Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1123/2025 05.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilmiş xidmət haqqının geri qaytarılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ödənilmiş xidmət haqqının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 5 oktyabr 2024-cü il tarixində cavabdeh, Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyəti ilə təhsil məsləhət xidmətinin göstərilməsinə dair müqavilə bağlamışdır. Müqavilənin predimeti olaraq cavabdeh iddiaçının X2 Universiteti (özəl) və X1 Universitetinə (dövlət əsaslı), sonuncuya qəbul alınmadıqda isə hər hansı digər dövlət universitetlərindən birinə bu Müqavilənin 1.1-ci bəndində göstərilən ixtisas üzrə qəbul alınması öhdəliyini üzərinə götürmüşdür. İddiaçı Müqavilə ilə razılaşdırılmış xidmət haqqının 2000 AZN-nin böyük bir hissəsini, yəni 1500 AZN-i əvvəlcədən cavabdehə ödəmişdir. Lakin cavabdeh fevral ayınadək ən azı bir özəl və bir dövlət universitetindən olmaqla iki ədəd qəbulun alınması öhdəliyini üzərinə götürməsinə baxmayaraq hələ də Müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh yalnız özəl universitetdən qəbul ala bilmişdir. Artıq növbəti təhsil ili (2025-2026) üçün qəbul prosesinin yekunlaşmasına baxmayaraq cavabdeh iddiaçı üçün heç bir dövlət universitetindən qəbul ala bilməmişdir. Müqavilənin 3.2-ci maddəsinə əsasən, cavabdehin vəzifələri- Müqavilədə nəzərdə tutulan qaydada iddiaçınin müəyyən etdiyi xidmətləri həyata keçirmək; Xidməti vicdanla yerinə yetirib İddiaçıya təhvil verməkdir. Müqavilənin 5.1-ci maddəsinə əsasən, cavabdeh müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icrası üçün məsuliyyət daşıyır. Bu Müqavilənin 8-ci maddəsinə əsasən, cavabdeh iddiaçı üçün Türkiyə dövlət universitetlərindən hər hansı birinə qəbul almadığı təqdirdə iddiaçı tərəfindən ödənilmiş 1500 AZN xidmət haqqının tam həcmdə geri qaytarılmasını öhdəsinə götürür. Xidmət haqqı İddiaçınin ilkin tələbi əsasında, belə tələbin verildiyi gündən 3 gün ərzində geri qaytarılmalıdır. İddiaçı dəfələrlə cavabdehdən şifahi və yazılı formada (pretenziya) xidmət haqqını geri qaytarmağı istəsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. İşin hallarından da göründüyü kimi cavabdeh dövlət universitetindən qəbul alınmadığı təqdirdə ümumilikdə 1500 AZN xidmət haqqının geri qaytarmasına dair öhdəlik götürsə də, lakin xidmət haqqını iddiaçıya qaytarmamışdır. Göstərilənlərə əsasən iddiaçı tərəfindən cavabdehə ödənilmiş 1500 manat məbləğində təhsil məsləhət xidməti göstərilməsinə dair xidmət haqqının tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış təhsil məsləhət xidməti göstərilməsinə dair müqaviləyə əsasən nəzərdə tutulan qaydada Sifarişçinin müəyyən etdiyi xidmətləri həyata keçirmək, Xidmət göstərdiyi yeri mühafizə etmək; Xidmətin göstərilməsi ilə əlaqədar Sifarişçiyə məlumat vermək; Xidməti vicdanla yerinə yetirib "Sifarişçiyə" təhvil vermək icraçının vəzifəsidir. Müqavilənin 5.1-ci bəndinə əsasən "İcraçı" müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazıminca icra edilməməsi üçün məsuliyyət daşıyır. Müqavilənin 8-ci maddəsinə əsasən, cavabdeh iddiaçı üçün Türkiyə dövlət universitetlərindən hər hansı birinə qəbul almadığı təqdirdə iddiaçı tərəfindən ödənilmiş 1500 AZN xidmət haqqının tam həcmdə geri qaytarılmasını öhdəsinə götürür. Xidmət haqqı İddiaçınin ilkin tələbi əsasında, belə tələbin verildiyi gündən 3 gün ərzində geri qaytarılmalıdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR MPM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Göstərilən Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinin tələbinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd edilən Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləçdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditroun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixdə bağlanılmış təhsil məsləhət xidməti göstərilməsinə dair müqavilə üzrə Cavabdeh MMC üzərinə düşən öhdəlikləri icra etməmiş və iddiaçı tərəfindən cavabdehə ödənilmiş pul vəsaiti geri qaytarılmış və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış vəsaitin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2024cü il tarixli müqavilə üzrə cavabdehə ödənilmiş 1500 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən, qaldırılan iddia isə təmin edildiyindın cavabdehdən dövlət nəfinə təmin olunmuş tələbə mütənasib olaraq dövlət rüsumu tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə xx.xx.2024-ci il tarixli təhsil məsləhət xidməti göstərilməsinə dair müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 1500 manat məbləğində pul tutulsun. Cavabdeh MMC dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1123/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1123/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver