Məhkəmə qərarları › İş №e-2(009)-121/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-121/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-121/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkilləri Vəkil1 və Vəkil3 və cavabdeh "xxxx" MED Corporation MMC-nin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı - cavabdehlər "xxxx" MED Corporation MMC-yə və Cavabdeh1 qarşı «göstərilmiş tibbi xidmətə görə maddi və mənəvi zərərin ödənilməsi»barədə ərizəsi üzrə mülki işə 14 avqust 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MED Corporation MMC-yə və Cavabdeh1 qarşı «maddi və mənəvi zərər» barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 59,000 ABŞ dolları (100,300 manat), mənəvi zərərə görə 50.000 manat və ödənilmiş 440 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,iddiaçı 12 yanvar 2022-ci ildə axşam saatlarında kəskin ürək çatışmazlığı tutması keçirdi. Bir neçə ildir ki, özü həkim olduğundan öz klinikalarında yəni X3 aorta stenozu ilə bağlı müşahidə olunurdu. Bundan əlavə o uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkirə. Vəziyyətini nəzərə alaraq, yəni xəstələndikdən 2 gün sonra Bakı şəhərində yerləşən X5 müayinə olundu. Müayinənin nətcəsi “aorta stenozu, 3 kornar arteryanın daralması, sol mədəciyin ejeksion fraksiyası” diaqnozu qoyulmuşdur. Ona cərrahi müalicə təklif olundu (açıq ürək əməliyyatı). O ürək əməliyyatı ilə razılaşdı, lakin dərhal qapalı cərrahiyyə üsulu olan endoskopik endovaskulyar cərrahiyyə edəcək xəstəxana, həkim axtarmağa başladı. Araşdırmaları nəticəsində ona İstanbul Klinikasında işləyən həkim-kardioloq Cavabdeh1 təklif etdilər. Daha sonra Dr. Cavabdeh1 ilə əlaqə saxladı və məlum oldu ki, o həftə ərzində 2-3 dəfə bu əməliyyatdan edir və bu sahədə təcrübəsi böyükdür. Həkimonu da bildirdiki, 23 yanvar 2022-ci iltarixindəBakıyagəlir. Əvvəlcədənrazılaşdıqlarıkimi Dr. Cavabdeh1 Bakıya gələn günü onunla "xxxx"-da görüşdülər. Həmin gün angiografiya edilərək ürəyinə 4 stent (sünidamar) qoydular vəd edilər ki, bir həftədən sonra endoskopik aorta qapağı qoyacaqlar. Lakin növbəti həftə ərzində o COVİD-19 virusuna yoluxdu. Buna baxmayaraq, həkimlər ona bildirdilə rki, əməliyyat ləğv edilməyib. Bu məsələni Cavabdeh1 ilə müzakirə etdik və o dedi ki, Türkiyədə bu hal əməliyyata heç bir maneçilik törətmir. Bundan sonra növbəti həftə həkimin özü COVİD-19 virusuna yoluxdu və əməliyyat başqa vaxta təyin edildi. Fevral ayının 18-də Dr. Cavabdeh1 Türkiyə Cumhuriyyətində yerləşən “İstanbul Klinikası”nın Şəhmuz adlı reanimatoloqu ilə birlikdə ona "xxxx"-da endovaskulyar aorta qapağının dəyişdirilməsi əməliyyatı həyata keçirdi. Dr. Cavabdeh1 sözlərinə görə əməliyyat uğurla keçmişdi. Səhəri gün ondan əməliyyatın qarşılığı olaraq 15000 ABŞ dolları aldılar və onu evə buraxdılar. Əməliyyatdan sonra yəni evə buraxıldıqdan sonra nəfəsi kəsilməyə, tənəffüsündə problemlər başladı və yenidən "xxxx"-na qayıtdı. Dr. Cavabdeh1 onu exokardioloji müayinədən keçirdi və hər şeyin qaydasında olduğunu yəni klapanın yerində olduğunu, tam fəaliyyət göstərdiyini bildirdi. 5 gündən sonra yəni fevral ayının 22-də nəcisi qara oldu və daxili qanaxma əlaməti ilə stasionar müalicə üçün X2 getməyə məcbur oldu. Müalicədən 4 gün sonra mədə qanaxması dayandı və evə yazıldı, amma daha 3 gün sonra ağır nəfəsdarlığı ilə əlaqədar yenidən X1yıtmalı oldu. Türkiyədən müalicəmlə reanimator Şəhmuz həkim məşgul olurdu. Xəstəxanada iki dəfə atrial fibrilasiya keçirdi. Bu müddət ərzində həkim Cavabdeh1 deməsinin əksinə(o hər dəfəsində ona narahat olmamağını, əməliyyatı tam qaydasında, düzgün icra etdiyini deyərək aldadırdı) nəfəsdarlığı azalmadı. Ona böyük dozada diuretiklər (sidikqovucu preparatlar) və Beta-blokerlər (preparatlar) verilmişdi. Bu da onda böyrək çatışmazlığına və ürək daxili blokadaya səbəb olmuşdu. Demək olar ki, 1 ay xəstəxanada yatdı və bu dərmanları böyük dozada qəbul etməyə davam edərək evə buraxıldı. Hər dəfəsində Cavabdeh1 dediyi bütün müalicələri almağına baxmayaraq, yaxşı olmadığını anlayıb mart ayının sonunda məcburən İstanbula getməlioldu (artıq Dr. Elnur telefon zənglərimə baxmır), orda Elnur və Şəhmuzu tapdı və onu işlədikləri klinikada müayinə etdilər, ürəyimin atım/boşalma fraksiyasının 40-45%-ə qədər azaldığını qeyd etsələrdə hər şeyin qaydasında olduğunu dedilər!!! Eyni zamanda Şəhmuz onunla müzakirə edərkən dedi ki, zaman keçdikcə kardiostimulyator implantasiya etmək lazım gələcək və hər şey yaxşı olacaq. Xəstəliyinin yaxşıya doğru getməməsindən şübhələri artırdı və həkimlərin yetərsiz, qeyri-peşəkar münasibətləri və müdaxilələrindən şübhələnərək İstanbulda başqa bir həkim-kardioloqa müayinə olunmaq qərarına gəldi. Həmin klinikada olan müayinələrimdən dərhal sonra klapanın yerində olmadığını və çox aşağı olduğunu deyən Ömər adlı həkim əlavə olaraq memorial transesophagelokardioqrafiyada müayinə təyin etdi. Ondan sonra dedi ki, qapaqda bir qədər yerdəyişmə var. Bundan sonra o Bakıya qayıtdı amma get-gedə pisləşsəm də yazılan müalicəni davam etdirdi. Səhhətində vəziyyət o yerə çatdı ki, yeriyə bilmədi, ayaqları boşaldı və həm xəstəxanada, həm də evdə iki dəfə yıxıldı. Oktyabr ayının 15-də həkim-kardioloq Abbasəli Abbasəliyevə müraciət etdi. O, da onu müayinə etdikdən sonra bildirdi ki, qoyulan klapan yerində deyil. Dr. Cavabdeh1 təyin etdiyi B-blokerlərdə ürəyinin bloklanmasına gətirib çıxarıb, ona görə yıxılmışdır. Ona bildirdi ki, təcili olaraq əməliyyat olunmalısan. Dr. Cavabdeh1 ilə əlaqə saxladı və o ona bildirdi ki, əməliyyatın əleyhinədir. X6 həkimə zəng edərək ona təzyiq edərək bildirdi ki, klapan yerindədir və bu guya mənim anatomik xüsusiyyətlərimdir. Artıq vəziyyətinin çox ağırlaşdığını görən yaxınları dekabr ayının 14-də onu xərəkdə halsız vəziyyətdə Ankaraya Medicana klinikasına apardılar. Orada Prof. Dr. Ergin Bozkurt müayinə etdi və ürəyinin boşalma fraksiyasının 15-20% olduğunu, qapağın yerində olmadığını, artıq 1 ilə yaxındır qapaqsız yaşadığını və bununda ürəyində ciddi hemodinamik və anatomik dəyişikliklər baş verdiyini bildirdi. Ona əlavə olaraq onu da bildirdi ki, ürək cərrahları ölüm risk iyüksək olduğundan əməliyyatdan imtina edirlər. Bakıda aorta qapağının kim tərəfindən qoyulduğunu öyrəndikdən sonra Prof. Dr. Bozkurt dediki, Elnur həkimi bu əməliyyatı təkbaşına aparmağa haqqı yoxdur. Nəticədə biz ölüm riski yüksək olduğundan və başqa çarəsi olmadığından yenidən əməliyyat olunmağa qərar verdik və Prof. Dr. Ergin Bozkurt eyni əməliyyatı edərək qapağı dəyişdirdi və başqa bir aorta qapağı qoydu. Əməliyyatdan dərhal sonra özümü daha yaxşı hiss etdim. Ertəsi gün ürək boşalma/atım fraksiyası 30-35%ədəkyüksəldi, təzyiq 120-dən aşağı düşmədi. Qaraciyər göstəriciləri yaxşılaşmağa başladı. Sonuncu əməliyyat sonrası ümumi vəziyyəti demək olar ki, normallaşmağa başladı, halsızlığı yox oldu, ayaqlarındakı halsızlığı düzəldi, solğunluğu çəkildi, eyni zamanda iş qabiliyyəti artdı. Laboratoriya təhlillərində parametrləri normala qayıtdı. Belə ki, o əməliyyatdan əvvəlki kimi əlil arabasında-xərəkdə deyil, Ankaradan evə təkbaşına qayıtdı. Əməliyyatdan bir ay sonra Prof. Dr. Ergin Bozkurt müayinəsi üçün yenidən Türkiyəyə getdi. Özünü yaxşı hiss edirdi, daha aktividi. Amma müayinələrdə ürəyin asinxronişinin azaldığını, lakin davamlı olduğunu, ürək çıxışının artdığını göstərdi. Ona kardistimulyator quraşdırmağı tövsiyyə etdilər. Dr. Cavabdeh1 ürəyinə taxdığı aorta qapaq/klapan səhv qoyulduğundan və normal işləmədiyi üçün demək olar ki, yaratdığı fəsadları bərpa etmək çətin olduğunu bildirdilər. Hazırda özünü yaxşı hiss edir, aktiv işləyir, sidikqovucu dərman qəbul etmir və analizləri normallaşıb. Onu da qeyd edir ki, başına gələn hadisə təkcə Dr. Cavabdeh1 tibbi səhvi deyil, onun həyatına etdiyi qəsddir. Cavabdeh1 qəsdən səhvini gizlətməsi ona qarşı cinayətdir. Cavabdeh1 səhvi nəticəsində o həm maddi həm də mənəvi ziyan çəkmişdir. Halbuki, o əməliyyatını düzgün etsəydi nə mənəvi iztirab çəkər, nə də sağlamlığına qalıcı zərərlər dəyməzdi. Bütün bu proseslərdə o əvvəlki səhhətinə qayıtmaq üçün təqribi olaraq 59.000 ABŞ dolları (100,300AZN )məbləğində pul xərcləmiş və bu xərclədiyi məbləğlər rəsmi olaraq aparılmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini müdafiə edib, ərizənin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini müdafiə edib, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini müdafiə edib, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iş üzrə keçirilmiş ekspertizalar nəticəsində tərtib olunmuş rəylərə qeyd olunmuşdur ki, xəstəyə həkim tərəfindən qoyulmuş diaqnoz düzgün olmuş və əməliyyat düzgün icra edilmişdir. Ekspertlər məhkəmə iclaslarında vermiş olduqları rəyi təsdiq edirlər. Rəydə də qeyd olunur ki, iddiaçının əməliyyatdan sonra halının dəyişməsinə uğursuz “TAVİ” əməliyyatı ilə yanaşı qazanılmış ürək qüsurlarının xüsusiyyətləri, revmatizm, infeksion endokardit, ateroskleroz da səbəb ola bilər. İddiaçının maddi imkanının yaxşı olması səbəbindən ölkə xaricində yüksək maliyyə qarşılığında müalicə və müayinə olunması o demək deyildir ki, həmin məbləğ sonradan iddiaçı tərəfindən tələb olunmalıdır. Təkrar olaraq bildirir ki, iddiaçıya həkim Cavabdeh1 tərəfindən düzgün diaqnoz qoyulmuş və əməliyyat düzgün həyata keçirilmişdir. Bu hal iş üzrə ekspert rəyləri ilə də təsdiq olunur. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmə iclasında iştirak təmin etməmişdir, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə "xxxx" MED Corporation MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tibbi xidmət müqaviləsinin surətindən görünür ki, tərəflər İddiaçı üzərində həkim cərrah Cavabdeh1 tərəfindən TAVİ əməliyyatının aparılması barədə razılığa gəlmişdirlər. İşin hallarından, iddiaçı tərəfin izahatından, işdə olan materiallardan aşkar surətdə göründüyü kimi, İddiaçı cavabdeh "xxxx" MED Corporation MMC-də çalışan Cavabdeh1 tərəfindən düzgün əməliyyat və müalicə aparılmaması nəticəsində sağlamlığına dəymiş ziyanın ödənilməsinə əsaslanmaqla, iddiasını əsaslandırdığı halların hüquqi tövsifi kimi Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinə istinad etməklə mövcud iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 X9 xx.xx.2024-ci il tarixli rəyində qeyd olunur ki,İddiaçı "xxxx"a müraciətləri zamanı ona aparılmış kliniki, laborator və instrumental müayinələr əsasında təyin edilmiş diaqnozlar düzgün olmuşdur.İddiaçı "xxxx"a müraciəti zamanı onda mövcud olan qazanılmış ürək qüsuru və ciddi aortal stenozla əlaqədar “TAVİ” əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı üzərində icra edilmiş invaziv müdaxilələrdən 10 ay sonra xx.xx.2022-ci il tarixdə aparılmış exokardioqrafiya müayinəsi zamanı onda aortal çatmamazlığın İİ-İİİ dərəcədə olduğu qeyd edilmişdir. Aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara revmatizm, infeksion endokardit, ateroskleroz, arterial hipertenziya və s. kimi səbəbləraid edilə bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı "xxxx"da aparılmış ilkin tibbi müdaxilələrdən sonra onun təkrar olaraq əməliyyata məruz qalması qazanılmış ürək qüsurlarının xüsusiyyətlərindən asılıdır. Beləliklə, aparılmış “TAVİ” əməliyyatı ilə sonradan təkrar müdaxilələrin aparılması arasında səbəbli əlaqənin olması istisna edilir. Məhkəmə tərəfindən işin hərtərəfli araşdırılması üçün komission məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X7 X9 xx.xx.2024-ci il tarixli rəyində qeyd olumuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx"a müraciət etmiş və müayinə zamanı onda LAD və Cx damarlarında olan stenozlarla əlaqədar koronar angioplastika əməliyyatı aparılmışdır. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən "xxxx"a müraciət etmiş və onda mövcud olan “Qazanılmış ürək qüsuru, ciddi aortal stenoz. Keçirilmiş miokard infarktı. Ürək çatışmazlığı İİ f.s. Şəkərli diabet İİİ tip” diaqnozu ilə əlaqədar “TAVİ” əməliyyatı (transaortik qapaq implantasiyası) icra edilmişdir. Koronar angioplastika və “TAVİ” əməliyyatı zamanı hər hansı bir ağırlaşma qeyd edilməmişdir. İddiaçı "xxxx"a müraciətləri zamanı ona aparılmış kliniki, laborator və instrumental müayinələri əsasında təyin edilmiş diaqnozlar düzgün olmuşdur. İddiaçı "xxxx"a müraciəti zamanı onda mövcud olan qazanılmış ürək qüsuru və ciddi aortal stenozla əlaqədar “TAVİ” əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Aparılmış əməliyyat təyin edilmiş diaqnoza uyğun olmuşdur. İcra edilmiş invaziv müdaxilələrdən 10 ay sonra aparılmış exokardioqrafiya müayinəsinə əsasən onda yenidən aortal çatmamazlığın İİ-İİİ dərəcədə olduğu qeyd edilmişdir. Aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara qazanılmış ürək qüsurlarının xüsusiyyətləri ilə yanaşı revmatizm, infeksion endokardit, ateroskleroz və bəzi hallarda uğursuz “TAVİ” əməliyyatı da səbəb ola bilər. Lakin yaranmış ağırlaşmada konkret olaraq hansı səbəbin həlledici olması haqqında fikir söylənilməsi mümkün olmadı. 04 iyul 2024-cü il tarixdə məhkəmə iclasında mütəxəssis qismində dindirilən X8 bildirmişdir ki, rəy verməmişdən öncə şəxs müayinədən keçirilmişdir. Əməliyyat tarixçəsi ilə tanış olmuşdur. Aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara qazanılmış ürək qüsurlarının xüsusiyyətləri, revmatizm, infeksion endokardit, ateroskleroz və uğursuz “TAVİ” əməliyyatı da səbəb ola bilər. Qeyd etdiyim xəstəliklərin heç biri nə 1-ci, nə də 2-ci əməliyyatdan öncə xəstədə mövcud olmamışdır. 2ci əməliyyat ehtimal ki, 1-ci əməliyyatın qüsuru ilə bağlı icra edilmişdir. 1-ci əməliyyatdan sonra xəstə ölümcül halda olmuşdur. 2-ci əməliyyatdan sonra xəstə tam sağalmışdır. Protez damara tam yerləşdirilmədikdə bu cür hallar baş verməsi mümkündür. Protez düzgün yerləşdirilmədikdə qan geri axır. Düzgün yerləşsə idi bu cür hal baş verməməli idi. Xəstənin halının pisləşməsi 2-ci əməliyyatdan sonra 2 saat ərzində düzəlmişdir. Çox güman ki, 1-ci əməliyyatın düzgün icra edilməməsi nəticəsində xəstənin halı pisləşmişdir. Məhkəmə iclasında ekspert qismində izahat vermiş Anar Şıxəmmədov bildirmişdir ki, komisyon ekspertiza rəyini imzalamış 4 mütəxəssisdən yalnız Hacıyev Azad kardiologiya üzrə mütəxəssisdir. Rəy verilərkən xəstənin xəstəlik kağızı incələnmişdir. Diaqnoz xəstəyə düzgün qoyulmuşdur, lakin A.Hacıyevin bildirdiyindən və xəstənin səhhətində baş vermiş dəyişikliklərdən də belə başa düşmək olar ki, 2-ci əməliyyat ehtimal ki, 1-ci əməliyyatın qüsurlu olması ilə bağlı icra edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ürək əməliyyatı olunması üçün cavabdeh həkimə müraciət etmişdir. İddiaçı müayinə olunduqdan sonra həkim tərəfindən ona TAVİ əməliyyatı olunması münasib bilinmişdir. Əməliyyat baş tutduqdan sonra iddiaçının səhhətində nasazlıqlar yaranmış və o, bununla bağlı əməliyyatı həyata keçirmiş cavabdeh həkimə müraciət etmişdir. Lakin bunun nəticəsində onun halının yaxşılaşdırılması üçün heç bir hərəkət edilməmişdir. Bundan sonra iddiaçı məcburən Türkiyə Respublikasına getmiş və orada həkim müayinəsindən keçmişdir. İddiaçıya bildirilmişdir ki, 1-ci TAVİ əməliyyatı qüsurlu yerinə yetirilmiş və protez damara tam yerləşdirilməmişdir. Bu səbəbdən iddiaçının halı kəskin pisləşmişdir. İddiaçıya təcili olaraq təkrar TAVİ əməliyyatına ehtiyac olduğu bildirilmişdir. 2-ci TAVİ əməliyyatı həyata keçirilmiş və iddiaçı əməliyyatdan qısa müddət sonra səhhətində xeyli irəliləyişlər hiss etmişdir. Məhkəmə ekspert rəyini, ekspertlərin məhkəmə iclaslarında izahatlarını əsas götürərək qeyd edir ki, 2-ci TAVİ əməliyyatı 1-ci əməliyyatın qüsurlu yerinə yetirildiyi üçün həyata keçirilmişdir. Belə ki, ekspert rəyinin sonunda qeyd olunur ki, 1-ci TAVİ əməliyyatından sonra xəstənin halının pisləşməsinə revmatizm, infeksion endokardit, ateroskleroz və uğursuz “TAVİ” əməliyyatı da səbəb ola bilər. Ekspertlərin məhkəmə iclasında verdiyi izahatlardan bəlli olur ki, xəstədə nə əməliyyatdan öncə, nə də ki əməliyyatdan sonra revmatizm, infeksion endokardit, ateroskleroz halları müşahidə edilməmişdir. Belə olan halda belə nəticəyə gəlmək mümkündür ki, iddiaçının 2-ci dəfə TAVİ əməliyyatında məruz qalması məhz 1-ci TAVİ əməliyyatının qüsurlu olması səbəbindən olmuşdur. Məhkəmə iddia tələbinin “59.000 ABŞ dolları-100.300 manat zərərin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş qəbzlərin surətlərindən və Cavabdeh2 MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən Türkiyə Respublikasında “Medicana” Xəstəxanasına xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə 582.188,51 türk lirası, xx.xx.2022, xx.xx.2023-cü il tarixlərdə 10,900 ABŞ dolları, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə 1870 türk lirası, əczaxanaya xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə 18,440 türk lirası, mehmanxanada gecələmək üçün xx.xx.2022, xx.xx.2023-cü il tarixlərdə 6900 türk lirası, aviabiletlər üçün 8,226 ABŞ dolları və Bakı şəhərində Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixdə 1310 manat məbləğində ödənişlər edilmişdir. 582.188,51 türk lirası (48.146,7 manat), 10,900 ABŞ dolları (18,530 manat), 1870 türk lirası (171 manat), 18,440 türk lirası (1532 manat), 6900 türk lirası (625 manat), 8,226 ABŞ dolları (13,984 manat) pul vəsaitinin Azərbaycan manatı ekvivalenti ilə və Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixdə ödənmiş 1310 manat məbləğində vəsaitin cəmi olmaqla toplamda 51,817 manat məbləğində maddi zərər iddiaçının xeyrinə tutulmalıdır. “Maddi zərərin tutulması” hissəsində Bakı şəhərində həyata keçirilmiş 1-ci TAVİ əməliyyatı üçün 31,450 manat, İstanbul şəhərində həkim Ömər Göktəkinin müayinəsi üçün 200 manat, İstanbul şəhərində “Memorial” klinikasında müayinə üçün ödənilmiş 900 ABŞ dolları, İstanbul şəhərində mehmanxanada gecələmək və taksi xidməti üçün müvafiq olaraq ödənilmiş 750 ABŞ dolları və 500 ABŞ dolları pulun əvəzinin tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, qeyd olunan ödəmələri təsdiq edə biləcək hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. AR Mülki-Prosessual Məcəlləsinin: 63.2-ci maddəsinə əsasən ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Ekspert onun üzərinə qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda, rəy verməkdən imtina etməlidir. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. AR Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İddia tələbinin ”50.000 manat mənəvi zərərin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, hazırkı iddia tələbinə də bu baxımdan yanaşaraq hesab edir ki, cavabdehin təqsiri nəticəsində iddiaçı fiziki və mənəvi iztirablara məruz qalmışdır. Belə ki, 1-ci əməliyyat uğurlu keçiriləcəyi təqdirdə 2-ci əməliyyata ehtiyac duyulmayacağı, lakin həkimin təqsiri ucbatından iddiaçının günlərlə sağlamlığında əziyyətlərlə qarşılaşması və yenidən həyatını riskə ataraq 2-ci əməliyyata girməsi onun mənəvi ziyan görməsi anlamına gəlməyə kifayət edir. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. “Zərərin cavabdehlərdən müştərək qaydada tutulmasına” münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı”nda qeyd edilir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. İş materiallarında olan Elektron Portaldan çıxarışdan görünür ki, Cavabdeh1 əmək müqaviləsi əsasında Cavabdeh2 MMC-də kardioloq vəzifəsində çalışır. Belə olan halda məhkəmə hesab edir ki, ziyan cavabdehlərin hər ikisindən müştərək qaydada tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi qismən təmin olunduğundan hazırkı iş üzrə ödənilmiş 440 manat dövlət rüsumunun 220 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 51,817 manat məbləğində maddi zərərin, 1000 manat məbləğində mənəvi zərərin əvəzi cavabdehlər "xxxx" MED Corporation MMC-yə və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 220 manat hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar