Məhkəmə qərarları › İş №e-2(009)-1021/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1021/2025

01.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1021/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onunla birgə mülkiyyətə daxil olan Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, ev 28, 92 nömrəli mənzilə olan mülkiyyət hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını təqdim olunmuş sənədlər əsasında nəzərdən keçirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(009)-1021/2025 nömrəli mülki işlə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-2763/2025 nömrəli mülki iş biri-biri ilə əlaqəli olduğundan hazırkı mülki iş digər mülki işlə birləşdirilərək birgə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-in 44.2.6-cı maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(009)-1021/2025 nömrəli mülki işlə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-2763/2025 nömrəli mülki iş biribiri ilə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Odur ki, hazırkı mülki iş digər mülki işlə birləşdirilərək birgə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 43, 44, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(009)-1021/2025 nömrəli mülki işlə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-2763/2025 nömrəli mülki iş əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə həmin işlə birləşdirilərək onlara birgə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar