Məhkəmə qərarları › İş №e-2(009)-114/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-114/2023

11.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-114/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili, Cavabdeh2, İddiaçı2 vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, Cavabdeh2, İddiaçı2 Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 nümayəndəsi və vəkili, Cavabdeh2, İddiaçı2 Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan, Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçısi ev 3, mənzil 10.11.12 yerləşən ümumi sahəsi 117 kv. metr olan mənzilin mülkiyyətçilər arasında paylarına mütənassib naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli dövlət reyestrindən Cıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsi ev 3, mənzil 10.11.12 yerləşən ümumi sahəsi 117 kv. metr olan mənzilin paylı mülkiyyət hüququ ilə 1/4 hissədə - Cavabdeh2, 1/4 hissədə - Baş Ləmən Tahir qızının, 3/16 hissədə - İddiaçı1 və 5/16 hissədə isə Cavabdeh1 adına qeydiyyata alınmışır. Paylı mülkiyyətçilər olaraq iddiaçılar mənzilin naturada mülkiyyətçilər arasında bölmək qərarına gəlmişlər. Lakin, Cavabdeh1 onların mülkiyyət hüquqlarını kobud surətdə pozaraq əmlakın bölünməsinə razılıq vermir, mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur.Belə ki, cavabdeh bütün mənzili təkbaşına zəbt etmiş, öz ailəsi ilə mənzildə təkbaşına yaşayır. Onlar isə kənarda qalaraq həmin mənzili idarə etmək, ondan istifadə etmək, habelə üzərində sərəncam vermək hüquqlarını həyata keçirə bilmirlər. Cavabdehə müraciət edərək real bazar qiyməti üzrə mənzilin qiymətləndirilməsini və mülkiyyət paylarına mütənasib olaraq pulların ödənilməsini və mənzili təkbaşına mülkiyyətinə keçirilməsini təklif etmişlər. Lakin, cavabdeh maddi imkanının olmadığını bildirərək onların təkliflərini rədd etmişdir. Bundan sonra, mübahisəli mənzili üçünçü şəxsə satıb, əldə olunun pulları mülkiyyət paylarına mütənasib şəkildə bölünməsini cavabdehə yenidən təklif etmişlər. Lakin o bu təklifi də qəbul etməmişdir. Mübahisənin mülkiyyətçilərin razılşması yolu ilə həll etmək mümkün olmadığı üçün məhkməyə müraciət edib əmlakın mülkiyyətcilər arasında naturada bölünmsə barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili, Cavabdeh2, İddiaçı2 vəkili Vəkil izahatında bildirmişdir ki, mənzilin satılması və satış pulunun mülkiyyətçilər arasında bölünməsi tələbinə dair iddia qaldırmışlar, həmin iddia Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmiş və bildirilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi əvvəlcə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməli, payın naturada ayrılması mümkün olmadığı təqdirdə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********067 seriyalı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin 1/4 hissəsinin mülkiyyətçisi Cavabdeh2, 1/4 hissəsinin mülkiyyətçisi İddiaçı2, 3/16 hissəsinin mülkiyyətçisi X3, 5/16 hissəsinin mülkiyyətçisi isə Cavabdeh1 müəyyən olunmuşdur. İş materialında olan Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-2248/2022 saylı qərardadına əsasən “mənzilin satılması və paylı mülkiyyətdə olan evin naturada bölünməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/4701 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsi ev 3 ünvanında yerləşən, 10,11,12 sayılı mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin X5 Qaydaları 2.08.01.89* un 1.1,2.2,2.4., bəndələrində və məhkəmə tikinti texniki ekspertrizasının həlli metotlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Belə ki, məhkəmə tikinti-X2 metodlarında göstərilənlərə görə mənzillərin (evlərin, tikililərin və s.) tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır, yəni bölgü zamanı, tərəflərin hər birinin sərəncamında (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) tikililəri və bu tikililərə ayrıayrılıqda giriş-çıxış yolu olmalı, qeyri-yaşayış sahələrinin tərəflər (mülkiyyətçilər) arasında bölgüsü zamanı isə tərəflərin hər birinin sərəncamında paylara uyğun sahələr üzrə tikililər və bu tikililərə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Qeyd olunanları və mübahisə predmeti olan mənzilin faktiki vəziyyətini, 3 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşməsini, yaşayış və yardımçı sahələrin planlı yerləşməsini həmçinin bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq tədqiq olunan ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilin tərəflər (mülkiyyətçilər) arasında naturada bölünməsinin X5 Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında rilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. (aparılmış tədqiqatın dəyəri 50 manat) Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ərarvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kim iistifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi Mülki qanunvericiliyin tələblərinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi əvvəlcə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək, payın naturada ayrılması mümkün olmadığı təqdirdə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Yalnız bundan sonra ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, paylı mülkiyyətçi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********067 seriyalı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin 1/4 hissəsinin mülkiyyətçisi Cavabdeh2, 1/4 hissəsinin mülkiyyətçisi İddiaçı2, 3/16 hissəsinin mülkiyyətçisi X3, 5/16 hissəsinin mülkiyyətçisi isə Cavabdeh1 müəyyən olunmuşdur. İddiaçılar paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə verilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/4701 saylı rəyinin nəticə hissəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilin tərəflər (mülkiyyətçilər) arasında naturada bölünməsinin X5 Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında rilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 nümayəndəsi və vəkili, Cavabdeh2, İddiaçı2 Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595) köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı1, Cavabdeh2, İddiaçı2 Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı1 aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar