Məhkəmə qərarları › İş №e-2(009)-1178/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1178/2025

30.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1178/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh “X7” MMC-yə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının və gecikdirilmiş hər gün üçün ödənişin verilməsi, iş vaxtından artıq işləməyə görə pulun ödənilməsi, mənəvi zərərin ödənilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X7” MMC-yə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının və gecikdirilmiş hər gün üçün ödənişin verilməsi, iş vaxtından artıq işləməyə görə pulun ödənilməsi, mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə mühasib vəzifəsində işə başlamışdır. Aylıq əmək haqqı rəsmi 400 manat, faktiki isə 800 manat olmuşdur. Çünki qalan məbləğ bank hesabı vasitəsilə verilmirdi. O, Cavabdeh MMC tərəfindən onun hüquqlarının pozulması, ona qarşı ədalətsiz davranılması, Əmək Məcəllə qanunlarına riayət edilməməsi, ona iş yerində psixoloji şiddət göstərilməsi, işçilərin qanunsuz şəkildə işlədilməsi, bir vəzifədən digər vəzifəyə keçirilməsi, bir vəzifə maaşının ödənilməsi qarşılığında bir neçə vəzifə ilə bir işçinin yüklənilməsi, işdən çıxan şəxslərin son haqq-hesablarının düzgün hesablanılmaması və ödənilməməsindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsmana xx.xx.2025-ci il tarixdə şikayət etmişdir. Çalışdığı müddət ərzində işverənlə və işi ilə bağlı heç bir problemi olmamışdır. Ancaq dekabr ayının ortalarından bəri təsisçi X17 tərəfindən ona bildirilmişdir ki, onun kassasında əskik var, amma sübutları yoxdur. Əmək haqqının və həkimlərin faiz məbləğlərinin hesablanmasında səhvlik var deyib və onu sıxışdıraraq işdən çıxmasını tələb etmişdir. Bu mövzuda ilk mübahisə də xx.xx.2025-ci il tarixində telefon danışığı zamanı baş vermişdir. İş vaxtı bitdiyi o, ofis telefonundan Rasim Əliyevə zəng edib şənbə günü üçün icazə istəyəndə, xəstələndiyini, halının olmadığını deyəndə o da ona bildirmişdir ki, “əmək haqqı çox hesablamısan bu dəqiqə hesabat hazırla ver” demişdir. O, da xəstələndiyini, halı olmadığını, iş vaxtının da bitdiyini, bazar ertəsi gəlib Rasim Əliyevin sualları cavablandıracağını, hesabatı da hazırlayıb verəcəyini bildirmişdir. O, da qarşılığında ona gələn həftədən özünə iş axtarmağını demişdir. O, da cavabda onsuz da axtardığı, Rasim Əliyevlə işləməyin ona da çətin olduğunu demişdir.O, iş vaxtı bitəndə, işdən ayrılan ərəfədə xəstəxananın işçiləri ilə söhbət əsnasında işdən çıxacağını bildirmişdir. Bir neçə gün işdən çıxmaqla bağlı söz-söhbət davam etdiyi üçün xx.xx.2025-ci il tarixində şifahi şəkildə şirkətin hüquqşünası Zeynəb Abdullayeva tərəfi ona işdən öz xahişi ilə çıxmaq ilə bağlı ərizəni yazmaq deyilmişdir. Səbəbini də soruşduqda izah edilməmişdir. O, da təsisçisinin özündən səbəbini soruşduğu cavabında isə “sən məni 30.000 manat ziyana salmısan, əmək haqqını, həkimlərin faiz olan əmək haqlarını düz hesablamamısan” demişdir. Qarşılığında isə onun araşdırılmağını, audit gətirilməsini, yoxlanılmasını deyəndə heç cür buna razı olmamışdır, nə sual varsa Rasim Əliyev özü cavablandıracağını demişdir. Onu məcbur etmişdir ki, “ərizəni yaz, çıx”. O, isə səbəbini heç bir halda öyrənə bilmədiyi üçün işdən öz xahişi ilə ayrılmağa görə 3 aylıq kompensasiyasını tələb etmişdir. Aylıq əmək haqqı 800 manatdır, 3 aya görə 2400 manatı da əldən verməsini istəmişdir. Çünki əsassız yerə çıxarmağa çalışırdılar, son haqq-hesabını, məzuniyyət qalığını da həm rəsmidən, həm də əldən olan hissəsini (800 manatı ilə hesablanmanı) tələb edəndə razılaşmamışlar. Bu tələblərinə görə günlərdir ona təzyiqlər etmiş, alçaldıcı kobud rəftarlar etmiş, əsassız yerə günahlandırmış, psixoloji təsirlər göstərmişlər, hər kəsə onun dəli olduğunu, onun düzgün işləmədiyini demişlər. O, soruşmaq istəmişdir ki, əgər o, heç nə bilmirdisə, 10 aydır necə olub ki, o müəssisədə çalışmağa davam etmiş, bu qədər işləri görmüş və bu qədər müddətdə işi barədə heç problem çıxmamış, narazılıq edilməmişdir. O, xx.xx.2025 tarixdə işə gəlmişdir, İC 8.3 yeni versiya proqramına şifrəni yazıb daxil olmaq istəyəndə aydın olmuşdur ki, girişi ləğv edilmişdir. Dünənə qədər o, həmin proqramda çalışmışdır. 1C 8.3 proqramında gördüyü işlərə də bir neçə dəfə müdaxilə edilib dəyişdirilmişdir, bunu biləndə R.Əliyevə kim, hansı kompüterdən, nə üçün edib deyə hesabat istəyəndə əvvəlcə tapacağını demişdir, lakin sonra sübutunu göstərməmişdir. Ancaq bunun kim olmasını şübhəsi olduğunu da bildirmişdir. Bu şəxs A.İranədir deyəndə təsisçi ona heç bir cavab verməmişdir. Üstəlik bu məsələdən kimsənin xəbəri olmasın deyə onu tənbehləmişdir. Həmin 1C 8.3 proqramında da iki baza vardır: biri "Buxqalteriə" adlı baza; onlar orada elektron qaimələri, kassa mədaxil-məxaric pullarını, əmək haqlarını və bank giriş-çıxışlarını işləyirdilər, digər bölmələr tam düzəldilməmişdi, biri də "EİH" adlı baza idi, yeni qurulmuşdu və köhnədəki məlumatlar bazaya inteqrasiya edilirdi. Amma tam qurulmadığı üçün o da nəticələri düz göstərmirdi. Əliyev Rasim səhər vaxtı onun otağına daxil olanda niyə çıxmadığını, onunla işləmək istəmədiyini, onun R.Əliyevə 30.000 manat ziyana saldığını deyəndə o, da bunu sübut edilməli olduğunu, həqiqətən də, onun həmin müəssisində səhv işlədiyini, Rasim Əliyevə zərər vurduğunu sübut edilməsini tələb etmişdir. Bu zaman R.Əliyev qəzəblənərək iddiaçıya "sən, buranın işçisi deyilsən. Ümumiyyətlə, sən xadiməsən burda, dur, buraları yığışdır! - deyərək qışqır-bağır salıb onunla iş etikasına uyğun olmayan halda kobud rəftar etməyə başlamışdır. Bunu bir neçə dəfə təkrarlamışdır. Üstəlik ittiham edilmişdir ki, burda hər kəs ondan şikayətçidir, onun burda stəkan qırıdığını, camaatın üstünə fırlatdığını demişdir. Əsl isə hadisə tamam fərqli olmuşdur. Əliyev Rasimin işə yeni götürdüyü qeyri-rəsmi baş mühasib Sevinc Bayramova və maliyyəçi Cavid Mikayılovun əsassız olaraq vermələrinə görə baş verən hadisə bu cür əks etdirilmişdir. Stəkanın qırılması isə Əliyev Rasimin otağına işdən çıxma ilə bağlı gedib danışan günü razı ola bilmədiklərinə görə onun otağına qayıdanda, normal olaraq onun da hirsləndiyi üçün, masadakılara diqqət edə bilmədiyinə görə qolu stəkana dəyib yerə düşən kimi stəkan qırılmışdır və o halda ayağının altında qaldığına görə itələyəndə Sevinc Bayramovaya tərəf gedib çatmışdır. Qəza ilə sınan stəkanı həmin işçilər bəhanə edərək, o, iş rejimini, sakitçiliyi, işin gedişatını pozduğuma görə onlar narazılıqlarını Əliyev Rasimə bildirmişlər, xüsusilə də Sevinc Bayramova. Sevinc xanımdan “siz şikayət etmisiniz” soruşduqda isə "bəli, yaxşı eləmişəm, sən məni narahat edirsən burda" deyə cavab vermişdir. Həqiqətdə isə xanım da özü bilirdi ki, Əliyev Rasim problem yaratmağa çalışır, ancaq yenə də rəhbərin sözünü deyirdi. Əslində isə təsisçi sadəcə bəhanə axtarırdı. Klinikada kadr işlərini görən işçi də götürülməyib, insan resurları üzrə də, kassa işinə də, İC operatorluğuna da, bir neçə vəzifənin işi gördürülür, iddiaçı ona çatdıra bilməyəcəyini demişdir. O, da həmişə deyirdi ki, kadrlara mütəxəssis götürülməyəcək, mühasib işləməlidir, bu işi də deyib etiraz edirdi. Dekabr ayı ərzində işdə olmadığından və sahibkar bütün işləri tələb etdiyindən gec saatlara qədər qalıb iddiaçı işləməli olurdu (bu işə girən gündən belədir gec saatlara qədər qalıb işləməlidir bir neçə vəzifənin işinin gördürülməsi), bu cür iş tempi də normal olaraq onu yorduğu üçün iş keyfiyyəti aşağı düşür, işə gecikmələr də baş verə bilirdi, həmçinin onun anasının ağır əməliyyat keçirdiyini və evdə tək olduğunu, baxıma möhtac olduğunu bildiyi halda heç bir şəkildə Rasim Əliyev ona güzəştə getmir, əlavəə olaraq cəza kimi də gecikdiyi saatları maaşından kəsirdi, üstəlik niyə işə gecikdiyi üçün hələ danlayırdı. Müəssisə rəsmidə 5 günlük iş rejimi kimi göstərilsə də günlük iş rejimi ilə fəaliyyət göstərir, bütün işçilər, o, da daxil olaraq 40 saatdan çox çalışırdılar, təxminən 50-60 saat. 5 günlük tələb etdikdə də mümkün olmadığı, həmin xəstəxana 24 saat işləməlidir deyə bildirirdi, İC 8.3 proqramı hələ tam qurulmayıb, hazır deyil deyib, bəhanə edirdi ki, onu düzəltmək lazımdır, buna görə də hamı çalışmalıdır. Üstəlik özünün də mart ayından artıq burda olmayacağını və həmin proqram vasitəsilə işi uzaqdan idarə edəcəyini söyləyirdi. Son 1 həftə ərzində sahibkar X17 tərəfindən onu daha da şərlənərək işdən könüllü çıxmağı üçün ərizə yazmağa məcbur edilmişdir. O, da əsaslı səbəblər göstərilməsini yenidən tələb etdikdə isə dolğun, konkret cavab ala bilməmişdir. Buna görə də yenidən yuxarıdakı tələbləri irəli sürdüyü üçün işdə günlərdir, ona psixoloji təzyiqlər etmişdir, kobud rəftarlar etmişdir, ona qarşı, ərizəni yazmayacağı təqdirdə, onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bə ilə çıxaracağı ilə hədələmişdir, ona ödəməyə pulu olmadığını bildir. Onu məcbur etmişdir ki, öz xahişi ilə ərizə yazıb çıxsın və üstəlik dövlət qurumlarına şikayət etməyəcəyi ilə bağlı da əlavə izahatı yazmağını təkidlə tələb edirdi. xx.xx.2025-ci tarixdə anasını həkimə aparmaq üçün icazə alanda yenə də ona Cavid vasitəsilə bildirmişdir ki, Rasim həkim ona ərizəsini sabahkı tarix üçün yazıb qoymasını bildirmişdir. İddiaçı da sabah danışaraq ətraflı deyib anasını həkimə aparması üçün icazə ərizəsini yazmışdırp. xx.xx.2025-ci il tarixdə Cavid bəy yenidən ərizəsini yazılmasını tələb edildiyini söyləyəndə sahibkarla o, özü danışacağını bildirmişdir və onun otağına getmişdir. Bu arada o da onunla otağa girəndə tək qəbula getmək istədiyini deyəndə onun da orda işi olduğunu deyib onunla birgə içəri daxil olmuşdur. İçəri daxil olarkan orda Püstə adlı şəxsin nə isə quraşdırdığını görmüşdür, sonra da telefonda səs yazmanı işə salmışdır və bir rus kişi həkim də divanda əyləşmişdi. İçəridə olaraq Rasim həkimə iddiaçı öz tələblərini deyəndə görmüşdür ki, Rasim Əliyev onu dinləmək istəmir, onu da səsini yazmaqda ittiham edirdi. Cavabında da o, bildirmişdir ki, buna ehtiyac yoxdur, telefon ağıllı telefondur. O da ona "Sən kimsən? Mən səni tanımıram” əlini şıqqıldadaraq məni çölə çıxarmalarını istəmiş, Cavid bəyə "bunu, yəni məni niyə gətirdin?" deyirdi. Bu anda Püstə adlı şəxs aralara girməyə çalışmışdır. O, da Rasim həkimdən cavabını tələb etmişdir. Ancaq naməlum adlı şəxs (kim olduğunu tam bilinmir) israrla "mənəm buranın rəhbəri, direktoru, baş həkimi, sən də 1 aydır işdə yoxsan, nə kameraya düşmüsən, nə əl izini işə gecikmələrini də demirəm hələ" kimi ifadələr işlədirdi. O, da səhər işə gələndə barmaq izini vurduğunu bildirəndə, onlar “ola bilməz deyib” etiraz edəndə ikisi də onu otaqdan çıxmağını istəmişdir. Ancaq o, həkimdən cavabını tam ala bilmədiyi üçün otaqdan çıxmağı rədd etmişdir. Bu sırada Püstə üzə yürüyərək otaqdan çıxmağı üçün ona basqın etmişdir, Rasim həkimlə danışmağına mane olmuşdur. Münaqişə qızışanda Püstə onu vurmuş, o, da özünü müdafiə etmək üçün onun qarşısını almağa çalışmışdır. Onunla əlbəyaxa düşdüyü üçün koftasını sıyırıb sinəsini açmış, kişilərin önündə, alt paltarının görünməsi səbəb olmuşdur. Dava daha da qızışanda Püstə onu qantellə vurmaq üçün onu yerdən götürüb başına atanda Cavid bəy araya girib onu xilas etmiş və xəsarət almağının qarşısını almışdır. O anda onun etirazları artdığı üçün onlar onu otaqdan çıxarmağa çalışmışlar və Rasim həkimlə Püstə birlikdə onu otaqdan itələyərək çölə tullayanda Rasim Əliyev iddiaçıya "Poşol von ot süda" deyərək Püstə ilə birlikdə itələyib onu çıxartmışdır. Daha sonra hüquqşünas Zeynəb Abdullayeva ona bildirmişdir ki, yaranan hadisə ilə bağlı o, guya işçilərə, işin gedişatına mane olduğu üçün Cavid bəy və Sevinc xanım adından izahatlar alınıb və o, da izahat yazmalıdır ki, töhmət hazırlanıb şəxsi işinə tikilsin. O, da izahat yazmaqdan imtina etmişdir. Cavid bəy də dediyinə görə izahatını imzalamaqdan imtina edib. Həmçinin yazılan izahatlarla tanış olmaq istədikdə icazə verilməmişdir. Hüquqşünas tərəfindən, rəhbər tərəfindən təkidlə tələb edildiyi üçün o, bu yazını prosedur gərəyi tərtib edərək bu səbəbdən ona imzalatmağa çalışdığını söyləmişdir. Zeynəb xanım bildirmişdir ki, özü də bu cür hadisələrə əngəl ola bilmədiyi üçün müəssisədə qalıb işləməyə davam edə bilməmiş və həftəsonu işdən çıxacaqmış. Bu hadisələr baş verən zaman ona o qədər psixoloji olaraq təzyiqlər edib, şərlər atıblar ki, dəfələrlə intihar etməyə çalışmışdır. Ancaq axırıncı dəfə cür döyülüb işdən atmağa çalışmaları onu daha da sarsıtmış, hadisə baş verən anda qadınlığını, şərəfini, ləyaqətini alçaldılmış, onu təkləyib, iş yerində psixoloji təsirlər göstərilmiş, şərləyib, karyerasını zədələməyə çalışmalarına, iş həyatında, cəmiyyətdə onu yox etməyə çalışmalarına daha tab gətirə bilməmişdir və bu dəfə həqiqətən də artıq yaşamaq istəməmişdir. xx.xx.2025-ci il tarixdə "X8" MMC-də onun komputerini icazəsiz, razılığı olmadan, zorla götürməyə çalışmışlar, çünki komputerə də girişi ləğv edilmişdir, ofis telefonunu və prossesoru İT admini Sorokin Roman götürə bilmişdir bütün etirazlarına baxmayaraq, ancaq kompüter götürməyə imkan verməmişdir və ona bildirilmişdir ki, komputer onlara lazımdır, götürməlidirlər, şirkətdə başqa komputer yox imiş, başqa həkimə veriləcək onsuz da onun komputerə də daxil ola bilmədiyini, burda qalmasının mənası olmadığını bildirmişlər. Roman bəy təkrar otağa gələndə iddiaçı artıq içəridən qayıdaraq bağlamalı olmuşdur ki, təhvil-təslim edilmədən heç nəyi götürə bilməsinlər deyə. İsrarla komputeri əlindən alınmağa çalışılmışdır. Üstəlik səhər işə gələndə görmüşdür ki, bəzi çeklər, qeyri-rəsmi alış qaimələri, kassadan verilən, daxil olan pullar üçün yazılan qaimələr gizlincə oğurlanıb. Cavabında da təhviltəslim edilməmış kompüter və başqa sənədlər onun icazəsi olmadan otaqdan götürülə bilmədiyini dedikdə isə heç bir halda eşidilməmişdir. İşçiləri bir-bir yanına göndərmişdir ki, ona yerini dərhal tərk etməyini bildirsinlər. Həmin şəxslər də sahibkarın sözü ilə tək-tək onun yanına gəlib onun işdən çıxmamasının səbəbini öyrənməyə çalışmış, işdən çıxmağı üçün ərizəni yazmağa razı salmağa çalışmışdılar. Bu şəxslərin adı Hümbətova Rüqəyya, Rəsulov Rasim, Mikayılov Cavid, Sevinc Bayramovadır. Onun hüquqları hədsiz dərəcədə tapdalanmışdır. O, işdən ayrılmaq istəyirdi, amma ayrıla bilməyib ki, sonradan vergi ilə çıxacaq hər hansı bir problemi üstünə yıxa bilməsinlər. Axı o, orda sadə deyilənləri icra edən bir köməkçi mühasib olmuşdur, çünki can təhlükəsizliyindən, psixoloji sağlamlığının daha da pozulmayacağından əmin ola bilməmişdir. Bu səbəbdən də təhviltəslimi polis orqanlarının iştirakı ilə edilməsini, son haqq-hesabının, psixoloji sarsıntısının təzminatını da polisin iştirakı ilə təmin edilməsini təmin etmişdir, ancaq, təəssüf ki, qarşı tərəfdən heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də o müəssisənin rəhbərliyindən, müəssisədə qalıb davam etməli hədsiz qorxmuşdur və çəkinmişdir. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 01 nömrəli aktında əsassız olaraq göstərilmişdir ki, o, öz funksiyasını keyfiyyətli şəkildə icra etməyərək, eyni zamanda öz qərəzli davranışları ilə işin normal ahəngini, müəssisədaxili intizam qaydalarını pozmaqla, işəgötürənə ziyan vurmaqla yanaşı digər işçilərə qarşı kobud davranaraq onların sağlamlığı üçün təhlükəli vəziyyətin yaranmasına yol açmışdır və işəgötürənlə onun arasında bağlanmış əmək müqaviləsinə əsasən, iş saatları 09:00-18:00 müəyyən edilsə də, ona bununla bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, müəyyən edilmiş saatdan daha gec gəlmiş, həmçinin məlumat vermədən iş yerini tərk etmişdir. Cavabdeh MMC-nin direktoru X4 xx.xx.2025-ci il tarixli, 0502/25 nömrəli əmri ilə onun ərəfindən əmək funksiyasının düzgün icra edilməməsi faktının araşdırılması məqsədilə xx.xx.2025-ci il tarixində Nizam-İntizam Komissiyası yaradılması qənaətinə gəlinmişdir. Cavabdeh X8” MMC-nin xx.xx.2025-ci il tarixli, 0502/25 nömrəli əmri ilə yaradılmış Nizam-İntizam Komissiyasının xx.xx.2025-ci tarixli 01 nömrəli qərarı ilə onun xx.xx.2024-cü il tarixli əmək müqaviləsi, Cəmiyyətin prosedur və qaydalarına zidd hərəkət edərək iş vaxtı ərzində iş yerinə gəlməməsi və iş vaxtı bitmədən iş yerini tərk etməsi, həmçinin qərəzli davranışları nəticəsində digər işçilərin əmək funksiyalarını icra etməsinə mane olaraq, işin normal ahəngini pozaraq işəgötürənin qanuni mənafeyinə xələl gətirdiyindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndilə ləğv edilməsi və iş ödənilməli olan bütün ödənişlər hesablanmalı və qanunvericiliklə müəyyən edilmiş müddətə kimi işçinin hesabına ödənilməsi qərara alınmışdır. Bundan sonra isə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 02 nömrəli aktında göstərilmişdir ki, ona təhkim olunmuş və onun istifadəsinə verilmiş Cəmiyyətə məxsus əmlakların və maddi dəyərli əşyaların təhvil-təslim edilməsi üçün Cəmiyyətə dəvət edilmişdir. Lakin o, qeyd olunan əşyaları verməkdən imtina etmiş və təhvil-təslim prosesinin nəticələrinə dair tərtib olunmuş təhvil-təslim aktını imzalamaqdan imtina etmişdir. Beləliklə, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 011 nömrəli əmri ilə Cavabdeh MMC-də mühasib vəzifəsində işləyən onunla bağlanmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə Azərbayxan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmr verilməsi, işçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə edilməmiş 20 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun hesablanıb ödənilməsi əmr edilmişdir. Onun müraciəti əsasında Səbail RPİ-nin 41-ci PB-də və Səbail rayon prokurorluğunda araşdırma aparılmışdır. Belə ki, o, Püstə Tofiq qızı tərəfindən döyülməsi, X17 tərəfindən fiziki və mənəvi təzyiq göstərilməklə işdən çıxarılmağa məcbur edilməsi, iş yerində öz qarşı mobbinq tətbiq edilməklə ölüm həddinə çatdırılması barədə müraciət etmişdir. Onun 3-17-5/1-A-6059/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-5/1-C-6444/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-5/1-C-9688/ nömrəli, xx.xx.2025-ci il tarixli, 3-17-5/1-C-9742/2025 nömrəli, 2025-ci il tarixli, 3-17-5/1-C-11354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli "X8” MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətlərinə Nazirlik yanında X12 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Ona xx.xx.2025-ci il tarixli cavab məktubu göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, onun müraciətində qeyd etdiyi pozuntuların dəqiqləşdirilməsi, izahatının alınması və onda sübutların təqdim olunması məqsədilə DOST Mərkəzinə və ya X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət olunmağı ilə ünvanına 3-17- 5/2-C-10798/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. İddiaçı araşdırmaya xx.xx.2025-ci il tarixli izahatını təqdim etmişdir. Bildirilmişdir ki, onun müraciəti ilə əlaqədar olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9 maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə X12 Xidməti tərəfindən "X8 MMC-nin ünvanına məktublar göndərilmişdir. Həmçinin sənədlərin təqdim olunması ilə bağlı Nazirliyin 142 Çağrı Mərkəzi tərəfindən Cəmiyyətin nümayəndəsinə (Ruziyyə xanım) telefon (***- ***-**-**) vasitəsilə məlumat verilmişdir. Lakin tələb olunan sənədlərin təqdim olunması "X8" MMC tərəfindən təmin edilmədiyi onun müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda X12 Xidməti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq altsisteminə baxış keçirilərkən "X8" MMC tərəfindən iddiaçıya aid müqaviləsinin xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qeyd edildiyi qüvvədən düşdüyü müəyyən edilmişdir. Eyni zamanda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli 1410 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixin dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmadığı qeyd edilmişdir. Qalan məsələlər barədə bildirilmişdir ki, iddiaçının müraciətində qeyd etdiyi digər məsələlər X12 Xidmətinin səlahiyyətləri xaricindədir. Məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu onun diqqətinə çatdırılmışdır. O, Binəqədi RPİ-nin 43-cü PB-nə intihar edəcəyi barədə müraciət etmişdir. Müraciətdə təxminən 10 aya yaxındır ki, Cavabdeh MMC-də mühasib vəzifəsində işlədiyini, həmin hospitalin rəhbəri X17 tərəfindən təhdidlərə, hədə-qorxuya məruz qaldığını sarsıntı keçdiyi üçün intihar həddinə çatdığını bildirmişdir. Araşdırma zamanı İddiaçı izahatında "X8 MMC-da mühasib vəzifəsində işlədiyini, həmin hospitalın rəhbəri X17 tərəfindən təhdidlərə, hədə-qorxuya məruz qaldığını, sarsıntı keçirdiyi üçün intihar həddinə çatdığını bildirmişdir. Eyni zamanda o, həmin şəxsin onun işçi hüquqlarını pozduğunu, əmək haqlarını düzgün hesablamamaqda ittiham etdiyini, əlavə iş saatını işlədib zəhmət haqqını vermədəyini izahatında qeyd etmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi fərdi evdə yaşayan Əliyev Rasim xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-yə ərizə ilə müraciət edərək onun dediklərinin şər-böhtandan ibarət olduğunu bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Müraciətlə əlaqədar araşdırma aparılmışdır. Toplanmış materialda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 125-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Belə ki, İddiaçı intihar edəcəyini bildirsə də, bununla bağlı hər hansı bir hərəkət etməmişdir. Araşdırma zamanı İddiaçı ilə amansız rəftar edərək onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürmə həddinə çatdırma halları müəyyən etmək mümkün olmamışdır. Onun müraciəti əsasında toplanmış material üzrə CM-nin 125-ci maddəsinə aid cinayət tərkibli xüsusatlar, eləcə da cinayət işinin başlanılmasına əsas verə biləcək dəlillər və sübutlar müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilməli, eyni zamanda İddiaçı X17 ilə aralanında yaranmış mübahisələrin həlli üçün mülki qaydada aidiyyəti üzrə instansiya məhkəmələrinə müraciət etməsi halı izah edilməlidir. Beləliklə, onun müraciəti toplanmış HK-1/306 saylı material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Qeyd etmək zəruridir ki, 2024-cü ilin aprel ayından (işə daxil olduğu tarix) 2025-ci ilin fevral ayına qədər (işdən çıxana qədər olan müddət) ərzində həftəsonları, yəni şənbə günləri (45 gün olmaqla) işlədilmişdir. Bu da 40 saatdan çox etdiyi üçün həmin günlər iş vaxtından əlavə işə görə hər saatına görə 2 misli hesablanır. Hesablama qaydası da 5 günlük iş rejimində saatına düşən əmək haqqı tapılmaqla hesablanır. Nəticə olaraq, cəmi ödənilməli məbləğ 3628,16 manatdır məbləğlər də vaxtında ödənilmədiyi üçün 0,1 % tətbiq edilməlidir. İl üzrə gecikdiriləni nəzərə alaraq 3628,16 *0,1%*365(gün)=4952,44 manat olaraq hesablanmalıdır. Həftəiçi iş günlərində isə hər gün 3 saat əlavə işləməyi nəzərə alaraq, yuxarıdakı hesablama qaydasına uyğun olaraq 6120,60 manat məbləğ təşkil edir. Ödənilməyən həmin məbləğə də yenə həmin 0,1% tətbiq edildikdə il üzrə 6120,60+ (6120,60*0,1%*365)=2234,02 manat məbləğ olur. İş vaxtından artıq işə görə 4952,44+6120,60=11.073,04 manat dəyərində pul vəsaiti ona ödənilməlidir. O, əvvəlcə xx.xx.2024cü ildə cavabdehə mediasiya təklifi göndərmiş, daha sonra 11 saylı Mediasiya təşkilatına müraciət etmişdir. 11 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli ilkin Mediasiya Sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Ona görə də o, xx.xx.2025-ci il tarixli, 0502/25 nömrəli əmrin ləğvi və işə bərpa, iş vaxtından əlavə işə görə 11073.04 manat pul vəsail məcburi işburaxmaya görə əmək haqqının və gecikdirilmiş hər gün üçün ödənişin verilməsinə və mənəvi zərərə görə 100000 manat dəyərində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Göstərilənləri nəzərə alaraq iddiaçı onun barəsində Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 0502/25 nömrəli əmrinin ləğvi və işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və gecikdirilmiş hər gün üçün ödənişin verilməsi, iş vaxtından artıq işə görə 11073.4 manat pul vəsaitinin və mənəvi zərərə görə 100.000 manat dəyərində pul vəsaitinin, mediasiya xidməti üçün ödənilmiş 50 manat pul vəsaitinin, vəkil xidməti üçün ödənilmiş 320 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsinin “xahiş edir” hissəsində onun barəsində çıxarılmış əmrin tarixi və nömrəsi xx.xx.2025-ci il tarixli əvəzinə səhvən xx.xx.2025-ci il tarixli, 0502/25 nömrə olaraq qeyd edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh MMC-dən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 11 nömrəli əmri olaraq nəzərə almasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı X10 iddia tələblərini tam müdafiə edərək onların təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, mühasib işləmişdir, onun işi əmək haqqı ilə bağlı hesabat vermək və sənədlərin icrası ilə məşğul olmaqdan ibarət olmuşdur. Təsisçi ilə aralarında mübahisə olmuşdur. Onu işdən çıxarmaqla bağlı xəbərdarlıq etmişdir. xx.xx.2025-ci il tarixdə o, işdən nə üçün çıxarılmasının səbəbini öyrənmək üçün rəhbərliyə müraciət etmək istəmiş, onun otağına daxil olmuş, işdən çıxarılma səbəbini soruşmuş, bununla bağlı səs yazısı da məhkəməyə təqdim etmişdir. Orada rəhbərliyə bildirmişdir ki, onlarla o, da işləmək istəmir, bunun üçün müavinət tələb etmişdir, onun işində heç bir problem olmamışdır, lakin ona bildirmişlər ki, guya onları 30 min ziyana salmışdır. Orada mübahisə olmuş, o, polisə də müraciət etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələblərini tam müdafiə edərək onların təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən 3 aylıq pul tələb edərək işdən çıxması barədə razı olduğunu bildirmişdir. Cavabdeh onu hədələmişdir. İddiaçı barəsində həm töhmət əmri, həm də işdən azad olma əmri verilmişdir, bu qanunsuzdur. Bununla bağlı X12 Xidməti tərəfindən inzibati protokol və qərar qəbul edilmişdir, cavabdeh ondan şikayət etsə də, şikayəti təmin olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X14 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, müəssisənin təsisçisi Natalya adlı şəxsdir, Rusiyada yaşayır, qanuni təmsilçisi Anar Rzayevdir. Aysel xanım anası ilə bağlı icazə alsa da, rəsmi qaydada icazə ərizəsi imzalanmamışdır, ayın 5-də qəbulda olan zaman mübahisə olmuşdur, müəssisənin əməkdaşları Püstə xanım və Cavid müəllim də orada olmuşdur. 5-i tarixində ona töhmət verilmişdir, lakin sonradan töhmət əmri ləğv edilmiş və işdən azad olunma əmri verilmişdir. Aysel xanım işçiləri təhqir etmiş, işin ahəngini pozmuşdur, iş yeri özbaşına tərk etmişdir, ona görə də işdən çıxarılmışdır. Məhkəmə iş üzrə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, diskdə olan audioyazını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 01 nömrəli aktdan görünür ki, Cavabdeh MMC-də xx.xx.2024-cü il tarixdən etibarən əmək müqaviləsi əsasında “mühasib” vəzifəsində çalışan İddiaçı iş vaxtı ərzində müəssisə daxili intizam qaydalarını pozmaqla, habelə digər işçilərin əmək fəaliyyətin icra etməsinə maneələr yaradaraq işin normal ahəngin pozulmasına səbəb olan hərəkətlərə yol vermişdir. Belə ki, İddiaçı müəssisədə “maliyyəçi” vəzifəsində çalışan digər işçi X5 qərəzli şəkildə sərf ifadələrlə müraciət edərək, əsassız tələb irəli sürərək iş vaxtı ərzində C.Mikayılovun əmək funksiyalarının düzgün və vaxtında icrasına maneələr yaratmışdır. C.Mikayılovun izahatına əsasən İddiaçı iş vaxtı ərzində mübahisə yaratmaq məqsədli hərəkətlərə yol vermiş, eyni zamanda müəssisə ərazisində həm işçilərə, həm də digər üçüncü şəxslərə qarşı kobud ifadələr işlədərək, fiziki olaraq xəsarət verməyə cəhd etmişdir. İddiaçı əmək funksiyasını keyfiyyətli şəkildə icra etməyərək, eyni zamanda öz qərəzli davranışları ilə işin normal əhangini, müəssisədaxili intizam qaydalarını pozmaqla işəgötürənə ziyan vurmaqla yanaşı digər işçilərə qarşı kobud davranaraq onların sağlamlığı üçün təhlükəli vəziyyətin yaranmasına yol açmışdır. Bunlarla yanaşı İddiaçı ilə İşəgötürən arasında bağlanmış əmək müqaviləsinə əsasən işçinin iş saatları saat 09.00-dan 18.00-ə qədər müəyyənləşdirilmişdir. Lakin İddiaçı xəbərdarlıq edilməsinə baxmayaraq davamlı olaraq müəyyənləşdirilmiş saatdan daha gec vaxtda işə gəlməklə, həmçinin məlumat vermədən iş vaxtı ərzində iş yerini tərk etmişdir. Bu gecikmə halları İddiaçı əmək funksiyalarını vaxtında icra etməməsinə səbəb olur. Qeyd edilənlərlə əlaqədar qanunvericiliyə uyğun olaraq İddiaçı izahat verilməsi tələb olunsa da, sonuncu izahat verməkdən imtina etmişdir. İddiaçı təqsirli hərəkətləri nəticəsində pozuntulara yol verdiyi haqqında məlumat verilmişdir. İş üzrə Cavabdeh MMC-nin 0502/25 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən Cavabdeh MMC-də direktor vəzifəsində çalışan X11, həkim vəzifəsində işləyən X6 və aparıcı hüquqşünas vəzifəsində çalışan X2 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilən 01 nömrəli akta əsasən Şirkətdə mühasib vəzifəsində çalışan İddiaçı iş vaxtları ərzində heç bir məlumat vermədən iş yerinə gəlməyərək, həmçinin iş vaxtı ərzində iş yerini özbaşına tərk edərək əmək funksiyalarını düzgün icra etməmişdir. Aşkarlanmış əmək funksiyasının düzgün icra edilməməsi faktını nəzərə alaraq əmək funksiyasının düzgün icra edilməməsi faktının araşdırılması məqsədi ilə xx.xx.2025-ci il tarixdə Nizami-İntizam Komissiyasının yaradılması, Komissiyanın sədri vəzifəsinə cəmiyyətin direktor vəzifəsində işləyən X11, Komissiyanın üzvləri vəzifəsinə işə cəmiyyətdə həkim vəzifəsində işləyən X6 və aparıcı hüquqşünas vəzifəsində işləyən X1 təyin edilməsi əmr edilmişdir. Əmrin əsası kimi X3 xx.xx.2025-ci il tarixli izahatı, xx.xx.2025-ci il tarixli 01 nömrəli aktı göstərilmişdir. İş üzrə Cavabdeh MMC-nin Nizam-İntizam Komissiyasının xx.xx.2025-ci il tarixli, 01 nömrəli qərarından görünür ki, Cavabdeh MMC-də direktor vəzifəsində çalışan X11, həkim vəzifəsində işləyən X6 və aparıcı hüquqşünas vəzifəsində çalışan X2 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilən 01 nömrəli akta əsasən Cəmiyyətdə əmək müqaviləsi üzrə mühasib vəzifəsində işləyən İddiaçı heç bir üzrlü səbəb bildirmədən əmək müqaviləsi ilə müəyyən olunmuş iş vaxtları ərzində iş yerinə gəlməmiş, işə gəldiyi vaxtlarda heç bir məlumat vermədən iş yerini özbaşına tərk etmişdir. Həmçinin iş vaxtı ərzində digər işçilərə qarşı kobud şəkildə davranaraq fiziki cəhətdən xəsarət yetirməyə cəhd etmişdir. Araşdırmalar zamanı məlum olmuşdur ki, Cəmiyyətin mülkiyyətində olan əşyaların (sənədlər və digər əşyalar) təhvil verilməsinin səbəb tələb edilməsinə baxmayaraq İddiaçı mübahisəli vəziyyət yaradaraq təhvil verməkdən imtina etmişdir. İddiaçı iş vaxtı ərzində işə gəlməyərək nə öz əmək funksiyalarını vaxtında icra etmiş, nə də iş yerinə gəldiyi halda qərəzli davranışları ilə mübahisəli vəziyyət yaradaraq digər işçilərin öz əmək funksiyalarını vaxtında düzgün icra etməsinə imkan vermişdir. Nəticədə işin normal əhəngi pozulmuş və işlərin vaxtında və düzgün icra edilməməsi nəticəsində işəgötürənin fəaliyyətinə xələl gətirmişdir. Nizam-İntizam Komissiyası işin hallarını obyektiv, ədalətli və vicdanlı araşdıraraq, həmçinin xx.xx.2024-cü il tarixli əmək müqaviləsi üzrə müəyyən edilmiş vaxtlarda heç bir səbəb göstərmədən iş yerinə gəlməməsi, eyni zamanda üzrlü səbəb bildirmədən iş vaxtı bitmədən iş yerini tərk etməsi, həmçinin Cəmiyyətin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akta və digər nüanslara əsaslanaraq aşağıdakılar barədə yekdilliklə - işçi İddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi, Cəmiyyətin prosedur və qaydalarına zidd hərəkət edərək iş vaxtları ərzində iş yerinə gəlməməsi və iş vaxtı bitmədən iş yerini tərk etməsi, həmçinin qərəzli davranışları nəticəsində digər işçilərin əmək funksiyalarını (vəzifələrini) icra etməsinə mane olaraq işin normal əhəngini pozaraq işəgötürənin qanuni mənafeyinə xələl gətirdiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi (bənd 1), Cəmiyyətin müvafiq şöbələri tərəfindən Azərbaycan Respublikasının qanunevriciliyinə uyğun olaraq işçiyə ödənilməli olan bütün ödənişlər hesablanmalı və qanunvericilikdə müəyyən edilmiş müddətə kimi işçinin hesabına ödənilməsi (bənd 2) qərara alınmışdır. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 0502/25 nömrəli aktın surətindən görünür ki, Cavabdeh MMC-də “aparıcı hüquqşünas” vəzifəsində çalışan X2 və həmin müəssisədə “maliyyəçi” vəzifəsində çalışan X9 öz imzaları ilə təsdiq edirlər ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-də “mühasib” vəzifəsində çalışan İddiaçı müəssisə daxilində yol verdiyi kobud pozuntular haqqında yazılı izahat verilməsindən imtina etmişdir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 0502/25 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də xx.xx.2024-cü il tarixdən etibarən əmək müqaviləsi əsasında “mühasib” vəzifəsində çalışan İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən töhmət verilməsi əmr edilişdir. Əmrin əsası kimi X3 xx.xx.2025-ci il tarixli izahatı, xx.xx.2025-ci il tarixli 01 nömrəli aktı göstərilmişdir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 0502/26 nömrəli əmrdən görünür ki, mühasib İddiaçı verilmiş xx.xx.2025-ci il tarixli 0502/25 saylı töhmət əmrinin ləğv edilməsi əmr edilmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli icazə kağızlardan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə anasının həkimə aparılması üçün saat 11.04-dən, həmçinin xx.xx.2025-ci il tarixdə şəxsi işi ilə bağlı saat 17.20-18.00-dək rəhbərlikdən icazələr istəmiş, lakin rəhbərlik tərəfindən razılıq verilməmişdir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 02 nömrəli aktdan görünür ki, Cavabdeh MMC-də xx.xx.2024-cı il tarixdən etibarən əmək müqaviləsi əsasında “mühasib” vəzifəsində çalışan İddiaçı xx.xx.2025-ci il tarixdə Komissiyanın iştirakı ilə ona təhkim olunmuş və onun istifadəsinə verilmiş cəmiyyətə məxsus əmlakların və maddi dəyərli əşyalarının təhvil təslim edilməsi üçün xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin inzibati binasına dəvət edilmişdir. İddiaçı təhvil-təslim prosessinin icra edilməsinə maneçiliklər törətmiş, ona cəmiyyət tərəfindən təhvil verilmiş əmlakları və maddi dəyərli əşyaları, işlədiyi komryuterdə olan maliyyə bazasını və digər şirkətin fəaliyyəti üçün əhəmiyyət kəsb edən sənədləri təhvil verməkdən imtina etmişdir və təhviltəslim prosesinin nəticələrinə dair tərtib olunmuş təhvil-təslim aktını imzalamaqdan imtina etmişdir. Qeyd edilənlərlə əlaqədar qanunvericiliyə uyğun olaraq İddiaçı imza etməsi tələb olunsa da, sonuncu həmin aktı imzalamaqdan və ona təhkim olunmuş əmlakları və digər maddi dəyərli əşyaları təhvil verməkdən imtina etmişdir. İddiaçı təqsirli hərəkətləri nəticəsində pozuntulara yol verdiyi haqqında məlumat verilmiş və imtina aktının tərtib olunacağı bildirilmişdir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 11 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin bölməsində mühasib vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilməsi, işçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər istifadə edilməmiş 20 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlıq şöbəsi həvalə edilməsi əmr edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X12 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətində qeyd etdiyi pozuntuların dəqiqləşdirilməsi, izahatının alınması və İddiaçı olan sübutların təqdim olunması məqsədilə DOST Mərkəzinə və ya X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət olunması ilə bağlı ünvanına xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. İddiaçı araşdırmaya izahatını təqdim etmişdir. Bildirirlər ki, müraciəti ilə əlaqədar İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə tərəflərdən Cavabdeh MMC-nin ünvanına 3-17-5/2-10797/2025 və 3-17-5/2-18487/2025 nömrəli məktublar göndərilmişdir. Həmçinin sənədlərin təqdim olunması ilə bağlı Nazirliyin 142 Çağrı Mərkəzi tərəfindən Cəmiyyətin nümayəndəsinə (Ruziyyə xanım) telefon vasitəsi ilə məlumat verilmişdir. Lakin tələb olunan sənədlərin təqdim olunması Cavabdeh MMC tərəfindən təmin edilmədiyindən müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda tərəflərdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Cavabdeh MMC tərəfindən İddiaçı aid əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) qeyd edilərək qüvvədən düşdüyü müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən müvafiq sənədlər X12 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq nəticəsi barədə İddiaçı məlumat veriləcəkdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2026-cı il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X12 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətində qeyd etdiyi pozuntuların dəqiqləşdirilməsi, izahatının alınması və İddiaçı olan sübutların təqdim olunması məqsədilə DOST Mərkəzinə və ya X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə dəvət olunması ilə bağlı ünvanına xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. İddiaçı araşdırmaya izahatını təqdim etmişdir. Bildirirlər ki, müraciəti ilə əlaqədar İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi məqsədilə tərəflərdən Cavabdeh MMC-nin ünvanına 3-17-5/2-10797/2025 və 3-17-5/2-18487/2025 nömrəli məktublar göndərilmişdir. Cavabdeh MMC tərəfindən X12 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunan sənədlərdən A.Cəfəli ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsas göstərilərək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilməli olduğuna baxmayaraq işəgötürən tərəfindən İddiaçı barəsində növbəti intizam tənbehi verilmişdir. Həmçinin son haqq-hesabının düzgün hesablamayaraq tam şəkildə ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə uyğun olaraq inzibati xəta halları yaranmışdır. Bu səbəbdən Cavabdeh MMC-nin vəzifəli şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqqlarının, ezamiyyətə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) və 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələrinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda bildirirlər ki, 30 gün müddətində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilərək törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılması və həmçinin son haqq-hesabının qanunvericiliyə uyğun yenidən hesablanaraq tam ödənilməsinin təmin edilməsi məqsədilə müəssisə rəhbərliyinə tərəfindən müvafiq məktub ünvanlanmışdır. Göstərişdə müəyyən edilmiş müddət ərzində hüquqpozmalar Cavabdeh MMC-nin vəzifəli şəxsi tərəfindən aradan qaldırılmadıqda xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvəyə minəcəkdir. Müraciətində qeyd etdiyi digər məsələlər X12 Xidmətinin səlahiyyətləri xaricindədir. İş üzrə Bakı 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00254 saylı arayışın surətindən görünür ki, işdən çıxarılma və 70Ç əmrinin ləğvi, son haqq-hesabın, müvafiq kompensasiyanın və ötürülmüş müddətə görə əmək haqqının ödənilməsi, dəymiş maddi və mənəvi ziyana görə 100.000 manat təzminatın verilməsi tələbi üzrə İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi X17 xx.xx.2025-ci il tarixdə, saat 19.00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də mühasib vəzifəsində işləmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının iş vaxtları ərzində heç bir məlumat vermədən iş yerinə gəlməməsi, həmçinin iş vaxtı ərzində iş yerini özbaşına tərk edərək əmək funksiyalarının düzgün icra edilməməsi faktının araşdırılması məqsədilə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli əmri ilə Nizam-İntizam Komissiyası yaradılmış, Komissiyanın xx.xx.2025-ci il tarixli 01 nömrəli qərar qəbul edilmiş, həmin qərara əsasən İddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi, Cəmiyyətin prosedur və qaydalarına zidd hərəkət edərək iş vaxtları ərzində iş yerinə gəlməməsi və iş vaxtı bitmədən iş yerini tərk etməsi, həmçinin qərəzli davranışları nəticəsində digər işçilərin əmək funksiyalarını (vəzifələrini) icra etməsinə mane olaraq işin normal əhəngini pozaraq işəgötürənin qanuni mənafeyinə xələl gətirdiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli 01 nömrəli akta əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən töhmət verilmiş, xx.xx.2025-ci il tarixli əmrlə həmin töhmət əmri ləğv edilmiş, əmək fəaliyyəti zamanı yol verilmiş nöqsanlara görə Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, 11 nömrəli əmri ilə Cavabdeh MMC-də mühasib vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Həmçinin iddiaçı 2024-cü ilin aprel ayından (işə daxil olduğu tarix) 2025-ci ilin fevral ayına qədər (işdən çıxana qədər olan müddət) ərzində həftəsonları, yəni şənbə günləri (45 gün olmaqla) işlədilmişdir. Bu da 40 saatdan çox etdiyi üçün həmin günlər iş vaxtından əlavə işə görə hər saatına görə 2 misli hesablanır. Hesablama qaydası da 5 günlük iş rejimində saatına düşən əmək haqqı tapılmaqla hesablanır. Nəticə olaraq, cəmi ödənilməli məbləğ 3628,16 manat təşkil etmiş, həmin məbləğlər də vaxtında ödənilmədiyi üçün 0,1 % tətbiq edilməlidir. İl üzrə gecikdiriləni nəzərə alaraq 3628,16*0,1%*365(gün)=4952,44 manat olaraq hesablanmalıdır. Həftəiçi iş günlərində isə hər gün 3 saat əlavə işləməsi nəzərə alaraq, yuxarıdakı hesablama qaydasına uyğun olaraq 6120,60 manat təşkil edir. Ödənilməyən həmin məbləğə də yenə həmin 0,1% tətbiq edildikdə il üzrə 6120,60+ (6120,60*0,1%*365)=2234,02 manat məbləğ olur. İş vaxtından artıq işə görə 4952,44+6120,60=11.073,04 manat dəyərində pul vəsaiti ona ödənilməlidir. Bu səbəbdən iddiaçı xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının və gecikdirilmiş hər gün üçün ödənişinin, iş vaxtından artıq işə görə 11073.4 manat pul vəsaitinin və mənəvi zərərə görə 100.000 manat pul vəsaitinin, mediasiya xidməti üçün ödənilmiş 50 manat pul vəsaitinin, vəkil xidməti üçün ödənilmiş 320 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məkəmə ilk növbədə qeyd edir ki, məhkəməyə iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə təqdim edilən əmrin tarixi xx.xx.2025-ci il, əmrin nömrəsi kimi 11 qeyd edilsə də, həmin əmrdə işdən azad olma əsası qeyd edilməmiş, lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş işdən azad olunma əmrinin tarixi xx.xx.2025-ci il qeyd edilsə də, əmrin nömrəsi 02/2025 kimi qeyd edilmiş və əmrin verilməsinə əsasən kimi izahat və xx.xx.2025-ci il tarixli Komissiyanın Qərarı göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə. 2. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməsin, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənini 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Bu hallardan biri işçinin üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, əmək funksiyalarını lazımınca icra etməməsidir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının özbaşına iş yerinin tərk etməsi,əmək funksiyalarının vaxtında icra etməməsi, qərəzli davranış ilə mübahisə yaratması, işəgötürənin fəaliyyətinə xələl gətirilməsi barədə Komissiyanın qəbul etdiyi qərara istinad edərək işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının etdiyi hərəkətlər işəgötürən tərəfindən pozuntu kimi müəyyən edilsə də, həmin nöqsan yalnız Əmək Məcələlsinin 72-ci madəsində sadalanan hallar olduqda kobud hesab edilir. Yəni həmin nöqsan işəgötürənə işçi ilə bağlanmış əmək müqaviləsinə xtam verilməsi üçün o halda əsas verir ki, həmin pozuntu ƏM-nin 72-ci maddəsində sadalanan halların baş verməsinə səbəb olsun. Cavabdeh tərəfindən məhkəməyə icazə kağızı adlı İddiaçı imzaladığı sənəd təqdim edilmiş və həmin sənəddə icazə alan işçi İddiaçı xx.xx.2025-ci il tarixdə saat 11.04-dən icazə alaraq anasının əməliyyat olunduğu üçün vəziyyəti ağırlaşdığına görə həkimə aparmaq zərurətini yaranmasını, xx.xx.2025-ci il tarixdə şəxsi işi ilə bağlı 17.20-dən 18.00-dək icazə verilməsini xahiş etmişdir. Başqa sözlə, işçinin 1 gün ərzində iş yerində olmaması barədə sübut məhkəməyə təqdim edilə bilməmişdir. Halbuki yalnız həmin hal qanunvericilikdə əmək vəzifəsinin kobud şəkildə pozulması kimi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, intizam məsuliyyəti hüquqi məsuliyyətinin müstəqil növüdür. İntizam tənbehi intizam xətasına görə verilməlidir. Lakin məhkəmə qeyd edir ki, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən Komissiyanın qərarında istinad edilən digər halları təsdiq edən sübutlar da məhkəməyə təqdim edilə bilməmişdir. İş yerinin işəgötürənin razılığı olmadan bir neçə saat tərk edilməsi yalnız alternativ intizam tənbehlərinin birinin verilməsinə səbəb ola bilər və işəgötürən də məhz xx.xx.2025-ci il tarixdə iddiaçıya töhmət intizam tənbehi vermişdir. Məhkəmə digər tərəfdən qeyd edir ki, qanunvericilik bir intizam xətasına görə bir intizam tənbehinin verilməsini nəzərdə tutur. AR Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İşəgötürən tərəfindən iddiaçıya eyni xətaya görə həm töhmət, həm işdən azad olunma əmrinin verilməsinin qanunsuz olması əsası ilə X12 Xidməti tərəfindən işəgötürən barəsində AR İXM-nin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, işəgötürən tərəfindən həmin qərardan verilən şikayət təmin edilməmişdir. Qanunvericilik eyni zamanda intizam tənbehinin işçiyə işdə olduğu iş günü ərzində verilməli olmasını da nəzərdə tutur. AR Əmək məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, iddiaçının işdən azad olunma əmri onun işə olmadığı tarixdə, yəni xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. AR Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Göründüyü kimi qanun birmənalı şəkildə işəgötürənə əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və əsaslara düzgün riayət etməsi vəzifəsi qoymuşdur. Beləliklə cavabdeh əmək müqaviləsinə xitam verərkən həm əmək müqaviləsinə xitam verilməsi qaydasını, həm də əsasını pozmuşdur. Əmək müqaviləsinə xitam verilməsi qaydasının pozulması onda ifadə olunmuşdur ki, işəgötürən əmri yuxarıda qeyd olunduğu kimi düzgün əsaslandırmamışdır. Əmək müqaviləsinə xitam verilməsi əsasının pozulması isə ondan ifadə olunmuşdur ki, işəgötürən əmr qəbul edərkən əsas tutduğu halı qanunun tələblərini pozmaqla tətbiq etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi işdən çıxma əmrinin ləğv edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində əsaslı hesab edilməli, iddiaçının işdən azad olunma barədə qəbul olunmuş xx.xx.2025-ci il tarixli əmri ləğv edilməlidir. Məhkəmə iddia tələbinin iş vaxtından artıq gecikmə nəzərə alınmaqla işə görə pul vəsatinin tutulması hissəsi üzrə aşağıdakıları qeyd edir. İddiaçı həmin hissədə iddiasının əsası kimi əmək münasibətlərinə daxil olduğu vaxtdan işdən azad olunan tarixədək hər həftənin şənbə günü və hər gün işdən sonra 3 saat əlavə işləməsini qeyd etmişdir. AR Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən:

1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ var. Həmin Məcəllənin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəlləsinin 102.1-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İddiaçı iddia tələbində 2024-cü ilin aprel ayından (işə daxil olduğu tarix) 2025-ci ilin fevral ayına qədər (işdən çıxana qədər olan müddət) ərzində həftəsonları, yəni şənbə günləri (45 gün olmaqla) iş vaxtından artıq işlədiyinə görə gecikmələri nəzərə alınmaqla 11.073,04 manat məbləğində pul vəsaitinin ödənilməsini xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, əgər işçi iş vaxtından sonra və ya qeyri-iş günü işəgötürənin göstərişi olmadan işləyirsə, bu iş vaxtından artıq vaxta görülən iş hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iş vaxtından artıq işləməsinə dair işəgötürənin göstərişinin mövcudluğuna dair sübutlar məhkəməyə təqdim olunmadığından və bu hal məhkəmə iclasında öz təsdiqini tapmadığından, iş vaxtından artıq işləməsinə görə və gecikmə də nəzərə alınmaqla cəmi 11.073,04 manat pulun tutulması hissəsində də tələb əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 100.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 100.000 manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 320 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi yardım xərcinə görə 320 manat məbləğində pulun tutulmasını barədə tələbi də təmin edilməməlidir. Belə ki, hüquqi yardım xərcinə görə 320 manat məbləğində pulun ödənilməsini təsdiq edən müvafiq sübut (ödəniş qəbzi) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumu 100 (yüz) manatdır. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, lakin mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, eyni zamanda dövlət rüsumunun ödənilməli olan hissəsi - 50 (əlli) manat dövlət hesabına tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 11 saylı əmr qanunsuz sayılaraq ləğv edilsin və o, əvvəlki vəzifəsinə - Cavabdeh MMC-yə mühasib vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh MMC-dən dövlət rüsumunun əvəzi kimi İddiaçı xeyrinə 50 (əlli) manat, dövlət nəfinə 50 (əlli) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar