Məhkəmə qərarları › İş №e-2(009)-1135/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1135/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1135/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilədən əmələ gələn öhdəliklər üzrə pul tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilədən əmələ gələn öhdəliklər üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddia ərizəsi Elektron Məhkəmə İnformasiya Sisteminə kiçik şirftlərlə tərtib edilərək yüklənmiş və ərizənin adi gözlə oxunması mümkün deyil. İddia ərizəsi Vəkil tərəfindən imzalansa da, iddiaçı tərəfindən vəkilə verilən etibarnamə rus dilindən tərcümə olunmamış variantda Elektron Sistemə yüklənmişdir. AR MPM-nin 149.2.3-cü mddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, iddiaçı iddia ərizəsində tələbini kifayət qədər aydın ifadə etməmişdir. Belə ki, iddiaçının birinci tələbi cavabdehdən 2020-ci ilin iyul ayından bu günədək yaranmış kirayə haqlarının tutulması barədə olsa da, digər tələbinin “xahiş etdim” hissəsində mənzillə bağlı olan tələb tam göstərilməmişdir. Yəni iddiaçının həmin tələbi konkret deyildir. (iddia ərizəsində tələb kimi 18000 manat qeyd edilsə də, iddia ərizəsində müvəqqəti təminat tədbiri barədə ərizədə tələbin 60000 manat olması göstərilmişdir). AR MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olanan müvəqqəti təmini tədbiri barədə ərizə də AR MPM-nin tələblərinə uyğun deyil. AR MPM-nin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmələ iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri haqqında əsaslandırılmış ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən təxirə salınmadan ayrıca icraatda baxılır. Göründüyü kimi qanunun tələblərinə əsasən müvəqqəti təminat tədbirinə dair verilən ərizə, iddia ərizəsi ilə birlikdə bir icraatda baxıla bilməz. Həmin ərizə ayrıca icraatda baxılmalı və həll edilməlidir. Yəni müvəqqəti təminat tədbiri barədə ərizə Elektron Məhkəmə Sistemində həmin kateqoriyaya uyğun şəkildə yerləşdirilməlidir ki, ayrıca kod (16 indeksi ilə açılır) verilərək ayrıca icraatda baxılması üçün qəbul edilməlidir. AR MPM-nin 159.4.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, məhkəmə müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir. Beləliklə, hakim hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və müvəqqəti təminat tədbiri kimi verilmiş ərizə AR MPM-nin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya müqavilədən əmələ gələn öhdəliklər üzrə pul tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar