Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1255/2024 30.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi O.V.Əsədovun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabın, əmək haqqı gecikdirilməsinə görə dəbbə pulunun, mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabın, əmək haqqı gecikdirilməsinə görə dəbbə pulunun, mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya X4 Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə dövlət qeydiyyatına alınmış nizamnamənin 1-ci maddəsinə əsasən "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Dublyaj” studiyasının əmlakının bazasında yaradılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2021-ci il tarixli 129 saylı sərəncamına əsasən "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X4 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən MMC-nin ad dəyişikliyi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2020-ci il tarixli 403-k saylı əmrinə əsasən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən o, xx.xx.2020-ci il tarixdən 1 il müddətinə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Həmin əmrə əsasən vəzifə maaşının ştat cədvəli əsasında ödənilməsi müəyyən edilmişdir. Həmin əmrin əsasını isə onun ərizəsi, əmək müqaviləsi və müvafiq dərkənarla Kinematoqrafiya şöbəsinin müdirinin xidməti məlumatı təşkil etmişdir. Həmin tarixdən başlayaraq o, xx.xx.2023-cü il tarixdə Nazirliyə ərizə ilə müraciət edərək bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. Həmin müraciətin cavabdeh tərəfindən qəbul edildiyi xx.xx.2023-cü il tarixdə cavab elektron məktubla təsdiq edilmişdir. Qeyd olunan ərizənin qəbul edilməsindən xeyli müddət – 2 aydan çox zaman keçdikdən sonra xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, nazirliyin tabeliyindəki kino müəssisələrinə yoxlamaların aparılması üzrə komissiya yaradılmış və müvafiq təhvil-təslim işləri başa çatdıqdan sonra bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxıla bilər. Davamında, bir müddət gözlədikdən sonra tərəfindən xx.xx.2024-cü il tarixdə “əmək müqaviləsinə xitam verilməsi, 20.000 manat ödənilməmiş əmək haqqı, gecikdirməyə görə qanunla nəzərdə tutulmuş dəbbə pulu və 8.000 manat məzuniyyət haqqının ödənilməsi, adımın vergi bazasından şirkət direktoru kimi çıxarılması”na dair mübahisə predmeti üzrə əmək mediasiyası proseduruna başlanılsa da, təxirə salınmasına baxmayaraq cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Nəticədə Bakı 12 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış verilmişdir. Keçən bu müddət ərzində cavabdeh tərəfindən heç bir addım atılmamış, yalnız xx.xx.2024-cü il tarixdə onun WhatsApp nömrəsinə cavabdehin rəsmi blankında “Günay Rəhimova” imzalı növbəti məktub göndərilərək komissiya və işçi qrupunun yaradıldığını, yoxlamalar aparıldığını, bununla bağlı MMC-nin 2020- 2024 maliyyə hesabatı və müəssisənin təhvil-təslim sənədlərinin təqdim olunması tələb edilmişdir. Hesab edir ki, “WhatsApp”la göndərilməklə etibarlılığı şübhə doğuran bu məktub da müddəti uzatmağa hesablanılmışdır. Belə ki, MMC-nin artıq 1 ilə yaxın müddətdə heç bir fəaliyyətinin olmadığı, əvvəlki dövrə aid sənədlərin də cavabdehdə olduğu mübahisəsiz haldır. Çünki MMC-nin həmin dövrdə müvafiq maliyyə sənədlərin bir nüsxəsi hər ay Nazirliyə təqdim olunmuş və həmin sənədlər yoxlanıldıqdan sonra nazirlik o sənədlərə uyğun olaraq onun rəhbərlik etdiyi MMC-yə ödəniş həyata keçirmişdir. Hesab edir ki, əmək qanunvericiliyinin açıq aşkar imperativ normasına baxmayaraq, onun əmək müqaviləsinə xitam verilməsi prosesinin bu şəkildə süni uzadılması onun məcburi etməyə cəlb edilməsi kimi qiymətləndirilməlidir. Təsudüfi deyil ki, Milli qanunvericiliyin tərkib hissəsi olan – “Avropa İnsan Hüquqları Konvensiyasının Köləliyin və məcburi əməyin qadağan olunması barədə 4-cü maddəsinin 2-ci bəndinə əsasən heç kəs məcburi və ya icbari əmək cəlb olunmamalıdır. Bu baxımdan onun tərəfindən əmək müqaviləsinin ləğvinə dair qanuni tələb ödənildiyindən onun əmək müqaviləsinə xitam verilməli idi. Əmək müqaviləsinə xitam verməməyə əsas kimi göstərilən yoxlamaların aparılması daxil, digər səbəblə heç bir halda əmək müqaviləsinin xitam verilməsinə əsas olmadığı kimi gələcəkdə hər hansı bir pozuntu aşkar olunduğu halda iddiaçının məsuliyyətini də istisna etmir. Cavabdeh qanun tələblərini pozaraq onun əmək müqaviləsinə qanunla müəyyən edilmiş müddətdə xitam verilmədiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Habelə keçən bu müdddət ərzində məcburi əməyə cəlb edilən işçi olaraq o, əmək fəaliyyətinə davam etməsinə baxmayaraq əmək haqqı da ala bilməmişdir. Habelə qeyd edilməlidir ki, cavabdehin ona qarşı bu qəbuledilməz münasibəti çərçivəsində onunla ilə bağlanılmış əmək müqaviləsinə bu günə kimi xitam verilməməsi onun başqa yerdə əmək müqaviləsi əsasında çalışmasına hüquqi əngəl yaratmışdır. Halbuki sahib olduğu peşəkarlıq səviyyəsi iddiaçıya imkan verir ki, öz sahəsində ortalama aylıq 3500-4000 manat əmək haqqı ilə iş tapa bilsin. Bununla bağlı hesab edir ki, xx.xx.2023-xx.xx.2023 dövrü üzrə qalıq 4.200 manat və xx.xx.2024-xx.xx.2024 dövrü üzrə 15.800 manat olmaqla, cəmi 20.000 manat ödənilməmiş əmək haqqı və son iş ili üçün istifadə edilməmiş məzuniyyətə görə cəmi 1.909,28 manat son haqq-hesab məbləği cavabdehdən tutularaq ona ödənilməlidir. Hazırda 1 ilə yaxın müddətdə əmək haqqı ödənilmədiyinə görə, dəbbə pulu aşağıdakı qaydada hesablanılıb iddiaçıya ödənilməlidir: əmək haqqı hesablanan əmək Gecikdirilmiş Sıra Dəbbə pulu məbləği dövr haqqı məbləği müddət A B = A*1%*B 1 2023-cü iyul ayı 700 304 2128 2 2023-cü avqust ayı 700 273 1911 3 2023-cü sentyabr ayı 700 243 1701 4 2023-cü oktyabr ayı 700 212 1484 5 2023-cü noyabr ayı 700 182 1274 6 2023-cü dekabr ayı 700 151 1057 Toplam 9 555 Qeyd olunan qanun maddəsinin tələbləri çərçivəsində hesab edir ki, əmək müqaviləsi üzrə gecikdirimiş məbləğə münasibətdə 9.555 manat məbləğində pul vəsaiti də cavabdehdən dəbbə pulu qismində tutulmalıdır. Cavabdeh işəgötürənin qanunsuz və qərəzli hərəkətləri nəticəsində o, xx.xx.2023-cü il tarixdən bu günədək güclü sarsıntı keçirir və iztirab çəkir. Baş verən hadisələr, yəni “yoxlama” adı ilə süni ajiotaj yaradılaraq onun yazılı ərizəsini təqdim etdiyi tarixdən 6 aydan çox müddətdə vaxt keçməsinə baxmayaraq onun əmək müqaviləsinə xitam verilməməsi və məcburi əməyə cəlb edilməsi ona qarşı tətbiq edilən ağır mənəvi və psixoloji təsirdir. 21-ci əsrdə, qanunların imperativ normaları qarşısında, istənilən şəxsə qarşı aparılacaq analoji qanunsuzluq qarşısında hər bir kəsin dərin mənəvi sarsıntı və iztirab keçirməsi qaçılmaz olacaqdır. Ortalama vətəndaş olan onun da izah olunan şəkildə məcburi əməyə məruz qalmasının onda dərin travmalara və mənəvi əzablara səbəb olması şübhəsizdir və işin mübahisəsiz halıdır. İşin halları açıq şəkildə onun mənəvi sarsıntı və iztirab keçirməyini təsdiq edir ki, bunları səbəbi isə şəxsi məcburi əməyə məruz qoymaqla cavabdehin yol verdiyi qanunsuz hərəkətlərdir. Cavabdeh öz qanunazidd əməllərini təqsirin birbaşa qəsd formasında törətmişdir. Yəni, cavabdeh əməlinin qanunazidd olduğunu bilmiş, bu əməlin hüquqazidd nəticələrini qabaqcadan görmüş və bunları arzu edərək könülü şəkildə bu əmələrə yol vermişdir. Yuxarıda göstərilən sübutlar onun həm mənəvi sarsıntı, həm də mənəvi iztirab keçirdiyini sübut etməklə ona qarşı mənəvi zərərə görə kompensasiya tələb edilməsi hüququnu verir. Bu səbəbdən də cavabdehin ona vurduğu mənəvi zərərə görə 30.000 manat məbləğində kompensasiya tutularaq ona ödənilməlidir. Mənəvi zərərə görə kompensasiyanın məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edir ki, mənəvi zərərin müqabilində tələb edilən 30.000 manat kompensasiya məbləğinin onun xeyrinə tutulması pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasına yönəlmişdir və həmin məbləğ onun zənginləşməsinə xidmət edəcək qədər yüksək məbləğ deyildir. Halbuki onun çəkdiyi mənəvi iztirab və sarsıntının qiyməti heç bir maddi nemət və ya pul ilə ekvivalentləşdirilə bilməz. Mənəvi ziyan məbləği məcburi əmək nəticəsində onun mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəliverici kompensasiyası olması etibarilə heç bir halda maddi qazanc əldə etmə kimi qiymətləndirilməməlidir. Mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələbin məqsədi zərərin kompensasiyası və ya cavabdehin cəzalandırılması deyil, məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Çəkilən əzabın, ağrıların, iztirabın ona kompensasasiya verilməsi yolu ilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi ona təsəli edən bir vasitədir. Ayrıca qeyd olunmalıdır ki, cavabdehin bu əsassız hərəkətlərinə görə hazırki iddianın qaldırılmasının təmini üçün onun məhkəmədə hüquqlarının təmsil edilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosu ilə xx.xx.2024-cü il tarixdə müqavilə bağlamaq məcburiyyətində qalmış və hüquqi yardıma görə həmin büroya 320 manat pul ödənilmişdir. Habelə, əmək mediasiyası çərçivəsində ilkin mediasiya sessiyası haqqı olaraq Bakı 12 saylı Mediasiya Təşkilatına 50 manat ödənilmişdir. Hesab edir ki, iddia təmin olunmaqla vəkil bürosuna və mediasiya təşkilatına onun tərəfindən ödənilmiş həmin vəsaitlər də məhkəmə və mediasiya xərci olaraq cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən 20.000 manat ödənilməmiş əmək haqqı, 1.909,28 manat istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesab məbləği, 9.555 manat əmək haqqının gecikdirilməsinə görə dəbbə pulu, vurulmuş mənəvi ziyana görə 30.000 manat, hüquq xidmətinə görə hüquq bürosuna ödənilmiş 320 manat və ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi məcburi qaydada tutularaq onun xeyrinə məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəməyə təqdim olunmuş işəgötürən/cavabdeh Azəbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə onunla bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, onun aylıq əmək haqqı məbləği 550 manat müəyyən edilmişdir. Bu halda hesab edir ki, xx.xx.2023-xx.xx.2023 dövrü üzrə qalıq 2.750 manat və xx.xx.2024-xx.xx.2024 dövrü üzrə 18.960 manat olmaqla, cəmi 21.710 manat ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə cəmi 1.909,28 manat son haqqhesab məbləği cavabdehdən tutularaq ona ödənilməlidir. Hazırda 1 ilə yaxın müddətdə əmək haqqı ödənilmədiyinə görə, dəbbə pulu aşağıdakı qaydada hesablanılıb ona ödənilməlidir: əmək haqqı Gecikdirilmiş Dəbbə pulu Sıra əmək haqqı hesablanan dövr məbləği müddət məbləği (xx.xx.2024-cü il tarixədək) A B = A*1%*B 1 2023-cü iyul ayı 550 334 1837 2 2023-cü avqust ayı 550 303 1667 3 2023-cü sentyabr ayı 550 273 1502 4 2023-cü oktyabr ayı 550 242 1331 5 2023-cü noyabr ayı 550 212 1166 6 2023-cü dekabr ayı 550 181 996 Toplam 8498 Qeyd olunan qanun maddəsinin tələbləri çərçivəsində hesab edir ki, əmək müqaviləsi üzrə gecikdirimiş məbləğə münasibətdə 8.498 manat məbləğində pul vəsaiti də cavabdehdən dəbbə pulu qismində tutulmalıdır. Cavabdeh işəgötürənin qanunsuz və qərəzli hərəkətləri nəticəsində xx.xx.2023-cü il tarixdən bu günədək güclü sarsıntı keçirir və iztirab çəkir. Baş verən hadisələr, yəni “yoxlama” adı ilə süni ajiotaj yaradılaraq onun yazılı ərizəsini təqdim etdiyi tarixdən 6 aydan çox müddətdə vaxt keçməsinə baxmayaraq onun əmək müqaviləsinə xitam verilməməsi və məcburi əməyə cəlb edilməsi ona qarşı tətbiq edilən ağır mənəvi və psixoloji təsirdir. Hazırda o, ölkə sərhəddini keçə bilmədiyinə görə, Moskva şəhərində yaşayan azyaşlı övladına həsrətdir. İnsan ləyaqətinə uyğun olmayan şəkildə bu cür yanaşma (işçini işdən buraxmama və əmək müqaviləsinə xitam vermənin suni səkildə uzadılması) nəticəsində bir ata üçün övladını qucaqlamaq və ona ata sevgisini hiss etdirməkdən məhrumdur. Bu baş verənlər nəticəsində övladının atası ilə vaxt keçirmək və atasının qayğısı ilə yaşamaq hüququ faktiki olaraq uşağın və ailənin əlindən alınıb. Təsəvvürü belə insanda xoş olmayan hisslər yaradan bu vəziyyət cavabdehin qanunsuz hərəkətləri nəticəsində davam etməkdədir. Ona qarşı yol verilən bu qanunsuzluq qarşısında oğlunun yaşadığı bu qəbuledilməz vəziyyətlə barışmayan onun atası X3 möhkəm əsəb keçirmiş və keçirdiyi stresshəyəcandan xəstəliyi şiddətlənərək xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda o, ölkə sərhəddini keçə bilmədiyinə görə, iştirakçı və natiq (speaker) kimi dəvət aldığı bir çox beynəlxalq konfrans və tədbirlərdə bu sahədə tanınmış mütəxəssis olaraq iştirak edə bilmir. Nəticədə, xarici ölkədəki həmkarları onun belə bir hüquqi problemlə üzləşdiyindən xəbərdar olurlar ki, bu da onun peşəkar imicinə və kinematoqraf dünyasında illərlə formalaşdırdığı reputasiyasına böyük zərbədir. Cavabdehin səlahiyyətli nümayəndələrinin fərqli zamanlarda (məktublarda, ən sonda isə iddia ərizəsinə etirazda) acıqca etiraf etdikləri kimi, işçinin altı ay (bir ilin yarısı) müddətində (Konstitusiya və İnsan Hüquqları Konvensiyasiyası əsasında birmənalı şəkildə qadağan edilmiş) məcburi əməyə cəlb edilməsi onun şərəf və ləyaqətinin alçaldılması deyilmi? Özünün və ailəsinin üzləşdiyi yuxarıdakı vəziyyət insan mənəviyyatına, umumi əxlaq və etiqada zidd olan hərəkət kimi başa düşülməli deyilmi? Əcnəbi həmkarları arasında qeyri-ciddi və mübahisəli insan kimi tanınma riski onun milli qürur hissinin zədələnməsi deyilmi? 21-ci əsrdə, qanunların imperativ normaları qarşısında, istənilən şəxsə qarşı aparılacaq analoji qanunsuzluq qarşısında hər bir kəsin dərin mənəvi sarsıntı və iztirab keçirməsi qaçılmaz olacaqdır. Ortalama vətəndaş olan onun da izah olunan şəkildə məcburi əməyə məruz qalmasının onda dərin travmalara və mənəvi əzablara səbəb olması şübhəsizdir və işin mübahisəsiz halıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən 21.710 manat ödənilməmiş əmək haqqı, 1.909,28 manat istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesab məbləği, 8.498 manat əmək haqqının gecikdirilməsinə görə dəbbə pulu, vurulmuş mənəvi ziyana görə 30.000 manat, hüquq xidmətinə görə hüquq bürosuna ödənilmiş 320 manat və ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi məcburi qaydada tutularaq onun xeyrinə məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən xx.xx.2023xx.xx.2023 dövrü üzrə qalın əmək haqqı 2.750 manat, istifadə edilməmiş məzuniyyətə görə 1.909,28 manat son haqq-hesab məbləği, 8.892 manat əmək haqqının gecikdirilməsinə görə dəbbə pulu, xx.xx.2024-xx.xx.2024 dövrü üzrə 20.276 manat pul vəsaiti, vurulmuş mənəvi ziyana görə 30.000 manat, hüquq xidmətinə görə hüquq bürosuna ödənilmiş 320 manat və ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi məcburi qaydada tutularaq onun xeyrinə məcburi qaydada tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə dəqiqləşdirilmiş iddia tələblərini tam müdafiə edərək onların təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar tələblərin rədd edilməsinə dair ərizələrini əsassız hesab edir. İlkin olaraq iddiaçı 2023-cü ilin dekabr ayında işdən çıxma barədə ərizə versə də, işəgötürən 2 ay yarımdan sonra həmin ərizə ilə bağlı iddiaçıya məktub göndərmiş, həmin vaxtdan sonra da iddiaçı işdən çıxma barədə əmrin verilməsi ilə bağlı işəgötürənə müraciət etsə də, müraciəti cavabsız qalmış, iddiaçı bundan sonra mediasiya təşkilatına müraciət etmişdir. Digər tərəfdən işəgötürən tərəfindən əmrin verilməməsi hər gün işçi kimi iddiaçının hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, birinci tələb üzrə müddət keçməmişdir. Əmək haqqının gecikdirilməsi ilə bağlı dəbbə pulunun tutulması ilə əlaqədar 1 aylıq iddia müddətinin tətbiqi barədə cavabdehin mövqeyi ilə razılaşmır, həmin tələb pul tələbidir, 1 illik müddət ərzində irəli sürülə bilər. İddiaçı yanvar ayından işdən çıxmadığı üçün başqa işlə təmin olunmaqdan və gəlir əldə etməkdən məhrum olmuşdur, əldən çıxmış fayda kimi iddiaçı həmin dövr üçün bu məbləği 20.276 manat dəyərləndirir. İddiaçının aşdən azad edilməsi barədə əmrin qəbul edilməməsi, işəgötürən tərəfindən vergi borclarının vaxtında ödənilməməsi iddiaçının ölkədən çıxmağa məhdudiyyəti qoyulmasına səbəb olmuş, övladını görmək üçün və işi ilə əlaqədar respublikanı tərk edə bilməmişdir. Həmin ərəfədə iddiaçının atası vəfat etmişdir. Mənəvi ziyan da tələb edilir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının işdən çıxma barədə ərizəsinə Nazirlik tabeliyində kino müəssisələrində yoxlama aparılması üzrə Komissiyanın yaradılması ilə bağlı olmuşdur. Bununla bağlı iddiaçıya da məlumat verilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən həmin tələblə məhkəməyə müraciət etmək üçün 1 aylıq müddət ötürülmüşdür. İddia tələbini əmək haqqı tutulması hissələri ilə razı deyil. İddiaçının işlədiyi müəssisə təsərrüfat hesablıdır, əmək müqaviləsində əmək haqqı kimi məbləğ göstərilsə də, həmin haqq müəssisə tərəfindən ödənilməlidir. Yəni 7 ayın əmək haqqısı və son haqq-hesab da Nazirlik tərəfindən ödənilməməlidir. Dəbbə pulu ilə bağlı isə bildirir ki, həmin münasibət də əmək mübahisəsidir, iddiaçı 1 ay müddətində tələb irəli sürə bilərdi, lakin bunu etmədiyi üçün tələbi o hissədə də əsassız hesab edir. Əldən çıxmış fayda və mənəvi ziyanla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin (kontraktının) surətinə əsasən İddiaçı “Dublyaj” studiyasının direktoru vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən 1 il müddətinə bağlanmışdır.İşçinin aylıq əmək haqqı 550 manat təşkil etmişdir. İş üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xx.xx.2020-ci il tarixli, 403-k saylı əmrin surətinə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən 1 il müddətinə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, vəzifə maaşı ştat cədvəli əsasında ödənilmişdir. Əmrin əsası kimi İddiaçı ərizəsi, əmək müqaviləsi (kontrakt) və müvafiq dərkənarla Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun xidməti məlumatı göstərilmişdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 129 saylı sərəncamın surətinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş sənədlər əsasında "xxxx" MMC-nin adı dəyişdirilərək "xxxx" MMC kimi müəyyən edilmişdir. İş üzrə xx.xx.2021-ci il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X4 qeydiyyatı idarəsinin dövlət reyestrindən çıxarışın surətinə əsasən İddiaçı "xxxx" MMC-nin (əvvəlki adı ”Dublyaj Studiyası” MMC-nin) qanuni təmsilçisidir. İş üzrə "xxxx" MMC-nin direktoru İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət X8 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2023-cü il tarixdə xitam verilməsini xahiş etmişdir. İş üzrə "xxxx" MMC-nin direktoru İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ünvanlanmış məktubun surətindən görünür ki, o, 2020-ci ildən "xxxx" MMC-yə təhbərlik edir və həmin şirkətin fəaliyyətinə bir başa nəzarət etməkdədir. Bu illər ərzində şirkət ölkədə kino istehsalına böyük tövhələr vermişdir. Netflix və “Disney+ kimi böyük platformalar Azərbaycan Respublikasının ərazisində film istehsal etmiş, habelə bir çox digər ölkələrdən kinematoqraflar cəlb olunmuşdur. Lakin yaranmış vəziyyətlə əlaqədar olaraq Şirkət 1 ildən çoxdur ki, fəaliyyət göstərə bilmir. Buna səbəb Nazirliyin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi, bunun nəticəsində vergi borclarının yaranmasıdır. Bunun nəticəsində əməkdaşlarla bağlanmış əmək müqavilələrinə xitam verilmiş və Şirkətin faktiki fəaliyyəti dayandırılmışdır. Şirkətə olan borcun bir hissəsi keçən ilin dekabr ayında köçmüş, həmin məbləğ cərimə məbləğinə silinmiş və yenə də Şirkətin ümumi fəaliyyət göstərə bilməməsinə gətirib çıxartmışdır. xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün Nazirliyə müraciət etmiş, lakin hələ də müraciəti təmin olunmamışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ən geci 1 ay müddətinə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməli idi. Lakin bu müddət ərzində Nazirlikdən onunla əlaqə saxlanılmamış və müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir addım atılmamışdır. Nazirliyin Maliyyə şöbəsindən ona verilən məlumata görə müqaviləyə xitam verilməsinə Nazirliyin şöbə müdiri Rəşad Əzizov icazə vermir belə ki,onun şəxsi mülkü olan domenin heç bir əsası olmadan ona verilməsindən imtina etmişdir. Bildirir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam vermədiyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalacaq. Çünki Şirkət faktiki fəaliyyət göstərmir və o, aylardır əmək haqqı almır. Yeni işlə təmin olunması üçün "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə almasını və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "xxxx" MMC-nin direktoru İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmışdır. Ərizədə əksini tapmış məsələ ilə əlaqədar bildirirlər ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Nazirliyin tabeliyindəki kino müəssisələrində yoxlamaların aparılması üzzrə Komissiya yaradılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirirlər ki, "xxxx" MMC-də müvafiq təhvil-təslim işəri başa çatdıqdan sonra İddiaçı ilə Nazirlik arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məsələyə baxılacaqdır. İş üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ünvanlanmış məktubun surətindən görünür ki, Nazirliyin xx.xx.2024-cü il tarixli 3-24/2-721/xx-xx/2024 nömrəli məktubu ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci bəndinin tələblərinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Məcəllənin 69.2-ci bəndinə müvafiq olaraq ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yetirməyə borcludur. Maddənin tələblərindən də göründüyü kimi, işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Nazirliyin müraciətində də qeyd olunmuşdur ki, onun əmək müqaviləsinin xitamı ilə bağlı ərizə xx.xx.2023-cü il tarixdə Nazirliyə daxil olmuşdur. Həmin tarixdən onun fəaliyyətinin yoxlanılması üçün qanunvericilik (Əmək Məcəlləsi) 1 ay müddətinə vaxt nəzərdə tutmuşdur. Həmin müddət ərzində onun fəaliyyətində mövcud qüsurlar olduğu təqdirdə, Məcəllənin 32-ci fəslinə uyğun olaraq işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Burdan da anlaşılır ki, əgər onun ərizəsi daxil olduğu tarixdən 1 ay müddətinə Nazirlik yoxlama keçirərək fəaliyyətində nöqsan aşkar etsə idi, yekun haqq-hesab zamanı əmək haqqından tutulmalar edə bilərdi. Lakin bir daha xatırladır ki, artıq aylardır ki, o, Nazirliyin müvafiq əmri ilə təyin olunduğu direktor vəzifəsi üzrə heç bir əmçk haqqı almır. Belə ki, Nazirlik 1 ildən çoxdur ki, "xxxx" MMC-yə müqavilə öhdəliklərini tam icra etməməkdədir. Ərizəsindən 3 aydan çox müddət keçdikdən sonra Nazirliyin əmək qanunvericiliyini ümumiyyətlə nəzərə almaması və 2 yoxlamadan sonra (Hesablama Palatası və Prokuratura) özünün yoxlama elan etməsi və bu yoxlama ilə bağlı ona, tabe qurumunun rəhbərinə heç bir məlumat verməməsi, habelə onunla bağlanmış müqaviləyə xitam verməməsi (əmək məcəlləsini kobud şəkildə pozmaqla) onun tərəfindən anlaşılmaz olaraq qalır. Nazirliyin xx.xx.2024-cü il tarixli, 3-24/2-1100/xx-xx/2024 nömrəli məktubu ilə bağlı bildirmək istəyir ki, Filming şirkətinin faktiki fəaliyyəti artıq aylardı mövcud deyil. Bununla bağlı o, dəfələrlə müraciət etmişdir və Nazirliyi lazımınca məlumatlandırmışdır. Sir deyil ki, Şirkət öz fəaliyyəti zamanı icarə haqqı ödədiyi və icarə götürdüyü ünvanda fəaliyyət göstərirdi bununla bağlı da bütün müqavilələr və sənədlər tərəfindən nazirliyə habelə bütün yoxlamalara təqdim edilmişdir. Nazirliyi də məlumatları var ki, ona 1 ildən çox müddətdir ki, heç bir ödəniş olmur və bu səbəbdən Şirkətin faktiki fəaliyyəti tam dondurulmuşdur. İcarə götürdüyü ofis təhvil verilmişdir. Məktubunda Nazirliyə bundan öncə etdiyi 5 müraciəti nəzərə almadan, yoxlamaya gəlmək bildirmişdir. Yoxlamaya hara gəlmək istəyirdi? X7 ev ünvanında çay içmək arzusunu yoxlama bəhanəsi ilə örtmək istəyirsə, bunun üçün ona sadəcə zəng etməsi kifayətdir. Nazirliyin hərəkətsizliyi onun həyatında bir çox problemlər yaratmışdır. O, artıq aylardı başqa bir işə keçə bilmir və heç bir qazanc əldə edə bilmir. Bir neçə gün öncə atası rəhmətə getmişdir, lakin Nazirliyin heç bir nümayəndəsi nə onunla əlaqə saxlamış, nə də ki mərasimdə iştirak etmişdir. Bu bir daha Nazirliyin ona qərəzli münasibətinin göstəricisidir. X10 və Rəşad Əzizovun yoxlama adı altında oyunları sənədləri araşdırmaqdırsa, o zaman təbii ki, əmək müqaviləsinə xitam verilməli və o, bütün sənədləri təhvil-təslim aktı ilə Nazirliyə təqdim etməlidir. İstəyirsə gəlib evindən götürə bilər, yox əgər dövlət büdcəsindən maliyyələşməkdə çətinliklər varsa, o zaman o, taksi ilə sənədləri Nazirliyə göndərə bilər. Yox əgər yoxlama adı ilə onunla görüşmək istəyirlərsə, ondan onları iftar süfrəsinə qonaq edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alarq bir daha onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsini və yekun haqq-hesabın ödənilməsi istiqamətində işlərin görülməsi zərurətini xatırlatmaq istəyir. İş üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "xxxx" MMC-nin direktoru İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-24/3-1-f-34/2024 nömrəli əmrinə əsasən Nazirliyin tabeliyindəki kino müəssisələrində mövcud vəziyyətin öyrənilməsi, fəaliyyətin təhlil olunması, çatışmazlıqların, kino və digər audiovizual sənaye sahələrində həyata keçiriləcək dövlət siyasəti istiqamətlərinin və tədbirlərinin müəyyən edilməsi məqsədilə Nazirliyin tabeliyindəki kino müəssisələrində yoxlamaların aparılması üzrə üzrə Komissiya və Klmissiyanın tərkibində İşçi qrupu yaradılmışdır. Hazırda kino müəssisələrində yoxlamalar davam etdirilir. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq "xxxx" MMC-nin 2020-2024-cü illər üzrə fəaliyyətinə dair maliyyə hesabatını və müəssisənin müvafiq təhvil-təslim sənədlərini 3 gün ərzində Nazirliyə təqdim etmək İddiaçı həvalə olunur. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. İş üzrə Bakı 12 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/12/2024-00112 nömrəli, xx.xx.2024-cü il tarixli arayışın görünür ki, X2 “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 17.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı “Dublyaj” studiyasının direktoru vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə bir il müddətinə bağlanılmış və əmək haqqı 550 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 129 saylı sərəncamına əsasən "xxxx" MMC-nin adı dəyişdirilərək, "xxxx" MMC müəyyən edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən etibarən öz xahişi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Nazirliyin tabeliyindəki kino müəssisələrində yoxlamaların aparılması üzrə komissiya yaradılmış və müvafiq təhvil-təslim işləri başa çatdıqdan sonra bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxıla bilər. Lakin hazırkı vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə Nazirliyə ərizə ilə müraciət edərək bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. Həmin müraciətin cavabdeh tərəfindən qəbul edildiyi xx.xx.2023-cü il tarixdə cavab elektron məktubla təsdiq edilmişdir. Qeyd olunan ərizənin qəbul edilməsindən xeyli müddət – 2 aydan çox zaman keçdikdən sonra xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, nazirliyin tabeliyindəki kino müəssisələrinə yoxlamaların aparılması üzrə komissiya yaradılmış və müvafiq təhvil-təslim işləri başa çatdıqdan sonra bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxıla bilər. Keçən bu müddət ərzində cavabdeh tərəfindən heç bir addım atılmamış, yalnız xx.xx.2024-cü il tarixdə onun WhatsApp nömrəsinə cavabdehin rəsmi blankında “Günay Rəhimova” imzalı növbəti məktub göndərilərək komissiya və işçi qrupunun yaradıldığını, yoxlamalar aparıldığını, bununla bağlı MMC-nin 2020-2024 maliyyə hesabatı və müəssisənin təhvil-təslim sənədlərinin təqdim olunması tələb edilmişdir. Hesab edir ki, “WhatsApp”la göndərilməklə etibarlılığı şübhə doğuran bu məktub da müddəti uzatmağa hesablanılmışdır. Belə ki, MMC-nin artıq 1 ilə yaxın müddətdə heç bir fəaliyyətinin olmadığı, əvvəlki dövrə aid sənədlərin də cavabdehdə olduğu mübahisəsiz haldır. Çünki MMC-nin həmin dövrdə müvafiq maliyyə sənədlərin bir nüsxəsi hər ay Nazirliyə təqdim olunmuş və həmin sənədlər yoxlanıldıqdan sonra nazirlik o sənədlərə uyğun olaraq onun rəhbərlik etdiyi MMC-yə ödəniş həyata keçirmişdir. Cavabdeh qanun tələblərini pozaraq onun əmək müqaviləsinə qanunla müəyyən edilmiş müddətdə xitam verilmədiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Habelə keçən bu müdddət ərzində məcburi əməyə cəlb edilən işçi olaraq iddiaçı əmək fəaliyyətinə davam etməsinə baxmayaraq əmək haqqı da ala bilməmişdir. Cavabdehin ona qarşı bu qəbuledilməz münasibəti çərçivəsində onunla bağlanılmış əmək müqaviləsinə bu günə kimi xitam verilməməsi onun başqa yerdə əmək müqaviləsi əsasında çalışmasına hüquqi əngəl yaratmışdır. Halbuki sahib olduğu peşəkarlıq səviyyəsi ona imkan verir ki, öz sahəsində ortalama aylıq 3500-4000 manat əmək haqqı ilə iş tapa bilsin. Cavabdeh işəgötürənin qanunsuz və qərəzli hərəkətləri nəticəsində o, xx.xx.2023-cü il tarixdən bu günədək güclü sarsıntı keçirir və iztirab çəkir. Baş verən hadisələr, yəni “yoxlama” adı ilə süni ajiotaj yaradılaraq onun yazılı ərizəsini təqdim etdiyi tarixdən 6 aydan çox müddətdə vaxt keçməsinə baxmayaraq onun əmək müqaviləsinə xitam verilməməsi və məcburi əməyə cəlb edilməsi ona qarşı tətbiq edilən ağır mənəvi və psixoloji təsirdir. Cavabdeh öz qanunazidd əməllərini təqsirin birbaşa qəsd formasında törətmişdir. Yəni, cavabdeh əməlinin qanunazidd olduğunu bilmiş, bu əməlin hüquqazidd nəticələrini qabaqcadan görmüş və bunları arzu edərək könülü şəkildə bu əməllərə yol vermişdir. Yuxarıda göstərilən sübutlar onun həm mənəvi sarsıntı, həm də mənəvi iztirab keçirdiyini sübut etməklə ona qarşı mənəvi zərərə görə kompensasiya tələb edilməsi hüququnu verir. Bu səbəbdən də cavabdehin ona vurduğu mənəvi zərərə görə 30.000 manat məbləğində kompensasiya tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən xx.xx.2023-xx.xx.2023 dövrü üzrə qalın əmək haqqı 2.750 manat, istifadə edilməmiş məzuniyyətə görə 1.909,28 manat son haqq-hesab məbləği, 8.892 manat əmək haqqının gecikdirilməsinə görə dəbbə pulu, xx.xx.2024-xx.xx.2024 dövrü üzrə 20.276 manat pul vəsaiti, vurulmuş mənəvi ziyana görə 30.000 manat, hüquq xidmətinə görə hüquq bürosuna ödənilmiş 320 manat və ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi məcburi qaydada tutularaq onun xeyrinə məcburi qaydada tutularaq ödənilməsini xahiş etmişdir. Həm əmək müqaviləsinə xitam verilməsi barədə tələbə, həm də əmək haqqının gecikdirilməsinə görə dəbbə pulunun tutulması barədə tələb dair iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə yazılı vəsatət vermişdir. Məhkəmə iddiaçının əmək müqaviləsinin xitam verilməsi, əmək haqqı və son haqq-hesab məbləğinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıraraq qanunda nəzərdə tutulmuş müddətin ötürüb-ötürülməməsi ilə bağlı aşağıdakıları qeyd olunması zəruri hesab edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd olunmuşdur ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı ödənilməmiş əmək haqqı və pul tələbi ilə bağlı məhkəməyə qanunda nəzərdə tutulmuş 1 illik müddət keçmədən müraciət etdiyindən, həmin hissədə məhkəməyə hesab edir ki, iddiaçı həmin tələbi prosessual müddəti ötürmədən irəli sürmüşdür. Məhkəmə iddiaçının onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə xitam verilməsi barədə tələbi üzrə qeyd edir ki, qanunvericilikdə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilmək hüququ müəyyən edilsə də, məhkəmə həmin müddətin ötürülməsini üzrlü hesab edir. Belə ki, məhkəmə iclasında iddiaçının işdən azad olunma barədə ərizəsinə 2 ay yarımdan sonra işəgötürənin münasibət bildirməsi, həmin müddətdən sonra müvafiq razılaşma əsasında mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə təkliflər verilməsi müəyyən edilmiş, iddiaçının uzun müddət mübahisənin məhkəmədən kənar qaydada həll olunacağına ümid etməsi onun mediasiya təşkilatına və məhkəməyə gec müraciət etməsinə səbəb olmuşdur. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qanunda nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etməməsi üzrlü hesab edilməli və bərpa edilməli, mübahisəyə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iddia tələbinin iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi ilə bağlı tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən iddiaçının ərizəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Məhkəmə işəgötürənin iddiaçının direktoru olduğu MMC-də yoxlama aparılması ilə bağlı əmək müqaviləsinə xitam verilməməsi barədə mövqeyini əsaslı hesab etmir və bunu qeyd edilən qanunvericilik normasının pozulması və işçinin qanunla ona verilmiş hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsi hissəsində tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2023-xx.xx.2023 dövrü üzrə qalıq 2.750 manat əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə 1.909,28 manat son haqq-hesab məbləğinin ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə 8.892 manat dəbbə pulunun ödənilməsi ilə bağlı hissələri üzrə qeyd edir ki, həmin hissələrdə tələb qismən təmin edilməlidir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X1 “Əmək haqqının mühafizəsi haqqında” Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir (Əmək Məcəlləsinin 172-ci maddəsinin 1, 2 və 4-cü hissələri). Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Məhkəmə iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün cavabdeh tərəfindən əmək müqaviləsində nəzərdə tutulmuş 550 manat həddində əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabın ödənilməməsini nəzərə alaraq həmin məbləğlərin ona ödənilməsi hissəsində tələbi əsaslı hesab edir. Lakin məhkəmə hesab edir ki, həmin məbləğlər iddiaçı tərəfindən konkret müəyyən edilmiş məbləğlər həddində tutulması mümkün deyil, çünki verilməli olan məbləğlərdən müxtəlif ödənişlər (Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlər və s.) çıxılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin iddiaçıya əmək haqqının təsərrüfat hesablı olan "xxxx" MMC tərəfindən ödənilməli olması barədə dəlilləri üzrə qeyd edir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsində işəgötürən qismində Azərbaycan Respublikası Mədəniyyə Nazirliyi işçi olan iddiaçıya 550 manat məbləğində aylıq əmək haqqı verməsini öhdəsinə götürdüyündən nümayəndənin qeyd edilən dəlilləri əsaslı hesab edilə bilməz. Gecikdirmə ilə bağlı isə dəbbə pulunun tutulması hissəsində məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Əmək Məcəlləsinin 288-ci maddəsinin “d” bəndinə görə, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin predmetinə daxildir. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, işəgötürən tərəfindən işçi olan iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün əmək haqqı ödənilmədiyindən və əmək haqqının ödənilməməsi işəgötürənin təqsiri üzündən baş verdiyindən iddiaçı hər gecikdirilmiş gün üçün əmək haqqının 1% məbləğində ödənc (dəbbə pulu) tələb etməkdə haqlı hesab edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi iddia ərizəsində 2023-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün ödənilməmiş və gecikdirilmiş günlər nəzərə alınmaqla 8.892 manat dəbbə pulunun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən xx.xx.2024-xx.xx.2024 dövrü üzrə 20.276 manat pul vəsaitinin tutulması ilə bağlı hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbini işəgötürənin ona vaxtında işdən azad olunması barədə əmr qəbul etməmə səbəbindən, yəni əmək müqaviləsinə xitam verilmədiyindən, qeyd edilən həddə gəlirdən məhrum olması ilə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin tələb əsaslandırılmamış və bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə tələb təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyana görə 30.000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən maddənin qeyd hissəsinə əsasən bu maddənin (290-cı maddənin) üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə hesab edir ki, iddiaçı işəgötürən tərəfindən ona mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi 30.000 manat mənəvi ziyanın tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 320 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan iddiaçı ilə Bakı şəhəri 12 saylı Vəkil Bürosu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 364 nömrəli müqaviləsinin və xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətlərindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosuna 320 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 320 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, lakin mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək olan müddət üçün ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesab verilmə vəzifəsi həvalə edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən İddiaçı xeyrinə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə 8.892 (səkkiz min səkkiz yüz doxsan iki) manat məbləğində pul tutulsun. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən İddiaçı xeyrinə hüquqi xidmət üçün ödənilən 320 (üç yüz iyirmi) manat, mediasiya xərcləri kimi ödənilən 50 (əlli) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1255/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1255/2024
30.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver