Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1395/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının, onun nümayəndəsi-vəkili Vəkil1 və cavabdehin nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 08 sentyabr 2023-cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 2022-ci ilin oktyabr ayından qətnamə qəbul ediləcək tarixədək əmək haqqının sonrakı artımları nəzərə alınmaqla onun hər ay üçün "xxxx" gəmisində baş mexanik kimi əmək haqqının hesablanması, üzərinə əmək haqqının hər gecikdirilən günü üçün əmək haqqının azı bir faizi məbləğində ödənc əlavə edilməsi, dövlət vergiləri və sosial ayırmalar çıxıldıqdan sonra əmək haqqının qalan hissəsinin (təxminən 100.000 manat), mediasiyaya görə rüsum kimi ödənilmiş 50 manat pulun iddiaçıya ödənilməsi və onun əvvəlki "xxxx" yaxud DP-2 tipli gəmisində baş mexanik vəzifəsinə işə buraxılmağının təmin edilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1983-cü ildən X1 işləyir. "xxxx" Şirkəti ilə əmək müqaviləsi 1202 R saylı olmaqla 15 iyul 2013-cü il tarixli əmək müqaviləsinə əlavə olaraq 2000-ci ildə bağlanmış və o baş mexanik kimi həmin Şirkətə məxsus gəmidə faaliyyətə başlamışdır. "xxxx" gəmisində baş mexanik kimi çalışır. 04 aprel 2020-ci il tarixdə onunla Şirkət arasında 1202 R saylı olmaqla 15 iyul 2013-cü il tarixli müqaviləyə "Əlavə N: 4"saylı müqavilə bağlanılmış, həmin müqavilənin surəti ona təqdim olunmuş və iddia ərizəsinə əlavə edir. İş rejimi bir qayda olaraq, 42 gün dənizdə gəminin baş mexaniki kimi fəaliyyət göstərdikdən sonra gəmini təhvil verib, 42 gün evdə istirahətdən sonra, yenidən növbəni təhvil alıb baş mexanik kimi işini davam etdirməkdən ibarət olurdu. 04 oktyabr 2022-ci il tarixdə o "xxxx" gəmisində növbəni təhvil verib düşmüşdür. Gəmini təhvil verəndə mövcud qaydalara müvafiq olaraq raportla rəhbərliyə bildirdi ki, gəminin mühərriklərinin yağ sərfiyyatı artıb. Bir gün sonra o baş mühəndis Konstantin tərəfindən ofisə dəvət olundu və ona bildirildi ki, mühərriklərin yağ sərfiyyatı çox artıb və bu barədə vaxtında məlumat verilməyib. Konstantin şifahi olaraq ona bildirdi ki, sənə töhmət verəcəyik. Altı ay arzində işdə yeni pozuntulara yol versən, səni işdən azad edǝcəyik. Əslində gəmi mühərriklərinin artıq yağ sərfiyyatı onların aşınması ilə bağlı idi. Gəmi son vaxtlar təmir olunsa da, yağ sərfiyyatı yüksək idi və bunu baş mühəndis Konstantin və digərləri də bilirdi. O sadəcə rəhbərliklə mübahisəyə daxil olmamaq üçün ona töhmət verilməsinə sərt reaksiya vermədi, fikirləşdi ki,altı ay ərzində heç bir səhvi olmayacaq və işinə davam etdirəcək. 4-5 gündən sonra onu Kadrlar İdarəsinin rəisi Vəli Mammadov ofisə çağırdı və bildirdi ki, mühəndis səni dəvət edib. O da bidirdi ki, mühəndislə görüşmüş və o, ona töhmət veriləcəyini bildirib. Vəli Məmmədov onu mühəndis Konstantinin yanına apardı və orada bildirdi ki, o DP-2 gəmilərində işləyə bilməz, onu əmək haqqı daha az olan "Bakı"tipli gəmilərə keçirirlər. O da onlarla razılaşmadı, bildirdi ki,elə ciddi pozuntuya yol verməmiş, həmişə DP-2 tipli gəmidə baş mexanik işləməklə daha yüksək əmək haqqı almışdır. Əmək müqaviləsində onun əmək haqqı 2000 manat az işə keçirilməyi nəzərdə tutulmayıb. O dəfələrlə baş mühəndis Konstantina, Kadrlar İdarəsinin rəisi Vəli Məmmədova də istismar etdiyi gəmilərin köhnə olması səbəbindən artıq yağ sərfiyyatına yol verməsini bildirmişdir. Əslində onlar özləri mütəxəssis kimi bunu yaxşı bilirlər. Gəmi mühərriklərin artıq yağ sərfiyyatına yol verməsi baş mexanik kimi onun təqsirindən baş verməmişdi və gəminin uzun müddətli istismarı ilə bağlı idi. O rəhbərliklə mübahisə yaratmamaq üçün töhmət verilməsinə razılaşmışdı. Əslində isə əmək qanunvericiliyinin heç bir kobud pozuntusuna yol vermədiyinə görə ona şifahi olaraq töhmət elan edilməsini əsassız hesab edird. Lakin sonradan "töhmət"əvəzinə, işləmək üçün "Bakı"tipli gəmiyə keçmək barədə təklifi qəbul etmədi. Çünki"Bakı"tipli gəmiyə keçmək təklifi ilə razılaşsa,əmək haqqında 2000 manat həcmində azalma olacaqdı. Onu da qeyd edir ki, yenə də kompramis variant kimi, o əvvəlki əmək haqqının (DP-2 gəmisində aldığı) saxlanılmaqla "Bakı"tipli gəmilərdə işləməyə də razı olsa da, onlar (muhəndis və kadrlar idarəsinin rəisi) həmin təklifini qəbul etmədilər. O "Bakı"tipli gəmiyə keçirilməyini heç bir hüquqi va faktiki əsasının olmamasını, dənizə çıxmaq növbəsi çatanda baş mexanik işlədiyi "xxxx" gəmisində işə çıxacağını bildirdi. Buna baxmayaraq, növbəsi çatanda gəmiyə təyin olunmağı barədə dəvət almadı. Öz təşəbbüsü ilə iş ofisinə kadrlar idarəsinə gəldi, rəis Vəli Məmmədov ona yenə də az əmək haqqı ilə "Bakı"tipli gəmidə işə çıxmağı təklif etdi. O bunun qanuna əsaslanmadığını bildirərək razılaşmadı. Beləliklə, o ayda bir neçə dəfə işə çıxmaq üçün müraciət etdi, lakin onu əmək müqaviləsinə müvafiq olaraq işləməli olduğu gəmilərə işə buraxmadılar. Əlavə olaraq bildirir ki, işlədiyi gəmi təmirdən sonra artıq yağ sərfiyyatı edirdi, bunu mühəndis, kadrlar İdarəsinin rəisi və digər əmakdaşlar da bilirdilər. Həmin gəmi hazırda da istismar edilir va gəmidə heç bir əlavə təmir aparılmayıb. Bunu gəminin dənizə çıxma sənədlərina əsasən müəyyən etmək olar. O bu qənaətə gəlmişdir ki, Kadrlar İdarəsinin rəisi Vəli Məmmədov öz maraqlarından çıxış edərək özünə yaxın adamı DP-2 gəmisinə baş mexanik kimi işə yerləşdirmək üçün, onu həmin gəmidən kənarlaşdırılmağına nail olmaq istəyirdi və buna nail oldu. Beləliklə, 04 oktyabr 2022-ci il tarixdə onu gəmiyə təyin etməməklə işə buraxmadılar. O öz iradəsindən asılı olmayaraq işə çıxa bilmədi. İki aydan sonra o kadrlar idarəsinə gedib,əmək haqqı almadığını bildirərək əmək haqqı yazılmasını tələb etdi. Vəli müəllim ona bildirdi ki, bizdə elə qayda yoxdur və sənə əmək haqqı verilməyəcək. Ona yenə də az əmək haqqı olan "Bakı" gəmisində işləmək təklif olundu, lakin o DP-2 gəmisində aldığı əmək haqqın saxlanılmaqla təkliflə razılaşdı, lakin rəhbərlik etiraz edərək onu işə buraxmadı. Onu da bildirir ki, işə buraxmağı dayandırılmamışdan əvvəl onun aldığı əmək haqqı vergilər və sosial ödəmələr çoxaldıqdan sonra hər ay 4000-5000 manat təşkil edirdi. Sonradan yoldaşlarının əmək haqqı daha da artırılmışdır. Artiq doqquz aydır ki, o işə buraxılmır onun əmək haqqı da verilmir. Bu isə əmək qanunvericiliyinin pozulmasıdır. Hesab edir ki, ona 2022-ci ilin oktyabr ayından sonrakı aylar üçün DP-2 tipli gəmilərdə baş mexanik işləyən iş yoldaşlarının aldığı orta aylıq əmək haqqı məbləğində ödənilməmiş əmək haqqı ödənilməlidir. Çünki işə çıxmamaq onun iradəsi ilə bağlı olmamış, rəhbərliyin (mühəndis və Kadrlar İdarəsinin rəisinin) iradəsi nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq Azarbaycan Respublikasının Əmək Məcəlləsiəmək münasibətlərində tərəflərin əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu mövqedən çıxış edərək "xxxx" Şirkətinin onunla bağladığı əmək müqaviləsinin şərtlərinə əməl etməklə öhdəliklərini yerinə yetirməsinə ümid bəsləyir. Məcəllənin 12cimaddəsinə müvafiq olaraq əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməletmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri biridir. "xxxx" Şirkəti 2022-ci ilin oktyabr ayından faktiki olaraq onu işdən kənarlaşdırmışdır. Lakin onun işdən kənarlaşdırma Əmək Məcəlləsində işçinin işdən kənar edilməsi Üçün nəzərdə tutulan əsaslardan heç birinə müvafiq deyildir. Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən, işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsalsanitariyasının, gigiyenasının vəziyyətinimüəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığını və işin səmərəliliyinin artırılması,əmǝyin təşkilində on mütərəqqi üsulların, o cümlədən yeni texnikanın va ya texnologiyanın tətbiqizamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-cimaddəsinin «c» bəndinə müvafiq olaraq, 71-cimaddəsində nəzərdə tutulan qaydalara əməledilməklə işəgötürən tərəfindən ləğv edilə bilər, lakin onum əvvəlki işimə buraxılmamağım Attestasiya komissiyasının rəyinə əsaslanmır. Əmək Məcəlləsinin 154-cü maddasinə əsasən,ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması qadağan edilir. "xxxx" Şirkəti isə həmin normanın tələblərini pozaraq əsassız olaraq onu aşağı əmək haqqı olan işə keçirməyə çalışır. Həmin Məcəllənin 156-cimaddəsimüəyyən edir ki,əmək haqqı,əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilǝdə nəzərdə tutulan tarif (vəzifə) maaşlarıəsasında müəyyən edilən məbləğdan az olmayaraq ödənilir. Az 3 ay daha yüksək dərəcə üzrə işləmiş və ya ixtisas imtahanlarını vermiş ona yüksək ixtisas dərəcəsi verilməsini işəgötürəndən tələb etmək hüququ vardır. İşçilərin bu tələbi işəgötürən təfindən təmin olunmalıdır. Ona münasibətdə isə işagötürən heç bir əsas olmadan əmək haqqını azaltmağa çalışır. Həmin maddə müəyyən edir ki, işəgötürən həmkarlar ittifaqları taşkilatının iştirakı ilə işçilərin müəyyən olunmuş qaydada attestasiyasını keçirməklə attestasiyanın nəticələrinə əsasən işçilərin əməyinin ödənilmə dərəcələrini müəyyən edilmiş hüdudlarda artırmaq va ya aşağı salmaq hüququna malikdir. Əmək Məcəlləsinin 169-ci maddəsinə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadira, ustaya, digər vəzifəlişəxslərə) xəbardarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Lakin onun boş dayanma niyyəti olmayıb. Onu qəsdən öz işinə buraxmayıblar. Ona boş dayanma vaxtına görə əmək haqqı tam ödənilməlidir. Əmək və icra intizamın pozulmasma görə intizam məsuliyyəti və onun Məcəllənin 186-cimaddəsina əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqiaktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarımdan sui-istifada etdikdə va yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Lakin o yuxarıda qeyd olunan heç bir pozuntuya yol verməmiş, onun işə buraxılmamağının heç bir əsası yoxdur. Əmək Məcəlləsinin 296-cı maddəsimüəyyən edir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qararın),əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasınım, vərəqəsinin,çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Mocallada nazarda tutulmuş şartlarinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Onun iş buraxılmamağı barədə heç bir rəsmi əmr ona təqdim olunmamışdır. Pul və digər əmlak tələbləri ila əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən ilərzində məhkəməyə müraciət edə bilər. Onu da qeyd edir ki, o şəkər xəstəsi kimi poliklinikada qeydiyyatdadır, özü Birinci Qarabag müharibəsi veteranıdır, oğlu bir ilə yaxındır ki hərbi xidmətdədir, işə buraxılmadığı müddətdə 15.000 manat borc edib ailəsinii dolandırmışdır. O işdən çıxarılmadığı halda, əmək haqqının verilməməsinin səbəbini bilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən şirkət ilə işçi arasında əvvəllər bağlanmış bütün müqavilələri 19 may 2005-ci il tarixli müqavilə əvəz edir. Daha sonra tərəflər arasında 15 iyul 2013-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. İddiaçı bu müqaviləyə əsasən baş mexanik vəzifəsinə işə götürülmüşdür. Bu müqavilələrinin müddəalarına əsasən işçinin iş yeri şirkətin gəmiləri və sahil obyektləridir. Tərəflər arasında bağlanmış müqavilələrə əsasən işçiyə ancaq işlədiyi günlərə görə əmək haqqı ödənilir. İstirahət günləri üçün heç bir ödəniş ödənilmir. İddiaçı 04 noyabr 2022-ci il tarixdə "xxxx" gəmisində dəniz növbəsini başa vurduqdan sonra istirahətə qayıtmışdır. Şirkətin texniki departamentinin meneceri iddiaçının DP tipli gəmilərdə əmək müqaviləsi üzrə vəzifə borclarını layiqincə yerinə yetirmədiyinə görə həmin gəmilərdə baş mexanik vəzifəsinin icrasına icazə verməyərək, 500 metrlik təhlükəli zonaya girməyən qəzaxilasetmə gəmilərində öz vəzifəsini icra etməyi tövsiyə etmişdir. İddiaçıdan istirahətdən sonra qeyd olunan gəmilərdə öz vəzifəsini yerinə yetirməsi tələb olunsa da, o həmin gəmilərdə işləməyəcəyini bildirmiş və işə çıxmaqdan imtina etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, işçi baş mexanikin assistenti vəzifəsinə işə götürülür. Həmin Müqavilənin 3-cü maddəsində qeyd olunur ki, işçinin əsas iş yeri şirkətin gəmiləri və sahil obyektidir. Həmin Müqavilənin 4-cü maddəsində qeyd olunur ki, işçiyə ancaq işlədiyi günlərə görə əmək haqqı ödənilir. İddiaçı ilə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, işçi baş mexanik vəzifəsinə işə götürülür. Həmin Müqavilənin 3-cü maddəsində qeyd olunur ki, işçinin əsas iş yeri şirkətin gəmiləri və sahil obyektidir. Həmin Müqavilənin 4-cü maddəsində qeyd olunur ki, işçiyə ancaq işlədiyi günlərə görə əmək haqqı ödənilir. xx.xx.2013-cü il tarixli əmək Müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, işçinin əmək haqqısından başqa qalan bütün hallarda xx.xx.2013-cü il tarixli əmək müqaviləsi öz qüvvəsində qalır. xx.xx.2013-cü il tarixli əmək Müqaviləsinə 2 nömrəli Əlavədən görünür ki, işçinin əmək haqqısından başqa qalan bütün hallarda xx.xx.2013-cü il tarixli əmək müqaviləsi öz qüvvəsində qalır. xx.xx.2013-cü il tarixli əmək Müqaviləsinə 32 nömrəli Əlavədən görünür ki, işçinin əmək haqqısından başqa qalan bütün hallarda xx.xx.2013-cü il tarixli əmək müqaviləsi öz qüvvəsində qalır. xx.xx.2013-cü il tarixli əmək Müqaviləsinə hər 3 Əlavədə qeyd olunur ki, işçi Şirkətin nizamnaməsinə uyğun olaraq iqtisadi fəaliyyətini, yəni gəmi idarəçiliyinin təminatını yerinə yetirmək üçün tələb olunan istənilən işləri həyata keçirmək məqsədi ilə baş mexanik vəzifəsinə işə götürülür. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı "xxxx" Şirkətində ilk öncə baş mexanikin assistenti vəzifəsinə götürülmüş, sonradan isə baş mexanik vəzifəsinə keçirilmişdir. İddiaçı "xxxx" gəmisində baş mexanik kimi fəaliyyət göstərmişdir. Sonuncu dəfə öz növbəsini başa vurub yenidən işə qayıdarkən ona "xxxx" gəmisində deyil, başqa bir gəmidə vəzifəsini yerinə yetirmək tapşırılmışdır. Lakin iddiaçı bundan imtina edərək, məhz "xxxx" gəmisində yaxud onun növdə başqa bir gəmidə işə çıxacağını bildirmişdir. Məhkəmə iddia tələbinin “iddiaçının əvvəlki "xxxx" yaxud DP-2 tipli gəmisində baş mexanik vəzifəsinə işə buraxılmağının təmin edilməsi vəzifəsinin qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, iddiaçı baş mexanik kimi işə götürülərkən onun şirkətin nizamnaməsinə uyğun olaraq istənilən işləri həyata keçirmək kimi öhdəliyi olmuşdur. Bundan başqa eyni zamanda müqavilə ilə işçinin əsas iş yerinin şirkətin gəmiləri və sahil obyekti olacağı razılaşdırılmışdır. Göründüyü kimi, tərəflər arasında əmək müqaviləsi bağlanarkən işçinin vəzifəsi və iş yeri öncədən razılaşdırılmışdır və bu razılıqda işçinin məhz "xxxx" yaxud DP- 2 tipli gəmisində baş mexanik kimi fəaliyyət göstərəcəyi təsbit olunmamışdır. Əksinə müqavilə ilə razılaşdırılmışdır ki, işçi işəgötürənin tapşırığına əsasən Şirkətə məxsus istənilən gəmidə vəzifə borcunu yerinə yetirmək öhdəliyi daşıyır. Cavabdehin nümayəndəsinin izahatından da görünür ki, cavabdeh iddiaçıya başqa gəmidə işləməyi təklif edərkən onun vəzifəsini aşağı salmamış, məhz baş mexanik kimi vəzifəsini yerinə yetirməyi nəzərdə tutmuşdur. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən də görünür ki, işçi məhz baş mexanik kimi işəgötürənin təyin edəcəyi Şirkətə məxsus istənilən gəmidə fəaliyyət göstərməlidir. Belə olan halda işəgötürənin işçini Şirkətə məxsus başqa gəmidə baş mexanik kimi işə göndərməsində tərəflər arasında bağlanmış əmək müqaviləsinin və əmək qanunvericiliyinin normalarının pozulması halı mövcud deyildir. İddia tələbinin “cavabdehin üzərinə 2022-ci ilin oktyabr ayından qətnamə qəbul ediləcək tarixədək əmək haqqının sonrakı artımları nəzərə alınmaqla onun hər ay üçün "xxxx" gəmisində baş mexanik kimi əmək haqqının hesablanması, üzərinə əmək haqqının hər gecikdirilən günü üçün əmək haqqının azı bir faizi məbləğində ödənc əlavə edilməsi, dövlət vergiləri və sosial ayırmalar çıxıldıqdan sonra əmək haqqının qalan hissəsinin (təxminən 100.000 manat) pulun iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan "xxxx" Şirkəti tərəfindən iddiaçıya ünvanlanmış 03 mart və 16 may 2023-cü il tarixli bildirişlərdə qeyd olunur ki, iddiaçıdan baş mexanik vəzifəsi vakant olduğundan işə çıxmağı tələb olunur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan bildirişlərdən və eyni zamanda iddiaçının özünün izahatından da görünür ki, cavabdeh tərəfindən iddiaçıya işə çıxmağı barədə təkliflər olunsa da, iddiaçı bu təkliflərdən imtina edərək işə çıxmamışdır. Burdan da görünür ki, iddiaçının işə çıxmamasında və bunun müqabilində əmək haqqı almamasında cavabdehin heç bir təqsiri yoxdur. Belə ki, işəgötürən əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçini işə çıxmağa gərəkdiyi barədə dəfələrlə xəbərdar etməsinə baxmayaraq işçi DP-2 tipli gəmidən başqa gəmidə işə çıxmaq istəmədiyini əsas gətirərək, işə çıxmaqdan boyun qaçırmışdır. Belə olan halda işçinin işə çıxmamasında onun iradəsinə yaxud əmək müqaviləsinin şərtlərinə zidd hər hansı bir halın mövcud olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələrindəndir. 11-ci maddəsinin “c” bəndinə əsasən işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək işəgötürənin əsas hüquqlarındandır. 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 46.1-ci maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1395/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1395/2023
08.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver