Məhkəmə qərarları › İş №e-2(009)-1268/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1268/2023

05.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1268/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil Asimovna və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı - Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «pul» tələbinə dair mülki işə 05 iyul 2023-cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «pul» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14,850 manat məbləğində məzuniyyət pulunun və 55 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 27 iyul 2010cu il tarixli əmək müqaviləsi mövcud olmuşdur. İddiaçı 3-cü dərəcəli kran-operator (maşinist-mexanik) vəzifəsinə işə qəbul olunmuş və işçiyə 21 gün əsas əmək məzuniyyəti təyin edilmişdir. xx.xx.2011-ci il tarixdən iddiaçının vəzifəsi 3-cü dərəcəli kranoperatoru/təlimçi, xx.xx.2018-ci il tarixdən isə 3-cü dərəcəli kran operatoru/koordinatoru/təlimçi/qiymətləndirici kimi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 2011-ci ildən 2022-ci ilədək iddiaçının əsas iş vəzifəsi cavabdehin işçilərinin istehsalat təlimi olmuşdur. Lakin iddiaçının vəzifəsinin dəyişdirilməsinə baxmayaraq, onun məzuniyyət müddəti eyni olaraq 21 təqvim günü saxlanılmışdır. 2011-2022-ci illər ərzində iddiaçı ona verilməli olan 30 gün məzuniyyətdən yalnız 21 gün almış və hər iş ili üçün onun əsas məzuniyyətindən 9 təqvim günü kəsilmişdir. Beləliklə, iddiaçı 11 il ərzində cavabdehin ucbatından məzuniyyətdən 99 təqvim günü istifadə edə bilməmişdir. 2011-ci ildən başlayaraq işçinin günlük orta əmək haqqı 150 manat civarında olmuşdur. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, iddaçının 2011- 2022-ci illər ərzində çalışdığı peşənin adında dəyişiklik edilsə də o fəhlə kateqoriyasına aid edilən peşədə çalışmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Ümumiyyətlə qeyd etməliyik ki, normativ hüquqi akt hesab edilən bu kitabçalara əsasən işçilər 4 kateqoriyaya bölünürlər: 1) Rəhbərlər 2) Mütəxəssislər 3) Texniki icraçılar (digər qulluqçular) və 4) Fəhlələr. Qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 09 avqust 2006-cı il tarixli 10-2 № -li qəran ilə təsdiq edilmiş bütün sahələr üçün ümumi olan “Fəhlə peşələri və işlərin Vahid X1’nda (bundan sonra - Kitabça) əməyinin ödəniş dərəcəsi 2-6-cı dərəcələr diapazonunda tarifləşdirilən “Kran maşinisti” peşəsi nəzərdə tutulmuşdur ki, İddaçmın 2011-2022-ci illər ərzində çalışdığı peşələr mahiyyət etibarı ilə bu peşəyə uyğun olmuşdur. Ümumiyyətlə yuxarıda qeyd edilən kitabçalarda əməyin ödənilməsinin 1-6 dərəcələri fəhlə və ya texniki icraçılar (digər qulluqçular) kateqoriyasına, 7-13-cü dərəcələri mütəxəssis, 14-19-cu dərəcələri isə rəhbər kateqoriyasına aid edilən işçilərə aid edilmişdir. Göründüyü kimi İddiaçının əməyinin ödəniş dərəcəsi 3-cü dərəcə olmuşdur ki, bu da onun fəhlə kateqoriyasına aid edilən peşədə çalışdığını sübut edir. Yuxarıda qeyd edilən 09 avqust 2006-cı il tarixli 10-2 № -li qərarla təsdiq edilmiş Kitabçanın “Ümumi müddəalar” hissəsinin onuncu abzasına əsasən “aşağı dərəcəli peşələrin ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayn-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir. Bu baxımdan əmək müqaviləsindəki əmək funksiyasının xarakterinə görə T. Muradovun əmək funksiyasında göstərilən “yeni kran operatorlarının iş bacarıqlarının təkmilləşdirmək üçün təlim keçmək” funksiyası onun peşəsinin mütəxəssis kateqoriyasına aid edilən təlimçi və ya usta vəzifələri anlamına gəlmir. İddiaçı əmək müqaviləsində göstərilən “Kran operatoru/ təlimçi/qiymətləndirici” peşəsinin adı və əmək funksiyası yuxarıda qeyd edilən sorğu kitabçasmdakı “Kran maşinisti” peşəsinin adma uyğundur ki, əmək funksiyasında təlim keçməsi ilə bağlı bəzi funksiyalar nəzərə alınmaqla peşənin adma işin profilini göstərən sözlər əlavə edilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinə isdinad edərək qeyd edir ki, bu maddəyə əsasən təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarma, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. İddiaçının neft və qazın hasilatı ilə bağlı sahələrdə fəaliyyət göstərən “EnerMech” şirkətinin Azərbaycan Respublikasındakı Filialında çalışan 3-cü dərəcəli kran-operator (maşinistmexanik), 3-cü dərəcəli kran-operatoru/təlimçi və kran operato ru/koordinatoru/təlimçi/qiy məti ən diri ci peşələrinin Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü hissəsinin ç) bəndində nəzərdə tutulmuş təhsil müəssisələrinin metodistləri, baş ustaları, istehsalat təlimi ustaları, təlimatçılar, kitabxanaçılar, laborantlar, emalatxana rəhbərləri, dayələr, dəyişək xidmətçilər, bədii rəhbərlər kimi peşələrlə də eyniləşdirməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, əvvəla onun peşəsinin adında Əmək Məcəlləsinin 114- cü maddəsinin 3-cü hissəsinin ç) bəndində nəzərdə tutulan vəzifə adlan yoxdur. İkincisi, onun əmək funksiyasında müəyyən edilmiş “yeni kran operatorlarının iş bacarıqlarının təkmilləşdirmək üçün təlim keçmək” funksiyası yuxarıda qeyd edildiyi kimi kitabçada nəzərdə tutulan fəhlə peşəsi üzrə ayn-ayrı işlərin yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilməsi, yüksək dərəcəli fəhlənin daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməsi hallarından irəli gələn funksiyadır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını və iddia ərizəsinin və iddiaya etiraz ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 27 iyul 2010-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 3-cü dərəcəli kran operatoru vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən işçinin günlük əmək haqqısı 84 manat təşkil edir. Müqavilənin 4-cü bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 04 aprel 2011-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 3-cü dərəcəli kran operatoru/təlimçi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən işçinin günlük əmək haqqısı 120 manat təşkil edir. Müqavilənin 4-cü bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür 27 iyul 2010-cu il tarixli əmək müqaviləsinə 20 aprel 2018-ci il tarixli Əlavəyə əsasən işçinin yeni vəzifəsi 3-cü dərəcəli kran operatoru/koordinatoru/təlimçi/Qiymətləndirici olacaq. Bir gün üçün əmək haqqı vergilər daxil olmaqla 166,94 manat ödəniləcək. Belə ki, tərəflərin izahatları və iş materiallarında olan sübutlardan müəyyən olunur ki, iddiaçı cavabdeh şirkətdə 3-cü dərəcəli kran operatoru vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra o, 3-cü dərəcəli kran operatoru/təlimçi və 3-cü dərəcəli kran operatoru/koordinatoru/təlimçi/Qiymətləndirici vəzifələrinə keçirilmişdir. İddiaçı xx.xx.2022ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən özünün təşəbbüsü ilə işdən azad olunmuşdur. Məhkəmə qeyd edir ki, göstərilən faktları tərəflər mübahisələndirmirlər. İddiaçının mübahisələndirdiyi hal isə ondan ibarətdir ki, iddiaçı hesab edir ki, 2011- 2022-ci illər ərzində onun əsas əmək məzuniyyəti 30 gün hesablanmalı halda cavabdeh tərəfindən ona 21 gün əmək məzuniyyəti hüququ tanınmışdır. AR Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci bəndinin tələblərinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 42-ci maddəsinin 1-ci bəndinə görə Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43-cü maddəsinin 2-ci bəndinin “a” hissəsinə görə işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində göstərilməlidir. 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir 144.2-ci maddəsinə əsasən işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 144.3-cü maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə, xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə, təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə və əczaçılara ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 114-cü maddəsinə istinad edir. Məhkəmə qeyd edir ki, qeyd olunan normadan görünür ki, 30 gün əmək məzuniyyəti məhz təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə verilir. Lakin iddiaçı təhsil müəssisəsində təlimçi vəzifəsində çalışmadığından o, qanunla 30 gün əmək məzuniyyəti verilməli olan işçilərin təsir dairəsinə düşmür. Cavabdehdən tutulması tələb olunan məbləğə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində işlədiyi illər ərzində 21 təqvim günü üçün almış olduğu əmək məzuniyyəti haqqını yox, əlavə 9 təqvim günü üçün ona ödənilməli əmək məzuniyyəti haqqını mübahisələndirir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi pul vəsaitinin əsasında işçinin məzuniyyət hüquqlarının pozulması durduğundan və həmin hissə əsassız sayıldığından həmin məbləğin cavabdehdən tutulması da təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarında olan İddiaçı vəzifə təlimatından görünür ki, yeni işçiləri öyrətmək və inkişaf etdirmək, kranın təhlükəsiz idarə edilməsini izah etmək iddiaçı ilə əmək müqaviləsi bağlanarkən onun vəzifə təlimatında nəzərdə tutulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 09 avqust 2006-cı il tarixli 10-2 №-li Qərarında qeyd edilmişdir ki, aşağı dərəcəli peşələrin ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir. Bu səbəbdən, iddiaçının yeni işçilərə öz vəzifəsi ilə bağlı təlimlər keçməsi onun iş yerində istehsalat təlimi ilə məşğul olması anlamına gəlməməlidir. Belə ki, o, sadəcə öz vəzifə təlimatında nəzərdə tutulmuş işlə məşğul olmuşdur və bu iddiaçının təlimçi qismində cavabdeh tərəfindən işə cəlb olunması kimi qiymətləndirilməməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar