Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1214/2023 25.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil, cavabdeh Kayman Adalarının Cavabdehaycan Respublikasındakı filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Kayman Adalarının Cavabdehaycan Respublikasındakı filialına qarşı “əmrlərin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Kayman Adalarının Cavabdehaycan Respublikasındakı filialına qarşı “əmrlərin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək ”Salyan Oyl Limited” Şirkətinin işdən kənarlaşdırılmasına dair xx.xx.2023-ci il tarixli HR/1058 №-li əmrinin, eləcə də Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə istinadən “əmək müqaviləsinə xitam verilməsinə dair” xx.xx.2023-ci il tarixli 1063 HR/№-li əmrinin etibarsız hesab edilərək ləğv edilməsi, əvvəlki işə -”Salyan Oyl Limited” Şirkətində X17 böyük mexaniki vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işləməkdən məhrum edilmiş bütün vaxt üçün, yəni xx.xx.2023cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan əmək haqqının, eləcə də mediasiya xərcləri üzrə 60 manat məbləğin cavabdeh ”Salyan Oyl Limited” Şirkətindən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1994-cü il tarixdə “Salyanneft” Neftçıxarma İdarəsinə 1 №-li neft və qaz çıxarma sexinin mexaniki emalatxanasına təmirçi-çilingər peşəsinə işə qəbul edilmiş, bir müddətdən sonra işəgötürən onun ali təhsili mühəndis-mexanik olduğunu nəzərə alaraq həmin idarənin neftin hazırlanması və vurulması sexinə mexanik vəzifəsinə keçirmiş, xx.xx.1999-cu ildən “Salyanneft” Neftçıxarma İdarəsi ləğv edilərək onun bazası əsasında hazırkı ”Salyan OİL” LTD yaradılmış və 2005-ci ildən hazırkı dövrə kimi orada böyük mexanik vəzifəsində işləmişdir. Cavabdeh müəssisədə, bir iş yerində fasiləsiz olaraq 29 il çalışmışdır. Hazırda isə cavabdeh müəssisə onu əmək vəzifələrini kobud surətdə pozmaqla, faktiki olaraq onu oğurluqda və şirkətə külli miqdarda ziyan vurmaqda ittiham edərək qanunsuz olaraq işdən azad etmişdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş “əmək müqaviləsinə xitam vermə haqqında” xx.xx.2023-cü il tarixli 3 səhifədən ibarət əmrin geniş məzmunundan görünür ki, müəssisənin təhlükəsizlik şöbəsinin əməkdaşları xx.xx.2023-ci il tarixdə “növbəti dəfə reyd” keçirdərkən müəssisənin elektrik şəbəkəsindən qidalanmaqla ərazisindən keçərək kənar qonşu ərazidə yerləşən istixanaya gizli olaraq yeraltı elektrik xəttin çəkilməsi faktını aşkar etmiş, bu faktla bağlı araşdırmalara başlanılmış, daha sonra isə xx.xx.2023-cü il tarixdə artıq eyni üsulla guya həmin istixanaya qaz xəttinin verilməsi faktı da aşkar edilmiş və elə həmin tarixdə daxili təhqiqat aparılması üçün şirkətin 10 nəfərdən ibarət komissiyası yaradılmış, komissiya daxili təhqiqat araşdırması dövründə neftin hazırlanması və vurulması sexinin rəisini, eləcə də həmin sexin böyük mexaniki olaraq iddiaçını “işin obyektiv araşdırılması məqsədi adı ilə” müvəqqəti olaraq işdən kənarlaşdırılmasını şirkət rəhbərliyinə tövsiyyə etmiş və cavabdeh ”Salyan OİL” LTD-nin 02 mart 2023-cü il tarixli, 1058 №-li əmrinə əsasən o işdən kənarlaşdırılmışdır. İşəgötürən tərəfindən aparılan araşdırma dövründə həm gizli elektrik xətti ilə, həm də qaz xətti ilə bağlı ondan yazılı izahatlar alınmış, bu izahatlarda o öz əmək funksiyalarına vicdanla yanaşdığını, əmək funksiyalarının nədən ibarət olduğunu, işin konkret halı ilə bağlı rəhbərliyin göstərişinə əsasən ərazidə vaxtı ilə təhlükəsizlik kameralarının quraşdırılması məqsədilə yeraltı (kabelin izolyasiyasını qoruyan) şlanqların çəkilməsi faktını onların bir daha yadına salmış, əməlində heç bir əmək intizamı və işəgötürənə heç bir maddi ziyan dəymədiyini bildirmişdir. Ən əsası isə işəgötürəndən onların “hesab etdiyi təbii qazın və elektrik enerjisinin oğurluq, talama və işəgötürənə küllü miqdarda (270 000 kub.metr təbii qaz itkisi) ziyan faktının araşdırılması” ilə bağlı Hüquq mühafizə orqanlarına müraciət edilməsini təkid etmiş və onda olan məlumata əsasən cavabdeh ”Salyan OİL” LTD-nin rəhbəliyi ərazi üzrə Salyan Rayon Prokurorluğuna və Rayon Polis Şöbəsinə müraciətləri olmuşdur. Lakin hazırkı günə kimi sözügedən orqanlar faktla bağlı heç bir qanun pozuntusunu aşkar etməmişdirlər. Göründüyü kimi, cavabdeh şirkət yanlış olaraq öz daxili ehtimal və fərziyyələrinə əsaslanaraq onu işçi olaraq “oğurluq, talama və işəgötürənə küllü miqdarda ziyan vurmaqda” ittiham etmiş, öz qanunsuz əmri ilə ilkin olaraq onu xx.xx.2023cü il tarixdən işdən kənarlaşdırmış, bir müddətdən sonra isə işçi olaraq onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi qərarına gələrək Həmkarlar ittifaqına müraciət etmişdir. Həmkarlar ittifaqı komitəsi isə onun iştrakı olmadan “öz növbəsində məsələni özünün çağırdığı büro üzvləri ilə müvafiq qaydada müzakirə edərək daxili araşdırma apararaq tərəfindən həqiqətən də yol verilmiş nizam-intizam və hətta qanun pozuntularını əsas götürərək bundan sonra işçi olaraq ”Salyan OİL” LTD-də qalıb işinin davam etdirilməsinə yolverilməməsini özünün xx.xx.2023-cü il tarixli 49 saylı protokoldan çıxarış ilə təsdiq etmiş,” daha sonra cavabdeh müəssisə növbəti qanunsuzluğa yol verərək tərəflər arasında olan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam vermişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, işəgötürən bu əmək müqaviləsinə xitam verilməsində hər hansı bir qərəz və ittihamedici formada (iddiada qeyd olunduğu kimi) heç bir qanunsuz və əsassız prosesual hərəkətlərə yol verməmişdir. İşin faktiki hallarına və törədilmiş intizam xətasının xüsusiyyətinə və obyektiv əsaslarına müvafiq olaraq işçi ilə onun əmək müqaviləsinə qanunvericiliyin tələblərinə tam uyğun olaraq xitam verilmişdir. Qanunsuz olaraq gizli formada elektrik xətti vasitəsilə elektrik verilən şəxsə aid olan istixana və orada olan ev, digər qanusuz olaraq gizli formada qaz xətti verilmiş istixana ilə eyni istixana deyildir (tamamilə ayrı-ayrı obyekt və istixanalardır). İddiaçı elə iddianın başlanğıcında artıq şirkətə (işəgötürənə) böhtan atmağa cəhd etməyə başlayır və məhkəməyə də düzgün məlumat vermir ki, guya həm elektrik, həm də qaz xətti eyni istixanaya verilmişdir. İddianın digər, guya işəgötürənin Əmək Məcəlləsinin 80 maddəsinin (Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar-1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınnmaqla ləğv edilir. 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim edilməməsinə gəlincə məlum edirik ki, bu iddia da tam əsassızdır. Belə ki, işəgötürən tərəfindən müvafiq qanunvericiliyə əməl edilməklə X13 Komitəsinin Rəyasət Heyətinə onlara intizam cəzası verilməsinə münasibət bildirilməsi ilə bağlı müvafiq müraciət ünvanlanmışdır. HİK Rəyasət Heyəti tam müstəqil bir təşkilat olduğundan həmkarların üzvü büroya məcbur edə bilməz ki, onun və ya digərləri haqda olan məsələyə onların iştirakı ilə baxılmalıdır. Baxmayaraq ki, HİK -nə iddiaçının heç bir müraciəti daxil olmayıb bu barədə. Çünki digər iki şəxs haqqında da eyni sənədlər təqdim edildiyindən onlar Büro üzvlərinə onların səhlənkarlığı olduğunu və birinin 44 günlük vətən müharibəsində işirakı və digərinin də ailəsində ağır xəstə olduğunu bildirərək onlara az ağır intizam cəzası verilməsi məqsədilə müraciət etmişlər. Amma iddiaçı ümumiyyətlə hər bir şeyə etiraz edərək (HİK-nə gedin nə edirsiniz edin deməklə) intizam cəzasının yüngülləşdirilməsi ilə əlaqədar nə işəgötürənə, nə də ki HlK-nə heç bir müraciət etmək arzusunda olmamışdır. Bir qayda olaraq HİK-i və onun Bürosu həmkarlar üzvü olan şəxs haqqında məsələyə onun iştirakı olmadan (bu məsələdə işəgötürən tərəfindən təqdim olunmuş sübutlar və sənədlərdə hansısa çatışmamazlıqlar olduğu təqdirdə işçinin iştirakı Büronun tələbi ilə mümkün ola bilərdi) işəgötürən tərəfindən təqdim olunmuş məktuba əlavə olunmuş sübut nümunələri əsasında da baxa bilmək səlahiyyətinə malikdir. Əlavə olaraq bildiririk ki, işəgötürənin təqdimatına baxılarkən, məsələsinə baxılan şəxsin HİK büro iclasında iştirakının məcburiliyi haqda Əmək Məcəlləsinin müvafiq (80.2) maddəsinin tələblərində hər hansı bir düzünə göstəriş yoxdur. 3.Daha bir iddia tələbi ilə iddiaçı Əmək Məcəlləsinin 62.1 maddəsini əsas gətirərək iddia edir ki, işəgötürən, ziyan vurulması və cinayət və ya inzibati əməlin törədilməsi şübhələri ilə müvafiq hüquq mühafizə orqanlarına müraciət etdiyindən, həmin maddənin və Cinayət Prosessual Məcəllənin 90, 91-ci maddələri və İnzibati Xətalar Məcəlləsinin 99.4 maddəsinin tələbləri əsasında əmək müqaviləsinə xitam verməli idi. Görünür ki, iddiaçı elə orada Əmək Məcəlləsinin 62.4 maddəsinin tələblərini unutmuşdur. Əvvəla ibtidai istintaqın aparılması və ona cinayət və inzibati qaydada müvafiq cəza verilib verilməməsi yuxarıda adı çəkilən qurumların səlahiyyətlərinə aiddir. İşəgötürən isə iddiaçıya bu sadalanan inzibati və ya cinayət əməlinin nəticəsinə görə deyil, bilavasitə onunla bağlanmış“əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozması” səbəbindən ona intizam cəzası vermişdir. Onu da məlumat üçün bildiririk ki, həmin qanunsuz əməlin daxili təhqiqat vasitəsi ilə yekunlaşmasından əlavə, həm də burada dövlətə vurulan (bu layihə üzrə dövlətin (SOCAR) 50% Payı olduğu üçün) ziyanla da əlaqəli olduğunu əsas götürərək vəzifələri olaraq həm də hüquq mühafizə orqanlarına məlumat verilmişdir. İlkin məlumatdan və bu əməlin araşdırılması ilə əlaqədar hazırda Salyan r-n Polis Şöbəsində “cinayətin tərkib əlamətlərinin mövcudluğuna şübhələr olduğundan “cinayət işi başlanması ilə bağlı” Salyan r-n Prokurorluğunun müvafiq qərargöstərişi mövcuddur. Amma bu əsaslar, yəni əməldə inzibati və ya cinayət olması faktının araşdırılması və nəticəsindən aslı olmayaraq hansı formada yekunlaşması, işəgötürəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62 maddəsinin 4-cü bəndi (İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilnıəməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər) vasitəsilə ona verilən hüquqlardan mərhum etmir. Burada da hesab edirik ki, işəgötürən haqlı və əsaslı olaraq daxili araşdırmaların dürüstlüyünə və obyektivliyinə tam əsaslanmaqla bu Məcəllənin 11 maddəsinin b) bəndinin verdiyi səlahiyyətlərdən istifadə edərək, iddiaçıya Əmək Məcəlləsinin 186.2 ç) bəndini rəhbər tutaraq intizam cəzası tətbiq etməklə, onu həmin Məcəllənin 70.ç maddəsi ilə işdən azad etmişdir.İddiaçının guya ona qarşı hansısa bir qərəzli münasibət və ya saxta sənədlərin olması və ya onların nələrdən ibarət olması haqqında heç bir əsaslı dəlil-sübutu yoxdur və ola da bilməz o mənada ki, bütün araşdırma prosesi qərəzsiz, ədalətli, tam və şəffaf formada həyata keçirilmişdir (komissiyada olan şirkətin məsul şəxsləri və bilavasitə həmin sahədə çalışan tabe işçilər nədən bu şəxs haqqında qərəzli olmalı idilər ki?). İddiaçının başqa bir, yəni özünün bildirdiyi kimi guya Əmrin müvafiq qaydada tərtib olunmasına riayət edilməməsi iddiasına gəlincə isə, açığı tam anlaşılmaz bir iddia olduğundan buna cavab belə verilməsi mənasızdır. Çünki işəgötürən tərəfindən tərtib olunmuş əmr, Əmək Məcəlləsinin 84 maddəsinin 1-ci hissəndə nəzərdə tutulmuş (2.Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər) bütün tələblərə tam və dolğun formada əməl edilməklə imzalamışdır. Əmrin tərtib olunması, təsviri hissəsi və qərar hissəsi düzgün və tam formada tərtib olunmuşdur. Göründüyü kimi iddiada qeyd olunan yuxarıda qeyd məsələlər kimi, iddiaçının digər əsassız arqumentlərinin də heç birinin hüquqi əsasları mövcud deyildir. Cavabdeh olaraq iddiaya etiraz edirik və hesab edirik ki, sübutlar və qanuni əsaslar olmadığından həmin iddia rədd edilməlidir və bu iddianın rədd edilməsinə aid olan əsasları və müvafiq təsdiqedici sənədləri obyektiv qərar qəbul edilməsi məqsədi ilə (akt,protokollar,müvafiq işçilərin müxtəlif izahatları və məlumatları, həmçinin əməlin törədildiyi yerdə aparılmış video və foto çəilişləri və sair) məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənləri müdafiə edərək izahatında bildirmişdir ki, bir mexanik kimi sexin rəhbərinin, onun müavinlərinin göstərişlərini yerinə yetirmişdir. Sex rəisinin göstərişinə əsasən 1200 m rezin borunu fəhlələrə basdırtmışdır. Həmkarlar İttifaqı iclas keçirəndə onu ora dəvət etməmişlər. Bütün bunları nəzərə alıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı 29 ildir ki, cavabdeh müəssisədə əmək fəaliyyəti ilə məşğul olub. Bu illər ərzində işəgötürənin iddiaçıya iradı, onun barəsində inzibati tənbeh tədbiri olmamışdır. Cavabdeh müəssisə 21 fevral tarixində özünün daxili araşdırması nəticəsində müəyyən etmişdir ki, müəssisənin həyətindən elektrik enerjisinin talanması aşkar edilmişdir. Bununla bağlı şübhəli şəxslər, o cümlədən iddiaçı barəsində araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq 02 mart tarixində işəgötürən iddiaçını işdən kənarlaşdırmışdır. Halbuki işəgötürənin belə səlahiyyəti yox idi. Bununla bağlı Konstitusiya Məhkəməsinin “Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin c bəndinin şərh edilməsinə dair” Plenumunun Qərarı da var. İşçinin barəsində inzibati orqan araşdırma aparırsa onun təqdimatına əsasən işəgötürən onu işdən azad edə bilər. İş materiallarından görünür ki, cavabdeh müəssisə bununla bağlı Salyan rayon prokurorluğuna müraciət etmişdir. Prokurorluq araşdırmanı Salyan RPİ-yə həvalə etmişdir. Sorğuya cavab olaraq bildirmişlər ki, əməldə cinayət tərkibi olmadığına görə xitam verilmişdir. Bundan sonra cavabdeh müəssisə özünün daxili araşdırmasını əsas götürərək Həmkarlar İttifaqına müraciət etmişdir. Həmkarlar İttifaqı da öz növbəsində tərəfin iştirakı olmadan işdən azad olunmaqla bağlı razılıq məktubu vermişdir. Yekun olaraq 30 mart 2023-cü il tarixdə işəgötürən əmrlə iddiaçını işdən azad etmişdir. Həmin əmr əmrdən daha çox ittiham aktına oxşayır. Həmin əmrlə işəgötürən iddiaçını 260 min kub metr qaz talamasında ittiham edir. Əgər belə idisə buna hüquq mühafizə orqanları qiymət verməli idi. Necə olur ki, hüquq mühafizə orqanı cinayət tərkibi olmadığı üçün işə xitam verdiyi halda, işəgötürən iddiaçını talamada və digər pozuntularda ittiham edir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Kayman Adalarının Cavabdehaycan Respublikasındakı filialının nümayəndəsi X6 bildirmişdir ki, işəgötürən tam qanuni olaraq öz daxili təlimatı üzrə daxili təhqiqatını aparmışdır. Daxili təhqiqat yekunlaşana yaxın orada açıq şəkildə yerə basdırılmış 3 fazalı naqilin və 100 metrə yaxın olan su borusunun yerdən çıxarılması videogörüntüdən bəllidir. Hadisə var, işəgötürən Əmək Məcəlləsinin ona verdiyi səlahiyyətlər çərçivəsində daxili təhqiqatını aparmışdır. Bu araşdırma təkcə İddiaçı barəsində olmamışdır, bu həm sex rəisi, sex rəisinin müavini, baş mexanik barəsində olmuşdur. Bununla əlaqəli olan şəxslər hamısı işdən kənarlaşdırılmışdır və onlar barəsində müəyyən ölçü götürülməsindən ötrü təhqiqat qrupu, komissiya yaradılmışdır. Komissiyaya səlahiyyətli şəxslər daxil edilmişdir. Hadisə olandan sonra sex rəisi, sex rəisinin müavini və digərləri hamısı gəlib ifadələrini veriblər hadisə barədə. Lakin İddiaçı komissiyanın heç bir çağırışına gəlməmişdir. Elə pozuntu, bütün şübhələr burdan başlayır. İki nəfər orda ifadə verib ki, İddiaçı deyib ki, rezin borunu yerə basdırın. Həmin vaxtı sex rəisi bildirib ki, o bu barədə İddiaçı hər hansı göstəriş verməmişdir. Baş mexanik bilməli idi ki, ordan yüksək təhlükə mənbəyi olan qaz xətləri keçir, heç bir smeta olmadan, heç bir əmr olmadan yeri qazdırmalı deyildi. İşəgötürən daxili inamını, daxili təhqiqatın nəticələrini əsas götürərək düzgün nəticəyə gəlmişdir. Əmək Məcəlləsinin 62.4-cü maddəsində deyilir ki, işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. İşəgötürən burada heç bir səhvə yol verməmişdir. İfadələrdən də məlum olmuşdur ki, burada icraçı İddiaçı olmuşdur. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İşəgötürən 3 nəfər barəsində təqdimatı Həmkarlara yönəltmişdir. Biri 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğunun, digərinin də xəstəsi olduğunun nəzərə alınmasını xahiş etmişdir. İddiaçı bircə dəfə də gəlib üzrxahlıq etməmişdir. Əmrin giriş və təsviri hissəsində düzgün məsələlərə toxunulmuşdur. İşçi bağladığı əmək müqaviləsinin şərtlərinə əməl etmir. İddia tələbi əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi əlavə olaraq çıxışını kağız daşıyıcıda təqdim edərək bildirmişdir ki, əməl Neft vurma sexinə aid olan obyektlərdə baş vermişdir ki, bu da danılmaz həqiqətdir. Burada sex rəisi, sex rəisinin müavini və ələlxüsus baş mexanikin razılığı olmadan heç bir şəxs tərəfindən bu qanunsuz kabel və boru çəkilişlərinin həyata keçirilməsi mümkün ola biliməzdi. İddiaçı əsas vəzifə təlimatına uyğun olaraq o bu işlərə bilavasitə cavabdeh və məsul şəxs olub. Məsuliyyəti sex rəisinin üzərinə yıxmaq cəhdi edən Əli Beydulayev bilmirdi ki, əgər bu göstərişi sex rəisi veribsə belə (baxmayaraq Vüqar Babayev öz izahatında onun bu xətt çəkilişindən ümumiyyətlə xəbəri olmadığını təsdiq etmşdir) baş mexanik bilmir ki hər hansı bir tikinti quraşdırma və bu tipli işlərin görülməsi üçün həmin tikinti (əsasən də təhlükə mənbəyi olan yer qazıntısı üçün) aparılmasına buna səlahiyyət verən baş menecer və ya sahə rəisi tərəfindən təsdiq edilmiş tikinti-layihə smeta sənədləri olmalıdır. Bunlar olmadan və hətta çəkiliş üçün orada fəhlə vəzifəsində çalışanlara əlavə pul və ya qonaqlıq verilməsi vəzifə səlahiyyətlərini və əmək müqaviləsi üzrə öz öhdəliyini kobud formada pozmaq deyil bəs nədir? Hesab etsək ki həmin qanunsuz qaz xətti çəkilişi aparılan zaman orada hər hansı bir cərəyan xətti və ya yeraltı qaz xəttinə toxunuş olub sürtünmədən partlayış olsa idi bunun aqibətini heç düşünmüşdü? Məsələ burasındadır ki, Əli Beydulayevin həmin xətlərdən bilavasitə xəbəri var və bu işin icraçısı da özüdür. Baxın həmin qanunsuz çəkilişlər 2021-ci ilin may- avqust aylarına təsadüf etmişdir. İndi onun dediyindən belə çıxır ki həmin müddətdə o bu tapşırığı sex rəisindən alıbdır. Amma sex rəisi öz izahatında bildirir ki, onun bu işdən nə xəbəri olmuş nə də bu barədə İddiaçı xüsusi göstəriş vermişdir. Belə ki, o 2020-cil Vətən müharibəsinin fəal iştirakçısı olduğundan və müharibədən sonra da 6 ay ərzində orduda qaldığından, onun qayıdışı yay aylarının əvvəlinə düşmüşdür ki o da həmin dövr kontuziya və müharibə dəhşətindən müxtəlif cür reabilitasiyalara getdiyindən işə tam konsentrasiya ola bilməmiş və məntiqi olaraq İddiaçı bu boşluqdan istifadə edib və bu qanunsuz işləri həyata keçirmişdir. Şirkət olaraq dürüst və şəffaf aparılan daxili təhqiqat nəticəsində əldə olan müfəssəl məlumatlar, işçilərin izahatları vasitəsi ilə fakt tam təsdiq olunubdur. Qaldı polis orqanlarının cinayət faktının olmaması məsələsinə. Bununla bağlı prokurorluq orqanlarından polis şöbəsinə əməldə oğurluq və digər cinayət əlamətlərinin ehtimal edilməsi məqsədilə cinayət işi qaldırılması ilə əlaqədar məktub ünvanlanmışdır. Polis təhqiqatçısı bu hadisəni demək olar ki, araşdırmamışdır. Maraqlısı odur ki, 2023-cü ilin aprel ayının əvvəlində Polis təhqiqatçısı qərar verir, qərarı maraqlı şəxs olan Şirkətə həmin vaxt təqdim etmir. Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən cinayət işinin başlanması barədə və cinayət işinin başlanmasının rədd edilməsi haqında Qərarın surəti həmin qərarı rədd etmiş şəxs tərəfindən 24 saat müddətində cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Lakin hörmətli vəkil bu barədə sorğu ilə polis şöbəsinə müraciət etdikdən sonra ona bu qərarı təqdim edirlər və dərhal bundan sonra həmin qərarı 3 ay yarımdan sonra həm də Şirkətə təqdim edir. Sual olunur qəbul olunmuş qərar nə üçün 3 aydan çox olan müddətdə müraciət-şikayət edən şəxsə göndərilməmişdi? Baxın bu artıq onun hansısa maraqlar əsasında həmin araşdırmanı aparmağından xəbər verir. Çünki polis şöbəsi vaxtında bu qərarı təqdim etsə idi dərhal müvafiq tədbirlər görərdilər.. Sahədən daxil olan məlumata görə polis şöbəsindən heç bir təhqiqatçı və ya əməliyyatçı hadisə yerinə belə gəlməyiblər. İndi bu məsələ artıq SOCAR-a məruzə edilib və Hüquq idarəsi tərəfindən Baş Prokurora və Daxili işlər nazirinə həmin qərardan əsaslandırılmış şikayət məktubu göndərilməkdədir. Rayon prokurorluğunda qərara yenidən baxılacaqdır. Amma yenə də nəzərinizə çatdırırıq ki bu prosesin əmək məcəlləsinin onlara verdiyi səlahiyyətlər çərçivəsində hərəkət etməklərinə qətiyyən maneə olmur. Çünki təqdim olunan o videsujetdə bu əməldə vəzifə səhlənkarlığı, vəzifə səlahiyyətlərindən sui istifadə və əsasən əmək müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə birlikdə cinayət əlamətləri aşkar görünməkdədir. İşəgötürən polis və ya prokurorluq araşdırmasına qədər orada aşkar olunan qanunsuz xətlərin olması faktı ilə bağlı bütün prosessual daxili təhqiqat hərəkətlərə riayət edərək həmin işə məsul olan üç nəfəri işdən kənarlaşdırma haqqında qanuni formada əmr imzalamış və orada göstərmişdir ki daxili təhqiqatın (həmçinin hüquq mühafizə orqanlarının gəldiyi nəticələrin yekunlaşdığı) yekunlaşacağı təqdirdə digər addımların atılması həyata keçiriləcəkdir. Burada da daxili təhqiqat nəticəsində iddiaçının əmək vəzifələrinin kobud şəkildə pozması aşkar edildiyindən, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq o işdən qanuni şəkildə kənarlaşdırılmış və 1 ay sonra əmək müqaviləsi şərtlərini və vəzifə səlahiyyətlərindən istifadə etməklə işdə yol verdiyi ciddi nöqsanlar tam sübut olunduğundan məcəllənin 186 ç bəndinə əsasən intizam tənbehi verilməsi qərara alınmışdır. Elə burada hörmətli vəkilin bu əldə etdiyi "Qərar" la bağlı iddiası öz mənasını itirir ki, Məcəllənin 62.4 maddəsində birbaşa göstərilir ki, işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işgötürən bu Məcəllənin 186-cı mədəsində nəzərdə tutulan intizam tənbehlərindən birini tətbiq edə bilər ki burada da Məcəllə ona verilən bu müstəsna hüquqlardan onu mərhum etmir və işəgötürən haqlı və əsaslı olaraq daxili araşdırmaların dürüstlüyünə və obyektivliyinə tam əsaslanmaqla bu Məcəllənin 11 maddəsinin b bəndinin verdiyi səlahiyyətlərdən istifadə edərək, iddiaçıya Əmək Məcəlləsinin 186.2 ç bəndinə əsaslanan intizam tənbehi tətbiq etməklə 72-ci maddənin bəndinə həmin Məcəllənin 70.ç maddəsi ilə işdən azad etmişdir. Burda Əmək Məcəlləsinin 62.4 maddəsi işəgötürənə müstəsna hüquq və daxili imkanlar verir o mənada ki, əməl mümkündür ki hər hansı təhqiqat və ya istintaq ediləndə nəticə etibarilə işəgötürəni obyektiv və şəffafflığın qorunmaması baxımından qane etməsin. Elə Polis şöbəsinin məlum qərarı artıq özünü bu misalda göstərdi ki Əmək məcəlləsinin bu norması bu tipli hadisələr üçün qanunyaradan mütəxəssislər tərəfindən düzgün olaraq məcəlləyə bu formada daxil edilmişdir. Həmkarlar məsələsinə gəlincə HİK Rəyasət Heyəti tam müstəqil bir təşkilat olduğundan həmkarların üzvü büroya məcbur edə bilməz ki, onun və ya digərləri haqda olan məsələyə onların iştirakı ilə baxılmalıdır. Baxmayaraq ki, HİK -nə iddiaşının heç bir müraciəti daxil olmayıb. Digər iki şəxs haqqında da eyni sənədlər təqdim edildiyindən onlar Büro üzvlərinə onların səhlənkarlığı olduğunu və birinin 44 günlük vətən müharibəsində iştirakını və digərinin də ailəsində ağır xəstə olduğunu bildirərək onlara az ağır intizam cəzası verilməsi məqsədilə müraciət etmişlər. Baxmayaraq ki büro hər üç nəfərin ciddi cəzalanmasının tərəfində olmuş və işəgötürənə onların belə cəzalanmalarına etiraz etməmişlər və razılıqlarını bildirmişlər sonradan İşəgötürən büro tərəfindən verilmiş təkliflərə qiymət vermiş və baxmayaraq ki onların hər ikisi tərəflərindən özlərinin də izaahatlarında qeyd etdikləri kimi törətdikləri kobud əmək münasibətlərinin pozulmasına yol verdiklərini anlamış və səhvlərini başa düşmüşlər deyə işəgötürən öz səlahiyyətindən və daxili inamından istifadə etməklə hər iki şəxsi də kifayət qədər ciddi olan məcəllənin 186.2.b)bəndi-sonuncu xəbərdarlıqla şiddətli töhmətlə cəzalandırmışdır. Amma İddiaçı ümumiyyətlə hər bir şeyə etiraz edərək (HİK-nə gedin nə edirsiniz edin, Baş Menecerə müxtəlif ismarıc göndərməklə və sair deməklə) intizam cəzasının yüngülləşdirilməsi ilə əlaqədar nə işəgötürənə, nə də ki, HİK-nə heç bir müraciət etmək arzusunda olmamışdır. Bir qayda olaraq HİK-i və onun Bürosu həmkarlar üzvü olan şəxs haqqında məsələyə onun iştirakı olmadan (bu məsələdə işəgötürən tərəfindən təqdim olunmuş sübutlar və sənədlərdə hansısa çatışmamazlıqlar olduğu təqdirdə işçinin iştirakı Büronun tələbi ilə mümkün ola bilərdi) işəgötürən tərəfindən təqdim olunmuş məktuba əlavə olunmuş sübut nümunələri əsasında da baxa bilmək səlahiyyətinə malikdir. İşəgötürənin təqdimatına baxılarkən, məsələsinə baxılan şəxsin HİK büro iclasında iştirakının məcburiliyi haqda Əmək Məcəlləsinin müvafiq (80.2) maddəsində, nə də ki Kollektiv Müqavilənin tələblərində hər hansı bir düzünə göstəriş yoxdur. Qanunsuz əməl aşkar olunduqdan dərhal sonra müvafiq məsul şəxslərdən ibarət araşdırma komissiyası yaranmış və daxili təhqiqat işlərinə başlamışlar. Lakin İddiaçı komissiyanın çağırışlarına əməl etməmiş, izahat verməkdən imtina etmiş və hətta komissiya üzvlərini və baş menecer haqqında müxtəlif xoşagəlməz ifadələr işlətmişdir. Sual olunur-nəyə görə bütün bu işdə əlaqədar olan şəxslərin hamısı gəlib həm təhqiqata köməklik edilməsi baxımından həm də şirkətin daxili nizam intizam və əmək müqaviləsi öhdəlikləri baxımından heç bir təqib təzyiq edilmədən öz fikir və izahatlarını bu barədə bildiklərini deyir və yazırlar amma bu şəxs nə səbəbdən izahat vermək istəmir? Bu komissiya üzvləri tərəfindən imzalarla protokollaşdırılıbdir.Və sonradan kiminsə təsiri ilə gəlib niyə görəsə izahat verir. Bunu necə başa düşə bilərik? əgər günahkar deyilsənsə nə üçün bu hərəkətləri edirdin? Nədən gizlənirdin? Öz məqsədləri üçün çəkməmişdirsə əgər o borunun içərisi ilə kabel çəkilməli idisə haradadır bəs o kabel? Niyə qaz xətti kimi istifadə olunan həmin borunun içindən aşkar olunan vaxt kamera üçün kabel çıxmamışdır? Ümumiyyətlə məhkəməyə də təqdim edilən podrat müqaviləsində həmin kamera quraşdırma işləri tamamilə başqa Şirkət tərəfindən həyata keçirilmiş və tam başa çatdırılmışdır və NVS -in heç bir işçisindən yararlanmadan. Əmrin tərtibi məsələsində heç bir prosesual pozuntu yoxdur. Əmr giriş, təsviri, əsaslandırıcı və qərar hisələri əmək məcəlləsinin normalarına uyğun olaraq tərtib olunubdur və qanunidir. Nəticədə yenə də işəgötürən heç bir qanun pozuntusuna yol verməmiş əmək qanunvericiliyin, onun özünün şəxsən imzaladığı əmək müqaviləsinin şərt və tələblərinə əsasən və daxili normativ akt olan yerli kadrlar haqqında əsasnaməyə istinadən qanuni olaraq İddiaçı işdən azad etmişdir. ƏƏSMN yanında X9 və digər orqanlara şikayətlər ünvanlamışdır. Bu müraciət şikayətlər həmin orqanlarda araşdırılması aparılmış məsələlər öyrənilmiş və obyektiv olaraq İddiaçı hər hansı bir iddiasının və ya şikayətinin əsasının olması,həmin orqanlarda öz sübutunu tapmamışdır. Məlumdur ki, Əmək Müfəttişliyi əmək qanunvericiliyinin pozulmasına araşdırmada rast gəlsəydi indi həmin cavab məhkəməyə təqdim olunardı. Həmkarlar İttifaqı da həmkarlara aid olan proseduraları digər sahələrdən daha düzgün araşdırıb qiymətləndirirlər. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2001-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Beydulla oğlu "xxxx" şirkətində mexanik vəzifəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" şirkətinin xx.xx.2023-cü il tarixli, HR 1058 saylı “İşçinin işdən kənar edilməsi haqqında” əmrindən görünür ki, Əli X4 Oyl Əməliyyat şirkətinə məxsus NYM sexindən elektrik talama hadisəsində şübhəli bilinən və bu faktla bağlı müvafiq istintaq orqanına şikayət ərizəsi ilə müraciət edilərək Prokurorluqda araşdırma aparıldığından, Azərbaycan Respublikası Əmək məcəlləsinin 72 maddəsinin c) və f) bəndinin tələblərinin kobud surətdə pozduqlarından, ilkin ehtimallara görə bu işdə cavabdeh və məsul şəxslər olan X17 böyük mexaniki İddiaçı Beydulla oğlu və əvəllər həmin NVM sahənin rəisi işləmiş, hazırda informasiya hesabat şöbəsinin rəis müavini X1 təhqiqat və Prokurorluq Orqanında aparılan araşdırmalar yekunlaşana və müvafiq qərar qəbul edilənədək işdən kənar edilməsi və onlara işdən kənarlaşdırılan günlər üçün əmək haqqı ödənilməməsi bildirilir. Bu işlə əlaqədar prokurorluqda aparılan icraat prosesinin gedişi ilə bağlı məsələlər və prosesə köməklik göstərilməsi (iş ilə bağlı müvafiq sənədlər təqdim edilməsi və sair) H.Dünyamalıyevə (Hüquq məsələləri üzrə Baş menecerinin müavini) və Gülgün Eminbəyli (İR şöbəsinin rəisi) həvalə edilsin. Daxili təhqiqat və Prokurorluq araşdırmaları bitdiyi və müvafiq qərar qəbul edilən vaxt və istintaqın gəldiyi nəticələrə uyğun olaraq məsələyə münasibət bildirilməsi üçün Saylan Oyl Limited ƏŞ HİKna müraciət edilsin. Bu əmr xx.xx.2023-cü ildən qüvvəyə minir və əmrə nəzarəti öz üzərimdə saxlayıram. İş materiallarına əlavə edilmiş 30 mart 2023-cü il tarixli, HR/1063 nömrəli “Əmək müqaviləsinin xitam verilməsi barədə” əmrindən görünür ki, X17 böyük mexaniki İddiaçı (TN 20197) ilə bağlanmış əmək müqaviləsinə 30 mart 2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları ) əsasən xitam verilsin. Əmrin icrası İnsan Resursları üzrə X14, ona nəzarət isə Hüquq meneceri Hafiz Dünyamalıyevə həvalə edilsin. İşçi ilə son haqq-hesabların aparılması Maliyyə Departamentinə tapşırılsın. İş materiallarına olan Salyan Oyl İTD Şirkətinin HİK-nin İclasının 17 mart 2023-cü il tarixli, 49 nömrəli protokulundan görünür ki, X12 həqiqətən bu qanunsuz əməli törətdiyi tam təsdiq olunduğundan Əmək məcəlləsinin 70.(72,c,e, bəndlərində olan əməlləri törətməsi) maddəsi ilə əmək vəzifələrinin kobud şəkildə pozulması əsasında işəgötürən tərəfdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə, X7 həqiqətən bu qanunsuz əməli törətdiyi tam təsdiq olunduğundan Əmək məcəlləsinin 70.(72,c,e, bəndlərində olan əməlləri törətməsi) maddəsi ilə əmək vəzifələrinin kobud şəkildə pozulması əsasında işəgötürən tərəfdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və X15 Büro üzvlərinin həqiqətən bu qanunsuz əməli törətdiyi tam təsdiq olunduğundan Əmək məcəlləsinin 70.(72,c,e, bəndlərində olan əməlləri törətməsi) maddəsi ilə əmək vəzifələrinin kobud şəkildə pozulması əsasında işəgötürən tərəfdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etmirik.Büro üzvlərinin Baş Menecer Hörmətli Ramil Əsgərovdan aşağıdakı məsələlərlə bağlı xahişinə əsasən X3 34 ildir bu şirkətdə çalışdığını və onun həyat yoldaşının ürək xəstəsi (açıq ürək əməliyyatı) olmağını imkan dairəsində nəzərə almağınızı və bundan daha yüngül cəza verilməsini, X8 Müharibə veteranı olmasını imkan dairəsində nəzərə almağınızı və bundan daha yüngül cəza verilməsini xahiş edirik. İş materiallarına əlavə edilmiş xx.xx.2023 cü tarixli, İ/23 saylı əmrindən görünür ki, Komissiya sədri Vahid İmanov və Komissiya üzvləri Elşan Tağızadə, Hüseynağa Ağalarov, Kamran Manafov, Fuad Balayev, Elşən Cəfərov, Hüseyn Həsənov tərkibində X20 şirkətinin Kirovdağ sahəsində qanunsuz işıq qoşulması (oğurluq) hallarının qarşısının alınması ilə əlaqədar araşdırma aparmaq üçün komissiya təşkil edilsin. İş materiallarənda olan xx.xx.2023 cü il tarixli aktdan görünür ki, X20 şirkətinin Kirovdağ sahəsində mövcud olan qaz təhcizatı xəttinə qoşulmuş qanunsuz qaz xətləri, xx.xx.2023-cü il tarixində ləğv edildikdən sonra sutkalıq qaz sərfiyyatı təqribi olaraq 1500 metr/kub azalmışdır. Yəni sutka ərzində təxmini olaraq 1500 metr/kub qaz itkisi baş vermişdir. İstilik xanaların mövsümü işləməsini nəzərə alsaq, 6 ay ərzində təqribən 270.000 metr/kub qaz itkisi baş vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktından görünür ki, Kirovdağ sahəsində yoxlama apararkən traktorla qazıntı zamanı UDO-3m peçindən yaxınlığındakı istixana istiqamətində çəkilmiş və basdırılmış təxminən 75 m kauçuk boru komissiya tərəfindən aşkarlandı. Qoşulu olmasada bu qanunsuz qoşulma yaxın günlərdə ayrılmasını komissiya müyyən etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktından görünür ki, Kirovdağ sahəsinin inzibati binasının anbarlar olan hissəsində tapılan şübhəli kauçuk şlankı aşkarlamaq üçün komissiya şəklində pol söküldü və qoşulu olmasa da (təzə ayrılıb) yalnız açarı İddiaçı olan otaqda sonu aşkarlandı. Komissiyanın rəyinə görə təzə ayrılması nəticəsinə gəlindi. Videoçəkilişlər var. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Salyan Oyl şirkətinin əmtə operatoru Səmədov İsrailin izahatından görünür ki, sözü gedən qanunsuz qaz qoşqusundan xəbəri yoxdur amma bu işlə məşğul olan müdiriyyət özüdür və keçən il qışda labaatoriya binasında Əlinin iş otağında oğurluq gedən qaz xəttini tapdıq, rəhbərimiz Vüqar Balayevə məlumat verdik. Bu işin üstü açılsada yenə xətt kəsilmədi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" şirkətinin xx.xx.2023-cü il tarixli, HR 1058 saylı əmri ilə İddiaçı Beydulla oğlu işdən kənar edilmiş və 30 mart 2023-cü il tarixli, HR/1063 nömrəli əmr ilə X17 böyük mexaniki İddiaçı (TN 20197) ilə bağlanmış əmək müqaviləsinə 30 mart 2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları ) əsasən işdən azad edilmişdir. Əsas: daxili təhqiqatın aparılması üçün yaradılmış komissiyanın əldə etdiyi sübutedici izahatlar və aktları, rəy və həmin rəyə uyğun olaraq Şirkətin menecer heyətinin rəyə münasibətini bildirən protokolu, Həmkarlar İttifaqı Komitəsi büro üzvlərinin hadisəyə və onu törətmiş işçiyə münasibətini əks etdirən iclas protokolundan çıxarış qeyd edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı həmin əmrlərin etibarsız hesab edilərək ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və əmək haqqının ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsi həmin əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294- cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296-cı mddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 35.1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmişdir. Onlardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Göründüyü kimi, qanunverici adı çəkilən normada işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarını göstərmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, sözügedən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə qeyd edilən halların işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. Məhkəmə göstərilən halların İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün kifayət etdiyini nəzərə alaraq hesab edir ki, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunduğundan iddia tələbinin əmrin etibarsız hesab edilərək ləğv edilməsi hissəsi əsassızdır və təmin edilə bilməz. Bununla yanaşı, iddianın işə bərpa edilmə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və.s. hissəsi əmrin ləğv edilməsi tələbindən irəli gəldiyindən bu tələblər də əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1214/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1214/2023
25.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver