Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1228/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X12 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 1 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Bakı şəhəri 1 saylı Notariat Ofisinə və Cavabdeh2 ASCyə qarşı “icra qeydinin ləğvi” barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, 29 fevral 2024-cü il tarixli, 8i-9660 nömrəli və 29 fevral 2024-cü il tarixli 8i-9659 nömrəli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 29 fevral 2024-cü il tarixli, 8İ-9660 nömrəli icra qeydində qeyd edilmişdir: Mən,Bakı Şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X2 təklif edirəm ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan,AZ1095,ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin (VÖEN:**********) tələbi ilə borc alan AZ1001, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC (VÖEN:**********),ipoteka qoyan- ünvan 3 ünvanında qeydiyyatda olan X5(AZE15164864 , xx.xx.2018- Asan1;FİN:0ZQRR6K;d/t:xx.xx.1977)məxsus ipoteka predmeti olanBakı şəhəri, Nəsimi rayonu, Azadlıq Prospekti, Ev 97, Mənzi 48 ünvanındayerləşən, ümumi sahəsi 100.4 kv.m olan mənzilə əmlaka tutma yönəldilsin. (Öhdəliyimüəyyən edən: xx.xx.2020-ci il tarixli ,3M- 868 reyestr nömrəli ipoteka müqaviləsi və **********1545802KXL kredit limitimüqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 1000000.00 AZN əsas borc , 861.11 AZN faiz borcu olmaqla cəmi tutulmalıməbləğ 1000861.11 AZN təşkiledir.). 29 fevral 2024-cü il tarixli, 8İ-9659 nömrəli icra qeydində qeyd edilmişdir: Mən, Bakı şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X2 təklif edirəm ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- AZ1095, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, XƏQANİ, ev 21 ünvanında yerləşən "xxxx"AÇİQ SƏHMDAR CƏMİYYƏTİNİN /VÖEN:**********/ tələbi ilə borcalan- AZ1001, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, MEHDİ HÜSEYN, ev 59 ünvanında yerləşən "xxxx" MƏHDUD MƏSULİYYƏTLİCƏMİYYƏTİ /VÖEN:**********, ipoteka qoyan - BAKİ, YASAMAL, H.HACİYEV KÜÇ, EV 42 , MƏN 17 ünvanında qeydiyyatda olan X11 QİZİNDAN (AZE16338999, xx.xx.2016 - Asan3-2; FİN: 3LRQP6R; d/t: xx.xx.1977) məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, ev 2, mənzil 32 yeni qaydalarla : AZ 1001, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 106.6 kv.m olan mənzilə və Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, ev 2, mənzil 31 yeni qaydalarla: AZ 1001, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 201.8 kv.m olan mənzilə əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən : xx.xx.2020-ci il tarixli, 3M-1693 reyestr nömrəli ipoteka müqaviləsi, xx.xx.2020-ci il tarixli, 3M-1694 reyestr nömrəli ipoteka müqaviləsi və 40100820- 191545802KXL kredit limiti müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 1000000.00 AZN əsas borc, 861.11 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 1000861.11 AZN təşkiledir.). Belə ki,"xxxx"MMC ilə BANL RESPUBLİKA arasında bağlanmış 40100820- 191545802KXL kredit limiti müqaviləsinə kredit verilmişdir. Verilmiş kredit "xxxx"tərəfindən bugünədək müqavilə üzrə nəzərdə tutulmuş faizlər təqdim edilmiş cədvəl üzrə hər ay vatında tam olaraq ödənimişdir. Həmçinin "xxxx"” MMC götürülmüş pul vəsaitini müqavilənin təyinatı üzrə istifadə edilmişdir. Bakı şəhəri 1 saylı notariat ofisi tərəfidən verilmiş, “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xx.xx.2024-cü il tarixli icra qeydinin verilməsi tam olaraq qanunsuz və əsassızdır, ona görə də ləğv edilməsi hal-hazırda məhkəmə qaydasında mübahisələndirilir. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, 29 fevral 2020-cü il tarxi, 8İ-9660 və 8İ-9659 nömrəli icra qeydləri qanunvericiliyin tələblərinə riayət edilməklə çıxarılmadığından və qalan kredit borcunda tələbkarın qeyd etdiyi faizi artıq hesablanmaqla tələb edildiyindən iş məhkəmə zamanı çəkişmə prinsiplərinin tələbləri gözlənilməklə həlledilməlidir.Həmçinin tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin formasıAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimiəlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansışübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Lakin, qeyd edilən icra qeydlərinin aparılacağına dair bildiriş bizə göndərilməmişdir. Belə ki, qeyd edilən qanunun tələbinə görə borc verən, yəni Cavabdeh2 ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmiş bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün birbaşa notariat ofisinə müraciət etmişdir. Həmçinin, notariat ofisi tərəfindən təqdim edilən materiallardan görünür ki, Cavabdeh2 ASC notariat ofisinə müraciət etməzdən əvvəl iddiaçıya qeyd olunan məzmunda bildirişin göndərilməsini və həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutları mövcud deyildir. Bu səbəblə hesab edirlər ki, Bakı şəhəri 1 saylı Notariat Ofisində tərəflər arasında xx.xx.2020-ci il tarixli 3M-868 saylı ipoteka müqaviləsi üzrə icra qeydi qanuna zidd formada aparılmaqla,“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cımaddəsinin tələbləri pozulmuşdur. Həmçinin iddia tərəfi olaraq iş üzrə təqdim edilmiş kredit məbləği, onun faizi üzrə tələbkarın artıq tələb etmələri olduğundan onların bu hərəkətlə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: razılaşmaqları mümkün deyildir. Bakı şəhəri 1 saylı Notariat Ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı iddiaçının məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi Cavabdeh2 ASC`dən tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cımaddəsinin tələblərinə əməl etməmişdir. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, İddiaçı MMC xx.xx.2020-ci il tarixli kredit limiti müqaviləsinə və həmin müqavilə çərçivəsində imzalanmış xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən bankdan X1 vəsaiti hesabına illik 5 % ödəmək və 96 ay müddətinə qaytarmaq şərtilə aldığı ******* manat krediti təyinatına uyğun istifadə etmədiyi üçün kredit limiti müqaviləsinin 3.1 bəndinin “d” yarımbəndinə əsasən həmin müqavilə xx.xx.2023-cü ildə vaxtından əvvəl birtərəfli qaydada ləğv olunub və kreditin ödəniş gününə faizi ilə birlikdə 3 gün ərzində banka qaytarılması tələb edilib. Borcalan bu tələbi yerinə yetirmədiyi üçün bankın müraciətinə əsasən Bakı şəhəri 1 saylı Notariat ofisi tərəfindən xx.xx.2024-cü ildə həmin kreditin təminatı kimi ipoteka qoyulmuş mənzillərə tutma yönəldilməsi barədə 8İ-9659 və 9660 reyestr №-li icra qeydləri aparılmışdır. Kreditin təyinatı üzrə istifadə olunduğu barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Belə ki, X1 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, monitorinq nəticəsində iddiaçıya verilmiş güzəştli kreditin təyinatına uyğun istifadə olunmadığı müəyyən edilib və istifadə olunmayan ******* manat kreditin və onun faizlərinin geri qaytarılması bankdan tələb olunub. “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Qanun ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Bank xx.xx.2024-cü ildə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi və icra qeydinin aparılacağı barədə bildirişi borcalanın hüquqi ünvana və ipoteka qoyanların qeydiyyatda olduğu ünvanlara sifarişli poçtla göndərmişdir. Bu halda həmin poçt göndərişi onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2024-cü ildə ipoteka qoyana təqdim olunmuş sayılır. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsində ipoteka saxlayanın üzərinə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi ipoteka qoyanın ünvanına sifarişli poçt göndərişi (məktubu) ilə və elektron üsulla yalnız göndərmək vəzifəsi qoyulur. İstinad olunan normada bildirişi ipoteka qoyana şəxsən çatdırmaq tələbi yoxdur. Bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə ipoteka qoyanın ünvanına göndərildiyini təsdiq edən poçt sənədi həmin bildirişin ipoteka qoyana təqdim olunduğunu təsdiq edən sübutdur. Qanunverici məhz bu məntiqdən irəli gələrək müəyyən edir ki, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutma yönəldilməsi haqqında və icra qeydinin aparılacağı barədə bildirişlər icra qeydinin aparılmasında 28 gün əvvəl borcalana və ipoteka qoyanlara göndərilib və bu barədə müvafiq poçt sənədləri notariusa təqdim olunub. Odur ki, iddiaçının bildirişlərin ona göndərilməməsi barədə dəlili də əsassızdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Cavabdeh2 ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit limiti müqaviləsinin surətindən görünür ki, bank MMC-yə 5.000.000 manat məbləğində 120 ay müddətinə kredit limiti ayırır. Cavabdeh2 ASC (ipoteka saxlayan) ilə X6 (ipoteka qoyan) və İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixli kredit limiti müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Həsən Abdullayev küçəsində yerləşən 2 nömrəli evin 31 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 ASC (ipoteka saxlayan) ilə X10 (ipoteka qoyan) və İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixli kredit limiti müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,199 ha torpaq sahəsində yerləşən 97 nömrəli, 3 mərtəbəli binada 3 otaqlı 48 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri 1 saylı Notariat Ofisinin notariusu X2 tərəfindən verilmiş 29 fevral 2024-cü il tarixli 8i-9659 nömrəli icra qeydinin surətində qeyd olunur ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- AZ1095, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, XƏQANİ, ev 21 ünvanında yerləşən Cavabdeh2 /VÖEN:**********/ tələbi ilə borc alan- AZ1001, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, MEHDİ HÜSEYN, ev 59 ünvanında yerləşən İddiaçı /VÖEN:**********, ipoteka qoyan - BAKİ, YASAMAL, H.HACİYEV KÜÇ, EV 42 , MƏN 17 ünvanında qeydiyyatda olan X11 QİZİNDAN (AZE16338999, xx.xx.2016 - Asan3-2; FİN: 3LRQP6R; d/t: xx.xx.1977) məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, ev 2, mənzil 32 yeni qaydalarla : AZ 1001, ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 106.6 kv.m olan mənzilə və Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, ev 2, mənzil 31 yeni qaydalarla: AZ 1001, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 201.8 kv.m olan mənzilə əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən : xx.xx.2020-ci il tarixli, 3M- 1693 reyestr nömrəli ipoteka müqaviləsi, xx.xx.2020-ci il tarixli, 3M-1694 reyestr nömrəli ipoteka müqaviləsi və 40100***-*******02KXL kredit limiti müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 1000000.00 AZN əsas borc, 861.11 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 1000861.11 AZN təşkil edir.) Bakı şəhəri 1 saylı Notariat Ofisinin notariusu X2 tərəfindən verilmiş 29 fevral 2024-cü il tarixli 8i-9660 nömrəli icra qeydinin surətində qeyd olunur ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- AZ1095, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, XƏQANİ, ev 21 ünvanında yerləşən Cavabdeh2 /VÖEN:**********/ tələbi ilə borc alan - AZ1001, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, MEHDİ HÜSEYN, ev 59 ünvanında yerləşən İddiaçı /VÖEN:**********/, ipoteka qoyan - BAKİ, NƏSİMİ, AZADLİQ PR, EV 97, MƏN 48 ünvanında qeydiyyatda olan ŞİRİNOV ELŞAD AYDİN OĞLUNDAN (AZE15164864, xx.xx.2018 - Asan1; FİN: 0ZQRR6K; d/t: xx.xx.1977) məxsus ipoteka predmeti olan ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 100.4 kv.m olan mənzilə əmlaka tutma yönəldilsin.(Öhdəliyi müəyyən edən: xx.xx.2020-ci il tarixli, 3M- 868 reyestr nömrəli ipoteka müqaviləsi və 40100820- 191545802KXL kredit limiti müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 1000000.00 AZN əsas borc, 861.11 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 1000861.11 AZN təşkil edir.) AR İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının X1 Cavabdeh2 ASC-yə ünvanladığı 24 noyabr 2023-cü il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası X1 əməkdaşları tərəfindən Cavabdeh2 ASC-nin sahibkarlıq subyekti üzrə aparılmış monitorinq nəticəsində güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bank Respublika” ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit limiti müqaviləsinə əsasən MMC-yə bank tərəfindən 5.000.000 manat məbləğində 120 ay müddətinə kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq xx.xx.2020 və xx.xx.2020-ci il tarixli ipoteka müqavilələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Həsən Abdullayev küçəsində yerləşən 2 nömrəli evin 31 nömrəli mənzili və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində istifadədə olan 0,199 ha torpaq sahəsində yerləşən 97 nömrəli, 3 mərtəbəli binada 3 otaqlı 48 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu məktubla Cavabdeh2 ASC-yə müraciət edərək, Fondun əməkdaşları tərəfindən Cavabdeh2 ASC-nin sahibkarlıq subyekti üzrə aparılmış monitorinq nəticəsində güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilmədiyinin müəyyən olunduğunu bildirmişdir. Bundan sonra bank tərəfindən İddiaçı MMC-yə müraciət olunmuş və 10 avqust 2020-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində verilmiş kreditin ödəniş gününə hesablanan faizlərlə birlikdə banka ödənilməsi xahiş olunmuşdur. Borclu bu tələbi yerinə yetirmədiyi üçün bankın müraciəti əsasında Bakı şəhəri 1 saylı Notariat ofisi tərəfindən kreditin təminatı kimi ipoteka qoyulmuş mənzillərə tutma yönəldilməsi barədə icra qeydləri aparılmışdır. İddiaçı hazırda sözügedən icra qeydlərinin ləğvi üçün məhkəməyə müraciət etmiş və iddiasının əsas kimi borc məbləğinin düzgün hesablanmadığını və ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutma yönəldiləcəyi barəsində ipoteka qoyanın və borclunun lazımi qaydada məlumatlandırılmamasını göstərmişdir. “Notariat hqqında” Qanunun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 №-li qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1–1- ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Qanunun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Siyahının 1–1-ci bəndində göstərilən sənədlər notariusa təqdim olunursa, bu, haqqında icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir və digər şəxslərin borcun mübahisəli olub-olmamasına dair subyektiv münasibətindən asılı olmayaraq icra qeydinin aparılması üçün əsasdır. İcra qeydinin aparılması üçün notariusa təqdim olunan sənədlərdən görünür ki: 1) tərəflər arasında notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsi bağlanıb; 2) həmin müqavilə (bankın ipoteka hüququ) daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində qeydə alınıb; 3) “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər sifarişli məktubla borcalana və ipoteka qoyanlara göndərilib; 4) həmin bildirişlər müvafiq dövlət reyestrində qeydə alınıb. “İpoteka haqqında” Qanunun: 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Məhkəmə istinad olunan qanunvericilik normalarına və iş materiallarında olan sübutlara əsasən hesab edir ki, iddia ərizəsinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan Cavabdeh2 ASC tərəfindən borclu İddiaçı MMC-yə, ipoteka qoyan X4 və X7 ünvanlanmış 01 fevral 2024-cü il tarixli bildirişdə borcun 21 gün müddət ərzində ödənilmədiyi halda tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı qeyd olunmuşdur. Poçt qəbzinin surətindən görünür ki, sözügedən bildiriş 05 fevral 2024-cü il tarixdə İddiaçı MMC-nin nümayəndəsi tərəfindən qəbul edilmişdir. Bundan sonra Cavabdeh2 ASC tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, ipoteka predmeti olmuş mənzillərə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuş və 13 fevral 2024-cü il tarixdə sözügedən bildirişlər qeydə alınmışdır. Qanunvericiliyin tələbinə əsasən notarius yalnız tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlərin mövcudluğu halında icra qeydi verir. Bank tərəfindən notariusa kredit və ipoteka müqavilələri, habelə borclunun borcunu əks etdirən arayış notariusa təqdim edilmiş və notarius tərəflər arasında olan borcun mübahisəsizliyi nəticəsinə gələrək icra qeydi vermişdir. Eyni zamanda notariat haqqında qanunvericiliyin tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Cavabdeh bank tərəfindən təqdim olunmuş sənədlərlə sübut olunur ki, bank 01 fevral 2024-cü il tarixdə ipoteka predmetinə tutma yönəldiləcəyinə dair notariusa müraciət olunacağı ilə bağlı borcluya bildiriş göndərmiş, borclu isə 05 fevral 2024-cü il tarixdə bildirişi qəbul etmişdir. Digər borclulara münasibətdə isə məhkəmə qeyd edir ki, bank tərəfindən 01 fevral 2024-cü il tarixdə göndərilmiş bildirişlər ipoteka qoyanlar tərəfindən qəbul edilməməsinə baxmayaraq, qanunvericiliyin tələbinə əsasən təqdim olunmuş sayılır. Belə ki, qanunun tələbinə əsasən rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Bildirişin 01 fevral 2024-cü il tarixdə poçta təqdim edildiyi nəzərə alınaraq, ən geci 06 fevral 2024-cü il tarixdə təqdim edilmiş hesab olunmalı olunduğu nəticəsinə gəlmək olur. İcra qeydinin 29 fevral 2024-cü il tarixdə verildiyini əsas götürərək məhkəmə qeyd edir ki, tələbkar qanunvericiliyin bu məsələ ilə bağlı müəyyən etdiyi 20 günlük müddəti gözləmişdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia ərizəsi onun dəlillərinə dair iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilmədiyi səbəbindən əsassız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər Bakı şəhəri 1 saylı Notariat Ofisinə və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğvi” barədə iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1228/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1228/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver