Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1380/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İlkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, onlar dünyaya göz açanda mübahisəli evdə qeydiyyatda olmaqla yaşamışlar. Belə ki, ailə vəziyyəti ilə əlaqədar anaları ilə bərabər Kanadaya köçüb orda müəyyən müddət yaşamışlar. Bundan sonra ataları cavabdehlə yeni nikaha daxil olduqdan sonra, mərhum ataları Xanlarov Rauf daim qayğılara qalıb və onunla qardaşına dəstək olmuşdur. Ölümündən öncə onlarla əlaqə saxlayaraq ağır xəstəliyə (onkoloji) düçar olduğundan və onlar çox uzaqda olduqlarından cavabdehə mülkiyyətində olan əmlakları bağışlayacağını və onlar geri dönüş etdikdə isə cavabdeh bu əmlakları onların, habelə cavabdehlə birgə nikahdan dünyaya gəlmiş iki qardaşları ilə ədalətli böləcəyini qeyd etmişdir. Geri qayıdıb cavabdehə qeydiyyatda olduqları evin kirayəçilərdən boşaldaraq onların həmin mənzilə köçmələri xahiş etsələr də, artıq iki ildən çoxdur ki, bu gün sabah sözləri verərək onları aldadır. Mərhum ataları onlarla skayp vasitəsi ilə əlaqə saxlayarkən qeydiyyatda olduqları mənzildən qeydiyyatda olduqlarına görə mənzilin cavabdehə bağışlanması üçün onların razılıq ərizələrinin olmasını bildirərək, yaxın günlərdə razılıq ərizələrini tərcümə edib apostil etmələrini tapşırmışdır. Onlar mənzilin cavabdehin mülkiyyətində olduğunu və ataların onların razılıq ərizələri olmadan bağışlanma müqaviləsini olduğunu Azərbaycana gəldikdən sonra məlumatları olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçılar onların ünvan 4-yə köçürməklə istifadə qaydasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilkin iddia ərizəsində bildirmişdir ki, qardaşı İddiaçı2 ilə dünyaya göz açandan mübahisəli evdə qeydiyyatda olmaqla yaşamışdır. Qeyd edilən hal həqiqətə uyğun deyildir və ilkin iddia üzrə İddiaçı1 və onun qardaşı İddiaçı2 həmin ünvanda heç vaxt yaşamamışlar və yaşamırlar. Beləliklə də onun mülkiyyət hüquqları bu günə kimi pozulur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 9, 12 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçıların (qarşılıqlı iddia üzrə cavabdehlərin) nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçıların nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçılar mübahisəli evdə yaşadıqları üçün həmin evin yaxınlığında yerləşən 184 No-li orta məktəbdə oxumuşlar və əsgərliyə də Səbail rayon Hərbi Komissarlığından çağırılmışlar. Ataları rəhmətə gedənə qədər heç bir problem olmayıb, həmin evə gedib gəliblər, ataları vəfat etdikdən sonra isə cavabdeh onları evə buraxmamışdır. İddiaçıların mübahisəli evə istifadə hüquqları var, onların həmin evə hüquqlarının olmaması barədə heç bir qərar mövcud deyil, Kanada vətəndaşlığının alınması evə hüququn itirilməsi kimi qəbul edilə bilməz. Ona görə də qarşılıqlı iddianı əsassız hesab edir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçılar ümumiyyətlə heç vaxt mübahisəli evdə yaşamamışlar. Daimi yaşamaq üçün anaları ilə birlikdə Kanadaya köçmüş, 2022-ci ilədək orada yaşamış, sonra isə ildə bir neçə dəfə müvəqqəti Azərbaycana gəlmişlər. Nazim Kanada vətəndaşlığını qəbul etmişdir. Bu fakt onun daimi həmin ölkədə yaşamasını təsdiq edir. İddiaçıların mübahisəli evə istifadə hüququ mövcud olmadığından hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur ki, qeydiyyatları silinsin. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki,o, Cavabdeh ilə qapı bir qonşudur. 1985-ci ildən Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 9, mənzil 13-ə gəlin gəlmiş, hazırkı vaxtadək orada yaşayır. Mübahifəli mənzil iddiaçıların nənəsi Bəstinin olub, Nazim və Cavad uşaq vaxtı nənələrigilə gəlib-gedib, lakin heç vaxt orada yaşamayıblar. Həmin evdə yalnız Bəsti yaşayıb, Rauf anasına baxırdı. Bəsti vəfat etdikdən sonra Rauf evi təmir etmiş, qardaşı Kamilə yaşamaq üçün vermiş, 4 il orada Kamil yaşamışdır. Nazim və Cavadın nənələri rəhmətə getdikdən sonra o evə gəlib-getmələrini görməmişdir. Hazırda evdə kirayəşin qalır, Marina gəlibgedir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, Rauf Xanlarovun qardaşı qızıdır, Nazim və Cavad onun əmisi uşaqlarıdır. Ev nənəsinə məxsus olmuş, orada tək yaşamışdır, Nazim və Cavad ata və anası ilə ayrı evdə qalmışlar, sonra valideynlər arasında boşanma olduqdan sonra ana nənəsigildə qalmış, sonra anaları Lala xanımla Kanadaya getmişlər. Nənəsinin evində vəfat etdikdən sonra əmisi təmir etdirmiş və onlar 4 il orada yaşamışlar. İş üzrə Səbail rayon Polis İdarəsi tərəfindən verilmiş Fərdi Uçot kartoçkalarının surətlərindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1990-cı il təvəllüdlü İddiaçı2 Bakı şəhərində anadan olmuşlar, ata qrafasında X9, ana qrafasında X10 göstərilmiş, qeydiyyat ünvanı: ünvan 1ə edilmiş Azərbaycan Respublikası SHXÇDX-nin Səbail rayon İdarəsi tərfindən verilmiş hərbi biletlərin surətlərindən görünür ki, İddiaçı1 və İddiaçı2 hərbi xidmətə ünvan 2 ünvanından çağırılmışlar. İş üzrə Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə X7 şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi X5r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 30 kv.m., 2 otaqlı olan mənzildən ibarətdir. İş üzrə X9 ilə Cavabdeh arasında bağlanılmış və Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli vərəsəlik payın bağışlanması müqaviləsinin surətinə əsasən X11 Azərbaycan Respublikası Bakı şəhəri 19 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli reyestr nömrəsi 2V/35 olan Qanun üzrə X7 şəhadətnaməsinə əsasən ona düşən tam (1/1) hissədə olan vərəsəlik payını arvadı Cavabdeh bağışlamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsində yerləşən 9 saylı evin ümumi sahəsi 37,0 kv.m. olan 12 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.1988-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: -İddiaçı1: xx.xx.2022-ci il tarixdə - giriş, xx.xx.2023-cü il tarixdə - çıxış, xx.xx.2023-cü il tarixdə - giriş, xx.xx.2023-cü il tarixdə - çıxış, xx.xx.2023-cü il tarixdə - giriş, xx.xx.2023-cü il tarixdə - çıxış, xx.xx.2023-cü il tarixdə - giriş, xx.xx.2024-cü il tarixdə çıxış, xx.xx.2024-cü il tarixdə giriş; - İddiaçı2: xx.xx.2022-ci il tarixdə - giriş, xx.xx.2022-ci il tarixdə - çıxış, xx.xx.2023-cü il tarixdə giriş, xx.xx.2024-cü il tarixdə - çıxış. İş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-348/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ünvan 4-yə aid əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışın ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş üzrə Səbail rayonu 9 nömrəli MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 42 nömrəli arayışından görünür ki, İddiaçı1 ünvan 4 ünvanında xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır. İş üzrə Səbail rayonu 9 nömrəli MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 43 nömrəli arayışından görünür ki, İddiaçı2 ünvan 4 ünvanında xx.xx.2006-cı il tarixdən qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Xanlarov X6 vətəndaşıdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsində yerləşən 8 saylı evin ümumi sahəsi 53,4 kv.m. olan 2 otaqlı 21 saylı mənzili tam mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır. İş üzrə nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində nikah bağlanılmışdır. Məhkəmə qeyd edir ki, ilk növbədə verilmiş qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsində yerləşən 9 saylı evin 12 saylı mənzil ilkin iddia üzrə iddiaçıların atası X3 anası X2 məxsus olmuş və Rauf Xanlarov xx.xx.2021-ci il tarixdə qanun üzrə X7 vərəsəlik şəhahətnaməsi əsasında ona düşən tam hissədə vərəsəlik payını arvadı Cavabdeh bağışlamışdır. Mənzil hazırda qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətindədir. X9 vəfat etmişdir. İlkin iddia tələbi üzrə iddiaçılar mübahisəli mənzildə anadan olduqları vaxtdan yaşadıqlarını, həmin mənzilə istifadə hüquqlarının mövcud olması əsası ilə mənzilə köçürmələri barədə tələb irəli sürsələr də, məhkəmə iclasında iddiaçıların mübahisəli evə 2005 və 2006-cı ildə qeydiyyata düşmələri, valideynlər arasında nikah pozulduqdan sonra onların anaları ilə birlikdə Kanadaya köçmələri müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ilkin iddia tələbi üzrə iddiaçıların ümumiyyətlə mübahisəli mənzildə yaşamadıqlarını göstərmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır, lakin hətta iddiaçıların qeyd etdiyi kimi mübahisəli mənzildə yaşamaları və istifadə hüququ əldə etdikləri halında belə iddiaçılar mübahisəli mənzildən daimi yaşamaq üçün köçdüklərindən həmin hüquqları itirmişlər. Belə ki, AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzilə ehtimal edilən (qeydiyyatda alındığı tarixlərə görə) istifadə hüquqları 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığından, hazırki mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, cavabdehlərin iddia etdikləri kimi mübahisəli mənzilə istifadə hüquqları mövcud olsa da, onların uzun müddət həmin mənzildə yaşamamaları, bununla da daimi olaraq başqa ölkəyə köçməsi, başqa ölkənin vətəndaşlığının əldə etməsi, mübahisəli yaşayış sahəsinə ehtiyacının aradan qalxmasını təsdiq edən hal kimi qəbul edilməli və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum qərarında formalaşan hüquqi mövqeyə əsasən cavabdehlərin mübahisəli evə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi mümkün hesab edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İlkin iddia üzrə iddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onlar Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsində yerləşən 9 saylı evin 12 saylı mənzilə köçürməklə istifadə qaydasının müəyyən olunmasını xahiş etmişlər və iddianın əsası kimi mübahisəli mənzildə qeydiyyatda olmaqla həmin mənzilin istifadə hüquqlarının olmasını göstərmişlər. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsaslı olması səbəbi ilə təmin edilərək İddiaçı1 və İddiaçı2 mübahisəli evə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi mümkün hesab edildiyindən, bununla da onların hazırda həmin əmlak üzərində hüquq sahibi olmamaları müəyyən edildiyindən məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə…
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı onların ünvan 4-yə köçürməklə istifadə qaydasının müəyyən olunması barədə ilkin iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçılara aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsində yerləşən 9 saylı evin 12 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə İddiaçı1 və İddiaçı2 yaşayış yeri üzrə qeydiyyatlarının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev