Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1174/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən çıxarma tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. 2013-cü ilin may ayından artıq birgə yaşamamışlar, bir müddətdən sonra nikahları pozulmuşdur. Rəhmətlik X4 Məmmədşir qızı özünə məxsus 2 mənzili və qarajı sataraq, alqısatqısından əldə edilmiş vəsaitə 2 mənzil almış, onlardan biri Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili ona yaşamaq üçün vermiş, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzili isə öz yaşamağı üçün əldə etmişdir. Lakin cavabdeh nə anasının, nə də ki onun icazəsini almamış Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilə dair "xxxx" (205 saylı) MTK vasitəsi ilə öz adına müvəqqəti order almışdır. Bununla bağlı anası ilə Səfərov Emin arasında məhkəmə çəkişməsi getmiş və məhkəmə qərarına əsasən mübahisəli mənzil anasının mülkiyyəti olaraq tanınmışdır. O, isə anasının yeganə vərəsəsidir. Həmçinin də anasının xahişi ilə çıxarılmış Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-1513/2016 saylı qərardadına əsasən Hüseynli Sevil Məmmədşir qızı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 6 saylı yaşayış binası, 45 saylı mənzilin üzərinə həbs qoyulmuş və həmin mənzillə bağlı sənədləşmələrin aparılması qadağan edilmişdir. X4 Məmmədşir qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, o, anasının yeganə vərəsəsidir. Sözügedən qərardadın əsası olan mülki iş X4 Məmmədşir qızının xeyrinə bitmişdir. O üzdəndə o, həmin qərardadın ləğvi xahişi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Yuxarıda bəhs etdiyindən göründüyü kimi o, cavabdehlə ər-arvad münasibətində cəmi 6 ay olmuşdur, nikahlar demək olar ki, faktiki xarakter daşıyıb. Nikahların pozulmasından artıq 6 il keçib, o vaxtdan o, onunla heç bir münasibət saxlamamışdır, sadəcə birgə tanışlarının vasitəsi ilə cavabdehin artıq başqa nikah münasibətlərə daxil olması barədə məlumatı vardır. Beləliklə də yuxarıda istinad etdiyi faktları nəzərə alsalar cavabdehlə arasında heç bir birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsündən söhbət belə gedə bilməz. Anası uzun müddət ağır xəstə olduğundan, o, onun müalicəsi üçün müxtəlif kredit və borclara girməyə məcbur olmuşdur. Hal-hazırda anasının yaşadığı mənzili həmin borcların ödənilməsi üçün satmaq məcburiyyətindədir. Artıq beh müqaviləsini bağlamışdır. Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 6 saylı yaşayış binası, 45 saylı mənzil onun yeganə yaşayış yeridir. Yuxarıda bəhs etdiyi kimi o, anasının yeganə vərəsəsidir, cavabdehin onun mülkiyyətində formal olaraq qeydiyyatda olması ona mülkiyyətindən tam yararlanmağa və öz arzusına uyğun mülkiyyətinə dair hər hansı bir sərəncam verməyə bilavasitə mane olur. Nəticə etibarilə onun mülkiyyət hüquqlarının kəskin pozulması ilə yanaşı cavabdehin təqsiri üzündən maddi cəhətdən problemlərlə üzləşir. Ona görə də cavabdehin onun mülkiyyətində olan mənzilə qeydiyyatının ləğv edilməsi zəruriyyəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən çıxarma tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi - 52,33 kv.m., yaşayış sahəsi - 21,29 kv.m. olan bir otaqlı mənzil 15 fevral 2011-ci il tarixdən ona məxsusdur. Adıçəkilən mənzili həmin dövrdə yaşayış binasını inşa edən "xxxx" Mənzil Tikinti Kooperativindən əldə etmişdir. Belə ki, xx.xx.2011-ci il tarixdə "xxxx" MTK-nin rəhbərliyinə müraciət edib həmin tikinti kooperativinin qeyd olunan ünvanda inşa etdiyi çoxmənzilli yaşayış binasındakı 45 saylı mənzili bəyənmiş və dəyərini əvvəlki sahibinə X1 tam ödəməklə onu əldə etmişdir. Ödədiyi 32.500 ABŞ dolları və mənzilin əvvəlki sahibi ilə əldə etdiyi razılıq müqabilində "xxxx" MTK tərəfindən ona 45 saylı mənzilə dair müvəqqəti order verilmişdir. 2011-ci ildə mənzil əldə etdiyi zaman cavabdeh İddiaçı anası Sevil Hüseynli də onunla bir binada, 40 saylı mənzili əldə etmişdir. 2012-ci ilin oktyabr ayıda cavabdeh İddiaçı ilə nikaha daxil olmuşdur və bir müddət onunla 45 saylı mənzildə yaşamışdır. Daha sonra İddiaçı ilə münasibətləri ailə-məişət mübahisələri zəmnində pisləşmişdir. Əsassız söz-söhbətlərdən sonra cavabdeh və onun anası S.Hüseynli müxtəlif bəhanələrlə onu öz mənzilinə buraxmamış, mənzilə gələcəyi təqdirdə ona şər atıb məsuliyyətə cəlb etdirəcəyi ilə hədələmişlər. Münaqişənin sakitləşməsi üçün bir müddət mənzilə getməmişdir, cavabdehin və onun anasının onunla barışacağını fikirləşmişdir. Bununla belə İddiaçı anası S.Hüseynli ilə birlikdə özünə məxsus mənzilə onu buraxmamışlar. 2014-cü ildə cavabdehin anası S.Hüseynliyə qarşı "mənzildən çıxarılma və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi təqdim etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Adıçəkilən məhkəmə qətnaməsi ilə Sevil Hüseynlinin ona qarşı "müvəqqəti orderin ləğv edilməsi və s." tələblərə dair iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh İddiaçı ilə barışmaq niyyəti olduğundan 2014-cü ildə onun mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmin dövrdə cavabdehin anasını özünə məxsus mənzildən çıxarmaq və mənzilə köçmək istədiyindən iddia tələbi ancaq ona qarşı olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi qüvvəsini alıb icraya yönəlməsinə baxmayaraq, cavabdehin anası S.Hüseynli uzun zaman ərzində qətnamənin icrasına imkan verməmiş, məhkəmə qətnaməsi icra olunmamış qalmışdır. Digər tərəfdən, o, müddətdən artıq hərbi xidmətə başladığından və uzun zaman Bakı şəhərindən uzaqda xidmət etdiyindən qətnamənin icra olunmasını təkidlə tələb etməmiş, S.Hüseynlinin vəfat etməsinə baxmayaraq bu günədək özünə məxsus mənzilə köçməmişdir. Cavabdehlə barışmasını mümkün olmamasını səbəbindən 2012-ci ildə qeydə alınmış nikahları 2016-cı ilin may ayında pozulmuş və bu barədə o, şəhadətnamə almışdır. Ötən müddət ərzində o, yeni ailə həyatı qurmuş, digər şəxslə nikaha daxil olmuş, övladı dünyaya gəlmişdir. Buna baxmayaraq cavabdeh İddiaçı ona məxsus mənzili həmin binada anasından ona miras qalmış digər mənzillə yanaşı istifadə etməkdə, öz şəxsi əşyalarını mənzilində saxlamaqda davam edir. Mənzildə olan əşyalarını çıxarıb mənzili tərk etmək barədə tələbini cavabdeh yerinə yetirməmişdir. Beləliklə, sözügedən Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzil ona məxsus olsa da, uzun müddət ərzində o, həmin mənzildən istifadə edə, həmin mənzilə dair sahiblik hüququnu həyata keçirə bilmir. Odur ki, ona məxsus mənzilindən cavabdehin və ona məxsus əşyaların çıxarılması məhkəmə qaydasında həyata keçirilməsi zəruri olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı binanın 45 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı həmçinin göstərmişdir ki, mübahisəli ev həm anasının vəsaiti hesabına alınmış, cavabdehlə cəmi 6 ay həmin evdə yaşamışlar, cavabdeh sonra isə evdən çıxıb getmiş, bu günə qədər orada yaşamır, ev alınarkən təmirsiz olmuş, anasının və onun vəsaiti hesabına təmir olunmuş, mənzilin təmirinə evin qiyməti qədər xərc çəkilmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, 2011-ci ildə ilkin iddia üzrə iddiaçının anasının evi və qarajı olub, onları satıb iki ev alıb. Həmin vaxt tərəflər nişanlı olmuşlar. Evin təmiri də iddiaçı tərəfindən həyata keçirilib. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, tərəflər 2012-ci ildə nikaha giriblər, ev isə 2011ci ildə alınıb. Mənzil nikahdan əvvəl adındığı üçün ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) mübahisəli mənzildən çıxarılmalıdır. İlkin iddia üzrə iddiaçı mübahisəli mənzildə 6 ay yaşayıb. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin əmlak üzərində qanuni əsaslarla hüquqlarının olması müəyyən edilib, həmin qətnamədə müəyyən edilən hallar hazırkı işə baxarkən preyudisial əhəmiyyətli hal kimi qəbul edilməlidir. İddiaçı isə mübahisələndirdiyi mənzilin ona aid olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş üzrə "xxxx" (205 saylı) MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli müvəqqəti orderin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı evin ümumi sahəsi 52,33 kv.m., yaşayış sahəsi 21,29 kv.m. olan 1 otaqlı 45 saylı mənzili Cavabdeh məxsusdur. İş üzrə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh və X2 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016cı il tarizdə 269 No ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Səlimov, qadına Hüseynli soyadı verilmişdir. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Hüseynli Sevil Məmmədşir qızının Cavabdeh və üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “müvəqqəti orderin ləğv edilməsi barədə” iddia ərizəsinin təmin edilməməsi, iddiaçının Cavabdeh adına olan Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 6 saylı yaşayış binası, 45 saylı mənzilə dair müvəqqəti order ləğv edilərək, həmin mənzilə dair yeni müvəqqəti orderin iddiaçının adına verilməsi öhdəliyinin üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi barədə iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Hüseynli Sevil Məmmədşir qızına qarşı “mənzildən çıxarma və mənzilə köçürmə barədə” qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh Hüseynli Sevil Məmmədşir qızının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsindəki 6 saylı binanın 45 saylı mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsindəki 6 saylı binanın 45 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4016/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5268/15 saylı, xx.xx.2015-ci il tarixli qərarın surətindən görünür ki, Hüseynli Sevil Məmmədşir qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ilk növbədə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" (205 saylı) MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli müvəqqəti orderinə əsasən Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsindəki 6 saylı binanın 45 saylı mənzili Cavabdeh məxsusdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər 2012-ci ilin oktyabr ayında rəsmi nikaha daxil olmuşlar, 2013-cü ilin may ayından tərəflər arasında olan münasibətlər kəsilmiş və onlar ayrı yaşamağa başlamışlar. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Hüseynli Sevil Məmmədşir qızının Cavabdeh və üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “müvəqqəti orderin ləğv edilməsi barədə” iddia ərizəsinin təmin edilməməsi, iddiaçının Cavabdeh adına olan Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 6 saylı yaşayış binası, 45 saylı mənzilə dair müvəqqəti order ləğv edilərək, həmin mənzilə dair yeni müvəqqəti orderin iddiaçının adına verilməsi öhdəliyinin üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi barədə iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Hüseynli Sevil Məmmədşir qızına qarşı “mənzildən çıxarma və mənzilə köçürmə barədə” qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh Hüseynli Sevil Məmmədşir qızının Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsindəki 6 saylı binanın 45 saylı mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsindəki 6 saylı binanın 45 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun rəhmətlik X4 Məmmədşir qızı özünə məxsus 2 mənzili və qarajı sataraq, alqı-satqısından əldə edilmiş vəsaitə 2 mənzil almış, onlardan biri Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili ona yaşamaq üçün vermiş, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzili isə öz yaşamağı üçün əldə etmişdir. Lakin cavabdeh nə anasının, nə də ki onun icazəsini almamış Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilə dair "xxxx" (205 saylı) MTK vasitəsi ilə öz adına müvəqqəti order almışdır. Bununla bağlı anası ilə Səfərov Emin arasında məhkəmə çəkişməsi getmiş və məhkəmə qərarına əsasən mübahisəli mənzil anasının mülkiyyəti olaraq tanınmışdır. X4 Məmmədşir qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, o, anasının yeganə vərəsəsidir. O, cavabdehlə ər-arvad münasibətində cəmi 6 ay olmuşdur, nikahlar demək olar ki, faktiki xarakter daşıyıb. Nikahların pozulmasından artıq 6 il keçib, o vaxtdan o, onunla heç bir münasibət saxlamamışdır, sadəcə birgə tanışlarının vasitəsi ilə cavabdehin artıq başqa nikah münasibətlərə daxil olması barədə məlumatı vardır. Beləliklə də yuxarıda istinad etdiyi faktları nəzərə alsalar cavabdehlə arasında heç bir birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsündən söhbət belə gedə bilməz. Anası uzun müddət ağır xəstə olduğundan, o, anasının müalicəsi üçün müxtəlif kredit və borclara girməyə məcbur olmuşdur. Halhazırda anasının yaşadığı mənzili həmin borcların ödənilməsi üçün satmaq məcburiyyətindədir. Artıq beh müqaviləsini bağlamışdır. Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsi, 6 saylı yaşayış binası, 45 saylı mənzil onun yeganə yaşayış yeridir. Cavabdehin onun mülkiyyətində formal olaraq qeydiyyatda olması ona mülkiyyətindən tam yararlanmağa və öz arzusuna uyğun mülkiyyətinə dair hər hansı bir sərəncam verməyə bilavasitə mane olur. Nəticə etibarı ilə onun mülkiyyət hüquqlarının kəskin pozulması ilə yanaşı cavabdehin təqsiri üzündən maddi cəhətdən problemlərlə üzləşir. Ona görə də cavabdehin onun mülkiyyətində olan mənzilə qeydiyyatının ləğv edilməsi zəruriyyəti yaranmışdır. Bu səbəbdən iddiaçı Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hala, yəni mübahisəli mənzilin anasına məxsus olmuş daşınmaz əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına alınmasına dair anası tərəfindən qaldırılan iddiaya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş və mübahisəli mənzilin qanuni əsaslarla cavabdehin adına sənədləşdirilməsi və müvafiq orderin verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3-cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə yuxarıda qeyd edilənləri, ilkin iddia üzrə iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi qəbul edilmiş mülki iş üzrə iddiaçı olan şəxsin (Hüseynli Sevil Məmmədşir qızı) vərəsəsi olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı qeyd edilən mülki iş üzrə tərəf olmasa da, tərəf olan şəxsin hüquqi varisi olduğundan, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktların hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıması nəzərə alınmalıdır. Bu səbəbdən həmin faktın yenidən sübut edilməsi yolverilməz hesab edilməlidir. Azərbaycan Respublikası Konstityuisya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdehin mübahisəli mənzili MTK-dan pay haqqı tam ödənilməklə alması və bu faktın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunması, bununla da cavabdehin əmlak üzərində sahiblik və istifadə hüququnun mövcudluğu müəyyən edildiyindən, onun mübahisəli mənzildə yaşamaması özünə məxsus mənzilə olan istifadə hüququnun itirilməsinə səbəb ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı evin 45 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi - 52,33 kv.m., yaşayış sahəsi - 21,29 kv.m. olan birotaqlı mənzil 15 fevral 2011-ci il tarixdən ona məxsusdur. Adıçəkilən mənzili həmin dövrdə yaşayış binasını inşa edən "xxxx" Mənzil Tikinti Kooperativindən əldə etmişdir. Belə ki, xx.xx.2011-ci il tarixdə "xxxx" MTK-nin rəhbərliyinə müraciət edib həmin tikinti kooperativinin qeyd olunan ünvanda inşa etdiyi çoxmənzilli yaşayış binasındakı 45 saylı mənzili bəyənmiş və dəyərini əvvəlki sahibinə, X1 tam ödəməklə onu əldə etmişdir. Ödədiyi 32.500 ABŞ dolları və mənzilin əvvəlki sahibi ilə əldə etdiyi razılıq müqabilində "xxxx" MTK tərəfindən ona 45 saylı mənzilə dair müvəqqəti order verilmişdir. 2011-ci ildə mənzil əldə etdiyi zaman cavabdeh İddiaçı anası Sevil Hüseynli də onunla bir binada, 40 saylı mənzili əldə etmişdir. 2012-ci ilin oktyabr ayıda o, cavabdeh ilə nikaha daxil olmuşdur və bir müddət onunla 45 saylı mənzildə yaşamışdır. Daha sonra İddiaçı ilə münasibətləri ailə-məişət mübahisələri zəmnində pisləşmişdir. Əsassız söz-söhbətlərdən sonra cavabdeh və onun anası S.Hüseynli müxtəlif bəhanələrlə onu öz mənzilinə buraxmamış, mənzilə gələcəyi təqdirdə ona şər atıb məsuliyyətə cəlb etdirəcəyi ilə hədələmişlər. Münaqişənin sakitləşməsi üçün bir müddət mənzilə getməmişdir, cavabdehin və onun anasının onunla barışacağını fikirləşmişdir. Bununla belə İddiaçı anası S.Hüseynli ilə birlikdə özünə məxsus mənzilə onu buraxmamışlar. 2014-cü ildə cavabdehin anası S.Hüseynliyə qarşı "mənzildən çıxarılma və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi təqdim etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Sevil Hüseynlinin ona qarşı "müvəqqəti orderin ləğv edilməsi və s." tələblərə dair iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh İddiaçı ilə barışmaq niyyəti olduğundan 2014-cü ildə onun mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmin dövrdə cavabdehin anasını özünə məxsus mənzildən çıxarmaq və mənzilə köçmək istədiyindən iddia tələbi ancaq ona qarşı olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi qüvvəsini alıb icraya yönəlməsinə baxmayaraq, cavabdehin anası S.Hüseynli uzun zaman ərzində qətnamənin icrasına imkan verməmiş, məhkəmə qətnaməsi icra olunmamış qalmışdır. Digər tərəfdən, o, müddətdən artıq hərbi xidmətə başladığından və uzun zaman Bakı şəhərindən uzaqda xidmət etdiyindən qətnamənin icra olunmasını təkidlə tələb etməmiş, S.Hüseynlinin vəfat etməsinə baxmayaraq bu günədək özünə məxsus mənzilə köçməmişdir. Cavabdehlə barışmasını mümkün olmamasını səbəbindən 2012-ci ildə qeydə alınmış nikahları 2016-cı ilin may ayında pozulmuş və bu barədə o, şəhadətnamə almışdır. Ötən müddət ərzində o, yeni ailə həyatı qurmuş, digər şəxslə nikaha daxil olmuş, övladı dünyaya gəlmişdir. Buna baxmayaraq cavabdeh İddiaçı ona məxsus mənzili həmin binada anasından ona miras qalmış digər mənzillə yanaşı istifadə etməkdə, öz şəxsi əşyalarını mənzilində saxlamaqda davam edir. Mənzildə olan əşyalarını çıxarıb mənzili tərk etmək barədə tələbini cavabdeh yerinə yetirməmişdir. Mübahisəli mənzil ona məxsus olsa da, uzun müddət ərzində o, həmin mənzildən istifadə edə, həmin mənzilə dair sahiblik hüququnu həyata keçirə bilmir. Bu səbəbdən iddiaçı cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı binanın 45 saylı mənzildən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbin hüquqi əsasını mübahisəli mənzilin İddiaçı ilə rəsmi nikaha daxil olmamışdan qabaq onun tərəfindən əldə olunması və hazırda ailə münasibətlərinə son qoyulduğu üçün cavabdehin həmin mənzildə yaşaması onun istifadə və sahiblik hüququnun pozması təşkil edir. Məhkəmə digər tərəfdən qeyd edir ki, ər-arvadın ümumi əmlakının qanuni rejimi, o cümlədən bu rejimə əsasən birgə mülkiyyət hesab edilən əmlak bu əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququnun ər-arvadın hər birinin əmlakı, ayrıca əmlakın birgə mülkiyyət sayılması üçün əsaslar, ümumi əmlakın bölünməsi və bu zaman payların müəyyən edilməsi Ailə Məcəlləsinin 7-ci fəsli ilə tənzimlənir (31-37-ci maddələr). Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ərarvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Lakin məhkəmə digər tərəfdən qeyd edir ki, qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4-cü maddəsidir. AR Mülki Məcəlləsinin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin 225.4-cü və Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri baxımından nəzərə alınmalıdır ki, ərin (arvadın) ayrıca əmlakının onların ümumi mülkiyyəti sayılması üçün əsas şərt qoyulan vəsaitin həcmi olmayıb, məhz qoyulmuş bu vəsait hesabına ər-arvadın hər birinin əmlakının dəyərinin xeyli və yaxud əhəmiyyətli dərəcədə artmasıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh məxsus mübahisəli mənzilin ilkin və sonrakı təmir xərcləri İddiaçı tərəfindən ödənilmiş, təmirə çəkilən xərc kifayət qədər yüksək olmuş və həmin xərclər daşınmaz əmlakın dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh mənzili qanuni əsaslarla təmirsiz əldə etsə də, ilkin və sonrakı təmir xərcləri cavabdeh tərəfindən həyata keçirilərək mübahisəli mənzilin dəyərinin xeyli və əhəmiyyətli dərəcədə artmasına səbəb olduğundan, həmin mənzil tərəflərin birgə mülkiyyəti hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli mənzil tərəflərin birgə mülkiyyəti hesab edildiyindən, İddiaçı həmin mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsi barədə ilkin iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı binanın 45 saylı mənzildən çıxarılması barədə qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1174/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1174/2024
11.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver