* (bir milyon yeddi yüz yetmiş min) manat məbləğində vəsaitin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (İcraçı) ödənilməsini öhdəsinə götürmüşür. Hazırda "xxxx" MMC faktiki olaraq yerinə yetirdiyi (2 nömrəli forma əsasında) 624545, 67 (altı yüz iyirmi dörd min beş yüz qırx beş manat, 67 qəpik) manat məbləğində vəsaitlə yanaşı 112418,22 (yüz on iki min dörd yüz on səkkiz manat, 22 qəpik) manat məbləğində X10 (ƏDV) ödənilməsini tələb edir. Bildirilir ki, İctimai Birlik fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmur və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Yəni kommersiya təşkilatı deyildir və onun gördüyü işlərə ƏDV tətbiq olunmur. İctimai Birlik yalnız donor təşkilat tərəfindən ayrılan qrantlar hesabına dövlətin sosial sahədə fəaliyyətinə dəstək verir. Bu səbəbdən İctimai Birlik yerinə yetirilmiş işlərə görə ödəniləcək 624545, 67 (altı yüz iyirmi dörd min beş yüz qırx beş manat, 67 qəpik) manat vəsaitdən əlavə ƏDV ödənilməsini yox, ƏDV-nin sıfır dərəcəsi ilə tutulmasını qanunvericiliyə uyğun hesab edir. “Qrant haqqında” Azərbaycan Respublikası Qanunu: 1. Qranthumanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatl obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrind proqramları, elm, tədqiqat və layihələşdirm proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. 1-1. Sub-qrant - qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə bu müqavilənin (qərarın) icrası məqsədi ilə ayrıca qrant müqaviləsinə (qərarına) əsasən verilən vəsaitdir. Həmin Qanununun 5-ci maddəsinin 1-ci hissəsində deyilir ki, bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul və (və ya) hər hansı digər maddi yardımla bağlı vergitutma məsələləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.1.2-ci maddəsində göstərilir ki, qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə ƏDV sıfır dərəcəsi ilə tutulur. Lakin iddiaçı gördüyü işlərə görə ƏDV ödənilməsini də tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq 1."xxxx" MMC-nin 624545, 67 (altı yüz iyirmi dörd min beş yüz qırx beş manat, 67 qəpik) manat məbləğində vəsaitin; 2. 112418,22 (yüz on iki min dörd yüz on səkkiz manat, 22 qəpik) manat məbləğində X10 (ƏDV) ödənilməsi barədə iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Mülahizəsi: Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Qeyd olunan normanın tələbindən və işin faktiki hallarında göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə və bunun əsasında verilmiş qaimələrə əsasən əməliyyatlar ƏDV tətbiq etməklə aparılmış və xx.xx.2018 - xx.xx.2022-ci il tarixləri aralıqlarında cavabdeh tərəfindən iddiaçının ƏDV depozit sub-uçot hesabına görülmüş işlərin dəyərindən hesablanan ƏDV məbləğinin ödənişləri həyata keçirilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 4.1-ci bəndinə əsasən Qeydiyyat orqanı bu Qaydanın 2-ci hissəsi ilə müəyyən edilmiş ərizələrin və sənədlərin təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda, 15 (on beş) iş günü müddətində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi və ya fiziki şəxsə bildirişi verir. Göründüyü kimi qrant müqavilələrinin (qərarlarının) qeydə alınması zamanı qrant alan şəxsə bildiriş təqdim edilir. Bu bildirişi əldə edib müqavilə bağlanan zaman "xxxx" MMC-yə təqdim etmək “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinin vəzifəsi olmuşdur. Bildirirlir ki, əgər tərəflər görülən işlərin ƏDVyə sıfır (0) dərəcə ilə cəlb edilməsini arzulayırdılarsa və bunun üçün hüquqi əsasları mövcud idisə yuxarıda qeyd olunan bildirişi qarşı tərəfə, yəni "xxxx" MMC-yə təqdim edilməsini təmin etməli idilər. Göründüyü kimi cavabdeh tərəfindən qeyd olunan bildiriş iddiaçıya təqdim edilməmiş, eyni zamanda tərəflər arasında bağlanılmış müqavilədə də ƏDV-nin ödənilməsi öhdəliyi öz əksini tapmışdır. Həmçinin cavabdeh müqaviləyə əsasən xx.xx.2018-xx.xx.2022-ci il tarixləri aralıqlarında iddiaçının ƏDV depozit subuçot hesabına görülmüş işlərin dəyərindən hesablanan ƏDV məbləğini ödəmişdir. Həmçinin qeyd edirik ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, tələb etmək hüququna malikdir. Göründüyü kimi, müqaviləyə əsasən ƏDV ödənişləri xx.xx.2018-xx.xx.2022-ci il tarixləri aralıqlarında həyata keçirilmiş və qeyd olunan əməliyyatların dəqiqləşdirilməsi (hesablanmış məbləğin yenidən hesablanması) üçün vergi qanunvericiliyi ilə müəyyən edilmiş 3 illik müddət də ötürülmüşdür. İş üzrə yekun qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etirazı müdafiə edərək iddianı xidmətlərin dəyərinin ödənilməsi hissəsində qəbul etdiklərini bildirərək, ƏDV-nin ödənilməsi hissəsində iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X6 mülahizəyə uyğun izahat verərək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə İctimai Birlik arasında 25 oktyabr 2018-ci il tarixdə Maliyyə yardımı (qrant) müqaviləsindən görünür ki, donor təşkilat-Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinə “Bakı şəhərində və regionlarda abadlıq işlərinin görülməsi və sosial infrastrukturun inkişaf etdirilməsi” adlı Layihənin həyata keçirilməsi məqsədi ilə maliyyə yardımı (qrant) ayırmışdır. - 17 iyul 2018-ci il tarixli icraçı "xxxx" MMC ilə nəzarətçi Naftalan Şəhər İcra Hakimiyyəti və maliyyələşdirən tərəf “Abadlıq - Sosial İnkişafa Dəstək” İctimai Birliyi arasında bağlanmış “İşlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair” müqavilənin bəndlərinə əsasən: 2.1. Nəzarətçi bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli Əlavədə qeyd olunan, Naftalan şəhəri ərazisində yerləşən istirahət parklarında bərpa-yenidənqurma işlərinin görülməsi məqsədilə icraçıya sifariş verir, maliyyələşdirən tərəf isə bunun müqabilində görüləcək işlərin dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 nömrəli Əlavə ilə müəyyən edilmiş 1.770.000 (bir milyon yeddi yüz yetmiş min) manat məbləğində (ƏDV daxil) vəsaitin ödənilməsini öz öhdəsinə götürür. -2.2. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında bu müqavilənin tərkib hissəsi sayılan və Tərəflər arasında müvafiq qaydada təsdiqlənmiş 1 nömrəli Əlavədə göstərilən işləri tam həyata keçirərək onun Nəzarətçiyə təhvil verilməsini öhdəsinə götürür. İcraçı tərəfindən yerinə yetirilmiş işlər onun bu müqavilədə göstərilmiş şərtlərinə uyğun olmalıdır. -2.3. Nəzarətçi müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində bütün işlərin İcraçıdan qəbul edilməsini öhdəsinə götürür. -2.4. Maliyyələşdirən tərəf Nəzarətçi tərəfindən qəbul edilmiş işlərin (müvafiq təhvil-qəbul aktı və digər aidiyyəti sənədlər icraçı tərəfindən təqdim edildikdən sonra) dəyərinin aidiyyyəti üzrə ödənilməsini öhdəsinə götürür. -5.3 Maliyyələşdirən tərəf Nəzarətçi tərəfindən qəbul edilmiş və 1 nömrəli Əlavə ilə müəyyən edilən işlərə görə ödəmələrin aidiyyəti üzrə vaxtında aparılmasını öhdəsinə götürmüşdür. -9.1 Maliyyələşdirən tərəf Müqavilə üzrə ödəmələri İcraçının təqdim etdiyi və Nəzarətçi tərəfindən təsdiq edilmiş sənədlər əsasında, ən qısa müddətdə, lakin 30 gündən gec olmamaq şərti ilə ödəməyə borcludur. - Naftalan şəhərində Tağıyev küçəsində abadlıq işlərinin görülməsi ilə bağlı 2023-cü ilin iyul ayında görülən işlərin qəbulu aktından görünür ki, görülmüş xidmətlərin dəyəri 408.406,57 manat təşkil edir. - Naftalan şəhərində Şirvan prospekti və ətrafında cari işlərin görülməsi ilə bağlı 2023-cü ilin iyul ayında görülən işlərin qəbulu aktından görünür ki, görülmüş xidmətlərin dəyəri 216.139,10 manat təşkil edir. - “Ədv X2”-dan görünür ki, müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının ƏDV sub uçot hesabına aşağıdakı ƏDV ödənişləri edilmişdir:
1. xx.xx.2022-ci il tarixdə 38135.59 manat məbləğində;
2. xx.xx.2021-ci il tarixdə 4633.56 manat məbləğində;
3. xx.xx.2021-ci il tarixdə 5066.02 manat məbləğində;
4. xx.xx.2021-ci il tarixdə 11959.32 manat məbləğində;
5. xx.xx.2021-ci il tarixdə 12203.39 manat məbləğində;
6. xx.xx.2021-ci il tarixdə 9000 manat məbləğində;
7. xx.xx.2021-ci il tarixdə 9000 manat məbləğində;
8. xx.xx.2020-ci il tarixdə 3050.85 manat məbləğində;
9. xx.xx.2019-cu il tarixdə 76271.19 manat məbləğində; 10.xx.xx.2019-cu il tarixdə 15254.24 manat məbləğində; 11.xx.xx.2019-cu il tarixdə 45762.71 manat məbləğində; 12.xx.xx.2018-ci il tarixdə 15254.24 manat məbləğində;
13. xx.xx.2018-ci il tarixdə 32033.9 manat məbləğində;
14. xx.xx.2018-ci il tarixdə 30508.47 manat məbləğində;
Əsaslandırıcı hissə:
İşin araşdırılmış hallarından görünür ki, “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi (İctimai Birlik) qeyri-hökumət təşkilatı kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 29 dekabr 2013cü il tarixdə 1113-Q48-3243 nömrə ilə qeydiyyata alınmış və həmin Nazirlik tərəfindən təsdiq edilmiş nizamnaməsindən görünür ki, Birliyin əsas məqsədi ölkənin sosial inkişafına kömək etməkdən ibarətdir (2.1). Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: sosial inkişaf sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək; ölkənin sosial potensialının və infrastrukturunun inkişafına yardım etmək; müvafiq sahədə xarici ölkələrin müsbət təcrübəsini öyrənmək. Göründüyü kimi, cavabdehin ictimai birlik kimi əsas məqsədi ölkənin sosial inkişafına kömək etməkdən ibarətdir və cəmiyyət həmin məqsədə çatmaq üçün ölkənin sosial potensialının və infrastrukturunun inkişafına yardım etmək vəzifəsini də həyata keçirir. Bu məqsədlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə İctimai Birlik arasında 25 oktyabr 2018-ci il tarixdə Maliyyə yardımı (qrant) müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə donor təşkilat-Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İctimai Birliyə “Bakı şəhərində və regionlarda abadlıq işlərinin görülməsi və sosial infrastrukturun inkişaf etdirilməsi” adlı Layihənin həyata keçirilməsi məqsədi ilə maliyyə yardımı (qrant) ayırmışdır. Cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı qismində) ilə Naftalan Şəhər İcra Hakimiyyəti (nəzarətçi qismində) və cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi (maliyyələşdirən tərəf qismində) arasında bağlanmış 17 iyul 2018-ci il tarixli işlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair müqavilənin şərtlərindən görünür ki, Nəzarətçi bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli Əlavədə qeyd olunan, Naftalan şəhəri ərazisində yerləşən istirahət parklarında bərpayenidənqurma işlərinin görülməsi məqsədilə İcraçıya sifariş verir, Maliyyələşdirən tərəf isə bunun müqabilində görüləcək işlərin dəyərini bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 nömrəli Əlavə ilə müəyyən edilmiş 1.770.000 manat məbləğində (ƏDV daxil) vəsaitin ödənilməsini öz öhdəsinə götürür (2.1). İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında bu müqavilənin tərkib hissəsi sayılan və Tərəflər arasında müvafiq qaydada təsdiqlənmiş 1 nömrəli Əlavədə göstərilən işləri tam həyata keçirərək onun Nəzarətçiyə təhvil verilməsini öhdəsinə götürür. İcraçı tərəfindən yerinə yetirilmiş işlər onun bu müqavilədə göstərilmiş şərtiərinə uyğun olmalıdır (2.2). Nəzarətçi müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində bütün işlərin İcraçıdan qəbul edilməsini öhdəsinə götürür (2.3). Maliyyələşdirən tərəf Nəzarətçi tərəfindən qəbul edilmiş işlərin (müvafiq təhvil-qəbul aktı və digər aidiyyəti sənədlər İcraçı tərəfindən təqdim edildikdən sonra) dəyərinin aidiyyəti üzrə ödənilməsini öhdəsinə götürür (2.4). Göründüyü kimi 17 iyul 2018-ci il tarixli işlərin yerinə yetirilməsinə və maliyyələşdirilməsinə dair müqavilə bilavasitə X1 sadalanan məqsədlərə çatmaq üçün ölkənin sosial potensialının və infrastrukturunun inkişafına yardım etmək vəzifəsi ilə əhatə olunan Naftalan şəhəri ərazisində yerləşən istirahət parklarında bərpa-yenidənqurma işlərinin görülməsi ilə bağlı olmuş və həmin şəhərdə görüləcək işlərin dəyərini 1.770.000 manat məbləğində (ƏDV daxil) vəsaitin ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı tərəf müqavilə şərtlərinə uyğun olaraq Naftalan şəhəri İcra Hakimiyyəti tərəfindən ona sifariş verilmiş işlərin icrasını həyata keçirərək Naftalan şəhər İcra hakimiyyətinə təhvil verməsini, lakin Abadlıq-Sosial İnkişafa Dəstək” X5 şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş həmin işlərin dəyərini ödəməməsini göstərərək ƏDV daxil 736963,89 (yeddi yüz otuz altı min doqquz yüz altmış üç manat, 89 qəpik) borcun və dövlət rüsumu kimi ödənilən 1027 (bir min iyirmi yeddi) manatın cavabdeh – “Abadlıq-Sosial İnkişafa Dəstək“ İB-dən tutulmalı olmasını iddia edir və tələbinin əsası kimi görülmüş işlərin təhvil verilməsinə və cavabdehin tərəflər arasında bağlanılmış müqavilədə ƏDV-nin ödənilməsi öhdəliyi öz əksini tapmasına istinad edir. Cavabdeh tərəf isə etirazının dəlillərindən fərqli olaraq məhkəmə iclasında verdiyi izahatında iddianı iddiaçı tərəfin göstərdiyi xidmət olaraq təqdim etdiyi işlərin dəyərinin - 624545, 67 (altı yüz iyirmi dörd min beş yüz qırx beş manat, 67 qəpik) manat ödənilməsi hissəsində iddianı qəbul etdiyini, lakin həmin vəsaitdən əlavə ƏDV ödənilməsi hissəsində iddiaya etiraz etdiyini və qanunvericiliyə uyğun olaraq ƏDV-nin sıfır dərəcə ilə hesablanmalı olmasını göstərmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti isə tərəflər arasında bağlanılmış müqavilədə ƏDV-nin ödənilməsi öhdəliyinin öz əksini tapmasını və cavabdehin də müqaviləyə əsasən xx.xx.2018-xx.xx.2022-ci il tarixləri aralığında iddiaçının ƏDV depozit subuçot hesabına görülmüş işlərin dəyərindən hesablanan ƏDV məbləğini ödəməsini göstərmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 159.8-ci maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDVyə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. - 165.1.2-ci maddəsinə əsasən qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə ƏDV sıfır dərəcəsi ilə tutulur. - 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. - 175.1.1-ci maddəsinə əsasən bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt kimi müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. - 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul vəsaitinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İşin materiallarından görünür ki, Naftalan şəhərinin istirahət parklarında və küçələrində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi məqsədi ilə “İşlərin yerinə yetirilməsi və maliyyələşdirilməsinə dair” “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyi (Maliyyələdirən tərəf), Naftalan Şəhər İcra Hakimiyyəti (Nəzarətçi) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (İcraçı) arasında 17 iyul 2018-ci il tarixdə bağlanmış üçtərəfli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən 2023-cü ilin iyul ayında Naftalan şəhərinin Şirvan prospektində və ətrafında ƏDV xaric 216.139,10 manat dəyərində, Z.Ə. Tağıyev küçəsində isə ƏDV xaric 408.406,57 manat dəyərində olmaqla, cəmi – ƏDV xaric 624.545,67 manat dəyərində abadlıq işlərini görmüş və tərtib olunmuş Forma 2lər əsasında Naftalan şəhər İcra Hakimiyyətinə təhvil vermişdir. Həmin Forma 2-lər Naftalan şəhər İcra Hakimiyyətinin 3 nəfər nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur.
Hazırda işin materiallarından görünür ki, "xxxx" MMC tərəfindən görülən və təhvil verilən, lakin ödənilməmiş işlərin ümumi dəyəri ƏDV daxil olmaqla, 736.963,89 (624545,67 manat əsas borc + 112418,22 manat ƏDV = 736.963,89 cəmi borc) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi Naftalan şəhərində Tağıyev küçəsində və Şirvan prospekti və ətrafında cari işlərin görülməsi ilə bağlı 2023-cü ilin iyul ayında görülən işlərin qəbulu aktları ilə təsdiqini tapmışdır. Bundan başqa məhkəmə hesab edir ki, müqavilə qüvvədə olan müddət ərzində cavabdeh aparılan əməliyyatları ƏDV tətbiq etməklə icra etməyə razılaşmış və "xxxx" MMC tərəfindən iş materiallarına əlavə edilmiş “ƏDV X2”-dan göründüyü kimi müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh iddiaçının ƏDV sub uçot hesabına dövrü olaraq ƏDV ödənişlərini icra etmişdir. Məhkəmə daha sonra hesab edir ki, cavabdeh tərəfin iddiaya etirazın əsası kimi “Qrant haqqında” Azərbaycan Respublikası Qanuna istinad etməklə İctimai Birlik fəaliyyətinin kommersiya təşkilatı olmamaqla onun gördüyü işlərə ƏDV tətbiq olunmaması və İctimai Birlik yalnız donor təşkilat tərəfindən ayrılan qrantlar hesabına dövlətin sosial sahədə fəaliyyətinə dəstək verdiyi üçün yerinə yetirilmiş işlərə görə ödəniləcək 624.545, 67 (altı yüz iyirmi dörd min beş yüz qırx beş manat, 67 qəpik) manat vəsaitdən əlavə ƏDV ödənilməsini yox, ƏDV-nin sıfır dərəcəsi ilə tutulmasını qanunvericiliyə uyğun olmasına dair dəlilləri əsassızdır. Belə ki, yuxarıda sadalanan qanunvericiliyin mənasına görə qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə ƏDV sıfır dərəcəsi ilə tutulması nəzərdə tutulsa da, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması zamanı qrant alan şəxsə bildiriş təqdim edilərsə görülən işlərin ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb edilməsi ilə bağlanmış müqavilə şərtləndirilə bilərdi ki, bu bildirişi də əldə edib müqavilə bağlanan zaman "xxxx" MMC-yə təqdim etmək “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyinin vəzifəsi olmuşdur. İşin araşdırılmış halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən qeyd olunan bildiriş iddiaçıya təqdim edilməmiş, eyni zamanda tərəflər arasında bağlanılmış müqavilədə də ƏDV-nin ödənilməsi öhdəliyi öz əksini tapmışdır. Məhkəmə etirazın dəlillərinə qiymət verməkdə davam edərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə və bunun əsasında verilmiş qaimələrə əsasən əməliyyatların ƏDV tətbiq etməklə aparılması və xx.xx.2018 - xx.xx.2022-ci il tarixləri aralıqlarında cavabdeh tərəfindən iddiaçının ƏDV depozit sub-uçot hesabına görülmüş işlərin dəyərindən hesablanan ƏDV məbləğinin ödənişlərinin həyata keçirilməsi cavabdeh tərəfin sözügedən əqdi bəyənərək onu icra etməsinin təsdiqidir. Sonradan isə hazırkı dəlillərlə qeyd edilən ödənişləri icra etməkdən boyun qaçırması onu iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərlə bağlı mülki məsuliyyətdən azad etmir. Beləliklə də, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığından iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Abadlıq-Sosial İnkişafa Dəstək” İctimai Birliyindən görülən işlərə görə ƏDV daxil olmaqla 736.963,89 (yeddi yüz otuz altı min doqquz yüz altmış üç manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti və 1027 (bir min iyirmi yeddi) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova