Məhkəmə qərarları › İş №e-2(009)-1220/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1220/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1220/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı ASC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 211.46 ABŞ dolları əsas borc və 0.00 ABŞ dolları faiz borcu olmaqla, cəmi 211.46 ABŞ dolları məbləğində pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqaviləyə əsasən cavabdehə debet (X1) kartı verilmişdir. Cavabdeh “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqaviləsi əsasında yaradılmış **********27864701 saylı kart hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin xx.xx.2013-ci il tarixdə yaranan texniki xəta səbəbindən həmin vaxt qeyd olunan kart hesabında 148.18 ABŞ dolları məbləğində pul vəsaiti olduğu təqdirdə o, həmin hesabdan 206.7 ABŞ dolları məbləğində pul vəsaiti istifadə etdiyindən onun hesabında 58.52 ABŞ dolları məbləğində kəsir (overdraft) yaranmışdır. Bundan sonra o xx.xx.2013-ci il tarixdə həmin hesabdan banka məxsus 152.94 ABŞ dolları məbləğində pul vəsaitinı də, istifadə etmişdir. Nəticədə onun hesabında (58.52 + 152.94 = 211.46) 211.46 ABŞ dolları məbləğində overdraft yaranmışdır. Bununla da Cavabdeh tərəfindən banka məxsus 211.46 ABŞ dolları məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində cəhd edilmiş, lakin banka məxsus 211.46 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 211.46 ABŞ dolları məbləğində əsas, 0.00 manat məbləğində faiz olmaqla, cəmi 211.46 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqaviləyə əsasən cavabdehə debet (X1) kartı verilmişdir. Cavabdeh “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqaviləsi əsasında yaradılmış **********27864701 saylı kart hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin xx.xx.2013-ci il tarixdə yaranan texniki xəta səbəbindən həmin vaxt qeyd olunan kart hesabında 148.18 ABŞ dolları məbləğində pul vəsaiti olduğu təqdirdə o, həmin hesabdan 206.7 ABŞ dolları məbləğində pul vəsaiti istifadə etdiyindən onun hesabında 58.52 ABŞ dolları məbləğində kəsir (overdraft) yaranmışdır. Bundan sonra o xx.xx.2013-ci il tarixdə həmin hesabdan banka məxsus 152.94 ABŞ dolları məbləğində pul vəsaitinı də, istifadə etmişdir. Nəticədə onun hesabında (58.52 + 152.94 = 211.46) 211.46 ABŞ dolları məbləğində overdraft yaranmışdır. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində cəhd edilmiş, lakin banka məxsus 211.46 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 211.46 ABŞ dolları məbləğində əsas borcu yaranmışdır. Mülki Məcəllənin 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. “Bank Xidmətlərinn göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin əsas anlayışlar bəndinin 1.95-ci bəndinə əsasən, Texniki (icazə verilməmiş) overdraft- tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, Kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılmasıdır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqaviləyə əsasən cavabdehə debet (X1) kartı verilmişdir. Lakin xx.xx.2013-ci il tarixdə yaranan texniki xəta səbəbindən həmin vaxt qeyd olunan kart hesabında 148.18 ABŞ dolları məbləğində pul vəsaiti olduğu təqdirdə o, həmin hesabdan 206.7 ABŞ dolları məbləğində pul vəsaiti istifadə etdiyindən onun hesabında 58.52 ABŞ dolları məbləğində kəsir (overdraft) yaranmış, bundan sonra cavabdeh xx.xx.2013-ci il tarixdə həmin hesabdan banka məxsus 152.94 ABŞ dolları məbləğində pul vəsaitinı də, istifadə etmişdir. Nəticədə onun hesabında (58.52 + 152.94 = 211.46) 211.46 ABŞ dolları məbləğində overdraft yaranmışdır. və bu səbəbdən İddiaçı ASC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı ASC-nin məhkəmə qaydasında Cavabdeh 211.46 ABŞ dolları məbləğində əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz bir manat sıfır bir qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 211.46 (iki yüz on bir dollar qırx altı sent) ABŞ dolları əsas borc (ödəniş gününə qüvvədə olan məzənnəyə uyğun Azərbaycan Respublikası manatı ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 211.46 (iki yüz on bir dollar qırx altı sent) ABŞ dolları əsas borc (ödəniş gününə qüvvədə olan məzənnəyə uyğun Azərbaycan Respublikası manatı ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar