Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1211/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.737 (on altı min yeddi yüz otuz yeddi) manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: aralarında bağlamış olduğu 21 fevral 2022-ci il tarixli 265 nömrəli “Xaricdə təhsil xidmət müqaviləsinə” əsasən “İcraçı” tərəfindən “Sifarişçi” İddiaçı övladları X8, X9 və qohumu X7 üçün Türkiyədə yerləşən X5 Universitetinin Tibb fakultəsi üzrə qəbul sənədlərinin, sənədləşmə işinin aparılması xidmətlərinin göstərilməsindən ibarət xidmətin müqabilində cavabdehə 2021-ci il tarixində 058534 nömrəli kassa-mədaxil orderinə əsasən 61.200 (altmış bir min iki yüz) manat, həmin ilin 29 iyun tarixində isə 058570 nömrəli kassa-mədaxil orderinə əsasən 30.600 manat, ümumilikdə 91.800 (doxsan bir min səkkiz yüz) manat ödəniş etmişdir. Yuxarıda göstərilən Müqavilənin 2.2-ci maddəsinin a)-bəndinə əsasən “İcraçı” “Sifarişçi”yə Türkiyədə yerləşən universitetlər haqqında məlumat vermək, b) bəndinə əsasən ümumilikdə “Sifarişçi” tərəfindən 91.800 (doxsan bir min səkkiz yüz) manat ödənildikdən sonra Sifarişçi üçün qəbul sənədlərinin alınması prosesini həyata keçirmək, c) bəndinə əsasən qəbul sənədlərinin alınmasından sonra universitetə yerləşdirmək üçün lazım olan xidmətləri göstərmək, d) bəndinə əsasən isə “Sifarişçi”nin təhsil alacağı ölkə üzrə getdiyi reys və saatı əvvəlcədən “İcraçı”ya dəqiq bildirməsi şərti ilə “Sifarişçi”nin qarşılanması və qabaqcadan “Sifarişçi” tərəfindən “İcraçı” nın köməyi ilə yaşayış yerinə yerləşdirilməsinə köməkliyin göstərilməsi öhdəliyini daşıyır. Cavabdeh tərəfindən müqavilədə göstərilən xidmət göstərilmədiyindən cavabdeh həmin Müqavilənin 3.2-ci maddəsinə əsasən ödəmiş olduğu məbləği ona dərhal qaytarmalı olduğu halda, bu məbləğin bir hissəsi ona qaytarılsa da (hissə-hissə xeyli vaxtdan sonra) bu günədək 14.450 (on dörd min dörd yüz əlli) manatı ona qaytarmamışdır. Bu Müqavilənin 4.2-ci maddəsinə əsasən tərəflər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Göstərilənləri nəzərə alaraq 14.450 (on dörd min dörd yüz əlli) manat əsas borc məbləğin və həmin məbləğin cavabdeh tərəfindən gecikdirilməsi ilə əlaqədar hesablanmış 2.287 (iki min iki yüz səksən yeddi) manat faiz, ümumilikdə 16.737 (on altı min yeddi yüz otuz yeddi) manat ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlu iddianın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qəbzlərdə yanlışlıqla 2021-ci il göstərilsə də, qəbzlər müqavilə bağlandıqdan sonra yəni 2022-ci ildə tərtib edilmişdir. Fevral ayında müqavilə bağlandıqdan sonra cavabdeh tərəfindən müvafiq dəvətnamələr alınmalı idi, lakin öhdəlik icra edilmədiyindən iddiaçıya ödiddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli, 265 saylı xidmət müqaviləsindən görünür ki, 1.1. Bu müqavilə "İcraçı" tərəfindən "Sifarişçi" İddiaçı övladları X8, X9 və qohumu X7 üçün Türkiyədə yerləşən X6 Universitetinin Tibb fakültəsi üzrə qəbul sənədinin, sənədləşmə işinin aparılması xidmətinin göstərilməsindən ibarətdir. 2.1. Sifarişçinin öhdəliyi: a) Universitetlərdən dəvətnamənin alınması üçün "İcraçı"ya xidmət haqqı olaraq 61200 AZN (altmış bir min iki yüz manat sıfır qəpik) 36000 USD ödəməyi, b) Qəbul sənədinin alınması üçün lazım olan bütün sənədləri vaxtında "İcraçı"ya təhvil verməyi öhdəsinə götürür. 2.2. İcraçı “Sifarişçi”yə Türkiyədə yerləşən universitetlər haqqında məlumat verməyi, b) 61200 AZN (altmış bir min iki yüz manat sıfır qəpik) 36000 USD təmin olunduqdan sonra Sifarişçi üçün qəbul sənədinin alınması prosesini həyata keçirməyi öhdəsinə götürür. 3.1. Hazırkı Müqavilənin "1.1." bəndində göstərilən xidmətin haqqı 91800 AZN (doxsan bir min səkkiz yüz manat sıfır qəpik) 54000 USD təşkil edir. 3.2. "İcraçı" tərəfdən hər hansı bir səbəbə görə dəvətnaməni (Qəbul sənədlərini) ala bilməzsə "Sifarişçi"nin ödədiyi məbləğ tam geri qaytarılır. - Cavabdeh MMC tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 61200 manat, 36000 USD xidmət haqqı ödənilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 30600 manat, 18000 USD xidmət haqqı ödənilmişdir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının övladları X8, X9 və qohumu X1 münasibətdə onların Türkiyə Respublikasının ərazisində yerləşən ali təhsil müəssisəsinə qəbul olunmaları ilə bağlı xx.xx.2022-ci il tarixdə 265 saylı xidmət müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən Cavabdeh MMC- yə xx.xx.2022-ci il tarixdə 61200 manat- 36000 USD xidmət haqqı, xx.xx.2022-ci il tarixində isə 30600 manat -18000 USD xidmət haqqı ödənilmişdir. Müqavilədə nəzərdə tutulmuş müvafiq dəvətnaməıər alınmadığı üçün cavabdeh aldığı ödənişin çox hissəsini qaytarmış, lakin qalan 14.450 manatı qaytarmamışdır. Hazırda iddiaçı müqavilə üzrə ödənişləri tam icra etdiyini, cavabdehin isə müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmədiyini göstərərək sonuncuya ünvanlanmış bildirişə əsasən pul məbləğini qaytarmasına dair xəbərdarlıq edilməsinə baxmayaraq müqaviləyə əsasən qaytarmalı olduğu qalan 14.450 manatı qaytarmadığı üçün hazırki iddianı qaldırmışdır. İşin araşdırılmış hallarından məlum olur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh müqavilə bağlanan günü müqavilə şərtinə uyğun olaraq 61200 manat -36000 USD, xx.xx.2022-ci il tarixində isə 30600 manat - 18000 USD ödəmişdir. Müqavilənin 3.2 bəndinə əsasən hər hansı bir səbəbə görə dəvətnaməni (Qəbul sənədlərini) ala bilmədiyi halda ödənilən məbləğ tam geri qaytarılmalı idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (MM 427.2.) - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşdən göründüyü kimi, tərəflər arasında X3, X4 və qohumu X2 Türkiyə Respublikasının ərazisində yerləşən ali təhsil müəssisəsinə qəbul olunmaları ilə bağlı xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə cavabdeh öhdəliyi yerinə yetirməyərək, müqavilədə göstərilən vəzifələrini yerinə yetirə bilməmiş, iddiaçının övladları və qohumunun müqavilədə göstərilmiş Universitet və fakültəyə qəbul olunmadığı üçün onun cavabdehdən müqavilə üzrə ödənilmiş məbləği geri tələb etmək hüququ yaranmışmışdır. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə haqlı olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən qeyd edilən müqavilə üzrə ödənişləri geri tələb etməsi ilə bağlı tələbi məhz həmin müqavilə hüququ çərçivəsində dəyərləndirilməli və iddia bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən qaytarılmalı olan qalan 14.450 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 14.450 manat əsas borc məbləğinin cavabdeh tərəfindən gecikdirilməsi ilə əlaqədar hesablanmış 2287 manat faiz borcu hissəsi üzrə qeyd edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, müqavilə bağlandığı xx.xx.2022-ci il tarixindən qətnamə qəbul edildiyi 03 iyul 2025-ci il tarixədək 38 aydan artıq vaxt keçmişdir ki, həmin müddət üçün illik 5 faiz məbləğ (14.450/ 5%=722,5/12ay=60,2x38ay=2287,9 manat) 2287,9 manat təşkil edir. Odur ki, iddia tələbi həcmində məhkəmə iddianın həmin hissədə də təmin edilməsini mümkün hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 14.450 manat əsas borc və cavabdeh tərəfindən pulun qaytarılmasının gecikdirilməsi ilə əlaqədar tələb edilən 2287 manat, cəmi 16.737 (on altı min yeddi yüz otuz yeddi) manat məbləğində pul vəsaiti və 140,21 (bir yüz qırx manat iyirmi bir qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 16.737 (on altı min yeddi yüz otuz yeddi) manat məbləğində pul vəsaiti və 140,21 (bir yüz qırx manat iyirmi bir qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1211/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1211/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver