Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1044/2023 25.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə Soltan oğlunun iştirakı ilə, İddiaçı – Cavabdeh MMC-nə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh MMC-nə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli 767 23 nömrəli əmrin ləğv edilməsi, son haqq hesabın hesablanaraq ona ödənilməsi, İddiaçı Əmək məcəlləsənin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işdən çıxarılması və bu barədə həm əmək kitabçasında, həm də əmək və məşğulluq altsistemində (ƏMAS) düzəliş edilməsi həmin şirkətin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəməyə Barışıq Sazişini təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişinə əsasən: 1. İddiaçı Cavabdeh MMC-nə qarşı irəli sürdüyü iddianın pul tələbi hissəsindən imtina edir. 2. Əvəzində Cavabdeh MMC-nin İddiaçı işdən çıxması barədə Əmrdə və müvafiq surətdə onun əmək kitabçasında 02 mart 2023-cü il tarixində işdən azad olunmasının hüquqi əsaslarını əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndini məcəllənin 69-cu maddəsinə (yeni əmək müqaviləsinə işçisinin təşəbbüsü ilə xitam verilməsi) dəyişdirilməsini rəsmiləşdirir. 3. Tərəflər razılaşırlar ki, bu barışıq sazişi imzalandıqda baxılan mübahisə üzrə həll edilməmiş məsələlər qalmır və onlar gələcəkdə məhkəməyə və ya digər dövlət orqanlarına bununla bağlı bir birinə qarşı hər hansı şikayət, iddia, o cümlədən pul tələbini irəli sürməməsi öhdəliyini üzərinə götürürlər. 4. İkinci bənddə göstərilən dəyişiklik Əmək və Məşqulluq altsistemində qeydiyyata alınsın. 5. Bu Saziş tərəflərlə imzalandıqdan və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.
6. Barışıq sazişi üç nüsxədə tərtib olunur. Tərəflərin hər birinə və məhkəməyə bir nüsxə verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5 maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş uzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
I.İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:
1. İddiaçı Cavabdeh MMC-nə qarşı irəli sürdüyü iddianın pul tələbi hissəsindən imtina edir.
2. Əvəzində Cavabdeh MMC-nin İddiaçı işdən çıxması barədə Əmrdə və müvafiq surətdə onun əmək kitabçasında 02 mart 2023-cü il tarixində işdən azad olunmasının hüquqi əsaslarını əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndini məcəllənin 69-cu maddəsinə (yeni əmək müqaviləsinə işçisinin təşəbbüsü ilə xitam verilməsi) dəyişdirilməsini rəsmiləşdirir.
3. Tərəflər razılaşırlar ki, bu barışıq sazişi imzalandıqda baxılan mübahisə üzrə həll edilməmiş məsələlər qalmır və onlar gələcəkdə məhkəməyə və ya digər dövlət orqanlarına bununla bağlı bir birinə qarşı hər hansı şikayət, iddia, o cümlədən pul tələbini irəli sürməməsi öhdəliyini üzərinə götürürlər.
4. İkinci bənddə göstərilən dəyişiklik Əmək və Məşqulluq altsistemində qeydiyyata alınsın.
5. Bu Saziş tərəflərlə imzalandıqdan və məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.
6. Barışıq sazişi üç nüsxədə tərtib olunur. Tərəflərin hər birinə və məhkəməyə bir nüsxə verilir.
İİ. İddiaçı – Cavabdeh MMC-nə qarşı "xxxx" tələbinə dair 2(009)-1044/2023 saylı mülki işin icraatına xitam verilsin. İİİ. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Rəna Qafarova