Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1134/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və vəkili Z.L.Kazımovun iştirakları ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 3 No-li evin ümumi sahəsi 58,3 kv.m. olan 2 otaqdan ibarət 29 mənzilin keçmiş mülkiyyətçisi olan atamı X2 mənzili xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən ona hədiyyə etmişdir. Sözügedən bağışlama müqaviləsi Bakı şəhəri 3 saylı “ASAN xidmət” Mərkəzində 4Ə-1/108 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Daha sonra bağışlama müqaviləsi əsasında mənzil üzərində mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakıq dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə onun adına RX seriyalı ******* No-li çıxarış verilmişdir. Bundan başqa, atası X2 özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, məhəllə 583, T.Şahbazi küçəsində yerləşən 104a No-li evin 27 No-li mənzilini (Yeni qaydalarla: ünvan 4 xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında ona və bacısı Cavabdeh hədiyyə etmişdir. Sözügedən bağışlama müqaviləsi əsasında mənzil üzərində bacısı ilə onun hər birinə ayrı-ayrılıqda ½ hissədə payları xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mülkiyyətində olan ümumi sahəsi 58,8 kv.m. ibarət 2 otaqlı həmin 29 No-li mənzildə o, atası X2, anası X1 və hazırkı iş üzrə cavabdeh olan bacısı Cavabdeh ilə birlikdə yaşayırlar və həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bildirir ki, onlarla birlikdə yaşayan Cavabdeh artıq uzun müddətdir ki, onunla, habelə valideynləri ilə münasibətləri dəyişdirilmiş, əsassız söz-söhbət, mübahisələr yaratmağa başlamışdır. Bütün bu söz-söhbət, əsassız mübahisələr onun və yaşlı olan valideynlərinin sakit həyat tərzini pozur, onların sağlamlarına həm fiziki, həm də psixi mənfi təsir göstərir. Bir sözlə cavabdehin onlara qarşı münasibəti onunla bir mənzildə yaşamağı qeyrimümkün edir. Göründüyü kimi, Cavabdeh iddiaçının mülkiyyətində olan və hazırda yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə ehtiyacı yoxdur. Cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, məhəllə 583, T.Şahbazi küçəsmində yerləşən 104a No-li evin, 27 No-li mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, 26,M3.m2) vardır və cavabdehin mənzildə yaşaması üçün heç bir maneə yoxdur. Cavabdehlə aralarındakı bacı-qardaş, valideynövlad münasibətləri tamamilə pozmamaq üçün həm o, həm də valideynləri Fəridəyə məxsus, atası vaxtılə ona bağışlama müqaviləsi əsasında hədiyyə etdiyi və heç kimin yaşamadığı Bakı şəhəri, Yasamal rayonuməhəllə 583, T.Şahbazi küçəsində yerləşən 104a No-li evin 27 No-li mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, 26,M3,m2) köməsini və onlardan ayrı yaşamağı təklif etmişlər. Lakin cavabdeh mülkiyyətində olan mənzilinə köçüb orada yaşamaqdan qəsdən imtina edir. Məqsədi isə qəsdən onlarla əsassız saldığı mübahisələri davam etdirmək, onlara psixoloji gərginliklə saxlamaq zərər vurmaqdadır. Cavabdeh qəsdən etdiyi bu hərəkətlər isə mülkiyyətçi kimi onun hüquqlarını pozur. Hesab edir ki, mülkiyyətçi kimi onun öz mülkiyyətindən sərbəst və maneəsiz istifadə hüquq vardır və bu hüququ reallaşdırılmasına yaradılan hər hansı maneə aradan qaldırılmalıdır. Bunun üçün o, ona verilmiş hüquqlarından istifadə edərək Cavabdeh istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmaq hüququndan istifadə edərək ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 3 No-li evin 29 No-li mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsi, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 3 No-li evin 29 No-li mənzilindən çıxarılması, hazırkı iş üzrə hüquqi yardım almaq üçün ödənilmiş 320 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, cəmi isə 420 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onlarla birlikdə yaşayan Cavabdeh artıq uzun müddətdir ki, onunla, habelə valideynlərlə münasibətlərini dəyişdirmiş, əsassız söz-söhbət, mübahisələr yaratmağa başlamışdır. Bütün bu söz-söhbət, əsassız mübahisələr onun və yaşlı olan valideynlərinin sakit həyat tərzini pozur, onların sağlamlıqlarına həm fiziki, həm də psixi mənfi təsir göstərir. Bir sözlə cavabdehin onlara qarşı münasibəti onunla bir mənzildə yaşamağı qeyrimümkün edir. Göründüyü kimi, Cavabdeh iddiaçının mülkiyyətində olan və hazırda yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə ehtiyacı yoxdur. Cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, məhəllə 583, T.Şahbazi küçəsində yerləşən 104a №-li evin 27 №-li mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, 26, M3, m2) vardır və cavabdehin həmin mənzildə yaşaması üçün heç bir maneə yoxdur. Cavabdehlə aralarındakı bacı-qardaş, valideyn-övlad münasibətlərini tamamilə pozmamaq üçün həm o, həm də valideynləri Fəridəyə ona məxsus, atasının vaxtılə ona bağışlama müqaviləsi əsasında hədiyyə etdiyi və heç kimin yaşamadığı Bakı şəhəri, Yasamal rayonu, məhəllə 583, T.Şahbazi küçəsində yerləşən 104a №-li evin 27 №-li mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, 26, M3, m2) köçməsini və orada, bizdən ayrı yaşamağı təklif etmişlər. Lakin cavabdeh mülkiyyətində olan mənzilinə köçüb orada yaşamaqdan qəsdən imtina edir. Məqsədi isə qəsdən onlarla əsassız saldığı mübahisələri davam etdirmək, onlara psixoloji gərginlikdə saxlamaq, zərər vurmaqdır. Cavabdehin qəsdən etdiyi bu hərəkətlər isə mülkiyyətçi kimi onun hüquqlarını pozur. Hesab edir ki, mülkiyyətçi kimi onun xüsusi mülkiyyətindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüququnun reallaşdırılmasına yaradılan hər hansı maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Onu da qeyd edir ki, cavabdeh məhkəmə bildirişini aldıqdan sonra bildirmişdir ki, “məhkəmə qətnaməsi ilə mənim mənzildən çıxarılmağım qət edilsə belə mən mənzildən çıxamayacam. Hamınızı çərlədim öldürməyincən bu evdən çıxmayacam”. O, yaşlı valideynlərini, həmçinin cavabdehin ailə qurmamasını, yetərincə yaşa çatmasını nəzərə alaraq, humanistlik göstərərək hətta ona 21.600 manat məbləğində kompensasiya verilməklə onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 3 №-li evin 29 №-li mənzilindən Cavabdeh Vaif qızının istifadə hüququna xitam verilməsini təklif edir. Hesab edir ki, mülkiyyətçi olaraq onun tərəfindən cavabdehə təklif edilən 21.600 manat kompenasiyanın məbləği hazırki bazar qiymətinə uyğundur. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 31 saylı arayışdan görünür ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə eyni tipli (texniki göstəricilərinə, təmirinə) uyğun mənzillərin aylıq kirayə haqqı 600 manat təşkil edir. Göründüyü kimi, 3 il müddətində oxşar şəraitli mənzildə yaşamaq üçün cavabdehə aylıq 600 manat olmaqla 21.600 manat vəsait kifayət edir (600x12x3=21600). O, da cavabdehə 21.600 manat kompensasiya verir və onun istifadə hüququna xitam verilməsini xahiş edir. Onun tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehə imkan verir ki, Cavabdeh mülkiyyətçinin (iddiaçının) hesabına davamlı sürətdə və 3 il müddətində başqa yerdə, mübahisəli mənzilə xas olan şəraitə oxşar şəraitdə yaşasın, kompensaiyanın məbləği ədalətlidir. Bununla belə, o, qarşı tərəfə qarşı humanist yanaşma nümayiş etdirərək, yaşayış sahəsini boşaltması və istifadə hüququna xitam verilməsi şərtilə müəyyən məbləğdə kompensasiya verilməsini təklif edir. Bu yanaşma həm sosial ədalətin təmin olunmasına, həm də onlar arasında mübahisənin mümkün qədər yumşaq yollarla həllinə xidmət edir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektindən yerləşən 3 №-li evin 29 №-li mənzilindən Cavabdeh Vaif qızına 21.600 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektindən yerləşən 3 №-li evin 29 №-li mənzilindən çıxarılması, hazırki iş üzrə hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 320 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, cəmi isə 420 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil həcmi artırılmış iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, məhkəmə iclasında hakim tərəflərə barışıq üçün təklif etmiş, təklif paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus əmlakın ½ hissəsini iddiaçı tərəfindən cavabdehə bağışlanması, cavabdehin isə hazırkı mübahisəli evdən qeydiyyatdan çıxaraq həmin evə köçməsi ilə bağlı olmuşdur. Lakin cavabdeh məhkəmədən sonra evə gedərək ailə üzvləri ilə konflikt yaşatmış, onlara fiziki zor tətbiq etmiş, bu səbəbdən iddiaçı belə bir barışığa gedilməsinə razı olmamışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh həcmi artırılmış iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, kompensasiya məbləği ilə razı deyil. O, 54.000 manat kompensasiya istəyir. Paylı mülkiyyətində olan evin payına düşən hissəsini satıb 54.000 manatla birlikdə cəmləyib özünə ev almaq istəyir. İstifadə hüququnu yalnız həmin kompensasiya verilməklə itirilməsini qəbul edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X2, ana qrafasında X1 göstərilmişdir. İş üzrə Bakı 3 saylı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş və X2 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin surətinə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 3 saylı evin yaşayış sahəsi 37 kv.m., yardımçı sahəsi 21,8 kv.m., ümumi sahəsi 58,8 kv.m. olan 2 otaqdan ibarət 29 saylı mənzilini oğlu İddiaçı bağışlamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 3 saylı evin ümumi sahəsi 58,8 kv.m., yaşayış sahəsi 37,0 kv.m., yardımçı sahəsi 21,8 kv.m. olan 2 otaqlı 29 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş və X2 ilə İddiaçı və Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 30,7 kv.m. olan mənzilin ½ hissəsini (15,35 kv.m.) oğlu İddiaçı, ½ hissəsini (15,35 kv.m.) qızı Cavabdeh bağışlamışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, məhəllə 583, ev 104a, mənzil 27 (Yeni qaydalarla: AZ1065, ünvan 4 ünvanında yerləşən 31,14 kv.m. ümumi sahəsindən ibarət mənzili paylı mülkiyyət hüququ üzrə bərabər paylarla (1/2 hissə) Cavabdeh (xx.xx.2024-cü il tarixdən) və İddiaçı (xx.xx.2024-cü il tarixdən) mülkiyyətindədir. İş üzrə 151 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətinə əsasən İddiaçı, atası X2, anası X1, bacısı Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 3 saylı evin 29 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə İddiaçı nümayəndəsi Vəkil sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025ci il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 3 saylı evin 29 saylı mənzilin texniki göstəricilərinə, təmirinə uyğun mənzillərin aylıq kirayə haqqı 600 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə Bakı 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış bağışlama müqaviləsinə əsasən iddiaçının atası X2 özünə məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 3 saylı evin ümumi sahəsi 58,8 kv.m., yaşayış sahəsi 37,0 kv.m., yardımçı sahəsi 21,8 kv.m. olan 2 otaqlı 29 saylı mənzili oğlu İddiaçı bağışlamış və Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışa əsasən həmin mənzil iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində bağlanmış bağışlama müqaviləsinə əsasən iddiaçının atası X2 özünə məxsus olmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 30,7 kv.m. olan mənzilin ½ hissəsini (15,35 kv.m.) oğlu İddiaçı, ½ hissəsini (15,35 kv.m.) qızı Cavabdeh bağışlamış və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən həmin mənzil paylı mülkiyyət hüququ üzrə tərəflərin (hər birinin ½ hissəsi) mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı, onun valideynləri və cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlə iddiaçı bacı-qardaşdırlar. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun mülkiyyətində olan ümumi sahəsi 58,8 kv.m. ibarət 2 otaqlı həmin 29 No-li mənzildə o, atası X2, anası X1 və hazırkı iş üzrə cavabdeh olan bacısı Cavabdeh ilə birlikdə yaşayırlar və həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. Onlarla birlikdə yaşayan Cavabdeh artıq uzun müddətdir ki, onunla, habelə valideynləri ilə münasibətləri dəyişdirilmiş, əsassız söz-söhbət, mübahisələr yaratmağa başlamışdır. Bütün bu söz-söhbət, əsassız mübahisələr onun və yaşlı olan valideynlərinin sakit həyat tərzini pozur, onların sağlamlarına həm fiziki, həm də psixi mənfi təsir göstərir. Bir sözlə cavabdehin onlara qarşı münasibəti onunla bir mənzildə yaşamağı qeyri-mümkün edir. Cavabdehin iddiaçının mülkiyyətində olan və hazırda yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə ehtiyacı yoxdur. Cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, məhəllə 583, T.Şahbazi küçəsmində yerləşən 104a No-li evin, 27 No-li mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, 26,M3.m2) vardır və cavabdehin həmin mənzildə yaşaması üçün heç bir maneə yoxdur. Cavabdehlə aralarındakı bacı-qardaş, valideyn-övlad münasibətləri tamamilə pozmamaq üçün həm o, həm də valideynləri Fəridəyə məxsus, atası vaxtılə ona bağışlama müqaviləsi əsasında hədiyyə etdiyi və heç kimin yaşamadığı Bakı şəhəri, Yasamal rayonu, məhəllə 583, T.Şahbazi küçəsində yerləşən 104a No-li evin 27 No-li mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, 26,M3,m2) köçməsini və onlardan ayrı yaşamağı təklif etmişlər. Lakin cavabdeh mülkiyyətində olan mənzilinə köçüb orada yaşamaqdan qəsdən imtina edir. Məqsədi isə qəsdən onlarla əsassız saldığı mübahisələri davam etdirmək, onlara psixoloji gərginliklə saxlamaq zərər vurmaqdadır. Cavabdeh qəsdən etdiyi bu hərəkətlər isə mülkiyyətçi kimi onun hüquqlarını pozur. O, yaşlı valideyinlərini, həmçinin cavabdehin ailə qurmamasını, yetərincə yaşa çatmasını nəzərə alaraq, humanistlik göstərərək hətta ona 21.600 manat məbləğində kompensasiya verilməklə onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 3 №-li evin 29 №-li mənzilindən Cavabdeh Vaif qızının istifadə hüququna xitam verilməsini təklif etmişdir. Hesab edir ki, mülkiyyətçi olaraq onun tərəfindən cavabdehə təklif edilən 21.600 manat kompenasiyanın məbləği hazırki bazar qiymətinə uyğundur. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 31 saylı arayışdan görünür ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə eyni tipli (texniki göstəricilərinə, təmirinə) uyğun mənzillərin aylıq kirayə haqqı 600 manat təşkil edir. Göründüyü kimi, 3 il müddətində oxşar şəraitli mənzildə yaşamaq üçün cavabdehə aylıq 600 manat olmaqla 21.600 manat vəsait kifayət edir (600x12x3=21600). Bu səbəbdən iddiaçı cavabdehə kompensasiya verilməklə onun istifadə hüququna xitam verilməsini və onun mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdeh qanunvericiliyin tələbləri baxımından mübahisəli mənzilə istifadə hüququ əldə etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə kompensasiya vermək yolu ilə istifadə hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbləri baxımından xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. İddiaçı birmənalı şəkildə cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarına sahib olmasını bildirərək, həmin hüququn kompensasiya verilməklə xitamı barədə tələb irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları,o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir.
2. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Məhkəmə iddiaçı tərəfindən cavabdehin istifadə hüququna kompensasiya verilməsi ilə bağlı 21.600 manat məbləğində təklif edilməsini ədalətli hesab edir. Belə ki, qanunvericiliyin norması, o cümlədən Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşan hüquqi mövqe ondan ibarətdir ki, kompensasiyanın məbləği şəxsə müəyyən müddət ərzində əvvəlki yaşayış sahəsinə uyğun sahədə yaşamağa imkan versin, yəni kompensasiya verilməsi elə əvəzləşdirməni nəzərdə tutmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə mübahisəli mənzilə uyğun mənzilin aylıq kirayə haqqı 600 manat təşkil edir. Məhkəmə iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə aylıq kirayə haqqı məbləğini (600 manat) və iddiaçı tərəfindən cavabdehə təklif olunan kompensasiya məbləğini nəzərə alaraq hesab edir ki, həmin məbləğ cavabdehə üç ilə yaxın müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. Məhkəmə cavabdehin həmin ərazidə yerləşən mənzillərin kirayə haqqının 1500 manat olması, ona görə də kompensasiyanın 54000 manat ödənilməsi barədə dəlilləri üzrə qeyd edir ki, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Cavabdeh həmçinin həmin məbləğin gələcəkdə ev alınması zamanı zəruri olacağını da qeyd etmişdir. Məhkəmə qeyd edir ki, kompensasiya şəxsin ev almaq məqsədi üçün deyil, müəyyən vaxt çərçivəsində yaşamasına imkan verilməsi üçün ödənilir. Digər tərəfdən məhkəmə hesab edir ki, eyni zamanda cavabdehə paylı mülkiyyət hüququ üzrə məxsus olan mənzil də vardır. Beləliklə məhkəmə iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğinin müəyyən müddət ərzində başqa yaşayış sahəsində yaşamağa imkan verməsini nəzərə alaraq hesab edir ki, həmin məbləğ ədalətlidir və hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarından görünür ki, Avropa insan hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi kompensasiya verilməklə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi hissəsində təmin edildiyindən, iddia tələbi cavabdehin mübahisəli mənzildən çıxarılması hissəsində də əsaslı hesab edilməli və təmin edilmədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, qətnamənin cavabdehə kompensasiya verilməsi və onun mənzildən çıxarılması hissələri eyni vaxtda icra edilməlidir. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 320 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan iddiaçı ilə Bakı şəhəri 17 saylı Vəkil Bürosu arasında bağlanmış xx.xx.2025-ci il tarixli, EM-1822VK-21040/25 nömrəli müqavilədən və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 320 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 320 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri təmin olunduğu üçün, ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 3 saylı evin 29 saylı mənzili üzrə Cavabdeh istifadə hüququna 21.600 (iyirmi bir min altı yüz) manat kompensasiya ödənilməklə xitam verilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən 3 saylı evin 29 saylı mənzilindən çıxarılsın. Qətnamə Cavabdeh 21.600 (iyirmi bir min altı yüz) manat kompensasiya verilməklə mənzildən çıxarılması hissəsində eyni vaxtda icra edilsin. Cavabdeh İddiaçı xeyrinə hüquqi xidmət üçün ödənilən 320 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat, cəmi 420 (dörd yüz iyirmi) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev