Məhkəmə qərarları › İş №e-2(009)-1246/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1246/2022

15.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1246/2022 15.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və vəkili (nümayəndəsi) Vəkil1 Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılmaya dair» iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılmaya dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından Cavabdeh uşaqları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 0.021920 ha - sahəsində yerləşən əvvəllər hamam kimi istifadə olunmuş, sonradan həmən hamamı təmir etdirib 1 otaqlı evə çevirib müvəqqəti yaşamaları üçün qardaşına vermişdir. 2013-cü ildə qardaşı X4 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh uşaqları ilə bilrlikdə başqa yerə köçmüşdür. Cavabdehin illərdir orada yaşamamasına baxmayaraq Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh uşaqları ilə birlikdə ünvan 2 ünvanda özbaşına tikilmiş evə köçürülmüşdür. Lakin cavabdeh məhkəmə qətnaməsi ilə köçürülməsindən sonrada sözügedən ünvanda bir gün belə yaşamamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********81-10301 saylı Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.021920 ha torpaq sahəsi İddiaçır tam mülkiyyətindədir. Cavabdehin mübahisəli yaşayış sahəsinə köçürülməsi mülkiyyətçi kimi iddiaçının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 152.5-ci maddələri nəzərdə tutulan hüquqlarının pozulmasına gətirib çıxarır. Hesab edir ki, iddia əsaslıdır, Cavabdeh ailə üzvləri ilə birikdə evdən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh yaşayış evinə məhkəmə qərarına əsasən köçürülmüş, lakin iddiaçı tərəfindən sayğacların dəyişdirilməsi nəticəsində qazın və işığın verilməsi dayandırılmış, buna görə də cavabdehin həmin evdə yaşamasına şərait olmamışdır. Lakin hazırda işıq sayğacının quraşdırılması ilə bağlı inzibati məhkəmədə mübahisəyə baxılmış və bununla bağlı iddianın təmin edilməsi barədə məhkəmə qərarı qəbul edilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, seriya RX №0670967 saylı Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.01217 ha torpaq sahəsində yerlşəşən fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********81-10301 saylı Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.021920 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. - Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1378/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X6 və X5 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək iddiaçının iki azyaşlı uşağı ilə birlikdə ünvan 4 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Səbail Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında özünəməxsus evdə qeydiyyatsız yaşayır. - Səbail rayonu, MKTB-nin 46 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli 159 saylı arayışından görünür ki, Günay Heydər qızı Bakı şəhəri Səbail rayonu, Litvin Babayev küçəsi, 35 saylı evdə qeydiyyatsız yaşayır (məhkəmə qərarına əsasən). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, 35 saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.1955-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1963-cü il tarixli 17-11161 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən xx.xx.1963-cü il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi Bakı şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1978-ci il tarixli 1KH-59 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1978-ci il tarixdə, digər 1/2 hissəsi Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1989-cu il tarixli D-12/3102 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.1989-cu il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 2V-1-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, xx.xx.2015-ci il tarixli 4Ə/66 reyestr nömrəli payın bağışlanmasına dair müqaviləyə əsasən xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2453/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işıq sayğacının quraşdırılması və abunə kodunun verilməsi öhdəliyinin qoyulması" iddia tələbinə dair inzibati iş üzrə iddia təmin edilərək ünvan 6 ünvanda yerləşən özbaşına tikilmiş evə iddiaçı Cavabdeh adına işıq sayğacının quraşdırılması və abunə kodunun verilməsi vəzifəsi cavabdeh "xxxx" açıq səhmdar rmiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2006-cı ildən cavabdeh iddiaçının qardaşı X4 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki uşaqları olmuş, sonra isə həmin ünvanda özbaşına tikili inşa etdirilməklə orada yaşamışdır. Nikaha daxil olduqdan sonra iddiaçı ərinin digərləri ilə birgə yaşadığı Səbail rayonunun N saylı evə köçmüş, ərinin Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü ilə 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi səbəbindən onun ilə olan nikahı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10.10. 2013-cü il tarixli qətnaməsi ilə pozularaq uşaqlar analarının yanında saxlanılmışlar. 2019-cu ilin aprel ayında İddiaçı və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək köçdüyü 35 saylı evdə 1 il yaşadıqdan sonra cavabdehlərin razılığı ilə həmin evin yanında onun ailəsi üçün ev tikilməsinə başlamalarını, cavabdehlərin maddi imkanlarının olmaması səbəbindən evin tikintisinin anasının vəsaiti hesabına başa çatdırılmasını, evin özbaşına tikili olmaqla onun hesabına tikilməsini və cavabdehlər tərəfindən onun uşaqları ilə birlikdə həmin evə buraxılmamasının qanunsuz olmasını, yaşamağa başqa yerlərinin olmamasını və s. əsas göstərməklə uşaqları ilə birlikdə həmin evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X5 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək iddiaçının iki azyaşlı uşağı ilə birlikdə ünvan 7 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də öz növbəsində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə aktlarından da görünür ki, ünvan 2 ünvanında iddiaçının mülkiyyətində olan evdən başqa digər, yəni cavabdehin əri ilə köçüb yaşadığı, lakin dövlət reyestrində qeydə alınmayan, özbaşına tikili statusuna malik tikili də mövcuddur ki, sözügedən məhkəmə qərarları ilə də müəyyən edilmişdir ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən özbaşına tikiliyə cavabdehlərin razılığı ilə ailə üzvü kimi köçərək orada yaşadığından, cavabdehlərin qardaşı ilə birgə təsərrüfat apardığından, mübahisəli ev iddiaçının və onun iki azyaşlı uşaqlarının yeganə yaşayş yeri olduğundan, həmin evdə yaşayış hüququ əldə etmişdir. Ona görə də, öz ovladları ilə həmin özbaşına tikiliyə köçürülməlidir. İşin materiallarından daha sonra görünür ki, qanuni qüvvəsini almış məhkəmə qərarları icraya yönəldilmiş, hətta Cavabdeh tərəfindən onun adına işıq sayğacının quraşdırılması və abunə kodunun verilməsi də inzibati məhkəmədə mübahisələndirilmişdir. İddiaçı tələbinin maddi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə istinad edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********81-10301 saylı Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.021920 ha torpaq sahəsi onun tam mülkiyyəti kimi qeydiyyata alındığı üçün cavabdehin uşaqları ilə mülkiyyətindən çıxarılmalı olmasını iddia edir və tələbinin əsası kimi cavabdehin mübahisəli yaşayış sahəsinə köçürülməsinin mülkiyyətçi kimi onun istinad etdiyi maddələrdə nəzərdə tutulan hüquqlarının pozulmasına gətirib çıxarılmasını göstərir. Məhkəmə iddiaçının tələbinin əsası kimi istinad etdiyi dəlillərə qiymət verərək əsassız sayır və bununla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM 152.5) Belə ki, iddiaçı hazırki iddiasında cavabdehin mübahisəli yaşayış sahəsinə köçürülməsinin düzgün olmamasını vurğulasa da, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Beləliklə də, cavabdehin mübahisəli yaşayış sahəsinə köçürülməsinə artıq hüquqi qiymət verildiyindən iddiaçının bu halın düzgün olub-olmamasını göstərməsi əhəmiyyətsizdir. Məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən 0.021920 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixli, **********81-10301 saylı Dövlət Reyestrindən Çıxarış əldə etməsi onun hazırki iddiasının əsaslı sayılması üçün hüquqi əsas yaratmır. Belə ki, qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən yaşayış hüququ tanınmış cavabdehin uşaqları ilə birlikdə köçürülməsi qət edilmiş evin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları qeydə alınsa da, sözügedən evin üzərində onun mülkiyyət hüquqları tanınmamışdır. İddiaçının özünün hüququnun olmaması ilə yanaşı, özbaşına tikili statusuna malik evə məhkəmə qərarları əsasında köçürülməsi qət edilmiş şəxslərin həmin evdən çıxarılması barədə iddiası da əsassızdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının mülkiyyətində olmamaqla yanaşı, məhkəmə qərarlarına əsasən köçürüldüyü evdən cavabdehin çıxarılması ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar