Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1304/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə, İddiaçı oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı oğlunun (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6, X8 və X2 cəlb edilməklə) cavabdeh Bakı şəhəri 46 saylı Notariat ofisinin xüsusi notariusu X1 qarşı “mirasın qəbulu müddətinin uzadılması, miras payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Bakı şəhəri 46 saylı Notariat ofisinin xüsusi notariusu X1 qarşı mirasın qəbulu üçün buraxılmış müddətin üzürlü sayılaraq uzadılması, mərhum qızı İsmayıl-zadə Rəna Rüfət qızının mülkiyyətində olan miras əmlakda onun payına münasibətdə miras payının müəyyən edilməsi və buna dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, qızı İsmayıl-zadə Rəna Rüfət qızı 04 iyul 2022-ci ildə vəfat etmişdir. 05 yanvar 2023-cü il tarixdə öyrəndi ki, qızı İsmayıl-zadə Rəna Rüfət qızı dünyasını dəyişən zaman onun əmlakı varmış və həmin əmlaka dair vərəsəlik açıb. Qızının dünyasını dəyişməsini və əmlakının olmasını və vərəsəlik işinin olmasından məlumatı olmamişdir, sonra bu barədə öyrənib etibarnamə vasitsilə vərəsəliyi qəbul etmək üçün müraciət etmək istəsə də, bunu həyata keçirə bilməmişdir. Belə ki, ünvan 4 27 yanvar 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən əmlaka vərəsəlik şəhadətnaməsi verilməsinə dair müraciət etmişdir. Ərizəyə xx.xx.2023-cü il tarixdə, x/109 saylı məktubla cavab verilərək bildirildi ki, Mülki Məcəllənin 1273.1-ci maddəsinə əsasən vərəsə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə susmuş vərəsə hesab edildiyi üçün qanun üzrə vərəsə kimi vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Yuxarıda qeyd etdiyi hadisələrdən gec məlumatı olduğu üçün müddəti üzrlü səbəbdən ötürmüşdür. Hazırda 84 yaşı var. Xaricdə yaşadığı və səhhətində kəskin problemlər olduğu üçün həkimlər tərəfindən təyyarədən istifadə etməyi qadağan edilmişdir, belə ki, vaxtı ilə çalışdığı sahədə peşə xəstəliyi kimi ağciyərlərində ləkələr yaranmış, nəfəs almağı çətinləşmiş və bundan irəli gələrək sinəsində və ürəyindəki kəskin ağrılar səbəbindən Azərbaycana gəlib bu proseslərdə iştirak edə bilmir. Həmin proseslərdə iştirak etmək üçün etibarnamə göndərmişdir. Bildirir ki, xəstəlikləri ilə bağlı tibbi sənədləri və istifadə etdiyi dərmanların da fotoşəkillərini təqdim edir. Həmçinin bildirir ki, vərəsəlik üzrə notariat işinin məhkəməyə təqdim edilməsi üçün vəkil sorğusu göndərilmişdir. xx.xx.2023-cü il tarixdə digər vərəsələr X6, X8 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı oğlunun nümayəndə və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. 3-cü şəxs X8 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin təmin edilməsini xahiş etmişdir. Lakin müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X6 və X2 məhkəmə iclasına gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəcinə əsasən işə müstəqil tələb irəli sürməyən 3cü şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan 46 saylı Dövlət Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 03/2023 nömrəli vərəsəlik işindən görünür ki, həmin iş miras qoyan İsmayıl-zadə Rəna Rüfət qızının xx.xx.2022-ci il tarixində ölməsi işə bağlı açılmışdır. İş materiallarında olan AZ-İİ 278422 saylı, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayıl-zadə Rəna Rüfət qızı 04 iyul 2022-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 12 ayının 28 günündə 627 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X9 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2022-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan anası - İsmayıl-zadə Rəna Rüfət qızı ölmüşdür. Mirasın tərkibi ünvan 2 ünvanında yerləşən əmlak ondan irs qalmışdır, mirası qəbul edir. Ondan başqa vərəsələr mərhumun anası X2 və mərhumun oğlu X4r. İş materiallarında olan X2 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2022-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan qızı - İsmayıl-zadə Rəna Rüfət qızı ölmüşdür. Mirasın tərkibi ünvan 2 ünvanında yerləşən əmlak ondan irs qalmışdır, mirası qəbul edir. Ondan başqa vərəsələr mərhumun qızı X9 və mərhumun oğlu X4r. İş materiallarında olan X8 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2022-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan anası - İsmayıl-zadə Rəna Rüfət qızı ölmüşdür. Mirasın tərkibi ünvan 2 ünvanında yerləşən əmlak ondan irs qalmışdır, miası qəbul edir. Ondan başqa vərəsələr mərhumun anası X2 və mərhumun qızı X5r. İş materiallarında olan xx.xx.2000-ci il tarixli, 30/16861 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 18 saylı evin yaşayış sahəsi 36,0 kv.m. olan iki otaqlı 107 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İsmayıl-zadə Rəna Rüfət qızının adına qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə iqeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, X2, İsmayıl-zadə Rəna Rüfət qızı, X9, X10 və X8 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Rüfət İsmayıl-zadə tərəfindən yazılmış etibarnamədən görünür ki, bu etibarnamə 10 yanvar 2023-cü il tarixində 1878 84th St. D9, Brooklyn, NY, 11214 ünvanında qeydiyyatda olan Rüfət İsmayıl-zadə (pasport № ********* ABŞ, doğum tarixi: xx.xx.1938) tərəfindən icra olunmuşdur və o, bu etibarnamə ilə 04 iyul 2022-ci il tarixində vəfat etmiş qızı İsmayıl-zadə Rəna Rüfət qızının (doğum tarixi: xx.xx.1964, ölüm haqqında şəhadətnamə: AZ-İİ № 278422) bütün əmlakı ilə bağlı vərəsəlik işinin aparılması üçün X7 (Şəxsiyyət vəsiqəsi: AA1104815, doğum tarixi: xx.xx.1994) mirası qəbul etməyi, mirasın qəbulu üçün müraciət etməyi, miras əmlakı qorumağı və vərəsəlik hüququ haqqında şəhadətnamələr verməyi, bütün idarə və təşkilatlarda, o cümlədən notariat ofislərində mənim nümayəndəm olmağı, mənim adımdan ərizələr, o cümlədən vərəsəlik hüququnun alınması üçün ərizələr verməyi, bunun üçün zəruri olan bütün şəhadətnamə və sənədləri almağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı, əmlak hüquqlarının dövlət qeydiyyatı haqqında çıxarışı almaq hüququ ilə daşınmaz əmlakı Dövlət Kadastrı və Daşınmaz Əmlak Reyestri X19 qeydiyyata almağı, əmlakı və pulu qəbul etməyi, zəruri vergiləri, rüsumları və ödənişləri ödəməyi, mənim adımdan imza etməyi, mirasdan mənim payımı X3 (Şəxsiyyət vəsiqəsi: AA3785256, doğum tarixi: xx.xx.1992) lehinə özgəninkiləşdirməyi, bağışlama müqaviləsi bağlamağı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 74-cü və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 31-ci maddələrinə uyğun olaraq mülki işlərə baxılması üçün zəruri olan bütün prosessual hərəkətləri mənim adımdan həyata keçirməyi, bütün prosessual və digər hüquqların verilməsi ilə şəxsi birinci instansiya və apellyasiya məhkəmələrində, Azərbaycan Respublikasının Ali Məhkəməsində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində, o cümlədən bütün məhkəmələrdə təmsil etməyi, o cümlədən iddia, vəsatətlə (vəsatətlər) verməyi, məhkəmə aktlarından şikayət verməyi (imzalamağı), etiraz və rəy ərizələrini imzalamağı və onları məhkəməyə təqdim etməyi, iddia tələbindən tamamilə və ya qismən imtina etməyi, işin dayandırılması və ekspertizaya göndərilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişinin bağlanması, məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya iclasında və ya mediasiya prosesində iştirak etmək üçün mübahisənin mediasiya yolu ilə həllinə razılıq verilməsi məsələsinə münasibət bildirməyi; mediasiya sessiyası (prosesi) ilə bağlı müvafiq sənədləri, razılaşmaları və ya müqavilələri əldə etməyi, məhkəmə icraatları ilə bağlı bütün məhkəmə aktlarım əldə etməyi, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sənədləri müvafiq qaydada göndərməyi (ərizə, şikayət və digər sənədləri), məlikəmə aktının məcburi icrası barədə iddia qaldırmağı, məhkəmə aktının icrası ilə bağlı müraciət etməyi, o cümlədən (mobil) telefon, digər rabitə və elektron poçt ünvanları vasitəsilə şəxs adından üçüncü şəxslərlə əməkdaşlıq emtəyi, iş, məhkəmə aktından apellyasiya və kassasiya instansiya şikayəti verməyi və bu etibarnamənin icrası ilə bağlı digər işləri icra etməyi etibar edir. İş materiallarında olan İsmayıl-zadə Rufət Əsəd oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X12 tərəfindən ünvan 4 ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İsmayıl-zadə Rufət Əsəd oğlu ünvan 5 ünvanında yaşamış , 04 iyul 2022-ci il tarixdə vəfat etmiş qızı İsmayıl-zadə Rəna Rüfət qızından miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 46 saylı notariat ofisinin notariusu Tamilla Kərimova tərəfindən İsmayıl-zadə Rufət Əsəd oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1 və 1243-cü maddələrinin tələblərinə əsasən qanun üzrə vərəsəlik zamanı miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar o halda vərəsə ola bilərlər ki, onlar mirasın açıldığı yer üzrə notariat orqanına mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu barədə ərizə versinlər və ya əmlaka sahiblik və əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş olsunlar. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Bununla bağlı ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Vərəsəlik hüququnun mövcud olduğu ölkələrin hüquq sistemləri bu hüquq institutunun iki fərqli prinsip üzərində qurulmasını nəzərdə tutur: fərdilik və ailə-təminat prinsipləri. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Bu prinsipin mənasına görə fərd üçün mülkiyyəti üzərində tam sərəncam vermək imkanı yaradılmadıqda o sadəcə əmlakın istifadəçisinə çevrilə bilər və yaşadığı dövrdə əmlakı çoxaltmaq və keyfiyyətcə yeniləşdirmək səyləri olmaz. Vərəsəlik hüququnda ailə-təminat prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Lakin bu əmlak üzərində şəxsin mülkiyyət hüququ onun vəfatından sonra bitir və o, hər hansı bir subyekt kimi hüquq münasibətlərində iştirak etmir. Belə olan halda, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Eyni hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1. və 1159.1.1-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Konstutusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında izah etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Eyni göstəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 83-cü bəndində “açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir, notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər” kimi qeyd edilmişdir. .Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, məhkəmə tərəfindən işdə olan sübutarın tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçının qızı İsmayıl-zadə Rəna Rüfət qızı 04 iyul 2022-ci ildə vəfat etmiş, 05 yanvar 2023-cü il tarixdə ona məlum olmuşdur ki, qızı İsmayıl-zadə Rəna Rüfət qızı dünyasını dəyişən zaman onun əmlakı varmış və həmin əmlaka dair vərəsəlik açıb. O, ABŞ-da yaşadığı üçün qızının dünyasını dəyişməsini və əmlakının olmasını və vərəsəlik işinin olmasından məlumatı olmamişdir, sonra bu barədə öyrənib etibarnamə vasitəsilə vərəsəliyi qəbul etmək üçün müraciət etsə də, Bakı şəhəri 46 saylı notariat ofisindən cavab olaraq ona mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, digər vərəsələr miras paylarının müəyyən edilməsi üçün notariat orqanına müraciət etmiş və vərəsəlik işi açılmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, qızının ölümündən sonra miras əmlakın qalmasından iddiaçının xəbərinin olmaması, eləcə də, onun hüquqi savadının olmaması, iddiaçının mərhum İsmayıl-zadə Rəna Rüfət qızının birinci növbəli vərəsələri sırasına daxil olan vərəsələrindən biri olması nəzərə alınmaqla buraxılmış müddət uzürlü hesab edilməklə uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı oğlu tərəfindən mirasın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü sayılaraq uzadılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1304/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1304/2023
18.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver