Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1122/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş ziyanın ödənilməsi, müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və həmin mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı (AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş ziyanın ödənilməsi, müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və həmin mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi ziyana görə 708.000 manat, vurulmuş mənəvi ziyana görə 1.500 manat (bir min beş yüz) manat, vəkilə hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 1000 (bir min) manat məbləğində dövlət rüsumunun, cəmi 711.000 (yeddi yüz on bir min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq ona ödənilməsi, tutmanın 151.000 manat hissəsinin ünvan 1 ünvanında "Şərq-F” MTK tərəfindən inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən 89,1 kvadratmetr sahədən ibarət olan 299 saylı mənzilinə yönəldilməsi, ünvan 1 ünvanında yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən 89,1 kvadratmetr sahədən ibarət olan 299 saylı mənzilinə dair cavabdehlər Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı Hərbi Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 1(093)-849/2023 nömrəli hökmü ilə (hakimlər Ağayev Zeynal Qurban oğlunun sədrliyi ilə, X12 və X3 ibarət tərkibdə) xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Göyüş Qarayev küçəsi, ev 3, mənzil 38 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş əsgər Cavabdeh2 Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Cavabdeh2 hazırkı iş üzrə 08 avqust 2022-ci il tarixdən 03 iyul 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 10 (on) ay 25 gün müddət, bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılması və Cavabdeh2 üzərində qəti olaraq 9 (doqquz) il 1 (bir) ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 08 avqust 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, aşağıda göstərilən əmlaklar: - Şərq-F” MTK tərəfindən ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən, 89,1 kvadrat metr sahədən ibarət olan 299 saylı mənzil, - ünvan 3 ünvanında yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş “Khan” adlı qeyri-yaşayış obyekti, -**-OY-*** nömrə nişanlı, “BMW X5M Minik” markalı, 2015-ci il buraxılışlı, boz metalik rəngli, mühərrik nömrəsi 20141064, ban nömrəsi WBSKT610900C88310 olan nəqliyyat vasitəsi, -**-CU-*** nömrə nişanlı, “X29” markalı 2018-ci il buraxılışlı, qara rəngli, ban nömrəsi 1FATP8UH1J5155609 olan nəqliyyat vasitəsinin müsadiə edilməsi, müsadirə edilmiş əmlak hesabına cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi, iş üzrə zərərçəkmiş şəxslər – İddiaçı, X7, X1, X10 və X4 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqlarının izah edilməsi hökm edilmişdir. Həmin hökmə əsasən Cavabdeh2 28 dekabr 2021-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun Qəza xilasetmə və mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçisi vəzifəsində, gizir qismində həqiqi hərbi xidmətdə olduğu müddət ərzində təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir fəaliyyət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə yaxın qohumu İddiaçı etibarından suiistifadə edərək özünü nüfuzlu bir hərrac şirkətinin rəhbəri kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz şirkətinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Cavabdeh2 İddiaçı 2022-ci ilin aprel ayının ortalarında ünvan 4 ünvanında 271.000 manat, 2022-ci ilin may ayının ortalarında yenə də həmin ünvanda 437.000 manat, ümumilikdə 708.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, aldığı pul vəsaitini vəd etdiyi kimi birgə iş fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs İddiaçı xüsusilə külli miqdarda, 708.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Hökmdən Cavabdeh3 nümayəndəsi və vəkili X5 apellyasiya şikayəti verərək Bakı Hərbi Məhkəməsinin 1-1(093)-20/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünü ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən, 89,1 kv.m sahədən ibarət olan 299 saylı mənzilin müsadirəsi hissəsində ləğv edib, qanuni maraqlarına toxunulan şəxs Cavabdeh3 mülkiyyətində olan ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən, 89,1 kv.m sahədən ibarət olan 299 saylı mənzilin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: - məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən Cavabdeh3 ifadəsində göstərmişdir ki, Fövqəladə Hallar Nazirliyində xilasedici işləsə də, lakin boş vaxtlarında maklerlik fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh2 təxminən 10 ildir ki, tanımış, 2022-ci ilin aprel ayında Xəlil ev almaq istədiyini bildirmiş və bu işdə ona kömək etməsini xahiş etmişdir. O da Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən «Premium Badamdar» adlı yeni tikilmiş binadan 89 kvadrat metr sahədən ibarət olan bir mənzili ona təklif etmiş, Xəlil onun vasitəçiliyi ilə həmin mənzili 152.000 (yüz əlli iki min) manata almış, 2022-ci ilin iyul ayında Xəlil sıxıntılarının olduğunu bildirmiş və buna görə də həmin mənzili satmaq istədiyini demişdir. Xəlil həmin mənzilin satılmasına kömək etməsini ondan xahiş etmişdir. Xəlil Cavabdeh3 mənzilin dəyərindən də aşağı qiymətə sata biləcəyini bildirmişdir. Ramin dostu X13 ilə razılaşıb hər biri müəyyən miqdarda pul qoymaqla ümumilikdə 131.000 (yüz otuz bir min) manat düzəltmiş və həmin pulu binanın yanında Xəlilə vermişlər. Daha sonra Xəlil notarial qaydada imtina ərizəsi yazıb həmin mənzildən imtina etmiş və həmin mənzilə dair heç bir iddiası olmayacağını demişdir. Bundan sonra onlar MTK-ya getmiş, MTK rəhbərliyi də həmin mənzilə dair onun adına müqavilə hazırlayıb vermişdir. ...Qeyd olunan xüsusatları təqsirləndirilən şəxs Xəlilov Həsən də öz ifadəsində təsdiq etmişdir. ...X26 sözügedən mənzildə ailəsi ilə birlikdə yaşayır və qanunla müəyyən edilmiş qaydada mənzilə dair mülkiyyət hüquqlarını həyata keçirir.. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Fərid Əyyubov) 1-1(103)-3/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə: - Təqsirləndirilən şəxsin müdafiəçisi X11 və maraqlı şəxs Cavabdeh3 nümayəndəsi X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş; Maraqlı şəxslər X22, X16, X14 nümayəndəsi X5, zərərçəkmiş şəxs X6 nümayəndəsi X17 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş; Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 1(093)- 849/2023 nömrəli hökmü maraqlı şəxslər X22, X16, X14 nümayəndəsi X5, zərərçəkmiş şəxs X6 nümayəndəsi X17 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş; Zərərçəkmiş şəxs (mülki iddiaçı) X6 nümayəndəsi X17 tərəfindən verimiş mülki iddia təmin edilmiş; Cavabdeh2 törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 175.000 ABŞ dolları (ödəniş gününə Azərbayan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun manatla) məbləğində vurulmuş maddi ziyan, 500 manat məbləğində hüquqi yardım üzrə vəkil xərcləri, 588 manat məbləğində məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu tutularaq X8 ödənilməsi, **-QY-*** (hazırki nömrəsi **-XS-***) nömrə nişanlı, “BMW X5M Minik” markalı, 2015-ci il buraxılışlı, boz metalik rəngli, mühərrik nömrəsi 20141064, ban nömrəsi WBSKT610900C88310 olan nəqliyyat vasitəsi, X14 mülkiyyətində olan **-CU-*** nömrə nişanlı, “X29” markalı 2018-ci il buraxılışlı, qara rəngli, ban nömrəsi 1FATP8UH1J5155609 olan avtomobil, ünvan 3 ünvanında yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş “Khan” adlı qeyri-yaşayış obyekti müsadirə edilmiş əmlaklar siyahısından xaric edilmiş və həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülmüş, Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki: - Məhkəmə kollegiyası Cavabdeh3 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş qanuni maraqlarına toxunulan şəxs Cavabdeh3 mülkiyyətində olan ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən, 89,1 kv.m sahədən ibarət olan 299 saylı mənzilin üzərindən həbsin götürülməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, əvvəla sözügedən mənzilə dair Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilməmişdir. İş materialarında olan MTK ilə Cavabdeh3 arasında bağlanılmış müqavilə əsasında mənzilin Cavabdeh3 verilməsi göstərilmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Cavabdeh3 ifadəsində 2022-ci ilin aprel ayında Xəlilin ev almaq istədiyini bildirdiyini və bu işdə ona kömək etməsini xahiş etdiyini, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən «PremiumBadamdar» adlı yeni tikilmiş binadan 89 kvadrat metr sahədən ibarət olan bir mənzili Cavabdeh2 təklif etdiyini, Xəlil onun vasitəçiliyi ilə həmin mənzili 151.000 manata aldığını, 2022-ci ilin iyul ayında Xəlil sıxıntılarının olduğunu bildirdiyini və buna görə də həmin mənzili satmaq istədiyini dediyini, onlar MTK-ya getdiklərini, MTK rəhbərliyinin də həmin mənzilə dair onun adına müqavilə hazırlayıb verdiyini, onun da 130000 manat pulu binanın yanında Xəlilə verdiyini bildirsə də, onun Cavabdeh2 130000 manat pul verməsini təsdiq edən sübutlar iş materialları ilə müəyyən edilməmişdir. Bu səbəbdən verilmiş apellyasiya şikayətinin təmin edilməsi və ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən, 89,1 kv.m sahədən ibarət olan 299 saylı mənzilin xüsusi müsadirə edilmiş əmlaklar siyahısından çıxarılması üçün əsaslar mövcud deyildir və əmlak müsadirə olunaraq İddiaçı dəymiş ziyan ödənilməlidir (Bax: qərarın 33-cü vərəqi, son abzas). Onu da qeyd edək ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin (xüsusilə mühüm işlər üzrə müstəntiq Fəxri Babazadə) icraatında olakən cinayət işi üzrə mülki iddianı və əmlak müsadirəsini təmin etmək məqsədilə Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə - ünvan 1 ünvanında ina edilmiş yaşayış binasının 3cü giriş, 16- cı mərtəbədə yerləşən 89,1 kvadratmetr sahədən ibarət olan 299 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Göstərilənlərə əsasən hesab edirik ki, iddiaçıya cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi və mənəvi ziyana görə zərərin əvəzinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, tutmanın müvafiq hissəsinin həmin mənzilə yönəldilməsi haqqında müvafiq qərar qəbul edilməlidir. Belə ki, əvvəla işin həqiqi halları, o cümlədən hökmlə müəyyən edilir ki, Cavabdeh2 məhkum edilmişdir ondan ötrü ki, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə bir neçə şəxsə külli miqdarda və xüsusilə külli miqdarda təkrar dələduzluq etmiş, o cümlədən yaxın qohumu İddiaçı etibarından sui-istifadə edərək, ondan külli miqdar təşkil edən, vahid niyyətə ümumilikdə 708.000 manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. İkincisi, Cavabdeh2 hərəkətləri, yəni İddiaçı mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş, bunun da nəticəsində ona mənəvi ziyan dəymişdir. Həmin ziyanı1.500 manat məbləğində qiymətləndiririk və hesab edirik ki, həmin mənəvi zərərin əvəzi də Cavabdeh2 tərəfindən ödənilməlidir. Həmçinin, hesab edirik ki, iddiaçı tərəfindən vəkilə hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 1000 (bir min) manat məbləğində dövlət rüsumunun məbləği də Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, hesab edirik ki, tutmanın 151.000 manat hissəsi ünvan 1 ünvanında "Şərq-F MTK” tərəfindən inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən 89,1 kvadratmetr sahədən ibarət olan 299 saylı mənzilinə yönəldilməlidir. Bundan başqa, hesab edirik ki, ünvan 1 ünvanında yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən 89,1 kvadratmetr sahədən ibarət olan 299 saylı mənzilinə dair cavabdehlər "Şərq-F MTK” ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə də etibarsız hesab edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, o cümlədən qanuni qüvvəyə minmiş hökmlə müəyyən edildiyi kimi, Cavabdeh2həmin mənzili İddiaçı ona verdiyi pul vəsaiti hesabına "Şərq-F” MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əldə etməsinə, həmin müqavilənin əslini dəymiş ziyanın əvəzinin bir qismi əvəzinə əsasən İddiaçı təqdim etməsinə, həmin müqavilənin əslinin cinayət işinin ibtidai istintaqı zamanı İddiaçı tərəfindən ibtidai istintaqına təqdim etməsinə və hazırda da həmin müqavilənin əsli cinayət işinin materiallarında olmasına baxmayaraq (cild 1, iş vərəqi 116-119), Cavabdeh2 həmin mənzilin guya ona məxsus olması barədə əvvəllər onunla birlikdə Fövqəladə Hallar Nazirliyində xilasedici işləmiş Cavabdeh3 və "Şərq-F” MTK-nın rəhbərliyi ilə qanunsuz razılığa gələrək, həmin mənzilin "Şərq-F” MTK ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli müqavilənin bağlanmasına nail olmuş, bununla da guya həmin mənzilin Cavabdeh3 məxsus olması görüntüsü yaratmışdır. Ona görə də, hesab edirik ki, Cavabdeh3 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmalı, həmin mənzil iddiaçıya təhvil verilməlidir. Beləliklə, hesab edirik ki, iddiaçıya cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi və mənəvi ziyana görə zərərin əvəzinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, tutmanın 151.000 manat hissəsinin ünvan 1 ünvanında"Şərq-F MTK” tərəfindən inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16cı mərtəbədə yerləşən 89,1 kvadratmetr sahədən ibarət olan 299 saylı mənzilinə yönəldilməsi, ünvan 1 ünvanında yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən 89,1 kvadratmetr sahədən ibarət olan 299 saylı mənzilinə dair cavabdehlər “Şərq-F MTK” ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh3 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, həmin mənzilin iddiaçıya təhvil verilməsi haqqında qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğuun izahat vermiş və bildirmişdir ki, mübahisə predmeti olan mənzil saxta sənədlərlə başqa şəxsə satılıb, məhkəmə qərarı ilə bu hal təsdiqlənib. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, hazırda bir-biri ilə əlaqəli olmayan iddialar birləşdirilib, tələbin məhz 151.000 manat hissəsinin mənzilə yönəldilməsi hissəsi ilə razı deyil, çünki hazırda əmlakın qiyməti göstərilən məbləğdən çoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 MTK-nın nümayəndəsi, Cavabdeh3 və üçüncü şəxs AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq, belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1-1(093)-20/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Cavabdeh2 hazırkı iş üzrə 08 avqust 2022-ci il tarixdən 03 iyul 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 10 (on) ay 25 gün müddət, bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılması və Cavabdeh2 üzərində qəti olaraq 9 (doqquz) il 1 (bir) ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, aşağıda göstərilən əmlaklar: - Şərq-F” MTK tərəfindən ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən, 89,1 kvadrat metr sahədən ibarət olan 299 saylı mənzil, - ünvan 3 ünvanında yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş “Khan” adlı qeyri-yaşayış obyekti, -**-OY-*** nömrə nişanlı, “BMW X5M Minik” markalı, 2015-ci il buraxılışlı, boz metalik rəngli, mühərrik nömrəsi 20141064, ban nömrəsi WBSKT610900C88310 olan nəqliyyat vasitəsi, -**-CU-*** nömrə nişanlı, “X29” markalı 2018-ci il buraxılışlı, qara rəngli, ban nömrəsi 1FATP8UH1J5155609 olan nəqliyyat vasitəsi müsadirə edilməsi, müsadirə edilmiş əmlak hesabına cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyan ödənilməsi, iş üzrə zərərçəkmiş şəxslər –İddiaçı, X7, X1, X10 və X4 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməsi, maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-1(102)-62/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə, maraqlarına toxunan şəxs Cavabdeh3 nümayəndəsi İmaməli Əskərov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxs və mülki iddiaçı Kerim İliasov və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 mart tarixli, 1-1(103)-3/2025 nömrəli qərarı, dövlət ittihamçısı tərəfindən verilmiş kasssaiya protestinə və zərərçəkmiş şəxs və mülki iddiaçı Kerim İliyasov və onun nümayəndəsi tərəfinən verilmiş kassasiya şikayətinə münasibətdə qismən, xüsusi müsadirədən müvafiq əmlakların xaric olunması hissəsində ləğv edilmiş və cinayət işi həmin hissədə apellyasiya məhkəməsində yenidən baxılmağa təyin edilmişdir. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 mart tarixli, 1-1(103)-3/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi X11 və maraqlı şəxs Cavabdeh3 nümayəndəsi X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, maraqlı şəxslər X22, X16, X14 nümayəndəsi X5, zərərçəkmiş şəxs X6 nümayəndəsi X17 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 23 avqust 2024- cü il tarixli, 1(093)-849/2023 nömrəli hökmü maraqlı şəxslər X22, X16, X14 nümayəndəsi X5, zərərçəkmiş şəxs X6 nümayəndəsi X17 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) X6 nümayəndəsi X17 tərəfindən verimiş mülki iddia təmin edilmiş, Cavabdeh2 törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 175.000 ABŞ dolları (ödəniş gününə Azərbayan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun manatla) məbləğində vurulmuş maddi ziyan, 500 manat məbləğində hüquqi yardım üzrə vəkil xərcləri, 588 manat məbləğində məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu tutularaq X8 ödənilməsi, **-QY-*** (hazırki nömrəsi **-XS-***) nömrə nişanlı, "BMW X5M Minik” markalı, 2015-ci il buraxılışlı, boz metalik rəngli, mühərrik nömrəsi 20141064, ban nömrəsi WBSKT610900C88310 olan nəqliyyat vasitəsi, X14 mülkiyyətində olan **-CU-*** nömrə nişanlı, "X29” markalı 2018-ci il buraxılışlı, qara rəngli, ban nömrəsi 1FATP8UH1J5155609 olan avtomobil, ünvan 3 ünvanında yerləşən 0,0İ5 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş “Khan” adlı qeyriyaşayış obyekti müsadirə edilmiş əmlaklar siyahısından xaric edilməsi və həmin əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-20/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Cavabdeh2 hazırkı iş üzrə 08 avqust 2022-ci il tarixdən 03 iyul 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 10 (on) ay 25 gün müddət, bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılması və Cavabdeh2 üzərində qəti olaraq 9 (doqquz) il 1 (bir) ay 5 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, aşağıda göstərilən əmlaklar: - Şərq-F” MTK tərəfindən ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü giriş, 16-cı mərtəbədə yerləşən, 89,1 kvadrat metr sahədən ibarət olan 299 saylı mənzil, - ünvan 3 ünvanında yerləşən 0,015 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş “Khan” adlı qeyri-yaşayış obyekti, -**-OY-*** nömrə nişanlı, “BMW X5M Minik” markalı, 2015-ci il buraxılışlı, boz metalik rəngli, mühərrik nömrəsi 20141064, ban nömrəsi WBSKT610900C88310 olan nəqliyyat vasitəsi, -**-CU-*** nömrə nişanlı, “X29” markalı 2018-ci il buraxılışlı, qara rəngli, ban nömrəsi 1FATP8UH1J5155609 olan nəqliyyat vasitəsi müsadirə edilməsi, müsadirə edilmiş əmlak hesabına cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyan ödənilməsi, iş üzrə zərərçəkmiş şəxslər –İddiaçı, X7, X1, X10 və X4 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməsi, maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh2 28 dekabr 2021-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə xüsusi riskli xilasetmə və mühafizə taborunun Qəza xilasetmə və mühafizə bölüyünün Mühafizə taqımının mütəxəssis-mühafizəçisi vəzifəsində, gizir qismində həqiqi hərbi xidmətdə olduğu müddət ərzində təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə faktiki olaraq heç bir fəaliyyət növü ilə məşğul olmadığı, bu sahədə hər hansı peşəkar təcrübəsi və müsbət uğurlarının olmadığı halda əvvəlcədən düşünülmüş şəkildə yaxın qohumu İddiaçı etibarından suiistifadə edərək özünü nüfuzlu bir hərrac şirkətinin rəhbəri kimi təqdim edib əgər sərmayə olaraq külli miqdarda pul verərsə onu da öz şirkətinə şərik edəcəyini və qoyulan sərmayə hesabına biznesini genişləndirib birlikdə yaxşı gəlir əldə edəcəkləri barədə yalan vəd verməklə onu aldatmış, bu adla Cavabdeh2 İddiaçı 2022-ci ilin aprel ayının ortalarında ünvan 4 ünvanında 271.000 manat, 2022-ci ilin may ayının ortalarında yenə də həmin ünvanda 437.0 manat, ümumilikdə 708.000 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma yolu ilə alıb ələ keçirərək, aldığı pul vəsaitini vəd etdiyi kimi birgə iş fəaliyyətinə deyil, özünün şəxsi məqsədləri üçün xərcləyib zərər çəkmiş şəxs İddiaçı xüsusilə külli miqdarda, 708.000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-1(102)-62/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə, maraqlarına toxunan şəxs Cavabdeh3 nümayəndəsi İmaməli Əskərov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxs və mülki iddiaçı Kerim İliasov və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 mart tarixli, 1-1(103)-3/2025 nömrəli qərarı, dövlət ittihamçısı tərəfindən verilmiş kasssaiya protestinə və zərərçəkmiş şəxs və mülki iddiaçı Kerim İliyasov və onun nümayəndəsi tərəfinən verilmiş kassasiya şikayətinə münasibətdə qismən, xüsusi müsadirədən müvafiq əmlakların xaric olunması hissəsində ləğv edilmiş və cinayət işi həmin hissədə apellyasiya məhkəməsində yenidən baxılmağa təyin edilmişdir. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 19 mart tarixli, 1-1(103)-3/2025 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi X11 və maraqlı şəxs Cavabdeh3 nümayəndəsi X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, maraqlı şəxslər X22, X16, X14 nümayəndəsi X5, zərərçəkmiş şəxs X6 nümayəndəsi X17 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 23 avqust 2024- cü il tarixli, 1(093)-849/2023 nömrəli hökmü maraqlı şəxslər X22, X16, X14 nümayəndəsi X5, zərərçəkmiş şəxs X6 nümayəndəsi X17 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) X6 nümayəndəsi X17 tərəfindən verimiş mülki iddia təmin edilmiş, Cavabdeh2 törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 175.000 ABŞ dolları (ödəniş gününə Azərbayan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun manatla) məbləğində vurulmuş maddi ziyan, 500 manat məbləğində hüquqi yardım üzrə vəkil xərcləri, 588 manat məbləğində məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu tutularaq X8 ödənilməsi, **-QY-*** (hazırki nömrəsi **-XS-***) nömrə nişanlı, "BMW X5M Minik” markalı, 2015-ci il buraxılışlı, boz metalik rəngli, mühərrik nömrəsi 20141064, ban nömrəsi WBSKT610900C88310 olan nəqliyyat vasitəsi, X14 mülkiyyətində olan **-CU-*** nömrə nişanlı, "X29” markalı 2018-ci il buraxılışlı, qara rəngli, ban nömrəsi 1FATP8UH1J5155609 olan avtomobil, ünvan 3 ünvanında yerləşən 0,0İ5 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş “Khan” adlı qeyriyaşayış obyekti müsadirə edilmiş əmlaklar siyahısından xaric edilməsi və həmin əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsi müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında vurğulanmışdır ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, hazırki iş üzrə Cavabdeh2 məhkəmə hökmü ilə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsini və hökmün həmin hissədə qanuni qüvvəyə minməsini və həmin qərarın cavabdehə aid hissədə hazırki işdə preyudisial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı ondan cinayət yolu ilə alınmış 708000 (yeddi yüz səkkiz min) manat məbləğində pul vəsaitini Cavabdeh2 mülki məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Belə ki, Cinayət Prosessual Məcəllənin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikiası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 708000 (yeddi yüz səkkiz min) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Hazırki işdə cavabdehin qanunsuz hərəkətləri şübhəsiz ki, iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Odur ki, iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 maddi zərərin əvəzi olaraq 708000 (yeddi yüz səkkiz min) manat, mənəvi zərərin əvəzi olaraq 1500 (bir min beş yüz) manat məbləğində pul, 500 (beş yüz) manat hüquqi xidmət xərci və 1000 (bir min) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 maddi zərərin əvəzi olaraq 708.000 (yeddi yüz səkkiz min) manat, mənəvi zərərin əvəzi olaraq 1500 (bir min beş yüz) manat məbləğində pul, 500 (beş yüz) manat hüquqi xidmət xərci və 1000 (bir min) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1122/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1122/2025
13.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver