Məhkəmə qərarları › İş №e-2(009)-1394/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1394/2022

07.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1394/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MTK-nın - cavabdehlər Cavabdeh2 və 50 saylı Notariat Ofisinə qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin sahibliyə qaytarılması» tələbinə dair mülki işə 07 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK - cavabdehlər Cavabdeh2 və 50 saylı Notariat Ofisinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin sahibliyə qaytarılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəh. Səbail ray. Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 8 saylı mənzilinin sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini iddiaçı belə əsaslandırmışdır ki, İddiaçı MTK-ya məxsus olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsində yerləşən bina tam şəkildə hazır olmuşdur. Bir müddətdən sonra tanımadığm Ramil Şükürov adlı şəxs iddiaçı MTK-nın sədri Araz Abduləzimova yaxınlaşaraq binanların şüşələrinin vurulması və montaj olunması işlərinə baxdığını bildirmişdir. Bu işlə bağlı təklifi ondan ibarət olmuşdur ki, işi başlayıb həll elədikcə yavaş yavaş pulunu verilməsinə də razı olduğunu demişdir. Bununla razılaşdıqdıq və 20 gündən sonra həmin işlərin görülməsi barədə smetanı hazırlayıb gətirmiş və həmin binanın 1- ci və 2-ci mərtəbəsinin şüşələndirməsinə 254.000 manat həcmində qiymət çıxarmışdır. Ramil Şükürovla bizim bir çox görüşlərimi olmuş və həmin ərəfədə məni yəni Araz Abduləzimovu polkovnik Mustafa Quliyevlə tanış eləmişdir. Bir müddətdən sonra mən Mustafa Quliyevlə yaxından tanış olmuşuq. Onunla demək olar ki tez tez görüşmüşük. Bir aydan sonra Ramil Şükürov məni mobil telefonla yığaraq bildirmişdir ki, Daxili işlər Nazirliyinin Baş Mütəşşəkil Cinaytkariıq Mübarizə idarəsi tərəfindən saxlanılmaşam və onun Cavabdeh2 adlı şəxsə 69.000 manat borcu vardır. Məndən xahiş elədiki, həmin borcu ödəməyimi və burdan çıxdıqdan sonra binada görüləcək işlərə görə ödəniləcək məbləğdən çıxarıq. Həmin vaxt mən ona bildirdim ki, mənim həm maddi imkanın həm də səninlə olan münasibətimiz ona əl vermir. Sonradan həmin idarədə mənimlə dəfələrlə əlaqə saxlamasına şərait yaradılmışdır. Hər səfərində mən ona imtina eləmişəm. X1 da mənimlə görüşərək atasına kömək eləməyimi xahiş eləmişdir. Həmin gün polkovnik Mustafa Quliyev mənə yığaraq onun da həmin idarənin qarşısında olduğunu və Ramil Şükürova kömək eləməyimi xahiş eləmişdir. Mənə təklif olaraq bildirdi ki, mənə məxsus olan binadan 69.000 manat qarşılığında İmran Qısmovun adına girov müqaviləsinin yazmağımı və Ramil Şükürov çıxan kimi məsələni həll edəcək. Mən uzun söhbətdən sonra polkovnik Mustafa Quliyevlə razılaşaraq 69.000 manat borcun əvəzi olaraq Cavabdeh2 adına 300.000 manat həcmində olan evin maliyyə arayışını hazırlayıb Ramil Şükürovun oğluna vermişəm. O da, maliyyə arayışını DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apararaq Cavabdeh2 təqdim edir və bir müddət sonra Ramil Şükürov azadlığa buraxılır. Həmin Cavabdeh2 mən bu proseslər zamanı tanımamışam və heç bir zaman görməmişəm. Ramil Şükürov həmin vaxt idarədə ifadə verərək bildirmişdir ki, 3 ay müddətinə Cavabdeh2 olan 69.000 manat borcunu ödədikdən sonra İddiaçı MTK-nın direktoru Araz Abduləzimov tərəfindən girov verilmiş mənzili geri qaytaracaq. Həmin ifadənin Ramil Şükürov tərəfindən verilməsini polkovnik Mustafa Quliyevdə təsdiqləmişdir. Ramil Şükürov azadlığa buraxılandan bir müddət yenidən həbs edilərək barəsində cinayət işi qaldırılır və məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra Cavabdeh2 binaya gələrək mənimlə görüşmək isdədiyini bildirmişdir. Mən də Cavabdeh2la görüşmüşəm. Həmin vaxt mənə bildirmişdir ki, bu mənzil mənə məxsusdur və mənzili geri verməyəcək. Mən ona bildirdim ki, mən sizi tanımıram və sizi birinci dəfə hal-hazırda indi görüb . tanımışam. Mənim sizə bir qəpikdə borcum yoxdur. Siz pulu Ramil Şükürovdan tələb edin. Həmin görüşdən 2 ay sonra məni “Göy Məscidin” yanında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq idarəyə aparılmışam. Orada mənə dəfələrlə dözülməz işgəncələr verərək həmin mənzili X2 adına rəsmiləşdirilməsini və mənzili ona təhvil verilməsini bildirilmiş və məcbur edilmişdir. Cavabdeh2 mənə həmin idarənin müavini Fariz Vəliyev adlı şəxsin qohumu olduğunu və Ramil Şükürovun başına gələnlər sənində gözləyir. Mən də məcbur olub 300.000 manat həcmində olan mənzillə bağlı müqaviləni Cavabdeh2 adına vermişəm. Həmin vaxt məndən Cavabdeh2 02 ay müddətində həmin mənzillə bağlı çıxarış verəcəyimlə bağlı iltizam almışlar. Mən dəfələrlə desəm ki, bu adam pulu ödəməyib. İdarənin əməkdaşları buna heç bir əhəmiyyət verməyiblər. Bir müddətdən sonra isə təqribən 10 may 2022-ci il tarixdə saat 16 radələrində həmin idarənin təhqiqatçısı Mirata Seyidov tərəfindən idarəyə dəvət edilmişəm. Həmin vaxtda məni qanunsuz olaraq 4 gün saxlamış və məni Cavabdeh2la notariusda alqı-satqı müqaviləsinin bağlamasına məcbur eləmişlər. 13 may 2022-ci il tarixdə artıq mən onların dedikləri ilə razılaşdıqdan sonra idarənin 10 yaxın əməkdaşı ilə 50 saylı xüsusi notariusa aparılmışa. Həmin vaxt idarənin əməkdaşları notariusun ətrafında dayanmışlar. İçəridə həmin vaxt məni Cavabdeh2 gözləyirdi. X5 əvvəlcə 300.000 manat dəyərində olan mənzilin 69.000 manatlaq rəsmişləşdirilməsinə qəti razı olmadığını və baş idarədən keçməyəcəyini bildirməsinə baxmayaraq, onu da hər hansı bir vasitə ilə razı salmışlar. Hətda mən mənzilin dəyərini dəfələrlə notariusa bildirsəm də, heç bir mənası olmamışdır. 13 may 2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə 300.000 manat dəyərində olan Bakı şəhəri, Səbaii rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində yerləşən, 17 saylı evin, 8 saylı mənzilini guya mənə 69.000 manat ödəməklə bağlamışlar. Həmin alqı-satqı müqaviləsi bağlandıqdan 1-2 gün sonra isə Cavabdeh2 həmin mənzillə bağlı adına çıxarış almışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsinə etiraz etməmiş, habelə iddianı qəbul etməyib, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçıya və digər cavabdehə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə Az. Resp. MPM-nin 185.4-185.5ci maddəsinə əsaslanaraq işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını öyrənib, təqdim edilmiş subutları araşdırıb hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış AN-İ № ******* alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəh. Səbail ray. Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 8 saylı mənzili 69,000 manat dəyərində Cavabdeh2 satılmışdır. Müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, alıcı bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği xx.xx.2020-ci il tarixli 19-32 №-li kassa mədaxil orderi qəbzi və maliyyə arayışına əsasən Satıcıya tam ödəmişdir. 13 oktyabr 2020-ci il tarixli Maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbəsində yaşayış sahəsi 154,8 kv.m olan 3 otaqlı mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh2 ilə arasında bağlanmış Bakı şəh. Səbail ray. Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 8 saylı mənzilinin alqı-satqısına dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir və iddia tələblərinin əsası kimi göstərir ki, sözügedən mənzilə zorakılıq və hədə təsiri alttında bağlanmışdır, nəticədə iddiaçı zorakı yolla iradəsinin ziddinə müqavilənin bağlanmasına məcbur qalmışdır. Məhkəmə iddiaçının adı yuxarıda qeyd olunan əqdin etibarsızlığı ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək qeyd edir ki, həmin dəlillər xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəh. Səbail ray. Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 8 saylı mənzili İddiaçı MTK-ya məxsus olmuş, sonra Cavabdeh1 dövlət notariusu K.A.Rəhmanov tərəfindən xx.xx.2022-ci il tarixdə 4Ə-718 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ ******* №-li alqı-satqı Müqaviləsi ilə İddiaçı MTK-nın adından etibarnaməyə əsasən imza etmiş X3 tərəfindən Cavabdeh2 69,000 AZN satılmış, həmin əmlak Cavabdeh2 mülkiyyətinə keçmişdir. Beləliklə, iddiaçı iddia tələblərinin əsası kimi mənzilin zorakılıq və hədə təsiri altında cavab Cavabdeh2 adına rəsmiləşdirilməsinə istinad etsə də, həmin halların təsdiqinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir və həmin halları sübut edə bilməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə alınamalıdır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli AN-İ ******* №-li alqı-satqı Müqaviləsinin tərəfləri üzərinə düşən öhdəlikləri tam yerinə yetirdiklərindən, alqısatqı müqaviləsinin etibasızlığı üzrə iddiaçının gətirdiyi dəlillər əsaslı qəbul edilə bilməz. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilən Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notariat təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2022ci il tarixli alqı-satqı Müqaviləsi qanunvericiliyin bütün tələblərini rəhbər tutulmaqla bağlanıldığından, həmin əqd bağlanılarkən zor tətbiq etmə, aldatma və əqdi şübhə altına salan sair hallar, həmçinin alqı-satqı müqaviləsinin bağlanması nəticəsində iddiaçının hər hansı mənafeyi və ya hüquqlarının pozulması halları müəyyən edilmədyindən, həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının dəlilləri əsassız hesab edilməli və iddia tələbi bu hissədə rədd edilməlidir. Məhəmə həmçinin hesab edir ki, iddia tələbləri xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddia tələbi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 8 saylı mənzilinin iddiaçının sahibliyinə verilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərb. Resp. Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MTK-nın - cavabdehlər Cavabdeh2 və 50 saylı Notariat Ofisinə qarşı «alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin sahibliyə qaytarılması» barədə iddia tələbi təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar