Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1331/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi R.A.Abbasovun, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********30000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq, istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Səbail rayonu ərazisində İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, 3cü Yaşayış massivi, ev 221-də qeydiyyatda olan Cavabdeh fərdi evdə qaz sayğacının təbii qaz sərfinin qeyd etməməsi aşkar edilmişdir. Həmçinin qeyd olunan faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında 3110,40 manat məbləğində sərfiyyat borcu olduğu müəyyən olunmuşdur. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 3110,40 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən İddiaçı İB-yə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3110,40 manat pulun və 51,11 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 3161,51 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, smart tipli qaz sayğacı quraşdırılmış mənzillərə hər ay təşkilatın əməkdaşlarının baxış keçirilməsinə zərurət olmur. Yəni hər ay əməkdaş o abonentin mənzilindəki sayğaca baxış keçirilir ki, sayğac mexaniki tipli olur, sayğacın göstərişinə uyğun bildiriş çıxarılır və abonentə təqdim olunur. Smart tipli sayğac quraşdırılmış mənzillərə isə əməkdaş hər 6 aydan bir qazın verilməsi və sayğaca baxış keçirilməsi məqsədi ilə abonentlərin mənzillərinə gedirlər. Cavabdehin smart tipli sayğacında kifayət qədər pul ehtiyatı olduğu üçün və nöqsan aşkar edildikdən sonra itirilmiş qazın hesabat müddəti 6 ay müddət götürülmüşdür. Nümayəndə eyni zamanda göstərmişdir ki, onlar tərəfindən "xxxx" ASC-dən abunəçi Cavabdeh abunə hesabından çıxarışı əldə etmişlər, həmin çıxarışa əsasən cavabdehin mənzilində mütəmadi olaraq aylıq işıqdan istifadə ilə əlaqədar ödənişlər həyata keçirilmiş, həmçinin cavabdeh tərəfindən qaza görə də qış aylarında böyük ödənişlərin edilməsini nəzərə alaraq hesabatın 6 ay müddətinə və aylıq 518 manat həddində götürmüşlər. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, mütəmadi olaraq smart tipli qaz sayğacına müxtəlif məbləğlərdə pul yükləmiş, qazdan istifadə etmişdir. 2022-ci ilin noyabr ayınadək evində təmir işləri aparılmış, dekabr ayında evdə yaşamağa başlamışlar, həmin vaxt sayğacın qaz sərfiyyatının göstərməməsini müəyyən etmiş, həmin qüsurla bağlı aidiyyəti qaz təşkilatına müraciət etsə də, uzun müddət onun müraciəti cavabsız qalmış, yalnız 2023-cü ilin mart ayında sayğacda olan qüsura görə sayğac dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. O, etiraf edir ki, 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayınadək qazdan ödənişsiz istifadə etmişdir. İddiaçı 6 ay müddətinə hər ay 500 manat olmaq şərti ilə ondan pul tələb edir. Lakin qış aylarında maksimum 200-250 manat qazdan istifadə ilə əlaqədar əvvəllər xərc çəkmişdir. Ona görə də 4 ay müddətində həmin məbləğ həddində pul ödəməyə hazırdır. İşıq sərfiyyatı ilə əlaqədar bildirir ki, təmir getdiyi üçün ustalar işıqdan mütəmadi istifadə etmişlər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş üzrə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən abonent Cavabdeh yaşadığı ünvanda qaz sayğacına baxış keçirilən zaman smart tipli qaz sayğacının sərfiyyatının qeydə alınmaması müəyyən edildiyindən onun mexaniki tipli qaz sayğacı ilə əvəzlənməsi qərara alınmış və qeyd edilən akt tərtib edilmişdir. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, qaz sayğacına baxış keçirilən zaman sayğacın sərfiyyatının qeydə alınmaması, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalanmamışdır. İş üzrə İddiaçı Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK-14-2- 2/3-5-3534-1 saylı aktın surətinə əsasən iddiaçıya aid sayğaca baxış keçirərkən müəyyən edilmişdir ki, sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir,göstəricilər arasında fərq mövcuddur, sayğacın yaddaş arxivi oxundu, sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb, sayğac istismara yararsızdır. İş üzrə «Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş qazın dəyərinin hesablanması komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı Cavabdeh ******* saylı xx.xx.2023-cü il tarixli akt əsasında fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacın təbii qaz sərfinin qeyd etməməsi aşkar olunması, 180 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 25920 kub metr əlavə sərfiyyat, yəni 3110,40 manat məbləğində ödəniş hesablanmışdır. İş üzrə abonent Cavabdeh (kod **********00000) abonent saldosundan görünür ki, ona 2023-cü ilin mart ayında 3110,40 manat borc hesablanmışdır. İş üzrə “Azəriqaz“ İB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, abonent Cavabdeh (kod **********00000) 2023-cu may ayı üçün 23,76 manat (198 kub.m. x 0,12 manat) borc hesablanmış, qalıq borc 628,80 manat təşkil etmiş, abonentin ödəməli olduğu məbləği 652,56 manat təşkil etmişdir. Abonent tərəfindən xx.xx.2023-cü il tarixdə 766,80 manat ödəniş edilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışından görünür ki, abonent Cavabdeh tərəfindən qazdan istifadə ilə əlaqədar 2018-ci ildə - 1587 manat, 2019-cu ildə - 1971 manat, 2020-ci ildə - 1450 manat, 2021-ci ildə - 300 manat ödəniş həyata keçirilmişdir. İş üzrə "xxxx" ASC-nin abunəçi Cavabdeh aid abunə haqqında çıxarışdan belə məlum olur ki, abunəçinin mənzili üzrə 2022-ci ilin bütün ayları üçün aylıq ödənişlər həyata keçirilmişdir. İş üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyinin X1 Agentliyinin Bakı filialı tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin X1 Agentliyinə daxil olmuş yaşadığı ünvanda “abonent hesabına əlavə edilmiş məbləğ” (abonent Vəliyeva Aidə, kodu: **********00000) barədə müraciətinə X1 Agentliyinin Bakı filialında baxılmış, bununla əlaqədar toplanmış sənədlər araşdırılarkən məlum olmuşdur ki, sözügedən ünvanda istismarda olan G-6 tipli 1005AQ**********7 nömrəli öncədən ödənişli (smart tipli) qaz sayğacı xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndələri tərəfindən qaz xəttindən çıxarılaraq yeni G-6 tipli 40383663 nömrəli sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı ilə əvəzlənmiş və müvafiq olaraq “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Çıxarılaraq dövlət yoxlanılmasına göndərilmiş qaz sayğacının İddiaçı İB-nin Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-3534-1 nömrəli laboratoriya rəyində sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin keçən qazın qeyd etmir, göstəricilər arasında fərq mövcuddur qeyd edilmiş və dövlət yoxlanılması nəticəsində qaz sayğacı istismara yararsız hesab edilmişdir. Qaz sayğacının dövlət yoxlanılmasının nəticəsi olaraq 2023-cü ilin mart ayında vətəndaşın istehlakçı hesabına 25920 kub.m.həcmində, 3100 manat məbləğində borc əlavə edilmişdir. Bildirirlər ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən 8-1-ci hissədə nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qanunun 8-1-ci bəndinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yuxarıda göstərilənləri nəzərə alaraq istehlakçının abonent hesabına əlavə edilmiş 3100 manat borc məbləğinə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılması üçün İddiaçı İB-yə məktublar ünvanlanmışdır. İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentindən daxil olan cavab məktubunda bildirilmişdir ki, sayğacın dövlət yoxlamasının nəticəsinə əsasən “Qaydaları”n 2 nömrəli əlavəsi olan “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsinin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın dəqiq həcminin aparılması məqsədilə xx.xx.2023-cü il tarixində ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək 3100 manat məbləğində dəymiş ziyan hesablanmış və abonentin hesabına borc kimi əlavə edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixində istehlakçının hesabına qalan 766,80 manat məbləğ onun kartından koduna köçürüldüyü qeyd olunmuşdur. Araşdırma müddəti ərzində İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən qeyd edilən borc məbləğinin istehlakçı tərəfindən ödənilməsi ilə bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsinə şikayət verildiyi və hazırda mülki işin məhkəmənin icraatında olduğu müəyyən edilmişdir. Nəzərinə çatdırılır ki, istehlakçının abonent hesabına əlavə edilmiş borc məbləği ilə bağlı məhkəmə tərəfindən veriləcək qərardan asılı olaraq müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildirirlər ki, “Qaydaları”n 2 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 5.2-ci bəndinə əsasən bu Müqavilə üzrə istehlakçı qaz paylayıcısına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə verilmiş iddia tələbi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı İB-nin əməkdaşları cavabdehin yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirmişlər, baxış zamanı sayğacının təbii qaz sərfinin qeyd etməməsi faktını aşkar etmişlər və smart tipli qaz sayğacı qaz xəttindən çıxarılaraq mexaniki tipli qaz sayğacı ilə əvəzlənmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacın təbii qaz sərfinin qeyd etməməsi faktı aşkar olunduğu üçün akt tərtib edilmişdir. Köhnə sayğac yoxlanılması üçün sayğacların yoxlanması laboratoriyasına göndərilmiş və orada sayğac yoxlandıqdan sonra MSK-14-2-2/3-5-3534-1 saylı akt tərtib edilmişdir. Akta əsasən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, göstəricilər arasında fərqin mövcud olması müəyyən edilmişdir. Qüsura görə nəticə kimi “qaz itkisi” halının olması müəyyən edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehə xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesabat müddəti 180 gün nəzərə alınmaqla 25920 kub metr dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda smart tipli sayğaca yüklənmiş pul vəsaitləri sayğacın qaz sərfiyyatının qeydə almama səbəbindən silinməmiş, cavabdeh istehlakçının hesabından qalan 766,80 manat məbləğində yığılmış pul vəsaiti onun kartından koduna köçürülmüşdür. Məhkəmə qeyd edir ki, cavabdehin yaşadığı evdə qaz sayğacının təbii qaz sərfinin qeyd etməməsi faktı öz təsdiqini tapdığından və bu hal cavabdehin özü tərəfindən də etiraf olunduğundan, istehlakçı tərəfindən bir müddət qazdan ödənişsiz istifadə edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı dəymiş ziyan ilə bağlı cavabdehə qarşı tələb irəli sürməkdə haqlı hesab edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 6 ay müddət üçün cəmi 3110,40 manat dəymiş ziyana görə pul tələb edilməsi əsaslı hesab edilə bilməz. Belə ki, təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, qış ayları üçün iddiaçının işlək vəziyyətdə olan smart kartına aylıq 200-250 manat (nadir hallarda həmin məbləğdən çox) ödənişlər həyata keçirilmişdir. Eyni zamanda yeni quraşdırılmış mexaniki tipli sayğacın mart-iyun ayları üçün göstəricisi 1173 kub.m. (140 manat) təşkil edir ki, bu halın özü iddiaçı tərəfindən aparılan hesabatın real olmamasını sübut edir. Məhkəmə cavabdehin mənzilində 4 ay yaşadığı müddət ərzində sayğacın işlək vəziyyətdə olmamasına dair dəlilləri üzrə qeyd edir ki, həmin müddətlə bağlı cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən, eyni zamanda iddiaçı tərəfindən təqdim olunan "xxxx" ASC-nin abunə haqqında çıxarışdan hər ay cavabdehin mənzilində işıqdan istifadə ilə əlaqədar sərfiyyata görə ödənişlər həyata keçirildiyindən, itirilmiş qazın bərpası, yəni dəymiş ziyan ilə əlaqədar hesabatın 6 ay müddətində götürülməsini məhkəmə əsaslı hesab edir. Lakin məhkəmə hesab edir ki, 6 aylıq müddət üçün qazdan istifadə ilə əlaqədar sərfiyyata görə ödənilməli pul məbləği hər ay üçün 250 manat olmaqla, cəmi 1500 manat həddində müəyyən edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəymiş ziyanın bərpası ilə əlaqədar yaranmış borcun əvəzi kimi 1500 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi cəmi 1500 manat pulun tutulması hissəsində əsaslı hesab olunduğundan, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə təbii qazdan istifadə ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi (debitor borca görə) 1500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manat, cəmi 1535 (bir min beş yüz otuz beş) manat məbləğində pul tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1331/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1331/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver