Məhkəmə qərarları › İş №e-2(009)-1054/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1054/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1054/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (3-cü şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) Cavabdeh ASC-yə qarşı fərdi yaşayış evinin üzərində olan ipoteka yüklülüyünün xitam olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 1 ünvanında olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 290.4 kv.m olan fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünə xitam verilməsi və Cavabdeh ASC-nin üzərinə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ipoteka ilə yüklülüyə xitam verilmə barədə ərizə ilə müraciət etmə vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC 11071***- *******01L saylı, xx.xx.2021-cı il tarixli əsas kredit limiti razılaşması çərçivəsində illik 16 faiz dərəcəsi ilə xx.xx.2022-cı il tarixinədək 50000 manat məbləğində borc pul vəsaitini dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə "xxxx" MMC-yə vermişdir. Həmin kreditin təminatı olaraq İddiaçı məxsus Sabunçu rayonu, Zabrat qəsəbəsi, 15-ci məhəllə, ev 21 ünvanında olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 290.4 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri 17 saylı Notariat kontorunun 8İ-7683 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 35038.79 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "xxxx" ASC-yə ödənilməli, tutma ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 290.4 kv.m olan fərdi yaşayış evi ünvanında yerləşən əmlaka yönəldilməli idi. Həmin icra sənədinin icra edilməsi məqsədilə xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında borclu tərəfindən ümumilikdə 35039.29 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda hesab edir ki, əsas öhdəlik icra edildiyinə, yəni kredit müqaviləsi üzrə borc tam ödənildiyinə görə ipoteka ilə yüklülüyə xitam verilməlidir və cavabdeh tərəfindən ipotekanın qeydiyyatını aparan dövlət orqanına ipoteka ilə yüklülüyə xitam verilmə barədə ərizə ilə müraciət edilməlidir. İddiaçıya və onun nümayəndəsi və vəkilinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh bankın nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri 17 saylı Notariat Ofisinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında 8İ-7683 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydində “Notariat haqqında” AR Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” AR Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf olan ipoteka saxlayan Cavabdeh ASC-nin tələbi ilə vaxtında ödənilməmiş 35038.79 manat borca görə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 290.4 kv.m olan fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilməsi göstərilmişdir. İddia ərizəsində qeyd olunanlardan fərqli olaraq, bildirir ki, Bakı şəhəri 17 saylı Notariat Ofisinin 8İ-7683 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi icra olunmuş, “X1” "xxxx" MMC-nin X3 barədə xx.xx.2023cü il tarixli, 117/23 nömrəli protokoluna əsasən İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 290.4 kv.m olan fərdi yaşayış evi “İpoteka haqqında” AR Qanununun 43.7-ci maddəsinə əsasən, Cavabdeh ASC tərəfindən 79687,50 manata əldə edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.3-cü maddəsinə əsasən tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda ipotekaya xitam verilir. Qanunun tələbindən göründüyü kimi, ünvan 1 ünvanında olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 290.4 kv.m olan fərdi yaşayış evi tutmanın yönəldilməsi nəticəsində Cavabdeh ASC-yə satılıbsa, avtomatik surətdə həmin əmlak üzərində ipoteka yüklülüyünə də artıq xitam verilmişdir. Bu səbəbdən də hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “Bank Respublika ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 1 ünvanında olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 290.4 kv.m olan fərdi yaşayış evinin ipoteka ilə yüklülüyünə xitam verilməsi və Cavabdeh ASCnin üzərinə ipoteka qeydiyyatını aparan dövlət orqanına ipoteka ilə yükülüyə xitam verilmə barədə ərizə ilə müraciət etmə vəzifəsinin qoyulması barədə qətnamə çıxarılması tələbinə dair” iddia tələbi əsassız və qanunsuzdur. Yuxarıda qeyd olunanlara əsasən, iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab etmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan “Kreditverən” Cavabdeh ASC ilə “Borcalan” "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 11071***-*******01L saylı əsas kredit limiti razılaşmasından görünür ki, bu əsas kredit limiti razılaşmasına əsasən “Kreditverən” “Borcalan”a 500000 manat məbləğində 120 ay müddətinə xx.xx.2031-ci il tarixənədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu əsas kredit razılaşmasını və/və ya razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” ona kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir. İş materiallarında olan “Kreditverən” Cavabdeh ASC ilə “Borcalan” "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 11071***-*******01L saylı əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli kredit razılaşmasından görünür ki, “Kreditverən” xx.xx.2021-ci il tarixli, 11071***-*******01L saylı əsas kredit limiti razılaşması çərçivəsində illik 16 faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixinədək, 0 (sıfır) ay güzəşt olmaqla 50000 (əlli) manat məbləğində borc pul vəsaitini Dövriyyə vəsaitlrəinin artırılması və cari xərclər məqsədi ilə “Borcalan”a verir. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı və X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Zaminlik müqavilələrindən görünür ki, bu müqavilələr borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün zaminlərin kreditor qarşısında birgə məsuliyyətlərinin əsaslarını müəyyən edir. İş materiallarında olan Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu S.Məmmədovun İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli, 8İ-7683 reyestr nömrəli İcra Qeydindən görünür ki, “Notariat haqqında” AR Qanununun 76cı maddəsinə və “İpoteka haqqında” AR Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan Cavabdeh ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 290.4 kv.m olan fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir (Öhdəliyi müəyyən edən 11071***-*******01L müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 34024,24 AZN əsas borc, 1014,55 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 35038,79 AZN təşkil edir). İş materiallarında olan 11071***-*******01 saylı kreditə görə gecikdirilmiş əsas borcun ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 1538 manat, xx.xx.2023-cü il tarixdə 1015,05 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 260 manat, xx.xx.2023-cü il tarixdə 4740,79 manat, xx.xx.2023-cü il tarixdə 4000 manat, xx.xx.2023-cü il tarixdə 937,95 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 4500 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 4047,50 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat ödəniş olunmuşdur. Təqdim olunmuş “X1” "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 117/23 saylı X3 barədə 117/23 №-li Protokoldan (İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair) görünür ki, ipoteka predmeti olan, İddiaçı məxsus olan ünvan 1 ünvanında olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 290.4 kv.m olan, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi tələbkar Cavabdeh ASC 79.687,5 manata əldə edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 11071***- *******01L saylı əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli kredit razılaşmasına əsasən Cavabdeh ASC xx.xx.2021-ci il tarixli, 11071***- *******01L saylı əsas kredit limiti razılaşması çərçivəsində illik 16 faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixinədək, 0 (sıfır) ay güzəşt olmaqla 50000 (əlli) manat məbləğində borc pul vəsaitini Dövriyyə vəsaitlrəinin artırılması və cari xərclər məqsədi ilə "xxxx" MMC-yə vermişdir. Həmin kreditin təminatı olaraq İddiaçı məxsus Sabunçu rayonu, Zabrat qəsəbəsi, 15-ci məhəllə, ev 21 ünvanında olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 290.4 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə yaranmış 35038,79 AZN borc məbləği boralan tərəfindən ödənilmədiyindən, ipoteka saxlayan Cavabdeh ASC-nin tələbi ilə Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu S.Məmmədov tərəfindən ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 290.4 kv.m olan fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli, 8İ-7683 reyestr nömrəli İcra Qeydi verilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olunmuşdur ki, Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu S.Məmmədovun İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli, 8İ-7683 reyestr nömrəli İcra Qeydi əsasında "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracda ipoteka predmeti olan, İddiaçı məxsus olan ünvan 1 ünvanında olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 290.4 kv.m olan, 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi tələbkar Cavabdeh ASC tərəfindən 79.687,5 manata əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Qanunun 48.1.3-cü maddəsinə əsasən tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda ipotekaya xitam verilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 290.4 kv.m olan fərdi yaşayış evi tutmanın yönəldilməsi nəticəsində Cavabdeh ASC-yə satıldığı üçün həmin əmlak üzərində ipoteka yüklülüyünə də artıq xitam verilmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı (3-cü şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) Cavabdeh ASC-yə qarşı fərdi yaşayış evinin üzərində olan ipoteka yüklülüyünün xitam olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar