Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1391/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı – cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqaviləyə dəyişikliklər edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqaviləyə dəyişikliklər edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilənin-əvvəlində göstərilən, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegıyasının xx.xx.2014cü il tarixli, 2(102)-4357\2014 saylı Qərarı” sözündən sonra, “Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K-200 saylı, xx.xx.1998-ci il tarixli məktubu; “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə memar İ.Ağayev tərəfindən tərtib olunan plan-sxemə; Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin X1 2-1inz(103)-249\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 2-2(102)-452\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı”- sözlərinin əlavə edilməklə; 1.1-ci bəndində göstərilən, “911 (doqquz yüz on bir)” sozünün “871 (səkkiz yüz yetmiş bir)” sözü ilə; 7.4-cü bəndində göstərilən- “537 (beş yüz otuz yeddi) manat 49 qəpik” sozünün “513 (beş yüz on üç) manat 89 qəpik” sözünədəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1-ci qrup əlili olaraq, İddiaçı 30 ildən artıqdır ki, ünvan 1 binanın qarşısında, Çobanzadə küçəsi 30 C saylı ünvanında yerləşən torpaq sahəsində müxtəlif adda ağac və bitkilər əkərək, həmin ərazidən bağ sahəsi kimi istifadə edir. Bakı şəhəri, Çobanzadə küçəsi 45, mənzil 45-də yaşayan 1-ci qrup əlili - İddiaçı ünvanlanmış, Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K-200 saylı, xx.xx.1998ci il tarixli məktubu ilə-onun yaşadığı binanın qarşısında (Çobanzadə küçəsində) uzun müddətdən bəri onun tərəfindən salınmış bağ sahəsindən 1-ci qrup əlil olmağı nəzərə alınaraq, təsərrüfat məqsədləri üçün mövcud vəziyyətdə istifadə etməyinə etiraz edilməmişdir. Bundan sonra, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqavilə imzalanmış; Əsaslardan biri- memar İ.Ağayev tərəfindən tərtib olunan plan-sxemə uyğun olaraq mövcud istifadə vəziyyətdə faktiki istifadə olunan torpaq sahəsi göstərilmiş; müqavilədə -826,2 kv.m. olan torpaq sahəsinin “İcarəçi”yə 49 il müddətinə istifadəsinə verilməsi və Sahənin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələri ilə qeyd olunmuş, müqaviləyə əlavə olunmuş planda göstərilməsi-qeyd olunmuşdur. Xüsusi olaraq qeyd edilir ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı ilə- İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə Müqaviləsinin təsdiq olunmuş surətinin təqdim olunması və həmin müqavilə əsasında İddiaçı istifadəsində olan torpaq sahəsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətlərinə son qoyulması- qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin X1 2- 1inz(103)-249\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə- Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 2- 2(102)-452\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə- Bakı Apellyasiya Məhkəməsinin X1 2-1inz(103)-249\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Deməli, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə, açıq-aşkar müəyyən olunmuşdur ki, xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə Müqaviləsi əsasında İddiaçı istifadə hüququ yaranmışdır və İddiaçı istifadəsində olan torpaq sahəsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Sonradan, torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq müəyyən edildiyinə görə 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verilmiş və yenidən, Bakı şəhər İcra Hakimiyyəti (“İcarəyəverən”) ilə İddiaçı (“İcarəçi”) adından qanuni nümayəndəsi Qanuni nümayəndə Əli qızı arasında (Bakı şəhəri, Çobanzadə küçəsi 30 C saylı ünvanında yerləşən) “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilə imzalanmışdır. Müqavilənin bağlanmasına əsas olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegıyasının xx.xx.2014-cü il tarixli, 2(102)-4357\2014 saylı Qərarı və İddiaçı adından çıxış edən Qanuni nümayəndə xx.xx.2014-cü il tarixli müraciət məktubu-göstərilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən-hüquqlar və öhdəliklər aşağıdakı qaydada razılaşdırılmışdır: Müqavilənin 1.1-ci bəndinə görə-“İcarəyəverən” icarə əsasında 911 (doqquz yüz on bir) kv.m. olan torpaq sahəsini “İcarəçi”yə 49 il müddətinə istifadəsinə verir. “İcarəçi” isə onu qəbul edir. Müqavilənin 1.2-ci bəndinə görə-Sahənin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələri ilə qeyd olunmuş, müqaviləyə əlavə olunmuş planda göstərilmişdir. Müqavilənin 7.4-cü bəndinə görə-“İcarəçi” hər il 537, 49 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 7.6-cı bəndinə görə- İcarə haqqının miqdarı, qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda, tərəflərin razılığı ilə, vaxtından əvvəl dəyişdirilə bilər. Müqavilənin 8-ci bəndinə görə-Müqaviləyə edilmiş əlavə və dəyişikliklər danışıq aparan tərəflərin rəsmi nümayəndələrinin imzası ilə yazılı formada olduqda etibarlı sayılır. İstifadə hüququnun sənədləşdirilməsi zamanı yaranmış problemlərin həlli baxımından müqaviləyə və bəzi bəndlərinə dəyişikliklərin əlavə edilməsi zəruriyyəti yarandığı üçün cavabdehə müraciət olunaraq, Təklif göndərilmişdir. Təklifə, 3 gün müddətində münasibət bildirilməsi xahiş edilmişdir. Lakin, göstərilən müddət ərzində cavabdehdən cavab alınmadığına görə, məcbur qalıb məhkəməyə müraciət edilir. Xüsusi olaraq qeyd edirik ki, İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış, Bakı şəhər İcra Hakimiyyətinin 7-182\2q saylı, xx.xx.2018-ci il tarixli məktubunda da cavabdeh tərəfindən açıq-aşkar təsdiq olunur ki, iddiaçı ilə cavabdeh arasında əvvəlcə 826,2 kv.m. torpaq sahəsinə dair icarə müqaviləsi imzalanmış; sonra, həmin torpaq sahəsinin ölçülərində uyğunsuzluq yaranmış, yəni torpaq sahəsinin 806,2 kv.m. olduğu nəzərə alınmış; bundan başqa, dövlət mülkiyyətində olan 105 kv.m. torpaq sahəsi, səhvən bələdiyyə tərəfindən iddiaçıya satılmış və sonradan həmin 105 kv.m. torpaq sahəsi dövlət mülkiyyətinə qaytarılmış; sonda, 911 (806+105) kv.m. torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanmışdır. Hansıki, həmin torpaq sahəsinin ölçülərində ümumi uyğunsuzluğun 40 kv.m. metr az olduğu halda, 871 (911-40) kv.m. əvəzinə, 40 kv.m. artıq, yəni 911 kv.m. göstərilmişdir. Odur ki, İstifadə hüququnun sənədləşdirilməsi zamanı yaranmış problemlərin həlli baxımından müqaviləyə və bəzi bəndlərinə dəyişikliklərin əlavə edilməsi zəruriyyəti yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə, 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarında da göstərilənlərə Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1-ci, 324.5-ci, 404.1-ci, 404.2-ci, 421.1-ci, 421.2-ci, 423.1-ci, 423.2-ci, 710.3-cü, 717.4-cü, 717.5-ci maddələrinə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətlərinə, iş materiallarında olan sənəd və sübutların müqayisəli təhlilindən irəli gələn tələblərə müvafiq dəyərləndirmə aparılmalıdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilənin əvvəlində göstərilən, "Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014- cü il tarixli, 2(102)-4357\2014 saylı Qərarı" sözündən sonra, "Bakı şəhər Nizami ravon İcra Hakimiyyətinin K-200 saylı, xx.xx.1998-ci il tarixli məktubu; "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə “Kəngərli" MMC tərəfindən tərtib olunan geodeziya işarələrinə"- Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin inzibati İqtisadi Koİlegiyasının 2-1inz (103)-249\2014 saylı, xx.xx.2014- cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 2-2(102)-452\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı” sözlərinin əlavə edilməklə; 1.1-cı bəndində göstərilən, "911 (doqquz yüz on bir)" sözünün "871 (səkkiz yüz yetmiş bir)" sözü ilə; 7.4-cü bəndində göstərilən "537 (beş yüz otuz yeddi) manat 49 qəpik" sözünün "513 (bes yüz on uc) manat 89 qəpik" sözünə- dəyişdirilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinə və onun dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehlə bağlanmış sonuncu icarə müqaviləsinə əsasən müqavilədə göstərilən torpaq sahəsinə istifadə hüququnun sənədləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçülərinin müqavilədə göstərildiyi kimi 911 kv.m təşkil etmədiyini əsas gətirərək sənədləşmənin aparılmasından imtina edir. “Kəngərli" MMC tərəfindən tərtib olunan geodeziya işarələrinə əsasən həqiqətən də iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün mövcud istifadə vəziyyətində 911 deyil, 871 kv.m olduğu müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək mövqeyini əsaslandırmamış, lakin məhkəmədən qanunamüvafiq, obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 359№li sərəncamından görünür ki, vətəndaş X6 1964-cü il təvəllüdlü qardaşı ruhi xəstə İddiaçı üzərində qəyyum təyin edilmişdir. - Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti Başçısının İddiaçı ünvanladığı xx.xx.1998-ci il tarixli K-200 saylı məktubundan görünür ki, yaşadığı binanın qarşısında (Çobanzadə küçəsində) uzun müddətdən bəri onun tərəfindən salınmış bağ sahəsindən 1ci qrup əlil olmağı nəzərə alınaraq, təsərrüfat məqsədləri üçün mövcud vəziyyətdə istifadə etməyinə etiraz edilmir. - Bakı şəhər İcra Hakimiyyətinin «İcarəyəverən» İddiaçı nümayəndəsi Qanuni nümayəndə «İcarəçi» arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 7-129/7ğ saylı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2004-cü il tarixli 187/038/5435 saylı məktubları ilə razılaşdırılmış eskiz layihəsi Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-2298/2010 saylı 12062010cu il tarixli qətnaməsi və bu qətnamə ilə təsdiq edilmiş memar İ.Ağayev tərəfindən tərtib olunan plan-sxemə uyğun olaraq mövcud istifadə vəziyyətində faktiki istifadəsində olan Bakı şəhəri, Çobanzadə küçəsi 30 C saylı ünvanında yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. - “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqavilənin: 1.1-ci bəndinə görə - “İcarəyəverən” icarə əsasında 826,2 kv.m. olan torpaq sahəsini “İcarəçi”yə 49 il müddətinə istifadəsinə verir. “İcarəçi” isə onu qəbul edir. 1.2-ci bəndinə görə - Sahənin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələri ilə qeyd olunmuş, müqaviləyə əlavə olunmuş planda göstərilmişdir. 7.4-cü bəndinə görə -“İcarəçi” hər il 488,14 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. 7.6-cı bəndinə görə - İcarə haqqının miqdarı, qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda, tərəflərin razılığı ilə, vaxtından əvvəl dəyişdirilə bilər. 8-ci bəndinə görə - Müqaviləyə edilmiş əlavə və dəyişikliklər danışıq aparan tərəflərin rəsmi nümayəndələrinin imzası ilə yazılı formada olduqda etibarlı sayılır. - Bakı şəhər İcra Hakimiyyətinin «İcarəyəverən» İddiaçı nümayəndəsi Qanuni nümayəndə «İcarəçi» arasında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli 2(102)-4357/2014 saylı qərarı və İddiaçı adından çıxış edən Tamara Həsənovanın xx.xx.2018-ci il tarixli müraciətinə əsasən "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" imzaladıqları 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilədən görünür ki, 911 kv.m. olan torpaq sahəsinin “İcarəçi”yə 49 il müddətinə istifadəsinə verilmiş və Sahənin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələri ilə qeyd olunmuşdur. - "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" imzaladıqları 1460 saylı, xx.xx.2018ci il tarixli Müqavilənin: 1.1-ci bəndinə görə-“İcarəyəverən” icarə əsasında 911 (doqquz yüz on bir) kv.m. olan torpaq sahəsini “İcarəçi”yə 49 il müddətinə istifadəsinə verir. “İcarəçi” isə onu qəbul edir. 1.2-ci bəndinə görə-Sahənin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələri ilə qeyd olunmuş, müqaviləyə əlavə olunmuş planda göstərilmişdir. 7.4-cü bəndinə görə-“İcarəçi” hər il 537, 49 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. 7.6-cı bəndinə görə- İcarə haqqının miqdarı, qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda, tərəflərin razılığı ilə, vaxtından əvvəl dəyişdirilə bilər. 8-ci bəndinə görə, müqaviləyə edilmiş əlavə və dəyişikliklər danışıq aparan tərəflərin rəsmi nümayəndələrinin imzası ilə yazılı formada olduqda etibarlı sayılır. - İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Əli qızının Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı «Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1460 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə müəyyən olunmuş əlavələr edilməklə dəyişikliklərin razılaşdırılması barədə» Təklifdən görünür ki, təklifdə göstərilən işin xranoloji ardıcıllığından müəyyən edilir ki, qeyd olunan ərazidə, 1998-ci il tarixdən uzun müddət öncə, İddiaçı tərəfindən bağ sahəsinin salınması və istifadə olunması faktı- Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş və onun 1-ci qrup əlili olması nəzərə alınmaqla, həmin bağ sahəsindən təsərrüfat məqsədləri üçün mövcud vəziyyətdə istifadə etməyinə etiraz edilməmişdir; bundan sonra, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqavilə imzalanmış; daha sonra, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə- torpaq sahəsi üzərində İddiaçı istifadə hüququnun yaranması müəyyən edilmiş və İddiaçı istifadəsində olan torpaq sahəsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətlərinə son qoyulması qərara alınmışdır; sonradan, torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq müəyyən edildiyinə görə 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verilmiş və yenidən “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilə imzalanmışdır; Hazırda da müqavilədə torpaq sahəsi 871 kv.m. əvəzinə, 40 (911-871) kv.m. artıq və 513,89 (871 x (537,49 : 911)) manat icarə haqqı, 23,6 (40 x (537,49 : 911)) manat artıq göstərilmişdir.” Odur ki, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmaqla, nəticə etibarı ilə İddiaçı hər il artıq olaraq 23,6 manat pul vəsaiti alındığına görə, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilənin - əvvəlində göstərilən, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegıyasının xx.xx.2014-cü il tarixli, 2(102)-4357\2014 saylı Qərarı” sözündən sonra, “Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K-200 saylı, xx.xx.1998-ci il tarixli məktubu; “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə memar İ.Ağayev tərəfindən tərtib olunan plan-sxemə; Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin X1 2-1inz(103)-249\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin X1 2-2(102)-452\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı”- sözlərinin əlavə edilməklə;- 1.1-ci bəndində göstərilən, “911 (doqquz yüz on bir)” sozünün “871 (səkkiz yüz yetmiş bir)” sözü ilə; -7.4-cü bəndində göstərilən- “537 (beş yüz otuz yeddi) manat 49 qəpik” sozünün “513 (beş yüz on üç) manat 89 qəpik” sözünədəyişdirilməsi Təklifinə, 3 gün müddətində münasibət bildirilməsi xahiş edilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış, 7-182\2q saylı, xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Məlumat üçün bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı Oğlu arasında 826,2 kv.m torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlanmış və ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına 0,08062 ha torpaq sahəsinə dair icarə hüququnun qeydiyyatı aparılaraq xx.xx.2016-cı il tarixli, ******* saylı reyestrdən çıxarış verilmiş və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. X2 xx.xx.2003-cü il tarixli, 12 saylı qərarı ilə həmin ünvanda yerləşən torpaq sahəsinə bitişik 105 kv.m torpaq sahəsi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə satılmış və həmin sənədlər əsasında 105 kv.m torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququna dair ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli, ******* saylı reyestrdən çıxarış verilmiş və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Lakin mülkiyyətə satılmış torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan torpaqlara aid olduğundan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(82)-635/2015 saylı qərarı ilə Nizami Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 12 saylı qərarı etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(103)-717/15 saylı qərarı ilə 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. İ qrup əlil İddiaçı müraciəti nəzərə alınaraq, bağlanmış icarə müqaviləsi ilə verilmiş çıxarışda göstərilən torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olduğundan xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinə xitam verilmiş və həmin ünvanda yerləşən ümumilikdə 911 kv.m torpaq sahəsinə dair təyinatı dəyişdirilməklə yeni icarə müqaviləsi bağlanmışdır. Yuxarıda göstərilənləri, xx.xx.2016-cı il tarixli. ******* saylı dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş icarə müqaviləsinə xitam verildiyini, həmin ünvanda yerləşən ümumilikdə 911 kv.m torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlandığını nəzərə alaraq, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanun”un tələblərinə uyğun olaraq yeni bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsi əsasında faktiki istifadədə olan 911 kv.m torpaq sahəsinə dair icarə hüququnun qeydə alınmasını və İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilir. - Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının müavininin İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlandığı xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 7- 182/2g saylı məktubu ilə DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq təqdim olunan yeni icarə müqaviləsi əsasında İ qrup əlil vət.İddiaçı faktiki istifadəsində olan 911 kv.m torpaq sahəsinə dair icarə hüququnun qeydə alınması və dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2018-ci il tarixli, **********10 saylı məktubu ilə məhkəmələr tərəfindən Çobanzadə küçəsində yerləşən 105 kv.m torpaq sahəsinə dair bildirişlər daxil olduğu göstərilməklə Bakı Şəhər İcra Hakimiyyətinin məktubunun icrasından imtina edilmişdir. Nəzərə çatdırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 7- 182/2g saylı məktubunda göstərildiyi kimi, qüvvədə olan məhkəmə qərarlarına əsasən sözügedən 105 kv.m torpaq sahəsi Nizami Bələdiyyəsinin mülkiyyətində deyil, dövlət mülkiyyətində saxlanılan torpaqlara aid olduğundan Nizami Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 12 saylı qərarı etibarsız hesab edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)- 307/2018 saylı qərarı ilə isə İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Məktubda qeyd olunan bütün məhkəmə bildirişləri Nizami Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 12 saylı qərarı ilə verilmiş və reyestrdən çıxarışla rəsmiləşdirilmiş 105 kv.m torpaq sahəsinə aid olduğundan, sonradan həmin qərarın və reyestrdən çıxarışın isə qüvvədə olan məhkəmə qərarları ilə etibarsız hesab edildiyindən Bakı Şəhər İcra Hakimiyyəti ilə İ qrup əlil İddiaçı arasında 911 kv.m torpaq sahəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin dövlət reyestrində qeydə alınaraq İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilir. - “ünvan 8 ünvanında yerləşən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən İddiaçı icarəyə verilən torpaq sahəsinin geodeziya işləri adlanan sənədə əsasən «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» 1460 saylı xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən torpaq sahəsi 911 kv.metr göstərilmişdir. Fakt olaraq İddiaçı istifadəsində olan sahənin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 kv.metr təşkil edir. Artıq göstərilmiş 40 kv.metr torpaq sahəsi isə İddiaçı hazırda faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri xaricində olmaqla, qonşu torpaq sahəsinin ərazisindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1964-cü il təvəllüdlü qardaşı ruhi xəstə İddiaçı Nizami rayon xalq məhkəməsinin xx.xx.1997-ci il tarixli 2-175 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, həmin qətnamə əsasında Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 359№li sərəncamı ilə bacısı X6 onun qəyyumu təyin edilmişdir. X5 İddiaçı adından etdiyi müraciətə əsasən yaşadığı binanın qarşısında (Çobanzadə küçəsində) uzun müddətdən bəri onun tərəfindən salınmış bağ sahəsindən 1-ci qrup əlil olmağı nəzərə alınaraq, təsərrüfat məqsədləri üçün mövcud vəziyyətdə istifadə etməyinə Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti Başçısının İddiaçı ünvanladığı xx.xx.1998-ci il tarixli K-200 saylı məktub etiraz etməmişdir. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı nümayəndəsi X6 arasında Bakı şəhəri, Çobanzadə küçəsi 30 C saylı ünvanında yerləşən 826,2 kv.m. olan torpaq sahəsinin hər il 488,14 manat icarə haqqı ödəmək öhdəliyi ilə icarə müqaviləsi bağlanmış, və ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına 0,08062 ha torpaq sahəsinə dair icarə hüququnun qeydiyyatı aparılaraq xx.xx.2016-cı il tarixli, ******* saylı reyestrdən çıxarış verilmiş və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Bundan başqa (məhkəməyə buna dair müvafiq sənədlər təqdim edilməsə də) məhkəmənin rəsmi sənəd kimi qiymətləndirdiyi Bakı şəhər İcra Hakimiyyətinin İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış məktublarının məzmumuna əsasən müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı Oğlu arasında 826,2 kv.m torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlanmış və ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına 0,08062 ha torpaq sahəsinə dair icarə hüququnun qeydiyyatı aparılaraq xx.xx.2016-cı il tarixli, ******* saylı reyestrdən çıxarış verilmiş və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. X2 xx.xx.2003-cü il tarixli, 12 saylı qərarı ilə həmin ünvanda yerləşən torpaq sahəsinə bitişik 105 kv.m torpaq sahəsi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə satılmış və həmin sənədlər əsasında 105 kv.m torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququna dair ƏMDK yanında DƏDRX-nın Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixli, ******* saylı reyestrdən çıxarış verilmiş və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Lakin mülkiyyətə satılmış torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan torpaqlara aid olduğundan, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(82)-635/2015 saylı qərarı ilə Nizami Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 12 saylı qərarı etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(103)-717/15 saylı qərarı ilə 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. İ qrup əlil İddiaçı müraciəti nəzərə alınaraq, bağlanmış icarə müqaviləsi ilə verilmiş çıxarışda göstərilən torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olduğundan xx.xx.2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinə xitam verilmiş və həmin ünvanda yerləşən ümumilikdə 911 kv.m torpaq sahəsinə dair təyinatı dəyişdirilməklə yeni icarə müqaviləsi bağlanmışdır. Yuxarıda göstərilənləri, xx.xx.2016-cı il tarixli. ******* saylı dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş icarə müqaviləsinə xitam verildiyini, həmin ünvanda yerləşən ümumilikdə 911 kv.m torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlandığını nəzərə alaraq, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanun”un tələblərinə uyğun olaraq yeni bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsi əsasında faktiki istifadədə olan 911 kv.m torpaq sahəsinə dair icarə hüququnun qeydə alınmasını və İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. Həmin məktublardan həmçinin müəyyən edilir ki, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********10 saylı məktubu ilə məhkəmələr tərəfindən Çobanzadə küçəsində yerləşən 105 kv.m torpaq sahəsinə dair bildirişlər daxil olduğu göstərilməklə Bakı Şəhər İcra Hakimiyyətinin məktubunun icrasından imtina edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli 7- 182/2g saylı məktubunda göstərildiyi kimi, qüvvədə olan məhkəmə qərarlarına əsasən sözügedən 105 kv.m torpaq sahəsi Nizami Bələdiyyəsinin mülkiyyətində deyil, dövlət mülkiyyətində saxlanılan torpaqlara aid olduğundan Nizami Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 12 saylı qərarı etibarsız hesab edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)- 307/2018 saylı qərarı ilə isə İddiaçı adına verilmiş xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. Məktubda qeyd olunan bütün məhkəmə bildirişləri Nizami Bələdiyyəsinin xx.xx.2003cü il tarixli, 12 saylı qərarı ilə verilmiş və reyestrdən çıxarışla rəsmiləşdirilmiş 105 kv.m torpaq sahəsinə aid olduğundan, sonradan həmin qərarın və reyestrdən çıxarışın isə qüvvədə olan məhkəmə qərarları ilə etibarsız hesab edildiyindən Bakı Şəhər İcra Hakimiyyəti ilə İ qrup əlil İddiaçı arasında 911 kv.m torpaq sahəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin dövlət reyestrində qeydə alınaraq İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti həmin quruma təkrar müraciət etmişdir. Buna baxmayaraq hazırda iddiaçı sözügedən torpaq sahəsindən istifadə hüququnun sənədləşdirilməsi zamanı yaranmış problemlərin həlli baxımından müqaviləyə və bəzi bəndlərinə dəyişikliklərin əlavə edilməsi zərurəti yaranmasını göstərməklə tələbinin əsası kimi həmin torpaq sahəsinin ölçülərində uyğunsuzluq yaranmasını, torpaq sahəsinin ölçülərində ümumi uyğunsuzluğun 40 kv.m az olduğu halda, müqavilədə torpaq sahəsi 871 kv.m. əvəzinə, 40 (911-871) kv.m. artıq göstərilməsini iddia etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı sözügedən torpaq sahəsinin istifadə hüququnun sənədləşdirilməsi zamanı yaranmış problemlərin həlli baxımından müqaviləyə və bəzi bəndlərinə dəyişikliklərin əlavə edilməsi zəruriəti ilə bağlı cavabdehə təkliflə müraciət etmiş, lakin sonuncu tərəfindən bununla bağlı hərəkətsizlik nümayiş etdirilmişdir. Halbuki, tərəflər arasında bağlanmış 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilənin 8ci bəndinə görə-Müqaviləyə edilmiş əlavə və dəyişikliklər danışıq aparan tərəflərin rəsmi nümayəndələrinin imzası ilə yazılı formada olduqda etibarlı sayılır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin müqavilə tərəfi olaraq müqavilə şərtinə uyğun olaraq verilən təklifə qarşı hərəkətsizliyi nəticəsində iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşin materiallarından görünür ki, müqavilə tərəfi Bakı şəhəri, İcra Hakimiyyəti Başçısı iddiaçı ilə 911 kv.m torpaq sahəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin dövlət reyestrində qeydə alınaraq İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı dəfələrlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, başqa sözlə Bakı şəhər İcra Hakimiyyətinin iddiaçının faktiki istifadəsində olan Bakı şəhəri, Çobanzadə küçəsi 30 C saylı ünvanında yerləşən torpaq sahəsi ilə bağlı heç bir etirazı olmamışdır. Sənədləşmə zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktlarından sonra tərəflər arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən icarəyə verilən torpaq sahəsi 911 kv.metr kimi göstərilsə də, İddiaçı faktiki istifadəsində olan sahənin sərhədləri, yerində bərkidilmiş və dönmə nöqtələrinə əsasən 871 kv.metr təşkil edir. Artıq göstərilmiş 40 kv.metr torpaq sahəsi isə İddiaçı hazırda faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri xaricində olmaqla, qonşu torpaq sahəsinin ərazisindədir. Hazırki iddia tələbində də iddiaçı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqaviləsində dəyişiklik edilməklə məhz artıq sahə olaraq göstərilmiş 40 kv.m sahə çıxılmaqla 911 kv.m sahənin (911-40=871) 871 kv.m sahə kimi göstərilməsini tələb edir. Məhkəmə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi dəlillərinə qiymət verərək hesab edir ki, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqaviləsində tələb edilən dəyişikliklərin dövlət mənafeyinə zidd olmamaqla edilməsi mümkündür. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilənin əvvəlində göstərilən, "Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014- cü il tarixli, 2(102)- 4357\2014 saylı Qərarı" sözündən sonra, "Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K- 200 saylı, xx.xx.1998-ci il tarixli məktubu; "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə “Kəngərli" MMC tərəfindən tərtib olunan geodeziya işarələrinə"- Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koİlegiyasının 2-1inz (103)-249\2014 saylı, xx.xx.2014- cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-452\2024 saylı, xx.xx.2014-cü il tarixli Qərarı” sözləri əlavə edilməklə; 1.1-ci bəndində göstərilən, "911 (doqquz yüz on bir)" sözü "871 (səkkiz yüz yetmiş bir)" sözü ilə; 7.4-cü bəndində göstərilən "537 (beş yüz otuz yeddi) manat 49 qəpik" sözü "513 (beş yüz on üç) manat 89 qəpik" sözünə- dəyişdirilməklə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 1460 saylı, xx.xx.2018-ci il tarixli Müqavilənin əvvəlində göstərilən, "Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-4357\2014 saylı Qərarı" sözündən sonra, "Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K-200 saylı, xx.xx.1998-ci il tarixli məktubu; "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" 0912 saylı, xx.xx.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə “Kəngərli" MMC tərəfindən tərtib olunan geodeziya işarələrinə"- Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4108\2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Koİlegiyasının 2-1inz (103)-249\2014 saylı, xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(102)-452\2024 saylı, xx.xx.2014-cü il tarixli Qərarı” sözləri əlavə edilsin. Müqavilənin 1.1-ci bəndində göstərilən, "911 (doqquz yüz on bir)" sözü "871 (səkkiz yüz yetmiş bir)" sözü ilə; 7.4-cü bəndində göstərilən "537 (beş yüz otuz yeddi) manat 49 qəpik" sözü "513 (beş yüz on uç) manat 89 qəpik" sözü ilə dəyişdirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1391/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1391/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver