Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1402/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil3 və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 noyabr 2022ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdehin 19 oktyabr 2020-ci il tarixli 443-3/20 nömrəli və 23 noyabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmrlərinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə bağladığı 29 mart 2008-ci il tarixli 100/S A saylı əmək müqaviləsinə 01 sentyabr 2020-ci il tarixli 4 nömrəli Əlavə Razılaşmaya əsasən Müqavilənin 3.1.-ci bəndinə dəyişiklik edilmiş və 01 sentyabr 2020-ci il tarixdən İddiaçının əmək haqqı 54 301 (əlli dörd min üç yüz bir) manat təşkil etmişdir. Bundan əlavə, Cavabdehin 01 sentyabr 2020-ci il tarixli əmri ilə İddiaçının 2020ci ilin sentyabr əmək haqqına əlavə edilməklə, İddiaçı -O 022 785 (bir milyon iyirmi iki min yeddi yüz səksən beş) manat məbləğində mükafatlandırılmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 20 noyabr 2020-ci il tarixdən xitam verilmiş, lakin 01 sentyabr 2020-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi tarixədək nə yeni məbləğdə təyin edilmiş əmək haqqı, nə də ki, mükafat İddiaçıya ödənilməmişdir. Hətta, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, onunla son haqq-hesab aparılmamış, əmək müqaviləsinə xitam verilməsinə dair əmr və əmək kitabçası ona təqdim edilməmişdir. Bunu nəzərə alaraq, İddiaçı iddia ərizəsi ilə Səbail rayonu Məhkəməsinə (bundan sonra "Məhkəmə") müraciət edərək, ödənilməmiş əmək haqqının, o cümlədən mükafatın ödənilməsi, son haqq-hesabın ödənilməsi və əmək kitabçasının verilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Sözügedən iddia ərizəsi ilə bağlı mülki işə baxılması zamanı Cavabdeh aşağıdakı əmrləri təqdim etmişdir: 1).19 oktyabr 2020-ci il tarixli 443-3/20 nömrəli əmr. Bu əmrlə mükafatın verilməsinə dair 01 sentyabr 2020-ci il tarixli əmr ləğv edilmişdir. 2).23 noyabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmr. Bu əmrlə İddiaçının əmək haqqısı və istifadə edilməmiş məzuniyyət günlərinin hesabına ondan Cavabdehin xeyrinə 49.342,94 manat məbləğində pul tutmuşdur. Qeyd etmək lazımdır ki, iddiaçı olunan əmrlər barədə xəbərdar edilməmiş və bu əmrlərin mövcudluğu ona yalnız məhkəmə baxışında məlum olmuşdur. iddia ərizəsinə əlavə olunan Yusif Cabbarov tərəfindən imzalanmış və İddiaçıya təqdim edilmiş "İş təklifi"ndən göründüyü kimi İdäiäçıya 2017- ilin dekabr ayından 2020-ci ilin iyun ayma qədər (31 ay üzrə) 555,638 ABŞ dolları məbləğində ödənilməmiş əmək haqqının ödənilməsinə dair vəd verilmişdir. Ödənişin həyata keçirilməsi də məhz giriş bonusu (mükafat) formasında nəzərdə tutulmuşdur. Yəni, həmin mükafatın təbiəti yaxşı əmək fəaliyyətinə görə stimullaşdırıcı ödəniş kimi deyil, ödənilməmiş əmək haqlarının kompensasiyası kimi qiymətləndirilməlidir. Bu səbəbdən hesab edirik ki, 01 sentyabr 2020-ci il tarixli əmr İddiaçının yol verdiyi nöqsanlarına görə (hansı ki sübut olunmamışdır) ləğv oluna bilməzdi. Onu da qevd etməliyik ki, kənar audit hesab atlarından da, videoyazıları təqdim edilmiş Direktorlar Şurasının iclaslarından da aydın olur ki. Cavabdehin maliyyə vəziyyəti əksinə yaxşı olmuş, hətta pandemiya şəraitində bir çox subyektlər zərər etsələr də, fəaliyyəti gəlirli olmuşdur. Direktorlar Şurasının icslarından göründüyü kimi də, Cavabdehin fəaliyyətinin gəlirli olması da məhz İddiaçının əmək fəaliyyəti nəticəsində olmuşdur. Necə olur ki, Cavabdeh İddiaçının əmək fəaliyyətini il boyu müsbət qiymətləndirir, 2020-ci ilin aprel ayında mükafatın verilməsini müəyyən edir, hətta ona yeni iş təklifi verərək sentyabr ayında Əlavə Razılaşma bağlayır, bir ay sonra isə "birdən" aşkar edir ki, İddiaçı əmək fəaliyyətində nöqsanlara yol vermişdir. Cavabdeh 19 oktyabr 2020-ci il tarixli 443-3/20 nömrəli əmrində İddiaçı tərəfindən yol verdiyi nöqsanları göstərmək üçün yalnız Ümumi Yığıncağın qərarına istinad etmiş, nöqsanları sübut edən sənədlərin siyahını qeyd etməmiş, hətta nöqsanların nədən ibarət olduğunu da bildirməmişdir. Bu da ümumiyyətlə nöqsanların mövcud olmasına dair şübhələr varadır. Hesab edirlər ki, 19 oktyabr 2020-ci il tarixli 443-3/20 nömrəli əmr əsassız olduğundan, ləğv olunmalıdır. kiXCavabdehin 23 novabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmri Cavabdehin Bas direktoru Samir Mollavev tərəfindən imzalanmısdır. Halbuki, Ümumi Yığıncağın 15 iyul 2020-ci il tarixli iclas protokolu ilə Bas direktorla əmək münasibətlərini tənzimləyən bütün sənədlərin, o cümlədən onunla əmək müqaviləsinə xitam verilməsi əmrinin imzalanması Yusif Cabbarova həvalə edilmişdir. 23 novabr 2020-ci il tarixli İR- 505/20-1 nömrəli əmr də İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 20 novabr 2020-ci il tarixli İR 5050/20 nömrəli əmrin (bu əmr də Samir Mollayev tərəfindən imzalanmışdır) əlavəsi olaraq imzalanmışdır. Yəni əmr səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Nəhayət, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2008-ci il tarixli 100/S A nömrəli əmək müqaviləsinin 3.6.-cı bəndinə əsasən İddiaçının əmək haqqında tutulmalar olduqda, İddiaçı bu barədə qabaqcadan məlumatlandırılmalı idi. Cavabdeh isə əmək müqaviləsinin bu tələbini pozaraq, İddiçıya hər hansı məlumat verməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, iddiaçı öz ərizəsində qeyd edir ki, onunla 01 sentyabr 2020-ci il tarixli 4 nörmrəli Əlavə Razılaşma imzalanmışdır və bu Əlavə Razılaşmaya əsasən onun aylıq əmək haqqısı 54,301 manat olaraq müəyyən edilmişdir. Cavabdeh MMC-nin 2020-ci ilin senytabr ayına qüvvədə olan Nizamnaməsinin (3- cü redaksiya) 10.11.7-ci bəndinə əsasən Baş Direktorun və onun müavinlərinin xidməti üçün ödəniş və ya mükafat planı təsdiq etmək cavabdehin Direktorlar Şurasının səlahiyyətinə aiddir. Lakin İddiaçı aylıq əmək haqqısı 9224 manatdan 54301 manata dəyişdirilərkən (yəni 588% və ya 5.88 dəfə artırılarkən) nə Direktorlar Şurasının, nə də Ümumi Yığıncağın razılığı alınmamışdır. Cavahdehin Nizamnaməsinin 11.2-ci bəndinə əsasən Baş direktorla olan müqavilə Ümumi Yığıncaq tərəfindən müvafiq olaraq səlahiyyət verilmiş şəx tərəfindən və müvafiq olaraq Baş director tərəfindən imzalanır. cavabdehin iştirakçılarının 15 iyul 2020-ci tarixində keçirilən növbədənkənar ümumi yığıncağının SOCAR**********00400016X0001 saylı protokoluna əsasən Baş direktorla əmək müqaviləsinin bağlanması və həmin müqaviləyə əlavə və dəyişiklik edilməsini imzası ilə təsdiq etmək səlahiyyəti Ümumi Yığıncağın katibi X3 həvalə edilmişdir. Lakin, Nizamnamənin və qeyd olunan protokolun mətnindən də göründüyü kimi, imza ilə təsdiq etmə səlahiyyətinin verilməsi Baş Direktorun xidməti üçün ödəniş və ya mükafat planını təsdiq etmək səlahiyyətinin verilməsi kimi qəbul edilə bilməz – bu səlahiyyət müstəsna olaraq cavabdehin Direktorlar Şurasına aiddir. Belə olduğu halda 01 sentyabr 2020-ci il tarixli 4 nörmrəli Əlavə Razılaşma əmək haqqının dəyişdirilməsi hissəsində cavabdeh üçün hüquqi öhdəlik yarada bilməz. cavabdehin iştirakçılarının 16 oktyabr 2020-ci il tarixində keçirilən ümumi yığıncağında İddiaçı fəaliyyətində verdiyi nöqsanlara görə Baş direktor vəzifəsindən azad olması barədə qərar qəbul etməsini və qeyd olunan nöqsanlar nəticəsində cavabdehdə iqtisadi maliyyə çətinliklərinin yaranmasını nəzərə olaraq, cavabdehin ümumi yığıncağı tərəfindən təyin edilən səlahiyyətli nümayəndə özünün 19 oktyabr 2020-ci il 443-3/20 saylı əmri ilə Baş direktor İddiaçı mükafatlandırılmasını nəzərdə tutan 01 sentyabr 2020-ci il tarixli əmri ləğv etmişdir. Hər bir halda, cavabdehin Nizamnaməsinin 10.11.7-ci bəndinə istinadən Baş direktora belə bir mükafatın verilməsi də Direktorlar Şurası tərəfindın təsdiq edilmədiyi üçün hüquqi cəhətdən əsassız idi. Sözügedən əmrin qəbul edilməsi labüd, təbii, əsaslı və qanuni olmuşdur. İddiaçının bununla bağlı tələbi ona görə xüsusi maraq və təəccüb kəsb edir ki, iddiaçı burada onun tərəfindən əsassız xərcləmələrin aparılmasını və cavabdehə zərər vurmasını faktiki olaraq inkar etmir və yalnız aidiyyəti olmayan dəlillərə və hüquq normalarına istinad etməklə müvafiq əmrin ləğv edilməsini tələb edir. Həqiqət ondan ibarətdir ki, iddiaçı 2008-2020-ci illərdə cavabdehin ali icra orqanı olan Baş Direktor vəzifəsində çalışmış və işində yol verdiyi ciddi pozuntulara görə cavabdehin təsisçiləri tərəfindən tutduğu vəzifədən azad edilmişdir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, iddiaçı əmək münasibətlərində olduğu dövrdə vəzifə səlahiyyətlərindən suiistifadə etməklə cavabdehə külli miqdarda maddi zərər vurmuşdur. Belə ki, o, öz fəaliyyəti dövründə ona cavabdeh tərəfindən ayrılan və sonuncunun işgüzar fəaliyyəti məqsədilə istifadə edilməli olan korporativ plastik kartlardan şəxsi məqsədlər üçün istifadə etməklə cavabdehə 354,657.31 (üç yüz əlli dörd min altı yüz əlli yeddi tam yüzdə otuz bir) manat məbləğində maddi zərər vurmuşdur. O, bu pulları ilkin cavabdehin fəaliyyətinə heç bir aidiyyəti olmayan, sırf öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. Məsələn, o, bu kartlardan istifadə etməklə özünə dəbdəbəli geyimlər və bahalı mobil telefonlar almış, şəxsi təhsil və səyahət xərclərini ödəmişdir və sair əsassız şəxsi xərcləmələrə yol vermişdir. Konkret olaraq, cavabdehin əmək müqaviləsinə xitam verilərkən onun çalışdığı son 5 il ərzində cavabdehə məxsus və cavabdehin ezam xərclərinin ödənilməsi üçün nəzərdə tutulan 6 korporativ bank kartından 433,140.42 manat məbləğində vəsait xərcləndiyi və buna görə cavabdeh tərəfindən heç bir hesabat təqdim edilmədiyi aşkar edilmişdir. Emitent olaraq Paşa Bank və Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş və cavabdehə məxsus korporativ kartlar üzrə çıxarışlar araşdırılmış və onlar üzrə ezamiyyətə aid olmayan və şəxsi xarakter daşıyan 354,657.31 manat məbləğində xərcləmələrin aparıldığı aşkar edilmişdir. Misal olaraq, bu xərcləmələrə lüks geyim markası olan “Brioni” mağazasından 8813.44 ABŞ dolları məbləğində pal-paltarın alınması, Türkiyədə 1072 ABŞ dolları məbləğində tibbi müayinə xərcləri, İstanbul otellərinin birində 13785 ABŞ dolları məbləğində qonaqlama, “NLT telekom” mağazalar şəbəkəsindən və xaricdə “Apple” firmasının rəsmi mağazalarından saysız mobil telefon cihazlarının alınması, X1 X9 otelində 15035 ABŞ dolları məbləğində qonaqlama və sair digər qeyri-ezam xərcləri daxildir. Cavabdehin korporativ bank kartlarından şəxsi məqsədlər üçün istifadə etməsi cavabdehə külli miqdarda zərərə gətirmişdir. Onu da qeyd etmək lazımdır ki, cavabdeh son 5 ildə aşağıdaki ezamiyyətlərdə olmuşdur. Ona ödənilməli olan ezamiyyə xərcləri “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı Qərarına əsasən hesablansa idi, toplam məbləğ 35,561.30 manat təşkil edərdi ki, onun sırf ezamiyyətlə bağlı xərclədiyi məbləğ 58,483.11 manat təşkil etmişdir. Göründüyü ki, cavabdehin faktiki xərclədiyi məbləğ sırf ezamiyyətə xərclədiyi məbləği dəfələrlə aşmış və bunun nəticəsində cavabdehə külli miqdarda zərər vurulmuşdur. Nəzərə alaraq ki, İddiaçı tərəfindən cavabdehin Baş direktoru işlədiyi dövrdə ezamiyyə xərcləri ilə bağlı hesabat təqdim edilməmişdir, habelə hüquqi və texniki olaraq ona hər hansı avans deyil, istifadə üçün korporativ kartlar verilmişdir, onun artıq qalmış borc məbləği yalnız əmək müqaviləsinə xitam verilərkən hesablana bilərdi. Bəllidir ki, əmək münasibətləri çərçivəsində avansın verilməsi müvafiq hüquqi və mühasibat sənədlərinə söykənməli idi. Lakin işin təkzibolunmaz faktiki hallarına əsasən, cavabdeh tərəfindən iddiaçıya hər hansı avans rəsmiləşdirilməmiş, ona məhdudiyyətsiz korporativ bank kartları ayrılmışdır. Bu səbəbdən iddiaçı bunu avans kimi qələmə verə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddianı qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 100/SA nömrəli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMCnin baş direktoru vəzifəsinə işə götürülmüşdür. Cavabdeh MMC-nin 01 sentyabr 2020-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı sentyabr ayının ümumi aylıq əmək haqqına xalis 1,022,785 manat əlavə edilməklə mükafatlandırılmışdır. Cavabdeh MMC-nin 19 oktyabr 2020-ci il tarixli 443-3/20 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı mükafatlandırılmasını nəzərdə tutan 01 sentyabr 2020-ci il tarixli əmr ləğv edilmişdir. Cavabdeh MMC-nin 23 noyabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmrinin surətindən görünür ki,İddiaçı ümumi yığıncağın xx.xx.2020-ci il tarixli protokoluna əsasən fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunmuşdur. Cavabdeh MMC-nin yeni təyin olunmuş baş direktoru X2 xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh MMC-nin iştirakçılarının növbəti ümumi yığıncağının 16 oktyabr 2020-ci il tarixli 02/2020 nömrəli protokolundan görünür ki, fəaliyyətində yol verdiyi nöqsanlara görə İddiaçı baş direktor vəzifəsindən azad edilmişdir. X5 Cəmiyyətin baş direktor vəzifəsini icra edən vəzifəsinə təyin edilmişdir. X5 və Cəmiyyət arasında əmək müqaviləsinin və onunla əlaqədar olan digər sənədlərin imzalanması səlahiyyəti X3 həvalə edilmişdir. İddiaçı Cəmiyyətin baş direktoru vəzifəsindən azad edilməsi və X5 Cəmiyyətin baş direktor vəzifəsini icra edən vəzifəsini icra edən vəzifəsinə təyin edilməsinin dövlət qeydiyyatı ilə əlaqədar bütün səlahiyyətlər X4 həvalə edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh MMC-nin baş direktoru vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin 01 sentyabr 2020-ci il tarixli əmri ilə İddiaçı sentyabr ayının ümumi aylıq əmək haqqına xalis 1,022,785 manat əlavə edilməklə mükafatlandırılmışdır. Daha sonra İddiaçı ümumi yığıncağın xx.xx.2020-ci il tarixli protokoluna əsasən fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunmuşdur. Eyni zamanda Cavabdeh MMC-nin 19 oktyabr 2020-ci il tarixli 443-3/20 nömrəli əmri ilə İddiaçı mükafatlandırılmasını nəzərdə tutan 01 sentyabr 2020-ci il tarixli əmr ləğv edilmiş və Cavabdeh MMC-nin yeni təyin olunmuş baş direktoru X2 xx.xx.2020ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 175.1-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Cavabdeh MMC-nin Nizamnaməsinin 10.11.7-ci bəndində qeyd edilmişdir ki, baş direktorun və onun müavinlərinin xidməti üçün ödəniş və ya mükafat planını müəyyən etmək Direktorlar Şurasının səlahiyyətlərinə aiddir. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin tələbləri ilə yanaşı yoxlayaraq iddia tələbinin Cavabdeh MMC-nin 19 oktyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin Nizamnaməsinin 10.11.7-ci bəndinə əsasən baş direktora mükafatın verilməsi Direktorlar Şurası tərəfindən təsdiq edilməlidir. Lakin iş materiallarında 01 sentyabr 2020-ci il tarixli əmr imzalanarkən Direktorlar Şurasının razılığının alındığını təsdiq edən hər hansı bir dəlilə rast gəlinmir. Bundan başqa məhkəmə eyni zamanda iddia tələbinin Cavabdeh MMC-nin 23 noyabr 2020-ci il tarixli əmrinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh MMC-nin iştirakçılarının növbəti ümumi yığıncağının 16 oktyabr 2020-ci il tarixli 02/2020 nömrəli protokolundan görünür ki, İddiaçı baş direktor vəzifəsindən az edilməsi ilə əlaqədar bütün səlahiyyətlər ümumi yığıncaq tərəfindən X4 həvalə edilmiş və 23 noyabr 2020-ci il tarixli əmr də məhz X5 tərəfindən verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin 19 oktyabr 2020-ci il tarixli 443-3/20 nömrəli və 23 noyabr 2020-ci il tarixli İR-505/20-1 nömrəli əmrləri qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyindən və iddiaçının iddia ərizəsində göstərdiyi hallar sözügedən əmrlərin ləğv edilməsinə dəlalət etmədiyindən əmrlərin ləğvinə heç bir əsas mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrlərin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1402/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1402/2022
02.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver