Məhkəmə qərarları › İş №e-2(009)-1016/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1016/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1016/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhərində, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 724.000 manat, mənəvi ziyana görə 50000 manat pulun barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Kommunal və digər xidmətlərin göstərilməsi haqqında” Müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 14-cü km., 2 ünvanda yerləşən F-4 kottec tipli yaşayış sahəsinə(yeni qaydalarla ünvan 2 ünvanında) digər xidmətlərlə yanaşı, həmçinin “mühafizə və kamera (SSTV) xidməti 7-24” göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə öhdəliklər İddiaçı tərəfindən vaxtlı-vaxtına yerinə yetirilmiş, ödənilməli olan xidmət haqları tam olaraq ödənilmişdir. Lakin Cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyi səbəbindən xx.xx.2024-cü il tarixdə, saat 21:00-da iddiaçının evinə naməlum şəxslər tərəfindən qanunsuz müdaxilə olmuş, evin 3-cü mərtəbəsində yataq otağında olan 1 (bir) ədəd dəmir seyf sındırılaraq onun içərisində olan 220.000 (iki yüziyirmimin) ABŞ dolları, 154.80 qram çəkidə 750 əyarlı brilyant qaşlı 1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd üzük və 1 ədəd qolbaq, həmçinin 11.800 (on bir min səkkiz yüz) Avro ilə 22.000 manat dəyərində 1 ədəd kişi qolsaatı, 28.540 İsveçrə frankımilliməzənnə ilə 57.000 manat dəyərində 1 ədəd kişi qol saatı, 5.650 manat dəyərində 0.45 karat 1 cüt sırğa, 3.750 manat dəyərində 0.28 karat 1 ədəd sırğa, 27.725 manat dəyərində 1.45 karat 1 ədəd qadın qolbaq, 10.000 manat dəyərində İtaliya istehsalı olan, 0.47 karat brilyant qaşlı 1 ədəd qadın qızıl üzüyü, 60.000 ABŞ dolları milli məzənnə ilə 102.000 manat dəyərində brilyant qaşlı 1 ədəd qadın saç aksessuarı, 3.340 manat dəyərində brilyant qaşlı 0.04 karat 1 ədəd qadın boyunbağı, 20.000 ABŞ dolları milli məzənnə ilə 34.000 manat dəyərində 2 karat brilyant qaşlı 1 ədəd qadın qızıl boyunbağı, 15.000 ABŞ dolları milli məzənnə ilə 25.500 manat dəyərində 2 karat brilyant qaşlı 1 ədəd sırğa (1 tay), 10.000 manat dəyərində İtaliya İstehsalı olan brilyant qaşlı 0.19 karat 1 ədəd qadın qızıl boyunbağı, 30.000 manat dəyərində İtaliya istehsalı brilyant qaşlı 1 ədəd boyunbağı, 1 cüt sırğa, 1 ədəd üzük, 9.500 manat dəyərində İtaliya istehsalı olan brilyant qaşlı 15.3 qram çəkidə 1 cüt sırğa, 2.000 ABŞ dolları milli məzənnə ilə 3.400 manat dəyərində 1 ədəd qadın qol saatı, 7.000 manat dəyərində 1 ədəd “Azergold” 50 qram qızıl külçə oğurlanmışdır. Evin fasiləsiz (7gün/24 saat) mühafizəsini həyata keçirməli olan Cavabdeh tərəfindən mühafizə lazımi qaydada təşkil edilmədiyi səbəbindən oğurluq hadisəsinin qarşısıalınmamış, bunun nəticəsində İddiaçı 724 000 manat miqdar maddizərərə məruz qalmışdır. Belə ki, cinayət işi üzrə araşdırma zamanı da müəyyən edilmişdir ki, oğurluq hadisəsi baş verən zaman Cavabdehin müşahidə kameraları qeyriişlək, yararsız vəziyyətdə olmuşdur. Qeyd edilən fakt həmçinin Cavabdehin əməkdaşlarının istintaq orqanına verdikləri ifadələri ilə də təsdiqlənmişdir. Oğurluq edən şəxslərin görüntüləri yalnızİddiaçının özünə məxsus kamera tərəfindən qeydə alınmışdır. Hadisə ilə bağlı İddiaçının həyat yoldaşı X4 tərəfindən Bakı şəhəri Səbail rayon Polis İdarəsinə müvafiq müraciət edilmiş, həmin idarənin İstintaq şöbəsinin müstəntiqi tərəfindən “Cinayət işinin başlanması və icraata qəbuledilməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin işin istintaqı zamanı hadisənin Çin Xalq Respublikasının vətəndaşları Lıng Yınjıe, Lı Zhuodıng və Mo Zhengguo tərəfindən törədildiyi müəyyən edilmiş, barələrində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar, onların təqsirləndirilən şəxs qismində cəlb edilmələri haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş; Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)-610/2024 saylı qərarı ilə Lıng Yınjıe barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan əlavə, İddiaçının uzun müddət ərzində topladığı pul vəsaitləri və qiymətli əşyaları Cavabdehin təqsirli hərəkətləri (yəni, öhdəliklərini lazımınca icra etmədiyi) nəticəsində itirməsi ona həddən artıq pis təsir etmiş, stress keçirmişdir, hazırda da depressiv vəziyyətdədir. Cavabdeh etirazda qeyd etmişdir ki, iş materiallarına əlavə olnmuş “axtarış elan edilməsi və ittiham elan edilməsi üçün şəxsin tutulması barədə” Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi,polis mayoru X1 tərəfindən verilmiş 02 noyabr 2024-cü il tarixli Qərarla müəyyən edilmişdir ki, Bakı şəhəri,Səbail rayonu, Liman küçəsi,glriş-25-6 ünvandan X2 məxsus 724000(yeddi yüz iyirmi dörd min) manat məbləğində müxtəlif çeşidli qızıl zinət əşyalarını oğurlayan şəxslər Çin Xalq Respublikasının vətəndaşları xx.xx.1996-cı il təvəllüdlü (EE.5797692) LİNG YİNJİE, xx.xx.19988- ci il təvəllüdlü (EM.2865610) Ll ZHUOD!NG,və xx.xx.1978-ci il təvəllüdlü (EM.3539010) MO ZHUODİNG olmuşdur.Onlar Azərbaycan Respubilkası hüdudlarından kənara çıxdıqlarından ittiham elan etmək mümkün olmamışdır. Bu səbəbdən Çin Xalq Respublikasının vətəndaşı xx.xx.1996-cı il təvəllüdlü (EE.5797692) LİNG YİNJİE barəsində axtarış elan olunmuşdur.Göründüyü kimi bu cinayət hadisəsi ilə bağlı qanuni qüvvəyə minmiş hər hansı yekum məhkəmə hökmü və ya qərarı yoxdur. Qərardan təsnifatından göründüyü oğurluq hadisəsi F-4-də deyil, F-3 saylı kotej tipli Bakı şəhəri,Səbail rayonu, Liman küçəsi,giriş -25-6 ünvanda X2 məxsus müxtəlif çeşidli qızıl zinət əşyalarınınm oğurlanmasında CavabdehMMC-nin hər hansı bir rolu olmamışdır. X2 zərər vuran şəxslər məlumdur.İddiaçının qeyd etdiyi “Kommunal və digər xidmətlərin göstərilməsi haqqında” Müqavilədə qeyd olunan 7\24 mühafizə və kamera xidmətinə gəldikdə onu məzərinizə çatdırmaq istəyirik ki,bizi tərəfimizdən belə bir xidmətin göstərilməsinə dair İddiaçı ilə hər hansı müqavilə bağlanmamışdır.Onun mənzilində və girişdə şəxsi kameraları olduğundan “FS Şirkətlər Qrupu "MMC-nin kamera xidmətindən imtina etmişdir.Hətta “FS Şirkətlər Qrupu "MMC-yə məxsus kameranın qarşısında mülkiyyətçi tərəfindən məqsədli şəkildə ağac əkildiyindən mənzil görünməz olmuşdur, (şəkillər və video əlavə olunur)Həmin ağaclar bizə məxsus ümıımi nəzarət kameralarını da sıradan çıxarmışdır.Bundan əlavə mülkiyyətçi tərəfindən həyət taxta hasara alınmış,qapıya kilid qoyulmaqla Cavabdeh MMC-nin həmin ərazidə xidmətləri tamamilə məhdudlaşdırılmışdır. Bu kimi qeyri-müəyyənlik səbəbindən İddiaçı ilə yeni müqavilə bağlanmamışdır. Onu da qeyd etməliyik ki, "xxxx"MMC-nin konkret şəxslərə məxsus mənzil və ya villaların qorunması ilə bağlı nə mühafizə sertfıkalı nə də hər hansı bir öhdəliyi yoxdur. Belə bir anlaşma müqaviləsi olmuş olsaydı qanunvericiliyin tələblərinə uyğun olaraq mühafizə məqsədilə mənzilin təhvil-təslim prosesi həyata keçirilmiş olardı. Bundan əlavə həmin kameralar konkret mənzillərin mühafizəsi deyil,ümumi həyətin təhlükəsizliyi məqsədi daşıyır. FS Şirkətlər Qrupu "MMC-nin umum i infrastrukturunda olan bu və ya digər sahələrə ümumi nəzarəti həyata keç ir ir. Bu səbəbdən iddiaçının "Kommunal və digər xidmətlərin göstərilməsi haqqında” Müqavilənin həmin xidmət növünə istinad etməklə konkret şəxslər tərəfindən vurulmuş ziyanın "xxxx" MMC-dən tələb etməsi əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçının hazırki işdə cavabdehlə kommunal xidmətlər göstərilməsinə dair təqdim etdiyi müqavilədən cavabdehin məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatını, işin hallarını və dəlillərini araşdırıb, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ediməlməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh MMC-nin xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli qəbzlərinin surətindən görünür ki, MMC tərəfindən Gülər İsmayılzadədən müxtəlif tarixlərdə aylıq xidmət haqqı və elektrik enerjisinə görə haqq alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 11, 14-cü km-2, korpus A (yeni qaydalarla ünvan 2) xx.xx.2024-cü il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Səbail RPİ İstintaq şöbəsinin müstəntiqinin 02 noyabr 2024-cü il tarixli axtarış elan edilməsi və ittiham elan edilməsi üçün şəxsin tutulması barədə qərarda qeyd edilir ki, qaydalarla ünvan 2 ünvanından X2 məxsus 724.000 manat məbləğində müxtəlif çeşidli qızıl-zinət əşyalarını oğurlayan şəxslər Çin Xalq Respublikasının vətəndaşları xx.xx.1996cı il təvəllüdlü Ling Yinjie, xx.xx.1988-ci il təvəllüdlü Li Zhuoding və xx.xx.1978-ci il təvəllüdlü Mo Zhengguo olmuşdur. xx.xx.2023-cü il tarixli kommunal və digər xidmətlərin göstərilməsi haqqında müqavilədə qeyd edilir ki, Cavabdeh MMC İsmayılzadə Gülərin yaşadığı çoxmənzilli yaşayış binasının və villaların idarə edilməsindən və sakinlərə kommunal və digər xidmətlər göstərilməsindən ibarətdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 11, 14-cü km-2, korpus A (yeni qaydalarla ünvan 2) İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə sözügedən yaşayış sahəsinə qanunsuz olaraq müdaxilə nəticəsində iddiaçıya məxsus əşyalar oğurlanmış və iddiaçı zərər görmüşdür. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qanunun deliktlə bağlı normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Hazırki işdə bu 3 şərtin hər biri mövcuddur. İşin hallarını qeyd olunan maddi hüquq normasının tələbləri ilə yanaşı yoxlayarkən deliktlə bağlı normanın tətbiqi üçün mövcud olan şərtlərin hazırki işdə mövcud olmadığı müəyyən olunur. Belə ki, mülki hüquq pozuntusunun tanınması üçün baş vermiş pozuntu nəticəsində şəxsiyyətə zərər vurulmalı, habelə nəticə və səbəb arasında əlaqə olmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı cavabdehlə arasında bağlanmış xx.xx.2023-cü il tarixli kommunal və mühafizə xidmətləri göstərilməsi barədə müqaviləyə istinad edir və cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməməsi səbəbindən iddiaçıya zərər dəydiyini qeyd edir. Lakin həmin müqaviləyə diqqət yetirərkən müəyyən olunur ki, müqavilə yalnız İsmayılzadə Gülər tərəfindən imzalanmış, Cavabdeh MMC-nin isə müqavilədə möhürü və imzası mövcud deyildir. Cavabdeh tərəfindən müxtəlif tarixləri əks etdirən Xidmət göstərilməsi haqqında sakinlərlə imzalanmış analoji müqavilələrdən görünür ki, həmin müqavilələr sakin və MMC tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Buradan isə belə nəticəyə gəlmək olar ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əqd tərəflərin heç biri üçün öhdəlik yaratmır. Bundan başqa işdə olan və iddiaçıya məxsus olan yaşayış sahəsini özündə əks etdirən fotoşəkillərdən görünür ki, iddiaçının evi hasarla və hasarboyu əkilmiş ağaclarla əhatələnərək ümumi iddiaçı tərəfindən sahədən ayrılmışdır. Həmin vəziyyətdə iddiaçının yaşayış sahəsinə cavabdeh tərəfindən fiziki yaxud kamera müşahidəsi xidmətinin həyata keçirilməsi də özözlüyündə məhdudlaşdırılmışdır. İddiaçının bu əməlindən belə nəticəyə gəlmək olar ki, iddiaçı ona məxsus yaşayış sahəsi və həyətinin kənardan görünməsinin və müşahidə edilməsinin bilərəkdən qarşısını almış və bunda maraqlı olmamışdır. Eyni zamanda məhkəmə zərərin yaranma səbəbi ilə nəticəsini təhlil edərək qeyd edir ki, iddiaçıya ona dəymiş olduğu hesab etdiyi zərər ona məxsus yaşayış sahəsinə qanunsuz olaraq müdaxilə edən və əşyaları oğurlayan şəxslərin əməli nəticəsində yaranmışdır. İddiaçının ona dəymiş olduğu hesab etdiyi zərər məhz həmin şəxslərin əməli nəticəsində baş vermişdir. İddiaçı isə həmin şəxslərin əməli sübuta yetiriləcəyi və həmin əməl nəticəsində iddiaçının zərər gördüyü müəyyən ediləcəyi təqdirdə ona dəymiş zərərin əvəzini təqsirləndirilən şəxslərdən tələb etmək hüququna malik olacaqdır. Hazırki işdə isə cavabdehin iddiaçı qarşısında onun yaşayış sahəsinin təhlükəsizliyinə nəzarət etmək kimi bir öhdəlik daşıdığı müəyyən olunmur. Belə olan halda hazırki iddia təmin olunacağı təqdirdə iddiaçı cavabdehin hesabına əsassız olaraq varlana bilər ki, bu da cavabdehin qanuni mənafelərinin pozulmasına səbəb ola bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, Səbail RPİ İstintaq şöbəsinin müstəntiqinin 02 noyabr 2024-cü il tarixli axtarış elan edilməsi və ittiham elan edilməsi üçün şəxsin tutulması barədə qərarda müəyyən edilir ki, ünvan 2 ünvanından X2 məxsus 724.000 manat məbləğində müxtəlif çeşidli qızıl-zinət əşyalarını oğurlayan şəxslər Çin Xalq Respublikasının vətəndaşları xx.xx.1996-cı il təvəllüdlü Ling Yinjie, xx.xx.1988-ci il təvəllüdlü Li Zhuoding və xx.xx.1978-ci il təvəllüdlü Mo Zhengguo olmuşdur. Həmin qərardan eyni zamanda görünür ki, X4 polisə müraciət edərək, ona məxsus əmlakların oğurlandığını və ona bu əməl nəticəsində zərər dəydiyini bildirmişdir. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbinin qaldırmaqda eyni zamanda subyektiv hüququ da yoxdur. Belə ki, oğurlanan əşyaların X2 məxsus olması və həmin əşyaların oğurlanması nəticəsində zərərin X2 dəyməsi hazırki işdə iddiaçının həmin zərəri tələb etməsi üçün subyektiv hüququnu aradan qaldırır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Mənəvi ziyanın ödənilməsinə dair iddia tələbini araşdıraraq məhkəmə hesab edir ki, iddianın bu hissəsi maddi zərər tələbindən törəmə bir tələb olduğundan və əsas tələb əsassız hesab edildiyindən bu hissə də əsassız sayılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar