Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1389/2022 20.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, İddiaçı, onun nümayəndələri və vəkilləri Vəkil1 Barış oğlunun, Vəkil5, Cavabdeh, onun nümayəndələri və vəkilləri Vəkil3 və Vəkil4, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MTK) «mənzildən çıxarılma və həmin mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və həmin mənzilə köçürülmə» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otağlı, 16 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, "xxxx" MTK ilə aralarında bağlanılmış 23 dekabr 2013-cü il tarixli müqaviləyə uyğun olaraq MTK tərəfindən ünvan 7 inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok (giriş), 7-ci mərtəbəsində, ümumi sahəsi 140.1 kv.m olan 3 otaqlı mənzili hər 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, cəmi 105075 manat pulun 6 ay müddətinə ödəməyi, MTK isə həmin mənzili tikib payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. O, həmin mənzilin pulunu xx.xx.2013-cü il tarixdə tam şəkildə “MARS-A" MTK-nın kassasına ödəmiş və bununla bağlı MTK-dan ona verilmiş 237 nömrəli Kassa mədaxil qəbzindən də görünür ki, o xx.xx.2013-cü il tarixdə həmin tarixli müqaviləyə uyğun olaraq 105075 (Bir yüz beş min yetmiş beş) manat pulu "xxxx" MTK-nın kassasına ödəmişdir. Bundan əlavə, "xxxx" MTK tərəfindən ona verilmiş Maliyyə arayışında göstərilmişdir ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-sına məxsusdur. Bu binanın 7 mərtəbə, 3 otaqlı mənzildə yerləşən yaşayış sahəsi 140.1 kv.m olan mənzili dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. MTK-ya borcu yoxdur."xxxx" MTK tərəfindən ona verilmiş 28 mart 2022-ci il tarixli 1/28/22-9 saylı məktubda göstərilmişdir ki, "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otağlı və ümumi sahəsi 140,3 kv.m olan mənzil 23 dekabr 2013-cü il tarixində İddiaçı (AZE ********) adına rəsmiləşdirilmişdir. Hal hazırda həmin mənzil İddiaçı məxsusdur, onun adındadır və digər şəxsə satılmamışdır. Bununla yanaşı, “Hüquqların Qabaqcadan Qeydiyyatı Barədə” Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi 83,15, yardımı sahəsi 57,15- ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına (tam payçı kimi) Daşınmaz əmlakın dövlət reyestrində 2706 nömrəli reyestr kitabının 252194 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Cavabdeh ona məxsus ünvan 1 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otağlı və ümumi sahəsi 140,3 kv.m olan 16 saylı mənzildə qanunsuz təmir işləri aparması və orada yaşaması onun mülkiyyətçi kimi hüquqları pozur. Cavabdehin ona məxsus olan mənzildə təmir işləri aparması və orada yaşaması həmin əmlakın qanuni sahibi (bir mülkiyyətçi) kimi onun həmin mənzil üzərində dövlət tərəfindən tanınan və qorunan hüquqlarını kobud şəkildə pozur. Qeyd edilənlərə əsasən o yuxarıda qeyd olunan mənzilə görə pay haqqın tam olaraq ödəyib qurtardığından və həmin mənzil xüsusi mülkiyyət hüququ ilə onun adına (tam payçı kimi) Daşınmaz əmlakın dövlət reyestrində 2706 nömrəli reyestr kitabının 252194 nömrəli vərəqində qabaqcadan qeydiyyata alındığından həmin mənzil onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Bir daha qeyd etmək istəyir ki, ona məxsus ünvan 1 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otağlı və ümumi sahəsi 140,3 kv.m olan 16 saylı mənzildə Cavabdeh qanunsuz təmir işləri aparması və orada yaşaması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehin ona məxsus olan mənzildə təmir işləri aparması və orada yaşaması bir mülkiyyətçi kimi onun həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, həmçinin bildirmişdir ki, MTK ilə müqavilə bağlandıqdan sonra o bir neçə il ərzində mənzildə təmir işləri aparmışdır, bu halı təmir işlərini aparan ustalar da təsdiq edə bilər, bütün qonşuları 16 saylı mənzilin onun mənzili olduğunu bilir və təsdiq edirlər, cavabdeh icra sənədinə əsalanaraq onun müqaviləsində nəzərdə tutulan mənzilə deyil, qanunsuz olaraq ona aid mənzilə köçürülmüşdür. 16 saylı mənzil binanın 7-ci mərtəbəsində, yaşayışın isə 6-cı mərtəbəsində yerləşməklə onun mənzilidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Barış oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil5 iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 7 inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok (giriş), 7-ci mərtəbəsində 3 otaqlı mənzil iddiaçı ilə "xxxx" MTK ilə aralarında bağlanılmış 23 dekabr 2013-cü il tarixli müqaviləsinə, eləcə də mənzilin xüsusi mülkiyyət hüquqi ilə İddiaçı adına (tam payçı kimi) Daşınmaz əmlakın dövlət reyestrində 2706 nömrəli reyestr kitabının 252194 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmasına dair “Hüquqların Qabaqcadan Qeydiyyatı Barədə” Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş arayışa əsasən binanın 16 saylı mənzili İddiaçı məxsusdur. Belə ki, həmin mənzil binanın 7-ci mərtəbəsində, yaşayışdan hesablandıqda isə 6-cı mərtəbəsində yerləşir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X9 xx.xx.2020-ci il tarixli rəyindən də görünür ki, ünvan 4 ünvanda" “Mars-A" MTK tərəfindən inşa olunmuş 2 girişli 2 səviyyəli zirzəmili 16 mərtəbəli binanın 1-ci mərtəbəsi bir mərtəbə hesab edilməklə iki səviyyəli qeyri-yaşayış sahəsidir. Hazırda cavabdehin iddiaçının mənzilində qanuni əsas olmadan yaşayır və onun hüquqlarını pozur. İcra sənədinə əsasən köçürüldüyü bildirilir, lakin həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilmişdir, icra hərəkətlərinin davam etdirilib-etdirilməməsi barədə onlarda məlumat yoxdur. Qeyd edilənlərə əsasən iddanın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, 13 yanvar 2014-cü il tarixdə Cavabdeh ilə (payçı) X29 şəxsində Mars-A MTK arasında mənzil alqı-satqısına dair müqavilə bağlanmışdır. O mənzili bank vasitəsilə almışdır. Sonradan razılığa gəlmişlər ki, MTK onun pulunu qaytarsın, lakin müəyyən edilmiş müddətə pulu qaytarılmadığı üçün o, mənzilin ona təhvil verilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş, iddiası təmin edilmiş və o mənzilə köçürülmüşdür. Hazırda yaşadığı mənzil binanın 8-ci mərtəbəsində yerləşir və onun müqaviləsində nəzərdə tutulmuş mənzildir. İcra sənədi üzrə icraata xitam verilməsinə dair qərarın ləğv edilməsindən məlumatı olmamış, hazırda icra hərəkətləri barədə məlumatlı deyil. Göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil4 iddiaya etiraz edərək bildirmişdir ki, 13 yanvar 2014-cü il tarixdə Cavabdeh ilə (payçı) X29 şəxsində Mars-A MTK arasında mənzil alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin məzmununu əks etdirən 1.1.-ci maddəyə əsasən. "Payçı” Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisi "Podratçıya” həvalə edirilir. Müqavilənin 1.2.-ci maddəsinə görə, "Podratçı tikinti - quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına və qəbul olunmuş standartlara uyğun yerinə yetirir. Müqavilənin 3.1-ci maddəsində qeyd edilir ki, "Payçı” ona düşən 1 -ci blok 8-ci mərtəbə 3 (üç) otaqlı, tam sahəsi 140,3 kv.m olan mənzilin hər 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, cəmi 105.225 (Miz beş min iki yüz iyirmi beş) manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci maddəsində göstərilir ki, “Payçı” ilkin pay kimi tam məbləği 105.225 (yüz beş min iki yüz iyirmi beş) manat məbləğində pulu müqavilə bağlandığı gündən 3 gün müddətində ödəyir. xx.xx.2014-cü il tarixli "MARS-A” MTK-ın direktoru X30 tərəfindən verilən maliyyə arayışında qeyd edilir ki ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası "MARS-A” MTK-sına məxsusdur. İkı binanın 1 -ci giriş. 8-ci mərtəbəsində yaşayış sahəsi 140,3 kv.m olan mənzilin dəyəri payçı Cavabdeh tərəfindən ödənilmişdir, MTK-ya borcu yoxdur. "xxxx" MTK-ın xx.xx.2014-cü il tarixli 014501-2 nömrəli X28 qəbzindən də göründüyü kimi Cavabdeh tərəfindən mənzil satışına görə 105.225 (yüz beş min iki yüz iyirmi beş) manat məbləğində pul kassaya mədaxil edilmişdir. 23 dekabr 2013-cü il tarixdə İddiaçı (payçı) ilə (Payçı) X29 şəxsində "xxxx" MTK (podratçı) arasında mənzil alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin məzmununu əks etdirən 1.1.-ci maddəyə əsasən, “Payçı” Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisini “Podratçıya" həvalə edir. Müqavilənin 1.2,-ci maddəsinə görə “Podratçı” tikinti- quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz, və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına və qəbul olunmuş standartlara uyğun yerinə yetirir. Müqavilənin 3.1.-ci maddəsində qeyd edilir ki. “Payçı” ona düşən 7-ci mərtəbədə yerləşən tam sahəsi 140.1 kv.m olan 3 otaqlı mənzilin sahəsinin hər 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, cəmi 105.075 (yüz beş min yetmiş beş) manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. 13 yanvar 2014-cü il tarixdə Cavabdeh ilə (Payçı) X29 şəxsində "xxxx" MTK (podratçı) arasında mənzil alqı - satqısına dair müqavilə ilə 23 dekabr 2013-cü il tarixdə İddiaçı (payçı) ilə (Payçı) X29 şəxsində "MARS-A MTK (podratçı) arasında mənzil alqı-satqısına dair müqaviləni müqayisə etdikdə qeyd etməlidirlər ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok 8-ci mərtəbə 3 otaqlı, tam sahəsi 140.3 kv.m olan və dəyəri 105.225 manat təşkil edən mənzil satılmış. İddiaçı isə həmin çoxmərtəbəli binada mərtəbədə yerləşən tam sahəsi 140.1 kv.m olan 3 otaqlı və dəyəri 105.075 (yüz beş min iki yüz iyirmi beş) manat təşkil edən mənzil satılmışdır. “Hüquqların Qabaqcadan Qeydiyyatı Barədə” Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş arayışda İddiaçı satılan mənzilin 6-cı mərtəbədə yerləşdiyi göstərilmişdir. Bundan başqa, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarova İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə iddiaçını nümayəndəsi və vəkili Vəkil1 müvəqqəti təminat tədbiri barədə ərizəsini nəzərdən keçirərək müəyyən etmişdir ki, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 7 inşa edilən yüksəkmərləbəli yaşayış binasının İ (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı və ümumi sahəsi 140,3 kv.m olan 16 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil1 müvəqqəti təminat tədbiri barədə ərizə verərək Cavabdeh ona ünvan 7 inşa edilən yüksəkmərləbəli yaşayış binasının İ (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı və ümumi sahəsi 140,3 kv.m olan 16 saylı mənzilə giriş-çıxışın, orada təmir işlərinin aparılması və həmin mənzildə yaşamağın cavabdehə və digər şəxslərə, həmçinin qeyd olunan mənzillə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Revestri Xidmətinə hər hansı əməliyyatın aparılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni araşdıraraq hesab etmişdir ki ərizə təmin edilməlidir. Qanunvericiliyin tələbini, müvəqqəti təminat tədbirinin məqsədini, eləcə də ünvan 7 inşa edilən yüksəkmərləbəli yaşayış binasının İ (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı və ümumi sahəsi 140,3 kv.m olan 16 saylı mənzilin hazırki halda mübahisə predmeti olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, müvəqqəti təminat tədbiri tətbiq edilməlidir. Beləliklə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-MTT(009)-75/2022 saylı, qərardadı ilə cavabdeh tərəfin ərizəsi təmin edilməklə müvəqqəti təminat tədbiri tətbiq edilmiş və ünvan 7 inşa edilən yüksəkmərləbəli yaşayış binasının İ (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı və ümumi sahəsi 140,3 kv.rn olan 16 saylı mənzilinə dair təmir-tikinti işlərinin aparılması və mənzilin özgəninkiləşdiriməsi cavabdehə qadağan edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı səhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-MTT(009)-75/2022 saylı qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizənin təmın edilməməsini xahiş etmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli MTT-(103)-273/2022 nömrəli Qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-MTT(009)-75/2022 nömrəli qərardadı ləğv edilmiş, müvəqqəti təminat tədbiri barədə ərizəyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları rayon məhkəməsinə qaytarılmışdır. İddiaçı Cavabdeh "MARS- A” MTK- ya qarşı "əmlak tələbi’’ barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının İ giriş (blok), 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140.3 kv.m olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Baki şəhəri, Səbail rayonu, A.Abbaszdə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilə dair müqavilə bağlanmışdır. Müqavilə bağlanan tarixdə iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Binanın tikintisi uzun müddətdir ki davam edir. İddiaçıda olan məlumata görə cavabdeh şirkət mənzilləri başqa şəxslərə sataraq qeyri-qanuni yollarla varlanmaq niyyətindədir. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1694/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və iddiaçının mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlər aradan qaldırılmışdır. İddiaçı Cavabdeh “MARS-A" MTK-ya qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məkhəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X31 tərəfindən apellyasiya şikayəti verilsə də, şikayət təmin edilməmiş və Bakı Şəhəri Səbail Rayon Məkhəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1694/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu əsasdan çıxış edərək hesab edir ki, subyektiv hüququ olmadığına görə İddiaçı “"mənzildən çıxarılma və həmin mənzilə köçürülmə” tələbi ilə bağlı Cavabdeh qarşı yox, "xxxx" MTK-ya qarşı iddia qaldırmalı idi. Yuxarıda göstərilən əsasları nəzərə alaraq və İddiaçı "mənzildən çıxarılma və həmin mənzilə köçürülmə” tələbi ilə bağlı Cavabdeh qarşı subyektiv hüququ olmadığına görə iddia tələbinin əsassız olmasına əsasən iddia tələbi rədd edilməli və şikayət təmin edilməməlidir. Yuxarıda göstərilən əsasları nəzərə alaraq və İddiaçı "mənzildən çıxarılma və həmin mənzilə köçürülmə” tələbi ilə bağlı Cavabdeh qarşı subyektiv hüququ olmadığına görə iddia tələbinin əsassız olmasına əsaslanaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iddiaya etiraz edərək bildirmişdir ki, İliyev Emil mənzilə icra sənədi əsasında köçürülmüşdür, hazırki iş üzrə mənzilə və binaya yerində baxış keçirilən zaman binaya daxil olduqdan sonra birinci mərtəbədən hesablandıqda hazırda mübahisə predmeti olan mənzilin binanın 8-ci mərtəbəsində yerləşməsi öz təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-nin nümayəndəsi X18 izahatında bildirmişdir ki, cavabdeh Emin Əliyev "xxxx" MTK-dan birbaşa mənzil almayıb, mənzili bank vasitəsilə alıb. Bir gün binanın komendantı ona məlumat verdi ki, X42 Əhmədovun mənzilinə daxil olmuşdur. İddiaçı öz mənzilinə dair çıxarışı var, dövlət orqanı mənzilə dair çıxarışı təqdim edir. Səbail rayon İcra Şöbəsinin icraçıları binanın nümayəndəsinin iştirakı olmadan mərtəbəni və mənzili müəyyən edib. Binada 90 sakin yaşayır, İddiaçı 2014-cü ildən öz mənzilini təmir edir, sakinlərin də bu barədə məlumatı var. İcraçılar gələndə və qapını qıranda onlara bildirilib ki, səhv mərtəbəyə gəliblər. Bütün sakinlərə sənədləri verərkən bildirir ki, mərtəbəni DƏDRX müəyyən edir. Əlavə olaraq bildirmişdir ki, DƏDRX-nə layihə, sahə sənədləri və müqavilələri təqdim edir və o qurum yaşayış mərtəbəsini müəyyən edir. Eskiz layihədə birinci iki səviyyə bir mərtəbə sayılır. Mənzilə nömrə verildikdən sonra İddiaçıla notarial qaydada da müqavilə bağlanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, qiymətləndirərək, yerində müayinə etməklə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" MTK ilə İddiaçı aralarında bağlanılmış 23 dekabr 2013-cü il tarixli müqavilədən görünür ki, MTK tərəfindən ünvan 7 inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok (giriş), 7-ci mərtəbəsində, ümumi sahəsi 140.1 kv.m olan 3 otaqlı mənzili hər 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, cəmi 105.075 manat pulun 6 ay müddətinə ödəməyi, MTK isə həmin mənzili tikib payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. - "xxxx" MTK-nın 237 nömrəli Kassa mədaxil qəbzindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə həmin tarixli müqaviləyə uyğun olaraq 105.075 (bir yüz beş min yetmiş beş) manat pulu "xxxx" MTK-nın kassasına ödəmişdir. - «MARS-A” MTK-nın İddiaçı adına verilmiş Maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-sına məxsusdur. Bu binanın 7 mərtəbə, 3 otaqlı mənzildə yerləşən yaşayış sahəsi 140.1 kv.m olan mənzili dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. MTK-ya borcu yoxdur. - «MARS-A” MTK-nın İddiaçı adına verilmiş 28 mart 2022-ci il tarixli 1/28/22-9 saylı məktubda göstərilmişdir ki, "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otağlı və ümumi sahəsi 140,3 kv.m olan mənzil 23 dekabr 2013-cü il tarixində İddiaçı (AZE ********) adına rəsmiləşdirilmişdir. Hal hazırda həmin mənzil İddiaçı məxsusdur, onun adındadır və digər şəxsə satılmamışdır. - "xxxx" MTK-nin Azəriqaz ASC-yə ünvanlandığı ərizədən görünür ki, ünvan 7 inşa edildiyi yüksək mərtəbəli yaşayış binası şirkətlərinə məxsusdur və həmin kompleksdə 90 ədəd mənzil mövcüddur. Kompleksdə qaz təchizatı ilə bağlı şirkətin adına 90 ədəd sayğaclar rəsmiləşdirərək abunə kodu alınmışdır. Bu səbəbdən Mars-A MTK-nin adına olan, ümumi sahəsi 140.3 kv.m olan, 1 giriş, yaşayışın 6 mərtəbə yerləşən 17 saylı mənzildəki qaz sayğacının abonent kodunu İddiaçı adına keçirilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MTK tərəfindən ünvan 8 ünvanında inşa edilmiş binanın 6, 7, 8, 9, 10-cu mərtəbələrində yerləşən, sahəsi 140.1 və ya 140.3 kv.m olan 3 otaqlı mənzillərin qeydiyyata alınıb-alınmaması laqqında məlumat və sənədlərin surətlərinin verilməsi, İddiaçı adına ünvan 8, 16 saylı mənzilin qabaqcadan qeydiyyata alınmasına əsas olmuş sənəd surətlərinin verilməsi və sözügedən mənzilə dair müqavilədə mənzilin 7-ci mərtəbədə yerləşməsi qeyd olunsa da, hansı qaydalara uyğun olaraq hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışda 6-cı mərtəbə qeyd edilməsinin araşdırılması ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 9 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası xx.xx.2017-ci il tarixdə "xxxx" MTK-nın adına qabaqcadan qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. ünvan 19, giriş 1, 28 saylı (10-cu mərtəbə, 3 otaq, ü/s 140.3 kv.m) mənzil Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiqlənmiş 4Ə-676 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qabaqcadan qeydiyyata alınmış daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə X4 adına qabaqcadan qeydiyyata alınmışdır və ********* qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq edilmiş 3M-460 reyestr nömrəli xx.xx.2021-ci tarixli əvvəl bağlanmış müqavilənin ləğv edilməsinə dair müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə sözügedən mənzil "xxxx" MTK- nın adına qabaqcadan qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. ünvan 19, giriş 1, 25 saylı (9-cu mərtəbə, 3 otaq, ü/s 140.3 kv.m) mənzil Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiqlənmiş 4Ə-628 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qabaqcadan qeydiyyata alınmış daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə X10 adına qabaqcadan qeydiyyata alınmışdır və ********* qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 3M-816 reyestr nömrəli xx.xx.2021-ci tarixli müqavilənin ləğvinə dair sazişə əsasən xx.xx.2021-ci il tarixdə sözügedən mənzil "xxxx" MTK-nın adına qabaqcadan qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. ünvan 19, giriş 1,19 saylı (7-ci mərtəbə, 3 otaq, ü/s 140.3 kv.m) mənzil Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiqlənmiş 4Ə-723 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qabaqcadan qeydiyyata alınmış daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə X11 adına qabaqcadan qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq edilmiş 3M-446 reyestr nömrəli xx.xx.2021-ci tarixli əvvəl bağlanmış müqavilənin ləğv edilməsinə dair müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə sözügedən mənzil "xxxx" MTK- nın adına qabaqcadan qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiqlənmiş 4Ə-699 reyestr nömrəli xx.xx.2021 -ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qabaqcadan qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. ünvan 19, 16 saylı (6- cı mərtəbə, 3 otaq, ü/s 140.3 kv.m) mənzil Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiqlənmiş 4Ə-722 reyestr nömrəli xx.xx.2017-ci il tarixli qabaqcadan qeydiyyata alınmış daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə Məmmədov Mir- Əvəz Rafiz oğlunun adına qabaqcadan qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 3M-944 reyestr nömrəli xx.xx.2021-ci tarixli müqavilənin ləğvinə dair sazişə əsasən xx.xx.2021-ci il tarixdə sözügedən mənzil "xxxx" MTK-nın adına qabaqcadan qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiqlənmiş 4Ə-517 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən İddiaçı adına qabaqcadan qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. ünvan 19, giriş 1, 22 saylı (8-ci mərtəbə, 3 otaq, ü/s 140.3 kv.m) mənzil Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiqlənmiş 4Ə-1259 reyestr nömrəli xx.xx.2017-ci il tarixli mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə X24 adına qabaqcadan qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq edilmiş 3M-489 reyestr nömrəli xx.xx.2021-ci tarixli əvvəl bağlanmış müqavilənin ləğv edilməsinə dair müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə sözügedən mənzil "xxxx" MTK- nın adına qabaqcadan qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiqlənmiş 4Ə-932 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına qabaqcadan qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. ünvan 19, giriş 1, 25 saylı (9-cu mərtəbə, 3 otaq, ü/s 135.4 kv.m) mənzil 178 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə, xx.xx.2018-ci il tarixli maliyyə arayışına, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1 (81 )-679/2019 nömrəli qərarına, X5 xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən xx.xx.2019-cu il tarixdə X5 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu D.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə-162 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildiririk ki, Milli Qeydiyyat Sisteminə ünvan 8 ünvanında qabaqcadan qeydiyyata alınmış mənzillərə dair texniki göstəricilər tikintiyə icazə sənədinə və layihəyə əsasən daxil edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, X16 küçəsi, ev 17 ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 6,7,8,9,10-cu mərtəbələrində yerləşən (təqribən 140, 140,1 və ya 140.3 kv.m olan 3 otaqlı) mənzillərin qeydiyyata alınmasına əsas olmuş sənədlərin, həmin ünvanda yerləşən ümumi sahəsi 140.3 kv.m olan mənzilin İddiaçı adına qabaqcadan qeydiyyata alınmasına əsas olan sənədərin surətinin, o cümlədən İddiaçı ilə imzalanmış müqavilədə 7-ci mərtəbə qeyd edilsədə, hansı səbəbdən İddiaçı binanın 6-cı mərtəbəsindən yerləşən mənzilinə dair hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, "xxxx" MTK-nın adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, 16 saylı, **********16-05301-093010 reyestr nömrəli, 6-cı mərtəbədə yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verildiyi, sözügedən əmlak Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-517 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirildiyi üçün onun adına 6-cı mərtəbədə yerləşən mənzilə dair arayış verilmişdir. - Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışından görünür ki, Bakı şəhəri, ünvan 12 ünvanı Mars-A MTK-nin mülkiyyət hüququ qeydə alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əlavə edilmiş 16 may 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Mars-A MTK ünvan 8 ,16 saylı, 140.3 kv.m sahəsi olan 3 otaqlı mənzili İddiaçı satmışdır. - «Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış»ından görünür ki, Bakı şəhəri, ünvan 12 ünvanı İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - "xxxx" MTK-in nümayəndəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ünvan 8 ünvanında olan 1-ci girişdə, yaşayışın 6-cı mərtəbəsində olan 140.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı 16 saylı mənzilə görə Mars- MTK-nın adına qabaqcadan qeydiyyat arayışını verilməsi xahiş olunmuşdur. - "xxxx" MTK-in nümayəndəsi X12 tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı ərizədən görünür ki, onunla vətəndaş Məmmədov Mir-Əvəz Rafiz oğlu arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi, ünvanında yerləşən 17 saylı, evin 16 nömrəli mənzilə dair bağlanmış alqı-satqı və ipoteka müqaviləsi ləğv edildiyindən əmlakın yenidən "xxxx" MTK-nın adına qaytarılmasına dair qeydiyyat aparılması xahiş olunmuşdur. - 13 yanvar 2014-cü il tarixdə Cavabdeh ilə (payçı) X29 şəxsində Mars-A MTK arasında mənzil alqı-satqısına dair bağlanmış müqavilənin məzmununu əks etdirən 1.1.-ci maddəyə əsasən. "Payçı” Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisi "Podratçıya” həvalə edirilir. Müqavilənin 1.2.-ci maddəsinə görə, "Podratçı tikinti - quraşdırma işlərini layihə sənədlərinə uyğun qüsursuz və Dövlət tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına və qəbul olunmuş standartlara uyğun verinə yetirir. Müqavilənin 3.1-ci maddəsində qeyd edilir ki, "Payçı” ona düşən 1 -ci blok 8-ci mərtəbə 3 (üç) otaqlı, tam sahəsi 140,3 kv.m olan mənzilin hər 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, cəmi 105.225 (Miz beş min iki yüz iyirmi beş) manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. - Mars-A MTK-nin X28 13 yanvar 2014-cü il tarixli qəbzindən görünür ki, Cavabdeh mənzil üçün 105225 (yüz beş min iki yüz iyirmi beş) manat ödənilmişdir. - xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 15 ünvanda yerləşən kooperativ yaşayış binası Mars-A MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş 8-ci mərtəbəsində yaşayış sahəsi 140.3 kv.m olan mənzilin dəyəri payçı Cavabdeh tərəfindən ödənilmişdir, MTK-ya borcu yoxdur. - X14, X15 və Mars-A MTK-nın payçısı və üzvü olan Cavabdeh arasında xx.xx.2019cu il tarixli qarşılıqlı razılaşmadan görünür ki, Cavabdeh 06 iyul 2007-ci il tarixində "MARS- A” MTK-nə məxsus və onun tərəfindən Bakı şəhəri Səbuil rayonu A.Abbaszadə 17 ünvanında inşa etdiyi yüksəkmərləbəli yaşayış binasının 2 giriş (blok) 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 158.4 kv.m olan 3 (üç) otağlı mənzilin dəyərini tam ödəməklə əldə etmişdir. xx.xx.2019-cu il tarixində Cavabdeh şirkətə müraciət edərək həmin mənzilin şirkət tərəfindən satılmasına və şirkətin öz hesabına ona həmin mənzilə görə 150.000 (yüz əlli min) manat ödənilməsini xahiş elmişdir. Şirkətin rəhbəri olaraq bu təklifi təhlil edərək, vəsaitin tam olaraq 30 mart 2020-ci il tarixədək Cavabdeh ödənilməsinə razılıq verdim. Bu razılıq qarşılıqlı olaraq tərəflərin "qarşılıqlı razılaşma" müqaviləsinə səbəb olmuşdur. Belə ki, ümumi qarşılıqlı razılaşmaya görə şirkət tərəfindən həmin vəsaitin ödənişi hissə-hissə həyata keçiriləcəkdir. Həmin vəsait şirkət tərəfindən Cavabdeh şəxsi bank hesabına, bank kartına və ya ona nəğd şəkilində həyata keçiriləcəkdir. Bu seçimi Cavabdeh özü edəcəkdir və bu barədə şirkətin rəhbərinə məlumat verəcəkdir. Şirkət tərəfindən vəsait tam bağlandıqdan sonra Cavabdeh onlara aid olan mənzilin bütün sənədlərini şirkətə qeyri şərtsiz qaytaracaq və gələcəkdə bu mənzillə bağlı heç bir iddia və tələbləri olmayacaqdır. - Bakı Apellaysiya Məhkəməsinin MTT(103)-273/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmiş, Səbail Rayon Məhkəməsinin MTT(009)-75/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, müvəqqəti təminat tədbiri barədə ərizəyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları rayon məhkəməsinə qaytarılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3867/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Mars-A MTK-ya qarşı əmlak tələbi barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)- 1694/2021 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) X31 tərəfindən verilmiş apellyasiya şikayəti, həmçinin iddiaçı Mars-A MTK-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(011)-1545/2022 saylı qətnaməsindən iddiaçı Mars-A MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasını, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(009)-1694/2021 saylı qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2 (011)-1545/2022 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanması qət edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 7 "xxxx" MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında mənzillərə dair sənədləşdirmə işləri aparılan zaman yaşayış sahəsinin mərtəbəsinin binanın 1-ci mərtəbəsindən və ya yaşayışın 1-ci mərtəbəsindən hesablanması qaydalarının mövcud olub-olmaması və ümumiyyətlə qeyd edilən sənədlər rəsmiləşdirilən zaman mərtəbələrin hansı qaydada hesablanmalı olmasına dair məlumatın verilməsi barədə xx.xx.2022-ci il tarixli 2-(009)-1389/2022 nömrəli müraciətinizə (sorğunuza) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Müraciətdə qaldırıldığı məsələ Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2021-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış binaları. Layihələndirmə normaları”nın 3-cü hissəsi ilə tənzimlənir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin Mars- A MTK-ya ünvanladığı 18 dekabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında 30 avqust 2007-ci il tarixli, 624 nömrəli Fərmanının icrası ilə əlaqədar ünvan 4 ünvanda inşa edilən 2 girişli 2 səviyyəli zirzəmili 16 mərtəbəli (+texmərtəbə, 1-ci mərtəbə 2 səviyyəli qeyri-yaşayış sahəsi) yaşayış binasında aparılmış müayinənin nəticələri Agentliyin Təhlil qrupunun 07 dekabr 2020-ci il tarixli, 1093 saylı iclasında müzakirə olunmuşdur. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X9 18 dekabr 2020-ci il tarixdə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Binaya dair təqdim edilmiş sənədlər: Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 186 və xx.xx.2005-ci il tarixli, 267 saylı Sərəncamları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X1 Ekspertiza Baş idarəsinin xx.xx.2007-ci il tarixli, 8355 saylı rəyidir. Rəyin nəticə hissəsi: ünvan 4 ünvanda" “Mars-A" MTK tərəfindən inşa olunmuş 2 girişli 2 səviyyəli zirzəmili 16 mərtəbəli (+texmərtəbə, 1-ci mərtəbə 2 səviyyəli qeyri-yaşayış sahəsi) yaşayış yükdaşıyan konstruksiyaları qazın verilməsi baxımından möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. QEYD: Binanın inşaası zamanı kənaraçıxma halları olduğu üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X1 Ekspertiza Baş İdarəsi tərəfindən binanın mövcud Vəziyyəti nəzərə alınmaqla müsbət rəyin alınması zəruri hesab edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2020-ci il tarixli 1093 saylı İclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanılığı baxımından qazın verilməsi barədə qərar qəbul edilmişdir. - "xxxx" MTK tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, X16 küçəsi, ev 17 ünvanında yüksəkmərtəbəli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmişdir. Bu binanın İ giriş 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzili xx.xx.2013-cü ildə X21 adına rəsmiləşdirilmişdir. Cavabdeh adına olan mənzil yaşayışın 8-ci mərtəbəsində yerləşir və bu adnan 2013-cü il tarixdə onun adına rəsmiləşdirilmişdir. Belə ki, Dövlət Arxitektura və şəhərsalma komitəsi və FHN-i tərəfindən təsdiq edilmiş eskiz layihəsinə əsasən binada birinci iki mərtəbə qeyri-yaşayış sahələri kimi qeydiyyata alınmış və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bu günədək sakinlərə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın Dövlət Reyestrindən «Arayış»ları verərkən qeyri-yaşayış sahələrini mərtəbə kimi nəzərə almayıb və sırf alqı-satqı müqavilələrində qeyd olunan mərtəbələri göstərməklə yaşayış mərtəbələri kimi qeydə alıb. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı “ünvan 7 inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok (giriş), 7-ci mərtəbəsində, ümumi sahəsi 140.1 kv.m olan 3 otaqlı mənzilinin "xxxx" MTK ilə aralarında bağlanılmış 23 dekabr 2013-cü il tarixli müqaviləsinə, "xxxx" MTK tərəfindən ona verilmiş 28 mart 2022-ci il tarixli 1/28/22-9 saylı məktuba və yaşayış sahəsi 83,15, yardımcı sahəsi 57,15- ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzil xüsusi mülkiyyət hüquqi ilə İddiaçı adına (tam payçı kimi) Daşınmaz əmlakın dövlət reyestrində 2706 nömrəli reyestr kitabının 252194 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmasına dair “Hüquqların Qabaqcadan Qeydiyyatı Barədə” Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş arayışa istinad edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı və ümumi sahəsi 140,3 kv.m olan 16 saylı mənzildə qanunsuz təmir işləri aparması və orada yaşaması ilə onun mülkiyyətçi kimi hüquqlarını pozmasını iddia etmişdir. Başqa sözlə, iddiaçı tələbinin məzmununa əsasən o, onunla bağlanmış müqaviləyə əsasən 7-ci mərtəbədə yerləşən 3 otaqlı mənzilin, mənzilə nömrə verildikdən sonra isə Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında "xxxx"MTK tərəfinən inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı və ümumi sahəsi 140,3 kv.m olan 16 saylı mənzilin eyni mənzil olmaqla ona məxsus olmasını mübahisələndirir. İşin materiallarından görünür ki, iddiaçı hazırki mübahisəni qaldırmamışdan əvvəl hüquqlarını pozduğunu iddia etdiyi Cavabdeh 13 yanvar 2014-cü il tarixdə X29 şəxsində Mars-A MTK arasında bağlanmış mənzil alqı-satqısına dair müqaviləsi ilə bağlı məhkəmə çəkişmələri olmuşdur. Məhkəmə hesab edir ki, hazırki iddiaya hüquqi qiymət verilməsi zamanı sözügedən işlər üzrə qəbul edilmiş məhkəmə qərarları nəzərə alınmalıdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı «əmlak tələbi» barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia təmin olunmuş, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddiaçının mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması, ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi qət olunmuşdur. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 14 mart 2022-ci il tarixli “icraata xitam verilməsi barədə” qərarından və eyni tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qətnaməsi üzrə verilmiş icra sənədi tam icra olunmuş, mübahisəli mənzil tələbkar (iddiaçı) Cavabdeh təhvil verilmişdir. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs X31 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmiş, üçüncü şəxs şikayətdə - "xxxx" MTK ilə onun arasında mübahisəli yaşayış sahəsinə dair 10 oktyabr 2013-cü il tarixdə müqavilənin bağlanmasını, həmin mənzilin ona təhvil verilməsini, oranı təmir edərək, ailə üzvləri ilə orada yaşamasını və s. göstərmişdir. Həmçinin həmin iddiaçı "xxxx" MTK Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilə dair bağlanmış 13 yanvar 2014-cü il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-cu il tarixli, 2(011)-1545/2022 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 may 2022-ci il tarixli qərardadı hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3867/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2(009)- 1694/2021 saylı qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2 (011)-1545/2022 saylı qətnaməsi apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanması qət edilmişdir. Qanuni qüvvəsini almış apellyasiya instansiyası məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən edilmişdir ki, Səbail rayon məhkəməsində baxılan iş üzrə iddiaçının və üçüncü şəxsin təqdim etdiyi müqavilələrdə yaşayış sahələri eyni qeyd olunmuşdur. Həmçinin, müqavilələrə əsasən tərəflər arasında podrat münasibətləri yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 14 mart 2022-ci il tarixli “icraata xitam verilməsi barədə” qərarına və eyni tarixli akta, eləcə də Yerində müayinənin nəticələrinə əsasən hesab etmişdir ki, yerində müayinə zamanı həmin tərəf konkret mənzili təqdim edə bilməmişdir. Üçüncü şəxsin nümayəndəsi Cavabdeh hazırda yaşadığı mənzilin müqavilədə göstərilən mənzil olmamasını bildirsə də, məhkəmə kollegiyası hazırki icraat çərçivəsində bu halı araşdırmağı zəruri hesab etməmiş bunu onunla əsaslandırmışdır ki, iddia tələbi məhz "xxxx" MTK-ya yönəlməklə müqavilədə göstərilən mənzilin təhvil verilməsi ilə bağlıdır. İcra vaxtı iddiaçıya konkret mənzilin təhvil verilibverilməməsi hazırki iddianın qanuni həlli baxımından əhəmiyyətli deyildir. Əksinə, üçüncü şəxs apellyasiya şikayətində müqavilədə göstərilən mənzilin ona təhvil verilməsini, orada yaşamasını qeyd etsə də, yerində müayinə zamanı həmin tərəf konkret mənzili təqdim edə bilməmişdir. Qətnamədən görünür ki, yerində müayinə zamanı məhkəmə kollegiyası tərəflərin də iştirakı ilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blokuna daxil olmuş, liftin “8” düyməsi basılaraq mərtəbəyə qalxmışlar. İddiaçı Cavabdeh faktiki yaşadığı mənzilə vizual baxış keçirilmiş, mənzil təmirli olmaqla, orada iddiaçının ailə üzvləri ilə yaşaması müəyyən olunmuşdur. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin işi üzrə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı "xxxx" MTK tələbinin əsası kimi Cavabdeh ilə sonradan, yəni 12 dekabr 2019-cu il tarixdə bağlanmış razılaşmaya istinadən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi140,3 kv.m olan 3 otaqlı mənzilə dair bağlanmış 13 yanvar 2014-cü il tarixli müqavilənin ləğv edilməsini xahiş etsə də, müəyyən olunmuşdur ki, həmin razılaşmanın şərtlərinəməhz "xxxx" MTK tərəfindən riayət olunmamış, razılaşmada nəzərdə tutulmuş 150000 manat pul vəsaiti müəyyən olunmuş 3 ay müddət ərzində (30 mart 2020-ci il tarixədək) Cavabdeh ödənilməmişdir. Sonradan iddiaçı Cavabdehlər "xxxx" MTK-nə və X22 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ilə Xətai rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(011)-4132/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yüksək mərtəbəliyaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı mənzilə dair X19 "xxxx" MTK ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin iş üzrə məhkəmə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3867/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə istinad edərək müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilələr podrat müqaviləsi olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı mənzil Cavabdeh təhvil verilmişdir. Məhkəmə göstərilən nəticəyə gələrkən qeyd etmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1694/2021 saylı mülki iş üzrə və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1545/2022 saylı mülki iş üzrə icraat zamanı "xxxx" MTK tərəfindən mübahisəli mənzilin Elçin İbadova məxsus olması və MTK-nın Elçin İbadovla müqavilənin bağlanmasını bildirməməsi, həmçinin işin sadalanan digər faktiki halları xx.xx.2013-cü il tarixli müqavilənin sonradan arxa tarixlə bağlandığı barədə nəticəyə gəlməyə əsas verir. Apellyasiya instansiyası məhkəməsinin Səbail Rayon Məhkəməsində baxılan iş üzrə gəldiyi nəticəsinin əsası kimi istinad etdiyi Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 14 mart 2022-ci il tarixli “icraata xitam verilməsi barədə” qərarından və eyni tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1694/2021 saylı qətnaməsi üzrə verilmiş icra sənədi tam icra olunmuş, mübahisəli mənzil tələbkar (iddiaçı) Cavabdeh təhvil verilmişdir. Lakin müəyyən edilmişdir ki, İddiaçı Səbail rayon icra şöbəsinin icra məmuru Tural Aşurovun icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, icra sənədinə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı və iddiaçının mülkiyyət hüququna yaradılmış bütün maneələr aradan qaldırılmalıdır. Sözü gedən icra sənədini icra edən icra məmuru ciddi səhvə yol verərək, idviaçı Cavabdeh İddiaçı məxsus olan eyni ünvanda və eyni binada yerləşən, lakin 8-ci mərtəbədə deyil, 7-ci mərtəbədə yerləşən 3 otaqlı mənzilə köçürülmüşdür. Həmin binanın 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi olduğundan ərizəçi ilə MTK arasında bağlanmış müqavilədə 6-cı mərtəbədə yerləşən mənzil göstərilsə də, icra məmuru məhkəmə qətnaməsinin icrasını həyata keçirərkən həmin binada yerləşən 8-ci mərtəbə deyil, 7-ci mərtəbəyə köçürməni səhvən həyata keçirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-188/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1694/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurov tərəfindən qəbul edilmiş 14 mart 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi qərara alınmışdır (Hakim: İlkin Rüstəmli). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(103)-383/2022 saylı qərardadı ilə maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-188/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadında "xxxx" MTK tərəfindən İddiaçı ünvanlanmış məktuba istinad edilmişdir ki, həmin məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci giriş, yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlıvə ümumi sahəsi 140,3 kv.m olan mənzil İddiaçı məxsusdur. Məhkəmələr bu nəticəyə gəlmişlər ki, icra sənədinin icrası icra məmuru tərəfindən yalnışlığa yol verilərək həyata keçirildiyindən məhkəmənin icra vərəqəsi tam icra edilmiş sayılmır. Belə ki «İcra haqqında» AR Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən icra sənədi üzrə icraatın xitam verilməsinə səbəb ola biləcək hallardan biri icra sənədinin tam icra olunmasıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, icra məmuru tərəfindən icra hərəkətləri həyata keçirilərkən yol vermiş yanlışlıqlar araşdırılmalı və məhkəmənin qətnaməsi icra edildikdən sonra icraataxitam verilməlidir. Beləliklə də müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1694/2021 №li Qətnaməsi ilə Cavabdeh iddiası təmin edilsə də, onun əsasında verilən icra sənədinin icrası zamanı icra məmuru tərəfindən yalnışlığa yol verilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfin izahatlarından aydın olur ki, icra məmuru tərəfindən iddiaçı Cavabdeh icra sənədində ona təhvil verilməsi nəzərdə tutulan binanın 8ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə deyil, İddiaçı məxsus olan eyni ünvanda və eyni binada, lakin 8-ci mərtəbədə deyil, 7-ci mərtəbədə yerləşən 3 otaqlı mənzilə köçürülmüşdür. Hazırki iş üzrə cavabdeh tərəf icra məmuru tərəfindən icra hərəkətləri həyata keçirilərkən yol vermiş yanlışlıqların araşdırılması və məhkəmənin qətnaməsinin hazırki halda icra edilməsi ilə hər hansı icra hərəkətlərinin aparılması barədə məlumatları olmamasını göstərmişdir. Hazırki iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün "xxxx" MTK tərəfindən ünvan 18 ünvanında inşa edilmiş binanın 6, 7, 8, 9, 10-cu mərtəbələrində yerləşən, sahəsi 140.1 və ya 140.3 kv.m olan 3 otaqlı mənzillərin qeydiyyata alınıb-alınmaması haqqında məlumat və sənədlərin surətlərinin verilməsi, İddiaçı adına ünvan 8, 16 saylı mənzilin qabaqcadan qeydiyyata alınmasına əsas olmuş sənədlərin surətlərinin verilməsi və sözügedən mənzilə dair müqavilədə mənzilin 7-ci mərtəbədə yerləşməsi qeyd olunsa da, hansı qaydalara uyğun olaraq hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışda 6-cı mərtəbə qeyd edilməsinin araşdırılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə edilən sorğu nəticəsində müəyyən edilmişdir ki, ünvan 9 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası xx.xx.2017ci il tarixdə "xxxx" MTK-nın adına qabaqcadan qeydiyyata alınmışdır və ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmiş, bundan sonra MTK tərəfindən X13, X25, X26, X8, Məmmədov Mir-Əvəz Rafiz oğlu adlı vətəndaşlara hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışlar verilmişdir. Sözügedən vətəndaşlar həmin arayışı əldə etmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərkən ünvan 19 ünvanında olan binanın yaşayın müvafiq mərtəbələri üzrə mənzillərə görə arayış verilməsini xahiş etmişlər və onlara da binanın yaşayışının mərtəbələri üzrə verilən arayışlar üzrə müvafiq qabaqcadan qeydiyyata alınmış daşınmaz əmlakın alqı-satqı və ipoteka müqavilələri bağlanmışdır. Hazırki iş üzrə müəyyən edilmişdir ki, "xxxx" MTK-nın adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, 16 saylı, **********16- 05301-093010 reyestr nömrəli, 6-cı mərtəbədə yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verildiyi üçün sözügedən əmlaka Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-517 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən İddiaçı adına özgəninkiləşdirildiyi üçün onun adına 6-cı mərtəbədə yerləşən mənzilə dair arayış verilmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasındakı hazırki mübahisə binanın mərtəbələri ilə bağlıdır. Təsadüfi deyildir ki, məhz mərtəbələr üzrə mübahisə nəticəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1694/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Səbail rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 14 mart 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilmiş və müəyyən edilmişdir ki, icra sənədinin icrası icra məmuru tərəfindən yanlışlığa yol verilərək həyata keçirilmişdir. Məhkəmə ilk növbədə tərəflərin adına olan müqavilələrin məzmununa diqqət yetirilməsini önəmli sayır. Belə ki, iddiaçı ilə bağlanmış müqavilədə yaşayış binasının 1-ci blok (giriş), 7-ci mərtəbəsində yerlşən 3 otaqlı mənzildən, cavabdeh ilə bağlanmış müqavilədə isə yaşayış binasının 1-ci blok (giriş), 8-ci mərtəbəsində yerlşən 3 otaqlı mənzildən söhbət gedir. Yerində müayinə zamanı məhkəmə tərəflərin də iştirakı ilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda "xxxx" MTK tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokuna daxil olmuş, liftin “8” düyməsi basılaraq mərtəbəyə, həmçinin pilləkənlə də “8”-ci mərtəbəyə qalxmışlar. İddiaçı Cavabdeh həmin mərtəbədə (izahatlara əsasən) 16 saylı, 3 otaqlı məzildə ailə üzvləri ilə yaşadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, binanın birinci iki mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla sonrakı mərtəbələr yaşayış sahələridir. 16 saylı mənzil də binanın 8-ci mərtəbəsində deyil, 7-ci mərtəbəsində yerləşir və binanın İ blokunda yalnız bir 16 saylı mənzil mövcuddur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X9 18 dekabr 2020-ci il tarixdə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli rəyindən aydın olur ki, ünvan 4 ünvanda" “Mars-A" MTK tərəfindən inşa olunmuş 2 girişli 2 səviyyəli zirzəmili 16 mərtəbəli binanın 1-ci mərtəbəsi bir mərtəbə hesab edilməklə iki səviyyəli qeyri-yaşayış sahəsidir. Məhkəmə hesab edir ki, MTK tərəflərlə qeyd edilən müqavilələri bağlayarkən 1-ci mərtəbədə yerləşən 2 səviyyəli qeyri-yaşayış sahəsini 1 mərtəbə kimi nəzərə alaraq onlarla müqavilələr bağlamışdır. Məhkəmə qanuni qüvvəsini almış apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hallara qiymət vermədən qeyd etməyi hesab edir ki, liftlə 8 düyməsi basılaraq və ya 8 mərtəbə pilləkənlə qalxılan mərtəbə mütləq 8-ci mərtəbə kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmənin qənaətinə görə liftin 8 düyməsini basmaqla və ya pilləkənlə 8 mərtəbə qalxılması halı o demək deyildir ki, 1-ci mərtəbə 2 səviyyədən ibarət 1 mərtəbə kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, MTK tərəfindən tərəflərlə müqavilə bağlanarkən 1-ci mərtəbənin 2 səviyyəsi nəzərə alınsa da, sonradan 2 mərtəbə kimi qiymətləndirilərək liftin də bu qaydada quraşdırılması yanlışlığa yol açmışdır. Belə ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 X9 qeyd edilən rəyində də göstərildiyi kimi binanın 1-ci mərtəbəsi 1 mərtəbə 2 səviyyəli qeyri-yaşayış sahəsi olmaqla, səviyyələrin hərəsi 1 mərtəbə kimi qiymətləndirilməli demək deyildir. Məzmunundan da görünür ki, 1 mərtəbə 2 mərtəbə kimi deyil, 2 səviyyə kimi, başqa sözlə 2 səviyyədən ibarət qeyri-yaşayış sahəsi 1 mərtəbə kimi göstərilmişdir. İstər liftlə, istərsə də pilləkənlə qalxdıqda binanın ilk 1 mərtəbəsi 2 səviyyəli olmaqla 1-ci mərtəbədir. Başqa sözlə hər səviyyə ayrıca 1 mərtəbə demək deyildir. İşin materiallarından görünür ki, binanın sakinləri də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq qurumuna sənədləşdirmə üçün müraciət edərkən hərəsi öz mənzilinin mərtəbəsini binanın yaşayışından hesablamaqla göstərmişlər. "xxxx" MTK –nınnümayəndəsi tərəfindən binanın məhz yaşayışının 6-cı mərtəbəsində yerləşən 16 saylı mənzilə dair arayış verilməsi barədə müraciəti əsasında MTK-nın adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, 16 saylı, **********16-05301-093010 reyestr nömrəli, 6-cı mərtəbədə yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verildiyindən sözügedən əmlakın Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-517 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirildiyi üçün onun adına 6-cı mərtəbədə yerləşən mənzilə dair arayış verilməsini və FHN-nin qeyd edilən rəyində binanın 1-ci mərtəbəsinin 2 səviyyəli qeyri-yaşayış sahəsi kimi göstərilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya müqavilə üzrə MTK tərəfindən təhvil verilmiş yaşayış binasının 1-ci blok (giriş), 7-ci mərtəbəsində olan 3 otaqlı mənzil faktiki olaraq 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, 16 saylı mənzildir. Məhkəmə hesab edir ki, binanın 7-ci mərtəbəsi yaşayışın 6-cı mərtəbəsi, 8-ci mərtəbəsi isə yaşayışın 7-ci mərtəbəsi olduğu üçün hazırki mübahisəyə işin faktiki halları baxımından hüquqi qiymət verilməlidir. Belə olan halda isə Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 16 saylı mənzildə qanunsuz təmir işləri aparmaqla orada yaşaması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, cavabdeh faktiki olaraq iddiaçıya verilən binanın 7-ci, yaşayışın isə 6-cı mərtəbəsində olan 3 otaqlı mənzilində yaşayır. Halbuki, icra sənədinə əsasən cavabdehə müqavilədə nəzərdə tutulmuş yaşayış binasının 1-ci blok (giriş), 8-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin ona təhvil verilməsi qərara alınmışdır. Məhkəmə cavabdeh tərəfin ““Payçı” ona düşən 7-ci mərtəbədə yerləşən tam sahəsi 140.1 kv.m olan 3 otaqlı mənzilin sahəsinin hər 1 kv.m üçün 750 (yeddi yüz əlli) manat, cəmi 105.075 (yüz beş min yetmiş beş) manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. 13 yanvar 2014-cü il tarixdə Cavabdeh ilə (Payçı) X29 şəxsində "xxxx" MTK (podratçı) arasında mənzil alqı - satqısına dair müqavilə ilə 23 dekabr 2013-cü il tarixdə İddiaçı (payçı) ilə (Payçı) X29 şəxsində "MARS-A MTK (podratçı) arasında mənzil alqı-satqısına dair müqaviləni müqayisə etdikdə qeyd etməlidirlər ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blok 8-ci mərtəbə 3 otaqlı, tam sahəsi 140.3 kv.m olan və dəyəri 105.225 manat təşkil edən mənzil satılmış. İddiaçı isə həmin çoxmərtəbəli binada mərtəbədə yerləşən tam sahəsi 140.1 kv.m olan 3 otaqlı və dəyəri 105.075 (yüz beş min iki yüz iyirmi beş) manat təşkil edən mənzil satılmışdır.” – dəlilinə münasibət bildirərək qeyd edir ki, hazırki məhkəmə araşdırması zamanı müvafiq müqavilələr əsasında iddiaçıya binanın 7-ci, cavabdehə isə binanın 8-ci mərtəbəsində yerləşən mənzilin satılması, 16 saylı mənzilin binanın 7-ci mərtəbəsində yerləşməklə iddiaçıya məxsus olması müəyyən edilmişdir. Belə olan halda isə mübahisə predmeti olan mənzilin sahəsinin nə qədər olması və həmin sahəyə görə İddiaçı tərəfindən MTK-ya nə qədər pul məbləği ödənilməsi məsələsi iddiaçı ilə MTK arasında olan daxili məsələdir və bununla bağlı yarana biləcək mübahisə İddiaçıla MTK arasında həll edilə bilər. Odur ki, cavabdeh tərəfin qeyd edilən dəlili hazırki mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və həmin mənzilə köçürülmə» barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında ("xxxx" MTK tərəfindən) inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı, 16 saylı mənzildən çıxarılsın. İddiaçı ünvan 1 ünvanında ("xxxx" MTK tərəfindən) inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı, 16 saylı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1389/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1389/2022
20.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver