Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-140/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil, Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2, nümayəndə və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı (3-cü şəxs qismində X17 Xidməti işə cəlb olunmaqla) Cavabdeh QSC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulmuş zərərə görə kompensasiya kimi 400000 manat, o cümlədən 250000 manat maddi təzminat, 150000 manat mənəvi təzminat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixindən Cavabdeh QSC-nin Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Polad əritmə sexinin induksion soba sahəsində polad əridən köməkçisi olaraq işə qəbul olunmuşdur və həmin vaxtdan sözügedən zavodda işləyir. xx.xx.2022-ci il tarixdə Zavodda iş vaxtı bədbəxt hadisə baş vermiş və nəticədə o, ağır xəsarətlər almışdır, bir gözü tamamilə sıradan çıxmışdır, sağlamlığı ağır zərərə uğramışdır. Hazırda o, əlildir, şikəst olmuşdur, işləmək qabiliyyəti yoxdur, bir gözü tam kor olmuşdur, bundan əlavə kəllə, üz, alın, əngin, baş beyin və digər nayihələrindən ciddi travmalar almışdır, başında bir neçə qəlpə qalıb, müstəqil şəkildə hərəkət etməyi, başqasının yardım və köməyi olmadan gündəlik həyat və fəaliyyətini davam etdirməyi qeyri-mümkünolmuşdur. Xəsarət alan zaman onun sol qolu da çıxmışdı (sonradan məlum oldu), yerində kristallaşma getmişdi, beli zədələnmişdi, qol, çiyin və bel nayihələrində şiddətli ağrılar olurdu, bu qəbilvdən olan bəzi ağrılar indi də davam edir. Sözügedən bədbəxt hadisə poladərtimə sobasında partlayış baş verməsi nəticəsində ortaya çıxmış, parlayışın təsirilə metal yadcisim sağ gözünə dəymiş, partlayış təzyiqi və yad cisimlər digər bədən nayihələrinin də çoxsaylı xəsarət almasına və zədədlənməsinə səbəb olmuşdur. Partlayışdan sonra o, aldığı xəsarətlərin təsirindən huşunu itirdiyindən ondan sonra baş verənləri xəstəxanada özünə gələndən sonra xatırlaya bilmədi. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası” Publik hüquqi şəxsin verdiyi arayışda onun xx.xx.2022-ci il tarixində həmin xəstəxanaya gətirildiyi, gətirildiyi zaman huşsuz vəziyyətdə olduğu, “almacıq sümüyü və əngin sınığı” diaqnozlu xəsarət aldığı, İİ X1 Terapiya şöbəsində stasionar müalicəyə cəlb edildiyi və “OD enukulyasiya və kəsilmiş yaraların tikilməsi” cərrahi əməliyyatının icra edilməsi qeyd edilmişdir. Respublika Neyrocərrahiyə Xəstəxanasının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 1620 nömrəli məktuba əlavə edilmiş 2065 nömrəliÇıxarışında (Epikriz) onun “Açıq kəllə beyin travması. Baş beynin orta dərəcəli əzilməsi. Sağ alın, maksilyar və orbitanın sümüklərininçoxsaylı qəlpəli sınıqları. İntraorbital və intraparenximatoz metal yad cisim. Alın-təpə paylarının hemorragik kontuziyası. Sağ gözün ekokulyasiyasından sonrakı vəziyyət” XBT-10 kodu:S06.;S002” diaqnozlu xəsarətlər aldığı qeyd olunmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarxili 869 saylı rəyi ilə onda aşkar edilmiş xəsarətlər aşağıdakılardır: baş beynin orta dərəcədə əzilməsi, baş beynin alıntəpə paylarının hemorragik kontuziyası ilə müşayiət olunan alın sümüyünün, sağ almacıq və sağ əng sümüklərinin qəlpəli sınıqları, sağ göz almasının travmatik zədələnməsi (sağ gözün yumşaq toxumalarının və göz orbitasının cərrahi yolla çıxarılması) bərk küt əşya (əşyalar) təsirindən xx.xx.2022-ci il tarixdə və şəraitdə törəmələri mümkündür və dərəcələrinə görə həyatüçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2022-ci il tarixli 10/7983 saylı rəyində qeyd olunur ki, yoxlama materiallarına əsasən texnoloji prosesə uyğun olmayan predmetin işlək vəziyyətdə olan induksiya sobasının içərisinə atılması hadisənin (partlayışın) texniki səbəbi olmuşdur. İşlək vəziyyətdə olan induksiya sobasının içərisinə atılmış əşyanın həndəsi forması, aqreqat halı və kimyəvi tərkibi məlum olmadığına görə, baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikasına dair hansı qaydaların və kimlər tərəfindən pozulmasını müəyyən etmək mümkün olmadı. Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X5 19 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında (İddiaçı iş yerində xəsarət alması faktı üzrə toplanmış 106C-22 nömrəli material) göstərilir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Elmetal” zavodunda poladəridən köməkçisi vəzifəsində işləyən Bakı şəhəri, Qaradağ rayonu, Qobusatn qəsəbəsi,1-ci massiv nömrəsiz evdə yaşayan xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində, iş zamanı əritmə sexinin induksion poladəritmə sahəsinin ikinci sobasının yanında olan zaman işlək vəziyyətdə olan induksiya sobasının içərisinə həndəsi forması, aqreqat halı və kimyəvi tərkibi məlum olmamaqla texnoloji prosesə uyğun olmayan predmetin atılması nəticəsində sobada baş vermiş partlayış nəticəsində özünün dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan baş beynin orta dərəcədə əzilməsi, baş beynin alın-təpə paylarının hemorragik kontuziyası ilə müşayiət olunan alın sümüyünün, sağ almacıq və sağ əng sümüklərinin qəlpəli sınıqları, sağ göz almasının travmatik zədələnməsi (sağ gözün yumşaq toxumalarının və göz orbitasının cərrahi yolla çıxarılması) kimi xəsarətlər almasına səbəb olmuşdur. Odur ki, Alımov X4 rayonu, Qobustan qəsəbəsində yerləşən “Elmetal” zavodunda iş zamanı xəsarət alması hadisəsində hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2.-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməlidir. Baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün yaradılmış təhqiqat komisiyasının Təhqiqat aktının (sənədin nömrəsi: **********2, nömrə alma tarixi: xx.xx.2022) Bədbəxt hadisənin səbəbləri adlı 4-cü bəndində aşağıdakılar qeyd olunmuşdr: Cavabdeh QSC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş induksiya sobalarında poladəritmə prosesi Texnoloji təlimatın 4-cübölümünün (Əritmə prosesinin gedişi) 4.1.3.-cü bəndinin (Arabacıqlardakı metal qırıntıları sobaya boşaldıldıqdan sonra poladəridən və poladəridən köməkçiləri təhlükəsizlik qaydalarına uyğun olaraq 5-10 dəqiqə ərzində sobanın yan divarından 4-5 metr məsafədə kənarda dayanmalıdırlar) tələblərinə riayət edilməməsi. Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin sahə ustası X6 arasındabağlanmış 380/2021 saylı əmək müqaviləsinə əlavə hesab edilən “Vəzifə təlimatı”nın 2.2.-ci bəndinin (Rəhbərlik etdiyi növbənin işçi heyətinin müəssisə rəhbərliyi tərəfindən təsdiq edilmiş daxili nizam–intizam, etik davranış və təhlükəszilik texnikası qaydalarına əməl etməyən işçilər barədə tədbir görməlidir) və 2.5.-ci bəndinin (işlək sobanın ətrafında poladəridən, poladəridən köməkçiləri və digər işçilərin dayanmamasına, sahənin ümumi təmiz saxlanılmasına, işin sonunda işçilər tərəfindən iş sahəsinin təmizlənməsinə nəzarət etməlidir) tələblərinə riayət edilməməsi. 6. Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1. bəndinə əsasən Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin poladəridən köməkçisi İddiaçı ehtiyatsızlığını, 4.2.-ci bəndinə əsasən Cavabdeh QSC-nin Polad əritmə sexinin İnduksion soba sahəsinin növbə ustası X2 nəzarətsizliyini müəyyən etmişdir. Göründüyü kimi Komissiya Cavabdehi bədbəxt hadisənin baş verməsində və onun həyat üçün təhlükəli xəsarətlər almağında qismən təqsirli hesab etmiş, onu da ehtiyatsızlıqda günahlandırmışdır. Lakin əslində araşdırma (təhqiqat) hərtərəfli və obyektiv aparılmamış, tələsik və səthi aparılmış, hər vəchlə cavabdehə bəraət qazandırılmağa çalışılmışdır. Lakin bu şəkildə araşdırma aparılsa belə, cavabdehin qismən də olsa təqsirli (texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmama) olduğunu qeyd etmək məcburiyyətində qalmışlar. Halbuki obyektiv, tam və hərtərəfli araşdırma aparılmış olsaydı daha çox mətləblər aydın olar, həqiqət tamamilə aşkara çıxmış olardı, eləcə də, cavabdehin əməlində cinayət tərkibi olması da aşkara çıxmış olardı. Araşdırma və təhqiqin qərəzsiz və obyektiv aparılmadığı elə ilk baxışdan aydın olur. Belə ki, aktların, rəy və qərarların heç birində hadisənin baş vermiş olduğu Sobanın texniki pasportu və istifadə təlimatından bəhs edilmir. Bu barədə sənəd və məlumatlar indiyə kimi ortaya çıxarılmamışdır. Cavabdeh bunları ortaya çıxarmaqdan imtina etmişdir. Halbuki sözügedən sənəd və məlumatlar iş üzrə olduqca əhəmiyyətlidir və ilk növbədə araşdırılmalı olan xüsusatlardır. Bununla yanaşı yad cismin sobaya atılan metalın içərisinə düşdüyü qeyd olunsa da, bunun məhz təhlükəszilik qaydalaırna əməl olumadığı üçün düşdüyü (atıldığı) qeyd olunmur. Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunsa idi metal yad cisimlərdən təmizlənmiş şəkildə sobaya qoyulmalı (atılmalı) idi. Əks təqdirdə partlayış və qəzaların baş verməsi qaçılmazdır. Bu kimi aşkar xüsusatlardan bədbəxt hadisə ilə bağlı aparılmış araşdrımanın nəticələrinin əks olunduğu sənədlərdə, rəy, akt və qərarlarda heç bir açıqlama verilməməsi təhqiqat və araşdırmanın obyektiv aparılmadığına dəlalət edir. Onun sağlamlığının pozulması, əlil olmağı, həyat üçün təhlükəli müxtəlif xəsarətlər almağı, bir gözünü tamamilə itirməyi, həyat və sağlamlığının təhlükə altına düşməsi bilavasitə işəgötürənin hərəkətləri (hərəkətsizliyi) ilə zavodda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalaırna əməl olunmaması ilə bağlıdır. Məhz işəgötürən cavabdehin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına lazımi şəkildə əməl etməməsi səbəbindən bədbəxt hadisə baş vermişdir. Bununla da onun sağlamlığının pozulması ilə işəgötürən cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqə öz təsdiqini tapmışdır. Baş vermiş bədbəxt hadisənin olduqca məhdud şəkildə bir təhqiqatı aparılsa da, yenə də, onun sağlamlığının pozulmuş olması, səhhətinə zərər vurulmuş olması ilə işəgötürən cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) arasında birbaşa səbəbli əlaqə olduğu hər bi halda öz təsdiqini tapmışdır. Hesab edir ki, məhkəmədə həqiqətə tam nail olmaq üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ekspertiza təyin olunmalı və bədbəxt hadisə üzrə bu baxımdan hərtərəfli, tam və obyektiv ekspertiza aparılmalıdır. Səhhətinə vurulmuş xəsarət nəticəsində onun müalicəyə, müayinələrə, tibbi xidmətlərə, dava-dərman alınmasına, nəqliyyat vasitələrinə və digər əlaqədar məsrəflər üçün indiyə kimi külli miqdarda xərcim çıxıb və eyni təyinatlı xərclər davam etməkdədir. Bundan əlavə ona hər hansı yerə, xəstəxanaya gedib gəlmək üçün başqasının köməyinə ehtiyacı var, özünün təkbaşına, başqasının köməyi olmadan hərəkət etməyi olduqca çətindir. Bu səbəbdən oğlu Rəşad uzun müddət işindən gücündən ayrılaraq onun yanında olmuş, onu müayinə və müalicə üçün tibb mərkəzlərinə aparıb gətirmiş, bütün bu vaxtlarda işləmədiyindən öz qazancından da məhrum olmuşdur. Beləliklə, oğlu Rəşad da ona kömək və qulluq etməsi səbəbindən xeyli qazanc və gəlirlərindən məhrum olmuş və bu hal zaman zaman indi də davam edir. Bununla da, ailəsi əlavə olaraq daha da maddi zərərə uğramış, ailənin zəruri ehtiyaclarının qarşılanması qeyri-mümkün olmuşdur. Beləliklə həm o, həm də onun ailə üzvləri, övladları, ağır maddi çətinliklərə məruz qalmış, böyük maddi və mənəvi zərərə uğramışdır. Onun hazırda heç bir qazancı, gəliri, maaşı yoxdur, xəsarət alıb xəstəxanaya düşəndən sonra 6 ay müddətində ona maaş ödənilmiş, 6 ay sonra maaşı kəsilmişdir, pensiya da almır, 3-cü qrup əlil olmağı təsdiq olunsa da, hələ də pensiya kartı almamışdır, pensiyası ödənilmir, ödəniləcəyi bildirilir, lakin hazırda ona heç bir pensiya ödənişi həyata keçirilmir, ödəniləcək pensiya məbləğinin də az miqdar olduğu bildirilib. Sağlamlığına vurulmuş ağır xəsarət nəticəsində onun işləmək və qazanc əldə etmək imkanı yoxdur, gəliri yoxdur, üstəlik müayinə və müalicə xərcləri, dava-dərman məsrəfləri vardır, övladlarının dolanışıq xərcləri, 4 azyaşlı məktəbli uşaqların xərcləri vardır. Qeyd olunan xərcləri ödəmək onun imkanları xaricindədir. Əgər o, zavodda qəzaya uğramasaydı, ağır xəsarətlər almasaydı, kor olmasaydı, əlil və şikəst olmasaydı, o, ailəsinin dolanışığını təmin edə bilərdi, necə ki, edirdi. O, iş günləri zavodda işləyir, işdən sonra, eləcə də qeyri iş günləri, bayram günləri, məzuniyyət günlərində isə həyətyanı sahəsində, kənddə əkin-biçin ilə, heyandarlıqla, təsərrüfatla məşğul olurdu, yetişdirdiyi məhsulları sataraq əlavə qazanc əldə edir və ailəsinin maddi ehtiyaclarını ödəyirdi. Bu minvalla o həm zavodda işləyərərk aylıq sabit bir maaş almaqla, həm də həyətyanı sahədə fəaliyyət göstərməklə qeyri-sabit olsa da qazanc əldə ediridi və ailənin dolanışığını təmin edirdi, getdikcə güzəranları daha da yaxşılaşırdı. İndi o bütün bunlardan məhrum olmuşdur, nəinki ailəsinin güzəranını, heç özünün müalicə və müayinə xərclərini, dava-dərman xərclərini ödəyə bilmir, özünün adi yaşayış xərclərini ödəməkdə acizdir, onun qazanc və gəliri yoxdur. O özünü və övladlarını insan sağlamlığının və həyat fəaliyyətinin normal səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərlə təmin etmək imkanından məhrumdur, üstəlik sağlamlığının pozulması, aldığı ağır xəsarətlərlə bağlı xüsusi qulluq, müalicə, müayinə və əlavə tibbi xidmətlərə ehtiyacı vardır, müxtəlif tibbi xidmətlər üçün xeyli haqq ödəməlidir. O, həyat və fəaliyyət qabiliyətini böyük ölçüdə itirmişdir, ona İİİ qrup əlillik dərəcəsi verilib, o buna etiraz etmişdir, onun əlillik dərəcəsi əslində İ qrupa uyğun gəlir. O başqasının köməyi və baxımı olmadan, dava-dərman olmadan öz həyat və fəaliyyətini davam etdirmək imkanına malik deyil. Cavadbeh əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməklə, yəni təhlükəszi və sağlam əmək şəraiti yaratmamaqla, əməyin mühafizəsi qaydalarını pozmaqla onun sağlamlığının, səhhətinin pozulmasına, onun iş və fəaliyyət qabiliyyətinin son dərəcə məhdudlaşmasına (hazırda iş qabiliyyətini itirmişdir, həkimlər işləməyə icazə vermirlər) səbəb olmuşdur. Buna görə də, cavadbeh onun sağlamlığına vurulmuş zərəri üçün tam məsuliyyət daşımalıdır. O tez-tez stress keçirir, depressiaya düşür, sağlamlığı getdikcə daha da pozulur, həkimlər bu gedişlə psixi xəstəliklərə düçar olmaq ehtimalının olduqca yüksək olduğunu bildirərək, belə hallarda mütəmadi psixoloji müalicə məsləhət görüblər. Əks təqdirdə psixi pozuntuların ortaya çıxması və getdikcə kəskinləşməsinin qaçılmaz olduğunu bildirirlər. O özündən asılı olmadan evdə anidən əsəbləşir, stresss və narahatçılıq keçrir, birdən birə qabağında olan əşyaları sındırır, tullayır, eyni sözləri dəfələrlə təkrar təkrar söyləyir, əlaqəsiz söz və ifadələr işlədir. Bu minvalla onun həyatı həm özü üçün, həm də ailə üzvləri, yaxınları üçün dözülməz olmağa başlamışdır, psixoloji pozuntular meydana çıxmışdır. Onun sağlamlığı pozulmasıydı, əlil və şikəst olmasaydı, eyni və yaxud bənzər iş və vəzifədə, bu və ya digər işyerində işləyə biləcəkdi və aylıq orta əmək haqqının miqdarı 1000-1200 manat təşkil edəcəkdi. Səhhətinə vurulmuş zərərə görə o artıq işləyə bilməz, həyatı boyu davamlı müayinə və müalicə olunmalıdır, ayrıca mütəmadi psixoloji yardım almalıdır. Azərbaycan Respublikasında və qonşu ölkələrdə ortalama bir insan ömrü 75-80 yaş, pensiya yaşı 65-70 yaş olduğundan, belə nəticəyə gəlmək olar ki, o bundan sonra ən az 20 il işləyə bilərdi. 20 il aylıq orta əmək haqqı 1000- 1200 manat (sabit olduğunu varsaymaqla) olaraq hesablasaq, aylıq 1000 manat maaş hesablasaq ortaya minimum 240 000 (iki yüz qırx min) manat vəsait çıxar. Bu minimum rəqəmdir, 20 il müddətində onun ayda 1000 manat maaş aldığını hesab edir. Onun ailəsi var, 4 azyaşlı övladı var, tibbi sığorta, vergi, sosial müdafiə, tibbi xidmət, müalicə, müayinə, dərmanlar, psixoloji yardımı və sair xərclər əlavə xərclərdir. Bir uşağın aylıq minimum yaşayış xərcləri 220 manat (hazırki il üzrə uşaq üçün yaşayış minimumu) olaraq hesablanır, bir il müddətində bu məbləğ 2040 manat edər, 5 il müddətində 10200 manat edər. Psixoloji yardım üçün tibbi xidmət 1 saat üçün (1 seans) minmum 50 manat təşkil edir. Həftədə bir neçə dəfə belə tibbi yardım almalı olduğundan, bu da təxminən həftəlik minimum 150 manat, aylıq 600 manat təşkil edər. Onun indi 50 yaşı var, 70 yaşadək yaşayacağı ehtimal edilsə, bundan sonra 20 il müddətində onun aylıq xərcləri, məsrəfləri necə ödəniləcək? Yaşayış minimumu və müalicə xərclərinin ödənilməsi zəruridir. Minimum olaraq hesablasaq bundan sonrakı 20 il müddətində aylıq 1000 (bir min) manat vəsaitə (12 x 1000 = 12 000, 12 000 x 20 = 240 000) ehtiyacı nəzərə alınsa, bu, 240 000 manat edər. Bu onun əlil, şikəst kimi, müayinə və müalicəyə, eləcə də başqasının köməyinə ehtiyacı olan şəxsin xərcləridir, ondan başqa onun baxmalı olduğu 4 azyaşlı övladı vardır. Qeyd olunan aylıq qazancla - aylıq 1000 manatla onun həm özünü, həm də ailəsinin dolanışığını təmin etməyi olduqca çətindir. Ölkəmizdə yaşayış minimumu 2023-cü il üçün 220 manat müəyyən edilib. Sadəcə azyaşlı övladlarının aylıq yaşayış xərcləri minimum 1100 manat edir. O, cavabdehdən minimum xərclərdən da olduqca az miqdarda - 250 000 manat miqdarda birdəfəlik maddi təzminat məbləği, yaxud aylıq 1200-1500 manat olmaqla, heç olmazsa, ən az hədd olmaqa aylıq yaşayış xərclərinin ödənilməsini tələb edir. Göründüyü kimi tələbi uğradığı zərərin müqabilində olduqca az bir məbləğdir. O çox böyük mənəvi zərərə də uğramışdır, mənəvi zərərə təkçə o deyil, ailə üzvləri də uğramışdır. Ailənin gözü önündə yaşayan ata, ailə başçısı əlil olmuş, şikəst, bir gözünü itirmiş, davamlı müayinə və müalicə olunan bir ailə başçısıdır. Bu ailəsinə, övladlarına da olduqca pis təsir edir. Onun sağlamlığına dəymiş ağır zərərə görə mənəvi zərərə uğradığı heç bir şübhə doğura bilməz. Zavodda baş vermiş hadisə nəticəsində ona dəyən həyat üçün təhlükəli ağır bədən xəsarətləri nəticəsində o böyük sarsıntı keçirmişdir, iztirab, əzab və əziyyət çəkmişdir, depressiyaya düşmüşdür. Ortaya çıxan stress və depressiya davamlı xarakter almışdır və indi də davam etməkdədir. Odur ki, sağlamlığının pozulması nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə o tamamilə haqlıdır. Mənəvi zərərin əvəzini 150 000 (yüz əlli min) manat olaraq qiymətləndirir. Ən az 150 000 manat mənəvi zərər tələb etməkdə o tamamilə haqlıdır. Bu miqdar əlbətdə ki, onun sağlamlığının, itirdiyi bir gözünün, əlilliyinin, müxtəlif bədən nahiyələrindən aldığı xəsarətlərin, həyatının və xoşbəxtliyinin dəyəri deyildir. İnsan həyatı və sağlamlığı qiymətsizdir, əvəzsizdir. Lakin mövcud qanunvericiliyimizə görə mənəvi zərərin əvəzi bir qayda olaraq pulla ödənilir. Odur ki, qarşı tərəfi, reallığı, ölkəmizdəki orta alıq əmək haqqı miqdarını, əhalinin aylıq qazanc və gəlirlərini, ortalama ərzaq və qida üçün çəkilən xərcləri nəzərə alaraq həddindən olduqca az olmaqla hesablama aparmışdır. Uğradığı böyük mənəvi zərərin əvəzi kimi minimum bir miqdarda məbləğin ödənilməsi insaf və vicdan çərçivəsində olmaqla yanaşı qanuni və əsaslı sayılmalıdır. Avropa Məhkəməsinin təcrübəsi göstərir ki, Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresi, əzab və əziyyətləri nəzərə alır. Beləliklə, ona vurulan maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 400 000 (dörd yüz min) manat, o cümlədən maddi zərərin əvəzi kimi 250 000 (iki yüz əlli min) manat, mənəvəi zərərin əvəzi kimi 150 000 manat vəsaiti cavabdehdən tələb etməkdə özünü tamamilə haqlı sayır. Mövcud qüvvədə olan qanunvericiliyə əsasən cavabdeh onun sağlamlığına vurduğu zərərin əvəzini tam şəkildə ödəməyə borcludur. O, sağ gözünü tam olaraq itirmişdir. Gözünün və görmə qabiliyyətinin bərpa olunmasını həkimlər mümkünsüz sayırlar. Plastik əməliyyat və protez qoyulması mümkün sayılır. Protez qoylması və plastik əməliyyat üçün xərclər 5800 manat təşkil edir (plastik əməliyyat – 5000 manat, əməliyyatdan sonra plastik gözün qoyulması 800 manat). İndiyə kimi o aşağıdakı xərcləi ödəməli olmuşdur və həmin xərclərin xeyli hissəsinin ödənilməsi hazırda da davam etməkdədir. Qeyd edir ki, bir çox dava-dərman xərclərinin ödənişi üçün zavod da köməklik etmişdir. Lakin aşağıdakı xərcləri tamamilə özü ödəməli olmuşdur: Gözə infeksiyaya qarşı olan damçı dərman hər ay 11 manat (6 ay zavod ödəmişdir, sonra ödəməyib). Protez qoyulana qədər 5 dəfə protezciyə getmişdir, ümumilikdə taksi pulu 125 manat ( 25x5=125). Sol qolun rentgeni +KT+MRT xərcləri+ 50 manat taksi pulu (xəsarət alan zaman onun sol qolu çıxmışdı, yerində kristallaşma getmişdi, beli zədələnmişdi, qol, çiyin və bel nayihələrində şiddətli ağrılar olurdu, bu qəbildən olan bəzi ağrılar indi də davam edir.). Sol qol üçün yazılan müalicə xərcləri 195 manat+60 manat (evə gəlib iynə və sistem vuran tibb bacısı üçün ödəniş). Bel üçün həkim qəbulu – 50 manat + MRT ödənişi+müalicə pulu 400 manat+90 manat (evə gəlib xidmət göstərən tibb bacısı üçün ödəniş). Sudurğa tutmamağı üşün yazılmış EPİNEXX dərman 75 manat (2 ay üçün alınıb). Gözün yoxlanılması üçün fərqli həkimlərin qəbulu – 140 manat (50+50+40) və taksi pulu – 75 manat. Sol qolunda meydana gələn kristallaşmanı əritmək və qolunu işlətməklə bağlı müalicə - masaj və terapevtlər üçün ödəniş – 400 manat. Başındakı qəlpələrə görə iki dəfə Sabunçu xəstəxanasında yatmışdır, taksi pulu, yemək və sair xərclər – 400 manat. 7 seans özəl psixoloq seansında olmuşdur – 350 manat. Oğlu Rəşad 29 oktyabr -10 fevral arası (100 gün) müddətdə ustalıq etdiyi işindən qalmışdır, günü minimum 50 manat hesablanmaqla 5000 manat qazanc və gəlirindən məhrum olmuşdur. Yuxarıda qeyd olunan xərcləri tərəflərindən bilavasitə ödənilmişdir, o və ya oğlu tərəfindən ödənilib. Yuxarıda qeyd etdiyi kimi, bunlardan başqa bu qəbildən olan dava-dərman xərclərinin bir hissəsi də zavod tərəfindən ödənilib (bunlardan əlavə). Onun davamlı olaraq müayinə və müalicəyə, eləcə də psixoloji yardıma ehtiyacı vardır, bununla yanaşı onun və ailəsinin dolanışığı da təmin olunmalıdır. Sağlamlığının pozulmasına görə ən az 250 000 (iki yüz əlli min) manat maddi zərərin əvəzi kimi tələb etməkdə tamamilə haqlıdır. Bu məbləğ isə olduqca az bir məbləğdir. Hazırda onun gəliri yoxdur, o, oğlunun və yaxın qohumlarının köməyilə yaşamaqdadır. Onun və ailəsinin bütün zəruri entiyaclarını, tibbi xidmət və sair entiyacları yalnız başqalarının yardımı ilə ödəyə bilir. Onun sağlamlığı pozulmasaydı, o özünün və ailəsinin bütün maddi ehtiyaclarını təmin edə bilərdi. Lakin cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində o bütün bunlardan məhrum olmuşdur. Mən cavabdehin ucbatından vaxtında müayinə və müalicə də oluna bilmir, nəticədə də onun sağlamlığı get-gedə daha da pozulmaqdadır. Bütün bunlar təkzibedilməz faktlardır. Odur ki, cavadbeh ona vurulmuş zərərin əvəzini ödəməlidir. O, cavabdehdən fantastik və ya qeyri-real bir ödəniş istəmir, o, real olaraq uğradığı zərərin minimumdan da qat-qat az bir hissəsini tələb edir. Hesab edir ki, bu məbləğ əslində mübahisələndirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən sağlamlığına vurulmuş zərərə görə kompensasiya kimi 400000 manat, o cümlədən 250000 manat maddi təzminat, 150000 manat mənəvi təzminat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Vəkil iddia tələbini müdafəi edərək, iddianın təmin olunmasını xahiş etmiş, eləcə də bildirmişdir ki, iddiaçı onun sağlamlığının, həmçinin psixoloji sağlamlığının pozulması ilə bağlı zərərin ödənilməsini tələb etmişdir. Belə ki, iddiaçının həyat üçün təhlükəli ağır xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin (partlayışın) baş verməsindən sonra onda psixi pozuntular (xəstəliklər) baş vermişdir və bu hal məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə də öz təsdiqini tapmışdır. Həmin rəydən görünür ki, İddiaçı “Psixi Sağlamlıq Mərkəzi”ndə xx.xx.2024-cü il tarixdə psixiatr tərəfindən müayinəsi zamanı ona “Üzvi affektiv pozuntu, koqnitiv funksiyaların enməsi F06.3” diaqnozu qoyulmuşdur. Bu xəstəliklərdən əziyyət çəkən xəstələr aidiyyatı üzrə poliklinikada qeydiyyata götürülməli və sahə üzrə psixiatrın mütəmadi nəzarətində olmaqla təyin edilmiş dərman preparatlarını qəbul etməlidirlər. Ona görə də, iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafəi edərək, iddianın təmin olunmasını xahiş etmiş və nümayəndə və vəkilinin izahatı ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndə və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, mülki işdə olan Cavabdeh QSC xx.xx.2022-ci il tarixində Polad əritmə sexinin induksion soba sahəsində baş vermiş bədbəxt hadisə barədə 30 oktyabr 2022-ci il tarixli Baxış aktından görünür ki, hadisə induksiyon soba sahəsində 2-ci sobanın ətrafında baş vermişdir, bədbəxt hadisə şahidləri, növbə ustası N.İsmayılovun, poladəridən S.Əlicanovun və polad əridən köməkçisi N.Qədirovun ifadələrinə və kamera görüntülərinə əsasən müəyyən olundu ki, partlayış nəticəsində xəsarət alan İddiaçı induksion soba ilə birlikdə qalxıb-enən beton meydançasının üzərinə yıxılmışdır. İddiaçı yıxıldığı yer hamardır və təmiz vəziyyətdədir, induksion soba sahəsində 2-ci sobanın qalxıb-enən meydançasında heç bir metal qırıntısı, alət və yad cisim olmamışdır, induksion soba sahəsində 2-ci soba ətrafında və bütün əritmə sahəsində partlayış nəticəsində ətrafa sıçraya bilən hər hansı bir metal qırıntısının qəlpəsi aşkar olunmamışdır. Cavabdeh sobanın astarla təmir olunmuş və sobanın partlayış baş vermə anında işə tam yararlı vəziyyətdə olduğunu aydınlaşdırmış və hadisədən sonra sobanın işi davam etdirilmişdir. Hadisə saat 18:20 radələrində baş vermişdir. Partlayış nəticəsində poladəridən köməkçisi İddiaçı ciddi xəsarət almışdır. Partlayış induksion soba sahəsində 2-ci sobanı növbə ərzində (16:00-24:00) 2-ci süzümə hazırlayarkən baş vermişdir. Partlayış anından 5- 6 dəqiqə əvvəl 2-ci sobaya arabaçıqla ikinci dəfə metal qırıntıları boşaldılmışdır və soba demək olar, boş halda olmuşdur və içərsində maye metal olmamışdır. Partlayış baş verən vaxtda poladəridən köməkçisi İddiaçı fərdi mühafizə vasitələrindən tam istifadə etmişdir və gözündə qoruyucu eynək olmuşdur. Partlayış anında 2-ci sobanın yaxınlığında dayanmağa və hər hansı iş görməyə heç bir istehsalat zərurəti olmamışdır. Mülki işdə olan Baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün yaradılmış Təhqiqat komissiyasının **********2 saylı, xx.xx.2022-ci il tarixli Təhqiqat aktından görünür ki, bədbəxt hadisə Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsində 2-ci sobanın ətrafında sobadan sıçrayan metal qırıntısının zərərçəkənin sağ gözünün ətrafına dəyməsi nəticəsində baş vermişdir, bədbəxt hadisənin baş verməsində Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin poladəridən köməkçisi İddiaçı ehtiyatsızlığı, Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin növbə ustası X2 nəzarətsizliyi müəyyən edilmişdir. Mülki işdə olan İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 2910/22 saylı, xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, 11.1. Bədbəxt hadisənin səbəbləri 1) Cavabdeh QSC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş induksiya sobalarında poladəritmə prosesi Texnoloji təlimatın 4-cü bölümünün (Əritmə prosesinin gedişi) 4.1.3-cü bəndinin (Arabacıqlardakı metal qırıntıları sobaya boşaldıldıqdan sonra poladəridən və poladəridən köməkçiləri təhlükəsizlik qaydalarına uyğun olaraq 5-10 dəqiqə ərzində sobanın yan divarından 4-5 metr məsafədə kənarda dayanmalıdırlır) tələblərinə riayət edilməməsi; 2) Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin sahə ustası X6 arasında bağlanmış 380/2021 saylı əmək müqaviləsinə əlavə hesab edilən «Vəzifə təlimatı»nın daxili nizam-intizam, etik davranış və təhlükəsizlik texnikası qaydalarına əməl etməyən işçilər barədə tədbir görməlidir) və 2.5-ci bəndinin (işlək sobanın ətrafında poladəridən, poladəridən köməkçiləri və digər işçilərin dayanmamasına, sahənin ümumi təmiz saxlanmasına, işin sonunda işçilər tərəfindən iş sahəsinin təmizlənməsinə nəzarət etməlidir) tələblərinə riayət edilməməsi. 12. Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər: poladəridən köməkçisi İddiaçı ehtiyatsızlığı, növbə ustası X21 oblunun nəzarətsizliyi müəyyən edilmişdir. Mülki işdə olan 308/2021 saylı 23 iyun 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh QSC-də Polad əritmə sexinin induksion soba sahəsinə Poladəridən köməkçisi vəzifəsinə işə qəbul edilmişdir, işəgötürən tərəfindən işçinin, o cümlədən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirişlməsi hallarından icbari sığorta hüququ təmin edilir. Mülki işdə olan Polad əridən köməkçisinin vəzifə təlimatından görünür ki, Polad əridən köməkçisi, o cümlədən müəssisənin daxili nizam-intizam qaydalarını, əmək rejimi qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qaydaları və yanğın təhlükəsizliyi qaydalarını rəhbər tutaraq ocaqlara atılmalı olan metalları hazırlayıb ocağın kənarına yığmalı, polad əridənin göstərişi ilə ocaqları lazım olan metallarla və lazım olan miqdarda fiziki güc (əl ilə) tətbiq etməklə doldurulmasını təmin etməli, ocağa atılması məqbul hesab edilməyən metalları polad əridənin göstərişi ilə müvafiq yerə daşınmasını təmin etməli, hər ərintidən əvvəl poladəridənin tapşırığı ilə sobanın içində donub qalmış metal qırıntısını təmizləməli, yaranmış çuxurları məhlulla doldurmalı, əritmə üçün sobanın yanına yığılmış metal şixtəni tərkibinə görə çeşidləməli, işin sonunda iş yerini səliqəyə salmalı və yeni növbəni sahədə baş verənlərlə tanış etməli, sex rəisinin, sahə rəisinin və polad əridənin göstərişinə əsasən öz sahəsində və ona aid olan digər işləri yerinə yetirməli, o cümlədən daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi üçün məsuliyyət daşıyır. Mülki işdə olan Cavabdeh QSC Sağlamlıq, Əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə giriş təlimatının keçirilməsinin qeydiyat jurnalından görünür ki, digər işçilər kimi, İddiaçı da təlimatlandırılmış, bunu imzası ilə təsdiq etmişdir. Mülki işdə olan Cavabdeh QSC Polad əritmə sexi, Ocaq sahəsi işçilərin iş yerində keçirilən təlimatın qeydiyyat jurnalından görünür ki, İddiaçı xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə təkrar təlimatlandırılmış, bunu imzası ilə təsdiq etmişdir. Mülki işdə olan Cavabdeh QSC-nin işçilərinə verilən FMV-nin qeydiyatının şəxsi vərəqi №1-dən görünür ki, induksion soba sahəsi poladəridən köməkçisi İddiaçı xüsusi geyim və ayaqqabı ilə təmin olunmuşdur. Mülki işdə olan Cavabdeh QSC İnduksion soba sahəsi «C» briqadası, İşçilərin iş yerində keçirilən gündəlik təlimat jurnalından görünür ki, poladəridən köməkçisi İddiaçı xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində təlimatlandırılmış və bunu imzası ilə təsdiq etmişdir. Mülki işdə olan **********926 nömrəli xx.xx.2022-ci il tarixli «istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən və onun № PH********** saylı qoşmasından görünür ki, Kamran X12 Həyat Sığorta ASC ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi» ilə 8.0.1. işləri, xidmətləri yerinə yetirərkən sığorta olunanın bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı (istehsalatda bədbəxt hadisə); 8.0.2. əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri nəticəsində sığorta olunanın xroniki və ya kəskin xəstəliyi (peşə xəstəliyi) riskləri üzrə sığorta olunmuşdur. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 3. Sığorta olunanlar 3.1. Aşağıdakı şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar: 3.1.1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri və andlı iclasçılar, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); Maddə 5. Faydalanan şəxslər 5.1. Aşağıdakı şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar: 5.1.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanlar; Maddə 8. Faydalanan şəxsin hüquq və vəzifələri 8.1. Faydalanan şəxsin aşağıdakı hüquqları vardır: 8.1.1. bu Qanunla müəyyən olunmuş qaydada və şərtlərlə sığorta ödənişini almaq; Maddə 9. Sığortaçının hüquq və vəzifələri 9.2. Sığortaçının aşağıdakı vəzifələri vardır: 9.2.1. sığorta haqlarının vaxtında və tam məbləğdə hesablanıb ödənilməsinə nəzarət etmək; 9.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini təmin etmək; Maddə 16. Sığorta ödənişi 16.1. Bu Qanuna uyğun olaraq faydalanan şəxslərə aşağıdakı sığorta ödənişləri verilir: 16.1.1. aylıq sığorta ödənişi; 16.1.2. birdəfəlik sığorta ödənişi; 16.1.3. əlavə sığorta ödənişi. Maddə 17. Sığorta ödənişi məbləğlərinin hesablanması 17.1. Aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Maddə 18. Sığorta ödənişinin verilməsi qaydası 18.1. İcbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. 18.2. Annuitet müqaviləsi üzrə sığorta ödənişi faydalanan şəxsə həmin müqavilədə razılaşdırılmış gündən verilir. 18.3. Birdəfəlik sığorta ödənişi icbari sığorta müqaviləsi üzrə faydalanan şəxslə sığortaçı arasında razılaşmaya əsasən bu Qanunun 17.4-cü maddəsinə uyğun olaraq verilir. 18.4. Əlavə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının qərarında müəyyən olunmuş tarixdən və müddət ərzində verilir. 18.5. Əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın həmin ödənişə aid yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun qanunla nəzərdə tutulmadığı halda verilir. 18.6. Sığorta ödənişinin təyin edilməsi sığortaçı tərəfindən faydalanan şəxsin tələbinə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş siyahıda göstərilən sənədlərə əsasən həyata keçirilir. 18.7. Sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, işin yuxarıda sadalanan halları və istinad Cavabdeh QSC-də poladəridən köməkçisi işləmiş iddiaçının xx.xx.2022-ci il tarixdə zavodda, iş vaxtı baş vermiş bədbəxt hadisə nəticədə xəsarət alması ilə bağlı yaranmış münasibətlər, iddiaçı, Paşa Həyat Sığorta ASC ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli «istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi» ilə 8.0.1. işləri, xidmətləri yerinə yetirərkən sığorta olunanın bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı (istehsalatda bədbəxt hadisə); 8.0.2. əlverişsiz və zərərli istehsalat amillərinin orqanizmə təsiri nəticəsində sığorta olunanın xroniki və ya kəskin xəstəliyi (peşə xəstəliyi) riskləri üzrə sığorta olunduğundan «istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qanunun tələblərinə uyğun olaraq iddiaçıya iş yerində, iş vaxtı baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətlə bağlı Paşa Həyat Sığorta ASC tərəfindən 59367,89 manat sığorta ödənişi ödənilmişdir. Bildirir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə xəsarət alması ilə nəticələnən istehsalat qəzasına qədər müəssisədə polad əridən köməkçisi peşəsində işləmiş və aylıq ümumi əmək haqqı 865 manat təşkil etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müəayinəyə dair məlumat sənədinə əsasən İddiaçı 3-cü dərəcəli əlillik verilməklə həmin sənədin əmək zəmanəti hissəsində “Görmə gərginliyi olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd öz əksini tapmışdır. Cavabdeh QSC fəaliyyət sahəsinə və iş yerlərinin attestasiya nəticələrinə görə böyük əksəriyyəti əmək şəraiti ağır və zərərli hesab edilən iş yerlərindən ibarətdir. Bu səbəbdən müəssisə rəhbərliyi İddiaçı hazırki sağlamlıq vəziyyətinə uyğun olaraq onun üçn münasib işin Təsərrüfat sahəsində bağban peşəsi olması qənaətinə gəlmiş və işçiyə bu peşədə işləmək təklifi edilmişdir. İddiaçı müəssisənin təklifini qəbul edib onun bağban peşəsinə keçirilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixindən etibarən İddiaçı bağban peşəsində işləyir və ümumi əmək haqqı əmək müqaviləsinə uyğun olaraq 442 manat təşkil edir. Hesab edir, İddiaçı Cavabdeh QSC-yə qarşı maddi və mənvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, onun əsassız olduğu üçün o təmin edilməməsini xahiş etmiş və nümayəndə və vəkili Nümayəndə1 izahatı ilə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” X3 xx.xx.2023-cü il tarixli, 05/09/S/166059-23 saylı arayışından görünür ki, xx.xx.1973-cü ildə Şamaxı rayonu, Şıxzərli kəndində doğulmuş İddiaçı ailə tərkibi aşağıdakılardır: arvadı-X14 (xx.xx.1976), oğlu-X18 (xx.xx.1998), qızı-X15 (xx.xx.2000) (evli), qızı-X16 (xx.xx.2002), qızı-X9 (xx.xx.2009), oğlu-X19 (xx.xx.2012), oğlu-X10 (xx.xx.2015) . İş materiallarında olan Baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün xx.xx.2022-ci il tarixdə yaradılmış Təhqiqat komissiyasının "X32” QSC-nin polad əridən köməkçisi İddiaçı xx.xx.2022-ci il tarixdə, saat 18:20 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktından görünür ki, bədbəxt hadisə Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsində 2-ci sobanın ətrafında sobadan sıçrayan metal qırıntısının zərərçəkənin sağ gözünün ətrafına dəyməsi nəticəsində baş vermişdir. Bədbəxt hadisənin baş verməsində Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin poladəridən köməkçisi İddiaçı ehtiyatsızlığı, Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin növbə ustası X2 nəzarətsizliyi müəyyən edilmişdir. İş materiallarında olan İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 2910/22 saylı, xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, 11.1. Bədbəxt hadisənin səbəbləri 1) Cavabdeh QSC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş induksiya sobalarında poladəritmə prosesi Texnoloji təlimatın 4cü bölümünün (Əritmə prosesinin gedişi) 4.1.3-cü bəndinin (Arabacıqlardakı metal qırıntıları sobaya boşaldıldıqdan sonra poladəridən və poladəridən köməkçiləri təhlükəsizlik qaydalarına uyğun olaraq 5-10 dəqiqə ərzində sobanın yan divarından 4-5 metr məsafədə kənarda dayanmalıdırlır) tələblərinə riayət edilməməsi; 2) Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin sahə ustası X6 arasında bağlanmış 380/2021 saylı əmək müqaviləsinə əlavə hesab edilən «Vəzifə təlimatı»nın daxili nizam-intizam, etik davranış və təhlükəsizlik texnikası qaydalarına əməl etməyən işçilər barədə tədbir görməlidir) və 2.5-ci bəndinin (işlək sobanın ətrafında poladəridən, poladəridən köməkçiləri və digər işçilərin dayanmamasına, sahənin ümumi təmiz saxlanmasına, işin sonunda işçilər tərəfindən iş sahəsinin təmizlənməsinə nəzarət etməlidir) tələblərinə riayət edilməməsi. 12. Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər: poladəridən köməkçisi İddiaçı ehtiyatsızlığı, növbə ustası X2 nəzarətsizliyi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşunas X5 cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli saat 20 radələrində iş zamanı ətirmə sexinin induksion poladəritmə sahəsinin ikinci sobasının yanında olan zaman işlək vəziyyətdə olan induksiya sobasının içərisinə həndəsi forması, aqreqat halı və kimyəvi tərkibi məlum olmamaqla texniloji prosesə uyğun olmayan predmetin atılması nəticəsində sobada baş vermiş pasrtlayış nəticəsində özünün drəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya ail olan baş deyinin orta dərəcəli əzilməsi, baş beynin alın-təpə paylarının hemorrağik kontuziyası ilə müşayiət olunan alın sümüyünün, sağ almacıq və sağ əng sümüklərinin qəlpəli sınıqları, sağ göz almasının travmatik zədələnməsi (sağ gözün yumşaq toxumalarının və göz orbitasının cərrahi yolla çıxarılması) kimi xəsarətlər almasına səbəb olmuşdur. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Elmetal” zavodunda iş zamanı xəsarət alması hadisəsində hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan “işə götürən” Cavabdeh QSC-nin direktoru X7 ilə “işçi” İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, işçi polad əridən vəzifəsinə işə qəbul edimişdir. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası üzrə “Məhkəmə-Tibbi Ekspertiza və X13” Ppublik hüquqi şəxsin T 72/2024 saylı, 12 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı baş beyinin orta dərəcəli əzilməsi, baş beynin alın-təpə paylarının hemorragik kontuziyası ilə müşayiət olunan alın sümüyünün, sağ almacıq və sağ əng sümüklərinin qəlpəli sınıqları, sağ göz almasının travmatik zədələnməsi (sağ gözün yumşaq toxumalarının və göz orbitasının cərrahi yolla çıxarılması) olmuşdur. Qeyd olunan xəsarətlər partlayış nəticəsində böyük fiziki qüvvəyə malik bərk küt əşya (əşyaların) təsirindən əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı “Psixi Sağlamlıq Mərkəzi”nə göndərilmiş və onun xx.xx.2024-cü il tarixdə psixiatr tərəfindən müayinəsi zamanı ona “Üzvi affektiv pozuntu, koqnitiv funksiyaların enməsi F06.3” diaqnozu qoyulmuşdur. Bu xəstəliklərdən əziyyət çəkən xəstələr aidiyyatı üzrə poliklinikada qeydiyyata götürülməli və sahə üzrə psixiatrın mütəmadi nəzarətində olmaqla təyin edilmiş dərman preparatlarını qəbul etməlidirlər. İş materiallarında olan “Paşa Bank“ ASC-nin 001AZO**********3 nömrəli ölkədaxili qəbzindən görünür ki, İddiaçı Paşa Həyat Sığorta ASC tərəfindən 59 367.89 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı “Q11.1 Anoftalmın digər növü, OD - Posstravmatik Anoftalm. Ağırlaşma H54.4 Monokulyar korluq, Monokulyar korluq” diaqnozu üzrə müddətsiz üçüncü dərəcəli gözdən əlillik təyin olunmuşdur. Təqdim olunmuş Cavabdeh QSC-nin 23 saylı, 27.02024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə xəsarət alması ilə nəticələnən istehsalat qəzasına qədər müəssisədə polad əridən köməkçisi peşəsində işləmiş və aylıq ümumi əmək haqqı 865 manat təşkil etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müəayinəyə dair məlumat sənədinə əsasən İddiaçı 3-cü dərəcəli əlillik verilməklə həmin sənədin əmək zəmanəti hissəsində “Görmə gərginliyi olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd öz əksini tapmışdır. Cavabdeh QSC fəaliyyət sahəsinə və iş yerlərinin attestasiya nəticələrinə görə böyük əksəriyyəti əmək şəraiti ağır və zərərli hesab edilən iş yerlərindən ibarətdir. Bu səbəbdən müəssisə rəhbərliyi İddiaçı hazırki sağlamlıq vəziyyətinə uyğun olaraq onun üçn münasib işin Təsərrüfat sahəsində bağban peşəsi olması qənaətinə gəlmiş və işçiyə bu peşədə işləmək təklifi edilmişdir. İddiaçı müəssisənin təklifini qəbul edib onun bağban peşəsinə keçirilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixindən etibarən İddiaçı bağban peşəsində işləyir və ümumi əmək haqqı əmək müqaviləsinə uyğun olaraq 442 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin c bəndinə əsasən işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cüi maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfındən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fıziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fıziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fıziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı xx.xx.2022-ci il tarixli saat 20 radələrində iş zamanı ətirmə sexinin induksion poladəritmə sahəsinin ikinci sobasının yanında olan zaman işlək vəziyyətdə olan induksiya sobasının içərisinə həndəsi forması, aqreqat halı və kimyəvi tərkibi məlum olmamaqla texniloji prosesə uyğun olmayan predmetin atılması nəticəsində sobada baş vermiş pasrtlayış nəticəsində özünün dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya ail olan baş beyinin orta dərəcəli əzilməsi, baş beynin alın-təpə paylarının hemorrağik kontuziyası ilə müşayiət olunan alın sümüyünün, sağ almacıq və sağ əng sümüklərinin qəlpəli sınıqları, sağ göz almasının travmatik zədələnməsi (sağ gözün yumşaq toxumalarının və göz orbitasının cərrahi yolla çıxarılması) kimi xəsarətlər almasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında izah etmişdir ki, işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanakı sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Yuxarıda qeyd olunan qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. İş materiallarından göründüyü kimi, iddiaçının xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış və Komissiya bədbəxt hadisənin baş verməsində iddiaçının ehtiyatsızlığını, cavabdehliyini, istehsalat sexinin ustası X11 nəzarətsizliyini, Cavabdeh QSC-nin Polad əritmə sexinin induksion soba sahəsinin növbə ustası X2 nəzarətsizliyini və hadisənin istehsalat xarakterli olmasını müəyyən etmişdir. Hadisə ilə əlaqədar İz aktı tərtib edilmiş və həmin aktda əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslərin İddiaçı və X20 olduğu göstərilmişdir. Bununla yanaşı, Qaradağ rayon prokurorluğunda İddiaçı iş yerində xəsarət alması faktı üzrə araşdırma aparılaraq, “El Metal” zavodunda iş zamanı işçinin xəsarət alması hadisəsində hər hansı şəxsin əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, baş vermiş hadisə ilə əlaqədar əmək müfəttişliyi tərəfindən yaradıılmış komissiya tərəfindən hadisənin tədqiqatı aparılarkən istehsalat sexində poladəridən köməkçisi İddiaçı və növbə ustası X2 əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməmələri və bunun nəticəsində iddiaçının ağır istehsalat xəsarəti alması öz təsdiqini tapmışdır. Belə bir vəziyyətdə cavabdehin hərəkətləri yaxud hərəkətsizliyi ilə baş vermiş hadisə arasında səbəbli əlaqə bilavasitə olmasa da, vasitəli olmuşdur. Başqa sözlə bilavasitə əlaqənin olmaması cavabdehin məsuliyyətini istisna etmir. Çünki cavabdehin istehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməli olan işçilərinin təqsiri təsdiq olunduğundan cavabdehin hazırki iddia üzrə məsuliyyətini istisna etmir. Buna baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona vurulmuş maddi zərərə görə ümumilikdə 250000 manat tələb etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, maddi ziyanın ödənilməsi hissəsində iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iddianın mənəvi ziyan tələbi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2002-ci il tarixli qərarında izah etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında qegöstərilmişdir ki, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Ən azından ona görə ki, onun sağlamlığına ağır zərər dəymişdir. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 150000 (yüz əlli min) manat tələb edir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi birmənalı olduğundan qeyd olunan məbləğ bəlkə də ona vurulmuş mənəvi zərəri aradan qaldırmaq üçün də kifayət etməz. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddiaçı özü də təsdiq edir. Mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədə ki, Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir. Buna baxmayaraq, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş halları, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 50000(əlli min) manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə bu məbləğin tutulmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən mənəvi zərərin əvəzi kimi 50.000 (əlli min) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən mənəvi zərərin əvəzi kimi 50.000 (əlli min) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-140/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-140/2024
02.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver