Məhkəmə qərarları › İş №e-2(009)-1143/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1143/2024

04.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1143/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi X1 tərcüməçiliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə və 3-cü şəxs X5 və nümayəndəsi-vəkili Vəkil Vladimirovanın iştirakları ilə, İddiaçı Petroviçin – cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə ( DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və X5 3-cü şəxs qismində) qarşı “vərəsəlik hüququnun tanınması” barədə iddia ərizəsi üzrə mülki işə 04 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Petroviç cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə ( DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və X5 3-cü şəxs qismində) qarşı “vərəsəlik hüququnun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum X2 miras əmlak kimi qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 4193 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və 82,18 kv.m-dən ibarət bağ evinə, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva prospekti 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və xx.xx.2004-cü ildə təsis edilmiş "xxxx" MMC-yə dair mirasın qanunla müəyyən edilmiş qəbulu müddətinin üzrlü səbəbdən ötürməsini nəzərə alaraq qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı, 11 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olmuş, hal-hazırda Rusiya Federasiyasının Moskva vilayəti, Ximki şəhərindəyaşayır. Onun anası – 13 oktyabr 1923-cü il təvəllüdlü X6 23 oktyabr 2009-cu ildə Bakı şəhərində vəfat etmişdir. Onun vəfatından sonra qalan miras əmlak ünvan 3 ünvanında yerləşən mənzildir. Anasının vəfatından sonra İddiaçı onun miras əmlaka vərəsəlik hüquqlarının müəyyən edilməsi ilə bağlı müraciət etməmişdir. 2024-cü ilin mart ayında onun tərəfindən Bakı şəhəri, 1 saylı notariat ofisinə edilmiş müraciətə cavab olaraq ona 23 oktyabr 2009-cu ildə vəfat etmiş anası X3 ölümündən sonra qalmış miras əmlakın qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Onun müraciəti Bakı şəhəri 1 saylı Notariat Ofisində araşdırılarkən eyni zamanda müəyyən edilmişdir ki, anasının ölümündən sonra qardaşı X11 həmin notariat ofisinə müraciət etmiş və ona 05 may 2010-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi-vəkili iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, Lyudmila Krutovanın atası X11 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində vəfat etmiş anası X4 miras qalmış ünvan 4 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamənin əsasında o, xx.xx.2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövləıt Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX №0244001 Çıxarış almışdır. Həmin vaxtdan İqor Krutov anası Tatyana Krutovadan miras qalmış Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 37/43ünvanında yerləşən 95№li mənzilin mülkiyyətçisi olmuşdur. xx.xx.2024-cü il tarixdə X11 vəfat etmişdir. Onun ölümündən sonra qızı X8 atasından qalmış əmlaka ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Bakı şəhəri 2 saylı ASAN Xidmət Mərkəzində yerləşən notariat ofisinə müraciət edib və onun müraciəti ilə bağlı notariat vərəsəlik işi açılmışdır. Qeyd etməyi zəruri hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lyudmila Krutova vəfat etmiş İqor Krutovanın yeganə vərəsədir. 15 (on beş) il ərzində İqor Krutov Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 37/43 ünvanında yerləşən 95№li mənzilin mülkiyyətçisi olmuşdur və bütün bu müddət ərzində İddiaçı anasının ölümündən sonra miras qalan mənzil üçün heç bir tələb irəli sürməmişdir. Halhazırda İddiaçı 23 oktyabr 2009-cu il tarixdə vəfat etmiş anası X4 miras qalmış mənzilə qanun üzrə vərəsəlik hüququ tanınması, bu barədə 1/2 hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəlik Bakı şəhəri 1 saylı Notariat ofisinə həvalə edilməsini xahiş edir. Lakin iddiaçı bunu nəzərə almır ki, həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun olaraq vərəsəlik hüququna daxil olmaq üçün o, qanunla müəyyən edilmiş altı aylıq müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən - Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 23 oktyabr 2009-cu il tarixdə vəfat etmiş anası X3 ölümündən sonra onun iki vərəsə qalmışdır - oğulları X11 və İddiaçı Petroviç. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, vərəsələrdən biri X11 Qanunla müəyyən edilmiş altı ay müddətində vərəsə kimi qeydiyyata alınmış və vəsiyyət edən X3 ölümündən altı ay sonra vərəsəlik şəhadətnaməsi almışdır. Qeyd etməyi zəruri hesab edirəm ki, İddiaçı anasının ölümündən xəbərdar idi, onun Bakıya dəfn mərasiminə gəldi və orada iştirak etdi. Lakin o, qanunla müəyyən edilmiş müddətdə özünü vərəsə kimi elan etməmişdir. O bilirdi ki, anasının ölümündən sonra onun qardaşı İqor Krutov anasından miras qalmış mənzilə vərəsəlik hüququna daxil olmuş və onun əsasında mənzilə dair öz adında mülkiyyət hüququ üzrə Çıxarış almışdır. X12 sağlığında Oleq ona və ya notariat kontoruna qarşı heç bir tələb irəli sürməmişdir. Ümumiyyətlə, anası Tatyana Krutovamn ölümündən sonra İddiaçı 15 il ərzində miras qalan mənzil üçün heç bir tələb irəli sürməmişdir. Hal-hazırda, anasının ölümündən sonra miras qalan mənzilin onu vərəsə kimi tanınması və ona payının müəyyən edilməsi üçün iddia qaldırarkən, İddiaçı vərəsəlik hüququna daxil olmaq üçün müddətinin buraxılmasının səbəbini göstərmir. İddiaçı iddia ərizəsində iddiaçı ilə cavabdeh Bakı şəhəri 1 saylı notariat ofisi arasında yaranan hüquq münasibətlərinə dair Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245 və 1273.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7 hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı tətbiq edir. Lakin iddiaçı nəzərə almır ki, bu halda Qanunun geriyə qüvvəsi yoxdur və həmin Konstitusiya Məhkəməsi Plenumunun Qərarı qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Cavabdeh və digər 3-cü şəxs məhkəmə iclasının yeri və tarixi barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: AZ-İ № 370647 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 23 oktyabr 2009-cu il tarixdə vəfat etmişdir. 13 may 2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X11 X3 vərəsəsidir. AZ-İİ № 407899 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 19 fevral 2024-cü il tarixdə vəfat etmişdir. X5 tərəfindən ünvan 5 ünvanlanmış ərizədə ərizəçi tərəfindən başqa vərəsənin olmadığı və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İqor Krutov və İddiaçı qardaşdırlar. Onların anası X6 23 oktyabr 2009-cu il tarixdə vəfat etmişdir. O, vəfat etdikən sonra İqor Krutov miras əmlakın qəbulu üçün notariat kontoruna müraciət etmiş və anasından qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Hazırda iddiaçı onun anasından qalmış miras əmlaka vərəsəlik hüququnun tanınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, X3 ölməsi ilə mirasın açılması iddiaçıya aşkar olsa da o, mirası əldə etməklə bağlı həmin tarixdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş 6 ay müddət ərzində iradəsini ifadə etməmiş, yəni sözügedən mənzili faktiki olaraq idarə etməyə başlamamış, ona yiyələnməmiş, nə də həmin dövrdə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə vermişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da iddiaçı miras açıldıqdan sonra mirasın onun tərəfindən faktiki olaraq qəbul olunmasını göstərən heç bir sübut təqdim etməmişdir. Tərəflərin, elə iddiaçının nümayəndəsi-vəkilinin izahatından da müəyyən edilir ki, o miras əmlak barədə kifayət qədər məlumatlı olmuş, lakin bununla belə artıq qeyd edildiyi kimi, müəyyən edilmiş müddət ərzində mirasa dair hüquqlarını irəli sürməmişdir. Beləliklə, iddiaçı miras açılan gündən 6 ay müddətində miras əmlakı qəbul etmədiyi üçün miras payı əldə etmək hüququnu itirdiyindən ünvan 6 ünvanında yerləşən əmlak üzərində onun 1/2 hissədə mülkiyyət hüququ tanına bilməz. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar