Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1399/2023 24.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçılar İddiaçı1, İddiaçı2 – Cavabdeh MTK-ya qarşı “kooperativin ölmüş üzvünün payının dəyəri olan mənzilin onun qanun üzrə vərəsələri arasında bərabər bölünməsi, vərəsələrin kooperativə üzv qəbul olunması, mənzilə paylara uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədlərin iddiaçılara (vərəsələrə) verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 – Cavabdeh MTK-ya qarşı “kooperativin ölmüş üzvünün payının dəyəri olan mənzilin onun qanun üzrə vərəsələri arasında bərabər bölünməsi, vərəsələrin kooperativə üzv qəbul olunması, mənzilə paylara uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədlərin iddiaçılara (vərəsələrə) verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “MARS-A'’ MTK-da kooperativin üzvü olan X1ma məxsus olmuş tam payının dəyəri olan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş (blok) 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 158,4 kv.m olan 3 otaqlı mənzilin sonuncunun qanun üzrə vərəsələri iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında bərabər olaraq, yəni hər birinə mənzilin tam payının “A” hissəsinin verilməsi qaydasında bölünməsi, hər iki iddiaçının kooperativ üzvlüyünə qəbul olunması və mənzilə paylara uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədlərin iddiaçılara (vərəsələrə) verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aidiyyət qaydalarına uyğun olmayan formada verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. (MPM 35.2) -39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. - 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) İddia ərizəsində Cavabdeh MTK-nın ünvanı ünvan 2nformasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh MTK-nın hüquqi ünvanı ünvan 3ibati ərazisinə aiddir. Bundan başqa, iddia tələbindən işin müstəsna aidiyyətinin olması halı da müəyyən edilmir. Belə ki, iddia tələbi bir sıra öhdəliklərin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Ona görə də, iddiaçı mövcud iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə deyil, Xətai Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, iddiaçılar İddiaçı1, İddiaçı2 – Cavabdeh MTK-ya qarşı “kooperativin ölmüş üzvünün payının dəyəri olan mənzilin onun qanun üzrə vərəsələri arasında bərabər bölünməsi, vərəsələrin kooperativə üzv qəbul olunması, mənzilə paylara uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədlərin iddiaçılara (vərəsələrə) verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 – Cavabdeh MTK-ya qarşı “kooperativin ölmüş üzvünün payının dəyəri olan mənzilin onun qanun üzrə vərəsələri arasında bərabər bölünməsi, vərəsələrin kooperativə üzv qəbul olunması, mənzilə paylara uyğun olaraq mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədlərin iddiaçılara (vərəsələrə) verilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edə bilər. Məhkəməyə müraciət etmək üçün iddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən ödənilmiş 100 manat (bir yüz) manat məbləğində dövlət rüsumu onlara geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektoron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1399/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1399/2023
24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver