Məhkəmə qərarları › İş №e-2(009)-1155/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1155/2025

28.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1155/2025 28.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, Ərizəçi Bakı şəhəri 28 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri 28 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı ildə vəfat etmiş atası X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində yerləşən 33 saylı fərdi yaşayış evinin tərəfindən miras kimi faktiki qəbul etməyinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ərizə yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, Ərizəçi hazırki tələbinin əsasını xx.xx.1990-cı ildə vəfat etmiş atası X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində yerləşən 33 saylı fərdi yaşayış evinə dair miras hüququ tanınaraq vərəsəlik haqqında şəhadətnamə verilməsi təşkil edir. İş materiallarında olan Bakı şəhəri 28 saylı Notariat Ofisinin 11 mart 2025-ci il tarixli, 143 saylı məktubundan görünür ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət bərpa edilmədən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkünsüzdür. Məhkəmə hesab edir ki, hazırkı tələbə xüsusi icraat qaydasında deyil, notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbi ilə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda, Ərizəçi Bakı şəhəri 28 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılmalı və notariat ofisinə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılması” tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Bakı şəhəri 28 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizəçiyə izah olunsun ki, notariat ofisinə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılması tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəməyə müraciət etmək üçün Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar