Məhkəmə qərarları › İş №e-2(009)-1217/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1217/2025

07.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1217/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı – cavabdehlər X3 və digərlərinə qarşı “attestasiya komissiyasının qərarının ləğvi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı – cavabdehlər X3 və digərlərinə qarşı “attestasiya komissiyasının qərarının ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməyərək verildiyi üçün və elektron ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddai ərizəsi geri qaytarılır. İş materiallarına əlavə edilmiş AR-İİİ 486945 saylı etibarnamədən görünür ki, İddiaçı, Nümayəndə etibarnamə vermişdir. AR MPM-nin - 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. - 19.3-cü maddəsinə qeyd olaraq göstərilmişdir ki, Bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Lakin elektron iddia ərizəsinə Nümayəndə İddiaçı yaxın qohumu olmasını təsdiq edən hər hansı bir sübut əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, “AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi” çıxarışdan görünür ki, cavabdeh X1 qeydiyyatda olduğu ünvan ünvan 1 Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinə aiddir. “AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi” çıxarışdan görünür ki, cavabdeh X2 qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr, 31,76 olmaqla Bakı şəhəri Yasamal rayonunun inzibati ərazisinə aiddir. “AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi” ilə edilmiş sorğular nəticəsində müəyyən olunmuşdur ki, digər cavabdehlər adı ilə qeyd olunan “X6, X4 və X5” eyni adlı bir neçə şəxs elektron məhkəmə informasiya sistmində müəyyən olunur. Buna görə də həmin cavabdehlərin qeydiyyat ünvanlarını əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, iddai ərizəsi geri qaytarılır. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4.-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması üzrə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı – cavabdehlər X3 və digərlərinə qarşı “attestasiya komissiyasının qərarının ləğvi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə, yaxud Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar