Məhkəmə qərarları › İş №e-2(009)-1433/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1433/2024

23.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1433/2024 23.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Vəkil1, cavabdeh SOCAR Nəqliyyat İdarəsinin nümayəndəsi X4, cavabdeh Socar Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin nümayəndəsi X1 və cavabdeh SOCAR Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər SOCAR Nəqliyyat İdarəsi və SOCAR Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinə (Neftçilərin Hüquqlarını Müdafiə X2 3-cü şəxs qismində) qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 avqust 2024cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər SOCAR Nəqliyyat İdarəsi və SOCAR Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinə (Neftçilərin Hüquqlarını Müdafiə X2 3-cü şəxs qismində) qarşı “əmrin ləğv edilməsi” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2024-cü il tarixli, 14-2-18-2/3-1İ-367/2024 saylı “Əmək və icra intizamının pozulması haqqında” (Töhmətin verilməsi barədə) Əmrinin ləğv edilməsi, SOCAR-ın Nəqliyyat İdarəsindən onun xeyrinə mənəvi ziyanın əvəzi kimi 10 000 (on min) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mən İddiaçı SOCAR-ın Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentində anbar təsərrüfatının müdiri vəzifəsində işləyirəm. SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin:xx.xx.2024-cü il tarixli, 14-2-18-2/3-1İ-367/2024 saylı əmri ilə mənə: “Əmək və icra intizamının pozulması” ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “Töhmət” verilib. Sözügedən əmr onunla əsaslandırılıb ki, mən: qaimə sənədində materialın götürüldüyü anbar olaraq mərkəzi anbarı M001 göstərmək əvəzinə, səhv olaraq sahə anbarı P004 qeyd etmişəm və sənədlərin bütün nüsxələrini imzalayaraq icazə verilməsi üçün rəhbərin təsdiqinə təqdim etmişəm. Bu sənəd problem yaradacağından Fuad Şəkərov tərəfindən imzalanmayaraq geri qaytarılmış və sonradan mənim tərəfimdən düzəldilmişdir. Əmrdə daha sonra qeyd edilir ki, daha əvvəlkisənədləşmələrdə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı oxşar və fərqli nöqsanlara yol vermiş və əmək funksiyalarını yerinə yetirməmişdir. Bununla da İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələblərini pozmuş və əmək funksiyasını keyfiyyətsiz yerinə yetirmişdir. Göstərilənlər əsas götürülməklə SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2024-cü il tarixli, 14-2-18-2/3- 1İ- 367/2024 saylıəmri ilə Anbar təsərrüfatının müdiri İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla və keyfiyyətlə yerinə yetirmədiyinə görə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentininxx.xx.2024-cü il tarixli, 14-2- 18-2/3-1İ- 367/2024 saylıəmri əsassız və qanunsuzdur, buna görə də ləğv edilməli, mənə dəymiş mənəvi ziyan cavabdehdən mənim xeyrimə tutulmalıdır: Belə ki, SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentnin xx.xx.2024-cü il tarixli, 14-2-18-2/3-11- 367/2024 saylıəmrində göstərilənlərlə razı deyiləm. İlk növbədə onu qeyd edim ki, əmrdə nöqsan kimi qeyd edilən əməliyyat, SAP proqramının MM modulunda, yəni sahəyə malın transfer əməliyyatı 311 hərəkəti adlanır. Bu əməliyyat sahəyə verilən həm mərkəzi anbardan M001, həm də P004 anbarından məxaric olunan mal-material 311 əməliyyatıyla düzgün icra olunub. Əməliyyat düzgün icra olunmasaydı, YMMT001 tranzaksiyasıanbarda olmayan malın çatışmazlığı səbəbi ilə əməliyyatı icra etməzdi. Əməliyyat icra olunandan sonra əməliyyat zamanı, transfer olunan materiallar üçün çıxan qaimədə hər iki anbardan çıxan malın bir yerdə əks olunması zamanı sənəd təsdiq edilmədiyi vaxt onu qeydiyyata almaq və ya alınmış qeydiyyatın pozulmasıyla bağlı MM modunda hər hansı bir təlimat mövcud deyil və mən bununla tanış olunmamışam. Ləğv olunmuş və yaMİGOtranzaksiyası üzrə hər hansı sahəyə verilmiş materialın yenidən geri alınması (vəzifə təlimatıma əsasən) və ya əməliyyat zamanı STORNİ əməliyyatını yerinə yetirilməsisəlahiyyəti yalnızanbar təsərrüfatı olaraq mənim adıma olan userda mümkündür,əks təqdirdə SAP proqramı bunu edərkən qadağa və ya bu əməliyyatın icrasını yerinə yetirməklə bağlı səlahiyyət verilməsi üçün tranzaksiyanın başqa hər hansı bir əməkdaş tərəfindən açılması və ya icazə verilməsi tələb olunmur. Qısaca, bu normal iş ahəngi sayılır, daxili yerdəyişmələrin qeydiyyatı kitabında STORNİ,yəni 312 əməliyyatının qeydiyyatının aparılması deyilən bir təlimat mövcud deyil. varsa belə həm bu, həm də yuxarıda qeyd olunanlar haqqında təlimatla məni kimsə tanış etməyib. Qeyd edilən 254 saylı qaimə yalnız mənim tərəfdən imzalanıb və dərhal yenisi ilə əvəzlənərək təsdiq edilib. 312 əməliyyatının qeydiyyatı heç bir departamentdə daxili yerdəyişmə kitabında aparılmır, çünki, belə bir şey ola bilməz. SAP proqramının MM modulunu müvəffəqiyyətlə bitirmə haqqında SOCAR tərəfindən sertifikatım mövcuddur. Deməli məntiqi yanaşma ondan ibarətdir ki, əmrdə göstərilənləri mənim səhvim kimi təqdim etmək üçün ən azından SAP proqramının MM modulu üzrə müvafiq Sertifikata malik olmaq lazımdır, halbuki belə bir sertifikat mənim fəaliyyətimi (əmrdə səhv kimi göstərilən halları) qiymətləndirmə səlahiyyəti olan vəzifəlişəxslərdə yoxdur. Əgər hətta mənim tərəfimdən hər hansı bir səhv olmuş olsaydı belə, aşağıda göstərilən sənədlər üzrə pozuntular zamanı heç bir işçiyə qarşı heç bir tədbirin görülməməsi fonunda bir “səhv”ə görə mənə töhmət verilməsiaçıqaşkar qərəz və diskriminasiyadan xəbər verir: - əmrdə qeyd edilən 254 nömrəli qaimədə əks olunan P004 anbarından sənəd üzrə məxaric olunan SAP kodu ********** olan amartizator arxa ******* 2 ədəd faktiki xx.xx.2023-cü il tarixi ilə 556 saylı qaimə ilə P001 1 AXTS sahəsinə chevrolet colorado markalı 10PH449 - a verilməsinə baxmayaraq məzuniyyət dövrümdə xx.xx.2023-cü il tarixli SAP qaimə nömrəsi 617 ilə səhv olaraq sənəd üzrə P004 anbar qalığına transfer olmuşdur və bu səhv sayılmamış, heç bir tədbir görülməmişdir. Həmin nöqsanı mən aşkar edərək, səhvi aradan qaldırmışam. Düşünürəm ki, mənim barəmdə görülmüş intizam tədbirinin, yəni töhmətin qərəzli olaraq verilməsi qənaətinə gəlmək üçün yalnız bu hal belə kifayət edir. Sənədin tərtibatçısının (icraçısının) kim olması sənədin düz və ya səhv olması qənaətini yaratmamlıdır, sənəd səhvdirsə onun tərtibaçısının (icraçısının) kim olmasından asılı olmayaraq qiymətləndirilməli və tədbir görülmə ilə nəticələnməlidir. Necə ki, faktiki olaraq müxtəlif anbarlardan malmaterial tədarük edilməsiylə bağlı tərtib edilmiş və iddia ərizəsinə qoşma kimi əlavə edilmiş tələbnamə sənədlərində 2 və daha artıq anbarlardan mal-material istənilməsinə baxmayaraq məxaric olunan anbarın yalnız birinin yazılması kimi. Bu bir növ hər hansı riyazi misalın cavabının düz və ya səhv olmasının onu kimin həll etməsinə görə dəyişdiyimənasına gəlir. Həlledənin (tərtibatçının) kimliyimisalın (işin) düz və ya səhv həll olunması anlamını verir. Və səhvdirsə düz, düzdürsə səhv qiymətləndirmə kimi subyektiv nəticə yarada bilir. Məhz belə bir absurd analoji yanaşma mənə əsassız və qanunsuz töhmətin verilməsi ilə nəticələnmişdir. Hesab edirəm ki, cavabdehin bu hərəkəti mənə qarşı olan qərəz və diskriminasiyanın bariz nümunəsidir; - Əgər əmrdə göstərilən hal nöqsan sayılırsa, xx.xx.2024 tarixində P002 sahəsinin SAP proqramının PM modulu üzrə Baş mühəndis tərəfindən imzalanan rezervasiya nömrəsi ******* olan tələbnamədə M001 anbarından 4 adda, P003 anbarından 1 adda məxaric olunması üçün təqdim edilən, yuxarı sol küncündəki məxaric olunan anbar yeri səhv olaraq P003 əks olunması kimi nöqsan barədə niyə tədbir görülmür. Həmin nöqsan rəhbərin imzası və təsdiqindən sonra mənim tərəfimdən aşkar olunmuş, tələbnamənin tərtibatçısına onun tərtibinin düzgün forması izah edilmiş, sənəd düzəldikdən sonra icra olunmuşdur; - xx.xx.2024-cü il tarixində rezervasiya nömrəsi ******* olan tələbnamədə qeyd edilmiş 6 adda malmaterialın 3 müxtəlif anbardan tədarük olunması üçün istənilməsinə baxmayaraq baş mühəndisin imza və təsdiqi ilə anbar təsərrüfatına təqdim edilən bir tələbnamə sənədində məxaric edən anbarın yalnız birinin – P003 qeyd edilməsimənə töhmət verilməsinə səbəb olan səhvin analoji halıdır. Onu da qeyd edim ki, bu səhv də mənim tərəfimdən aşkar edilmiş, düzəldilərək həmin tarixdə icra olunmuşdur. Və heç kim, o cümlədən səhv edən şəxs hər hansı intizam tənbeh tədbirinə məruz qalmayıb; - xx.xx.2024-cü il tarixli, rezervasiya nömrəsi ******* olan P001-in (1 AXTS) tərtib etdiyi rəhbərlik tərəfindən imzalanaraq təsdiq edilib anbar təsərrüfatına tədarük olunması üçün təqdim edilən tələbnamə sənədində qara metalın 4 müxtəlif anbardan transfer olunmasını göstərən sənəddə məxaric edən anbarın yalnız birinin – P004 qeyd edilməsi də mənə töhmət verilməsinə səbəb olan “səhv”in oxşarıdır. Bu səhvi də mən aşkar etmişəm, düzəldilərək həmin tarixdə icra olunub. Və heç kim hər hansı intizam tənbeh tədbirinə məruz qalmayıb; - Baş mühəndisin imzaladığı xx.xx.2023-cü il tarixli P001 sahəsinin (1 AXTS) təqdim etdiyi tələbnamədə SAP kodu ********** olan avtoşin 205/65R16 təsdiq yeri0 ilə çıxması, yəni 0 ədəd avtoşinin M001 anbarından götürülməsi üçün sənəd təqdim edilməsi səhv sayılmamış və heç bir tədbir görülməmişdir; - xx.xx.2023 tarixli SAP proqramında sifariş yaradılaraq nömrəsi **********63 olan Ford Tranzit markalı ** JP *** nömrəli avtomaşına M001 anbarından tədarüki istənilən materiallara baxış keçirərkən avtomaşının yağ dəyişməsi üçün təqdim edilən və baş mühəndis tərəfindən imzalanan tələbnamədə qeyd olunan yağdan başqa bir yağdəyişmə üçün avtomaşına SAP kodu ********** olan 10 yağ filtiri istənilmiş, yəni 1 yağ dəyişməyə 10 yağ filtiri istifadə olunmasıabsurdu böyük nöqsan olmasına baxmayaraq səhv sayılmamış və heç bir tədbir görülməmişdir. Göstərilən səbəblərdən SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin mənə töhmət verilməsi barədə xx.xx.2024-cü il tarixli, 14-2-18-2/3-1İ-367/2024 saylı əmrin i qərəzli sayıram. Bildirirəm ki, töhmətin verilməsiylə bağlı hədəni xx.xx.2023-cü il tarixində Baş mühəndis tərəfindən almışam, belə ki, qaimə faktura tarixi xx.xx.2023-cü il Qaimə nömrəsi 005517 olan sənəd üzrə anbara verilməli və mədaxil olduqdan sonra SAP qaiməsi ilə məxaric olunmalı olan, lakin faktiki mövcud olmayan tələb etdiyim 2 ədədgödəkcə barədə baş mühəndisin "bunu biz geyinmişik, görmürsən, elə edərəm səni burdan apararlar, istəyirsən yoxlayaq" deməsiartıq buna siqnal idi, daha sonra xx.xx.2024 cü il tarixində deyilənlərlə razılaşmadığım halda (başqa iş təklifi) “sənə töhmət, daha sonra şiddətli töhmət verəcəyik, əmək müqavilənin vaxtı çatanda əmək müqaviləsi bağlamayacağıq” şəklində rəhbərlik tərəfindən hədələnmişəm. 2. xx.xx.2007-ci ildən olmaqla uzun müddətli əmək stajına malikəm. xx.xx.2014-cü il tarixindən SOCAR-ın Nəqliyyat İdarəsi 4TND, daha sonra xx.xx.2022-ci ildən isə Əmək müqaviləsi bağlamaqla SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinə “14-cü dərəcəli Anbar təsərrüfat müdiri” vəzifəsinə işə qəbul edilmişəm. İstər digər müəssiələrdə, istərsə də “SOCAR”ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinə “14-cü dərəcəli Anbar təsərrüfat müdiri” vəzifəsində işlədiyim müddətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin və digər bəndlərinin tələblərini heç vaxt pozmamışam və əmək funksiyasını layiqincə yerinə yetirmişəm. Əmək funksiyalarının yerinə yetirilməməsinə görə hec vaxt Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan qaydada intizam məsuliyyətinə cəlb olunmamışam və yazılı və ya şifahi xəbərdarlıq almamışam. Lakin, təəssüflər olsun ki, 2024-cü ildə mənə qarşı qərəzli mövqe yarandı və bu qərəzliliyin ifadəsi olaraq diskriminasiyaya məruz qaldım və nəticədə mənə əsassız və qanunsuz olaraq “Töhmət” verildi. SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentini:nxx.xx.2024-cü il tarixli, 14-2-18-2/3-1İ-367/2024 saylı Əmri ilə mənə: “Əmək və icra intizamının pozulması” ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinin tələbləri nəzərə alınmamışdır:İstər digər müəssisələrdə, istərsə də SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində “14-cü dərəcəli Anbar təsərrüfat müdiri” vəzifəsində işlədiyim müddətdə Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin və digər bəndlərinin tələblərini heç vaxt pozmamışam və əmək funksiyalarımı daim layiqincə yerinə yetirmişəm. Əmək funksiyalarının yerinə yetirilməməsinə görə hec vaxt Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan qaydada intizam məsuliyyətinə cəlb olunmamışam və yazılı və ya şifahi xəbərdarlıq almmışam. Yuxarıda da qeyd etdiyim kimi 2024-cü ilin əvvəlindən etibarən, yəni “SOCAR”ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin rəhbərliyi tərəfindən mənə qarşı nümayiş etdirilən qərəzli münasibətin, diskriminasiya hərəkətlərinin nəticəsi olaraq mənə əsassız və qanunsuz şəkildə “Töhmət” verilmişdir. 4. SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin: xx.xx.2024-cü il tarixli, 14-2-18-2/3-1İ-367/2024 saylı əmrində qeyd olunur ki: daha əvvəlki sənədləşmələrdə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq İddiaçı oxşar və fərqli nöqsanlara yol vermiş və əmək funksiyalarını yerinə yetirməmişdir. Bununla da İddiaçı Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin tələblərini pozmuş və əmək funksiyasını keyfiyyətsiz yerinə yetirmişdir. Hesab edirəm ki, bu əsaslandırma da subyektiv mülahizələrdən ibarət olmaqla əsassız və qanunsuzdur. Belə ki, işçiyə intizam tənbehi ümumi mülahizələrə əsasən verilə bilməz. Əmrin məzmunundan görünür ki, mənə töhmət verilməsində fəaliyyətimlə bağlı göstərilən qeydlər əsas kimi çıxış etmişdir. Halbuki, həmin qeydlər zərrə qədər həqiqət payı olmayan, tamamilə yanlış və əsassız qeydlərdir. Mən öz işimi, əmək funksiyalarımı yalnız normativ aktlara, müəssisədaxili sənədlərə (müqavilə, əsasnamə, təlimat) uyğun həyata keçirirəm və fəaliyyətimlə əlaqədar heç vaxt mənə adi irad belə bildirilməmişdir. Əmrdə bildirilir ki, guya mənə dəfələrlə şifahi xəbərdarlıq edilib. Bu bir elementar məntiqdir ki, dəfələrlə xəbərdarlıq yalnız dəfələrlə edilən səhvlərdən irəli gələ bilər. Necə olur ki, mən dəfələrlə səhv edirəm, lakin barəmdə bir dəfə də olsa intizam tənbeh tədbiri görülmür?! Dəfələrlə edilmiş “şifahi xəbərdarlıqların” (cavabdehin təəbirincə) heç olmasa birinin yazılı formada olmaması da ayrıca maraq və sual doğurur. Hesab edirəm ki,bütün bunlar iki səbəbdən ola bilər: birincisi, ya səhv hesab etdikləri hal əslində səhv deyil, yaxud intizam tənbeh tədbiri görüləcək qədər ciddi səhv deyil; ikincisi, ya da mənim tərəfimdən belə bir səhvə yol verilməyib. Birinci hal hüquqi yanaşma, hüquqi qiymətləndirmə tələb etsə də, tam əminliklə, bütün səmimiyyətim və məsuliyyətimlə bildirirəm ki, ikinci hal, yəni mənim fəaliyyətim dövründə tərəfimdən əmək qanunvericiliyinə və müqavilə öhdəliklərimə uyğun olmayan hər hansı bir halın baş verməsi birmənalı olaraq istisna olunur. Göstərilənlərdən çıxış edərək hesab edirəm ki, cavabdeh əmrdə mənim “səhv” və “nöqsanlarımı” ümumi sözlərlə yox, konkret olaraq göstərməli, hansı tarıxdə olduğunu, mənə hansı qaydada xəbərdarlıq edilməsi barədə sübutlarını təqdim etməli olduğu halda qeyd etməmişdirsə bu xususatlar əmrin əsassızlığının birbaşa göstəriciləri kimi qiymətləndirilməlidir. 5. Cavabdeh tərəfindən mənə qarşı Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 16-cı maddəsinin tələbləri də pozulub. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən:Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. SOCAR-ın Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentininxx.xx.2024-cü il tarixli, 14-2-18-2/3-1İ-367/2024 saylı əmri ilə mənə: “Əmək və icra intizamının pozulması” ilə əlaqədar Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən verilən “Töhmətdə” göstərilən əsaslandırmalar və ya ehtimal və fərziyyələr cavabdeh müəssisədə çalışan digər işçilərə münasibətdə də olmuşdur. Lakin, hansı səbəbdənsə intizam tənbeh tədbirinə yalnız mən məruz qalıram. Yəni, barəmdə görülmüş tədbirin əsassızlığı və qanunsuzluğu bir yana, həm də işçilər arasında ayrı-seçkilik aparıldığı müşahidə olunur və belə qanunsuz münasibətin də hədəfi, ünvanı yenə mən oluram. Hesab edirəm ki, bununla Azərbaycan RespublikasıƏmək Məcəlləsinin digər maddələri ilə yanaşı, həm də 16-cı maddəsinin tələbləri cavabdeh tərəfindən pozulmuş olur. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, İddiaçı 2022-ci ilin iyun ayının 30-dan 2 saylı Texnoloji Nəqliyyat Departamentinin Anbar Təsərrüfatına müdir təyin edilmişdir. İddiaçı özünün də məhkəməyə təqdim etmiş olduğu vəzifə təlimatına uyğun olaraq, əmək müqaviləsi üzrə öhdəsinə götürmüş olduğu əmək funksiyalarını və vəzifə öhdəliklərini icra etməsi üçün Anbar təsərrüfatının fəaliyyətinə dair Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, Nəqliyyat İdarəsinin əmr, qərar və sərəncamlarım və başqa rəhbər materialları; Departamentə daxil olan mal-material qiymətlilərin hərəkəti haqqında məlumatların hazırlanması və SAP ERP sisteminə (müəssisə resurslarının planlaşdırılması və uçotu üçün sistem) daxil edilməsi qaydasını, həmçinin SAP ERP proqramını bilməlidir. Həmçinin onu da qeyd etmək vacibdir ki, vəzifə təlimatı ilə müəyyən edilmişdir ki, qanunların və normativ sənədlərin tələblərinə riayət edilməsinə görə Anbar təsərrüfatı müdiri məsuliyyət daşıyır. İddiaçı SAP MM- Materialların idarə edilməsi modulunun təlimatlandırma kursunu 2018-ci ildə müvəffəqiyyətlə bitirdiyi ilə bağlı sertifikatı da özü şəxsən məhkəməyə təqdim etmişdir. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki. İddiaçı iddia ərizəsində sənədləşdirmə işlərinin aparılması ilə bağlı MM modulunda hər hansı bir təlimat mövcud deyil və yaxud tanış edilməmişəm deməklə məsuliyyətdən yayınmağa və məhkəmə iştirakçılarını çaşdırmağa çalışır. Belə ki, bütün müəssisə resurslarının, planlaşdırılması və uçotu sistemlərində olduğu kimi SOCAR SAP ERP sisteminin də özünün müvafiq qaydada təsdiq edilmiş qayda və təlimatları (normativ sənədləri) mövcuddur və bu sənədlərin tələblərinin icraçılar tərəfindən təmin edilməsi məcburidir. Anbar təsərrüfatı uçotunun aparılmasına dair bu rəhbər normativ sənəd ‘’SAP ERP sisteminin PP, PM, PS, SD və MM modullarında alqı-satqı əməliyyatlarının, maddi qiymətlilərinin, qeyri-maddi aktivlərinin, iş və xidmətlərinin və anbar təsərrüfatı uçotunun aparılması qaydaları” sənədidir. Bu normativ sənəd SOCAR prezidentinin 25 noyabr 2015-ci il tarixli SOCAR/15- 1000/1 (.)/BRP-03-000()()l nömrəli əmrinin 2.2-ci bəndi ilə əmrə 4 saylı əlavə şəklində təsdiq edilmişdir (əmr və onun 4 saylı əlavəsi olan bu qaydalar məhkəməyə təqdim edilmişdir). Onu da əlavə olaraq qeyd etmək lazımdır ki, 2023-cü ildə SOCAR Nəqliyyat İdarəsinin 2 saylı TND-də rəhbər dəyişiklikləri aparılmışdır. Bu dəyişikliklərdən sonra Anbar təsərrüfatı müdiri- Xəyyanı Mənsimova və Maddi texniki təchizat şöbəsinin rəisi- Rəşad Verdixanova müvafiq normativ sənədlər fəaliyyətlərini qaydalara, uyğun təşkil etmələri üçün departamentə yeni təyin edilmiş Baş Mühəndis- Elzamin Kazımov tərəfindən xx.xx.2023-cü il tarixində elektron poçt vasitəsi ilə təqdim edilmişdir (elektron poçt çıxarışı məhkəməyə təqdim edilmişdir). Bu qeyd edilənlər onu deməyə əsas verir ki, İddiaçı normativ sənədlərdən məlumatlı idi və hətta məlumatsız olsaydıda belə bu onu məsuliyyətdən azad etmirdi. 2 saylı Texnoloji Nəqliyyat Departamentinin Anbar təsərrüfatı müdiri İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində saat 14:50:26-da icra edilmiş SAP sənəd nömrəsi ********** olan daxili yerdəyişmə əməliyyatı ilə bağlı müəssisənin SAP ERP sistemindən çıxarış məhkəməyə təqdim edilmişdir. Çıxarışda olan məlumatlardan da göründüyü kimi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin Anbar təsərrüfatı müdiri İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində saat 14:50:26-da SAP sənəd nömrəsi ********** olan əməliyyat ilə siyahısı təqdim edilmiş 33 adda materialın daxili yerdəyişməsi əməliyyatı üçün qaimə tərtib edilmişdir. Qaydaların 4.5-ci bəndində nəzərdə tutulur ki, müəssisə və ya təşkilat daxilində maddi qiymətlilərin anbarlararası yerdəyişməsi sistemdə yaradılmış və müvafiq qaydada təsdiq olunmuş tələbnaməyə əsasən həyata keçirilir. Bu tələbə uyğun olaraq İddiaçı qaimə tərtib edərkən rezerv sənəd nömrələri cədvəldə də öz əksini tapan tələbnamələri əsas kimi götürmüş və istinad etmişdir. Tələbnamələr materialı Tələb edən, İcazə verən və vasitəçilik edən əməkdaşlar tərəfindən müvafiq qaydada təsdiq olunmuş, başqa sözlə imzalanmışdır (tələbnamələrin surəti əlavə edilir). Rezerv sənəd nömrəsi ********************0079 olan tələbnamədən də göründüyü kimi P001- 1AXTS tərəfindən tələb olunan ********** materialının P004-4AXTS-dən verilməsi nəzərdə tutulsa da qaimədə (sənəd nömrəsi **********) icraçı İddiaçı tərəfindən Təhvil verdi R.Məmmədov, Qəbul etdi T.Məmmədov qeyd edilmiş və Daxili yerdəyişmə qaimələrinin qeydiyyatı jurnalında 254 nömrəsi ilə qaimə qeydiyyata salınmışdır. Sənəd nömrəsi ********** və jurnal qeydiyyat nömrəsi 254 olan qaimə icraçının özü tərəfindən, baş mühasib tərəfindən və qəbul edəcək sahə tərəfindən imzalanaraq təsdiq edilməsi üçün 2 .saylı TND-nin direktorun ümumi məsələlər üzrə müavini Fuad Şəkərova təqdim edilmişdir (254 nömrəli sənəd nömrəsi ********** olan səhv tərtib edilmiş qaimənin nüsxəsi məhkəməyə təqdim edilmişdir). Sənədin icraçısı tərəfindən Qaimədə (sənəd nömrəsi **********) olan materialları təhvil verəcək şəxs kimi R.Məmmədov göstərilsə də 33 adda materialdan ilk sırada olan (**********) material P004-4AXTS anbarından götürülməli olduğundan (rezerv edildiyindən) R.Məmmədov tərəfindən təhvil verilə bilinməzdi. Həmçinin o materialdan mərkəzi anbarda olduğu halda və qaimə təsdiq edildiyi halda materialın anbardan çıxarılaraq yerinin dəyişdirilməsi hadisəsi ola bilərdi ki, bu maddi zərər ilə nəticələnərdi. Belə ki, P004-4AXTS anbarında olan material sənədlə yerini P001- 1AXTS anbarına dəyişdirmədən Xəyyam. Mənsimov tərəfindən elektron uçotda yerdəyişmə edildiyindən materialın qalığı P001-İAXTS anbarına keçəcəkdi və material uçotdan kənar olaraq mərkəzi anbarın qalığında qalaraq sənədlə yerini dəyişdirmiş olacaqdı. Bu səbəbdən də İddiaçı irad bildirilmiş və yol verdiyi nöqsanı təcili düzəltməsi tələb edilmişdir. 2 saylı Texnoloji Nəqliyyat Departamentinin Anbar təsərrüfatı müdiri İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində saat İ5:00:54-do SAP sənəd nömrəsi ********** olan əməliyyat ilə daxili yerdəyişmə əməliyyatı etdiyi ********** materialı POOl-lAXTS-dən P004- 4AXTS-yə geri qaytarılmış, bu zaman rezerv sənəd nömrəsi ********************0079 olan tələbnamə ilə icra edilmiş sistem əməliyyatı 312 (geri qaytarılma) edilmişdir. Daha sonra Anbar təsərrüfatı müdiri İddiaçı saat 15*01:21-də həmin materialı (**********) ********** sənəd nömrəsi ilə yeni qaimə tərtib edərək P004-4AXTS-dən P001-1 AXTS-yə yerdəyişmə etmişdir. Bu zaman İddiaçı rezerv sənəd nömrəsi ********************0548 olan tələbnaməyə istinadən əməliyyatı icra etsə də Daxili yerdəyişmə qaimələrinin qeydiyyatı jurnalında 255 nömrəsi ilə qeydiyyata salınmış qaimənin arxasına tikilmiş tələbnamə ********************0079 rezerv sənəd nömrəli tələbnamədir ki, bu sənəd üzrə əməliyyat onun özü tərəfindən ləğv edilmişdir. Sistemdə bütün təsdiq mərhələlərindən uğurla keçmiş rezerv sənəd nömrəsi ********************0548 olan tələbnamənin imzalanmadan qaimənin tərtib edilməsi və əməliyyatın icra edilməsi düzgün deyildir və icraçı İddiaçı başqalarının səhvliyində sənəd yenidən tərtib edilib təqdim edilənədək qaiməni və əməliyyatı heç bir halda icra etməmişdir. Öz nöqsanını aradan qaldırmaq üçün isə buna yol vermişdir. Bir sözlə bir səhvi başqa bir səhv ilə örtməyə çalışmışdır. SAP ERP sisteminin PP, PM. PS, Sİ) və MM modullarında alqı-satqı əməliyyatlarının, maddi qiymətlilərinin, qeyri-maddi aktivlərinin, iş və xidmətlər iin və anbar təsərrüfatı uçotunun aparılması qaydalarının 4-cü ehtiyatlarının idarə edilməsi proseslərinin uçotu hissəsinin 4.5 Müəssisə və ya təşkilat daxilində maddi qiymətlərinin anbarlararası yerdəyişməsi sistemdə yaradılmış və müvafiq qaydada təsdiq olunmuş tələbnaməyə əsasən həyata keçirilir. Qaydaların 4.6.2 bəndində göstərilir ki, İstehsalat sahələrindən PP, PM, PS məqsədləri üçün buraxılan maddi qiymətlilər PP, PM, PS modullarının istifadəçiləri tərəfindən sexin (sahənin) əsas anbarından virtual anbarlara müvafiq rezerv sənədləri (tələbnamələr) əsasında transfer edilir. Qaydaların 4.8-ci bəndində göstərilir ki, 4.6 və 4.7 bəndlərdə göstərilən sənədlər müvafiq qaydada təsdiq olunur və SOCAR-ın bütün müəssisə və təşkilatlarında istifadəsi məcburidir. Həmçinin qaydaların 6.1-ci bəndində göstərilir ki, malların hərəkəti üzrə ilkin sənədlər (müqavilənin qeydiyyat vərəqəsi, dəvət sənədi, tələbnamə, sifarişlər, qaimələr, vəkalətnamə, hesab faktura, mədaxil sənədləri və s.) sistemdən çap olunmalıdır. Bu sənədlər sistemdən çap olunmadıqda etibarsız sayılır və məsul şəxslər tərəfindən hdə sənədlərin imzalanması qəti qadağandır. xx.xx.2024-cii il tarixində saat 11:20 üçün təyin edilmiş hazırlıq iclası zamanı 2 saylı TND-nin Baş mühəndisi Elzamin Kazımov tərəfindən sistemdə bütün təsdiq mərhələlərindən uğurla keçmiş lakin heç bir imza təsdiqi olmayan rezerv sənəd nömrəsi ********************0548 olan tələbnamənin əsasında qaimə tərtib etməyin mümkünlünü Xəyyam Mənsinıovdan soruşuldu və İddiaçı bunun qaydalara zidd, olduğunu özü etiraf etdi və bildirdi ki, imzasız tələbnaməyə əsasən qaimə tərtib edilə bilməz. Qaydalara zidd olduğunu bildiyi halda heç bir imza təsdiqi olmayan rezerv sənəd nömrəsi ********************0548 olan tələbnamə əsasında İddiaçı 09,04.2024-cü il tarixində saat 15:01:21-də ********** kodlu materialı ********** sənəd nömrəsi (jurnal qeydiyyat nömrəsi 255) ilə qaimə tərtib edərək P004-4AXTS-dən P001-lAXTS-yə yerdəyişmə etmişdir.2 saylı Texnoloji Nəqliyyat Departamentinin Anbar təsərrüfatı müdiri İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində SAP sənəd nömrəsi ********** olan daxili yerdəyişmə əməliyyatı ilə yol verdiyi nöqsanı düzəltmək üçün saat 15:52:09-da digər 32 adda material P001- 1 AXTS-dən M001-Mərkəzi Anbara geriqaytarılma edilmişdir. Bundan sonra həmin 32 adda materialı İddiaçı 16:10:59-da ********** sənəd nömrəsi ilə yeni qaimə tərtib edərək M001- Mərkəzi Anbardan POO1-1 AXTS-yə yerdəyişmə etmişdir. Onu xüsusi olaraq qeyd etmək vacibdir ki, İddiaçı Daxili yerdəyişmə qaimələrinin qeydiyyatı jurnalında 254 nömrəsi ilə (sənəd nömrəsi **********) qeydiyyata saldığı qaimənin qarşısında özünün yol verdiyi nöqsan səbəbindən ləğv edildiyi ilə bağlı qeyd aparmaq əvəzinə jurnalda ağartmaqla sənəd nömrəsinə düzəliş etmişdir ki, bu öz səhvini örtbasdır etməyə cəhd kimi və həmçinin sənədin saxtalaşdırılması kimi qiymətləndirilməlidir (jurnaldan həmin səhifənin surəti məhkəməyə təqdim dilib). Jurnaldan təqdim edilmiş həmin səhifənin surətinə diqqətlə baxıldıqda aydın görmək olur ki, qaimə nömrəsi və SAP sənəd nömrəsi jurnalda sətir ardıcıllığı ilə artaraq getdiyi halda 254 nömrəli qaimədə bu qanunauyğunluq pozulmuşdur. Bunun səbəbi isə nömrənin sonradan ağardılaraq dəyişdirilməsidir ki, bu sənəd saxtalaşdırılmasıdır. İddiaçı eyni jurnal qeydiyyat nömrəsi ilə iki fərqli SAP sənəd nömrəsi yaratmaqla çap etdiyi qaimələr anbardan hər iki sənəd üzrə materialların (33 adda bir və eyni siyahıdan olan 32 adda bir) çıxarılmasında istifadə edilə bilərdi ki, bu da qaimələrdə olan materialların ümumi dəyəri qədər maddi zərərə səbəb ola bilərdi. Bu səbəbdən də səhv tərtib edilmiş qaimənin jurnal qeydiyyat nömrəsinin (254) jurnalda qeydiyyat aparılmaqla ləğv edilməsi daha düzgün addım idi ki, bu halda İddiaçı ləğv edilmənin səbəbi olaraq öz nöqsanını qeyd etməli idi. İddiaçı isə bir qaimə sənədində nöqsanının olmasını gizlətmək məqsədi ilə daha ciddi qayda pozuntularına və sənəd saxtalaşdırmasma belə əl atmışdır. Belə ki, yenidən tərtib edilmiş qaimədə İddiaçı Daxili yerdəyişmə qaimələrinin qeydiyyatı jurnalında 254 nömrəsi ilə qeydə alınmış qaimənin sənəd nömrəsini ********** yeni tərtib etdiyi qaimənin sənəd nömrəsi ilə ********** saxtalaşdırmış və yeni qaiməni qaydalara zidd olduğunu bildiyi halda heç bir imza təsdiqi olmayan rezerv sənəd nömrəsi ******* (kodda olan qalan nömrələr bu nömrəli tələbnaməyə daxil olan materialları göstərir) olan 1 ədəd tələbnaməyə istinadən (sistemdən çap edilmiş sənəd məhkəməyə təqdim edilmişdir) tərtib etmişdir. Daxili yerdəyişmə qaimələrinin qeydiyyatı jurnalında 254 nömrəsi ilə qeydiyyata salınmış (saxtalaşdırılaraq) qaimənin arxasına tikilmiş tələbnamələr (məhkəməyə təqdim edilmişdir) rezerv sənəd nömrələrindən də göründüyü kimi, bu sənədlər üzrə əməliyyatlar İddiaçı özü tərəfindən geriqaytarılma (312) edilərək ləğv edilmişdir. Sistemdə bütün təsdiq mərhələlərindən uğurla keçmiş rezerv sənəd nömrəsi ******* olan tələbnamənin müvafiq qaydada təsdiq edilmədən (imzalanmadan) qaimənin tərtib edilməsi və əməliyyatın icra edilməsi qaydalara uyğun deyildir və icraçı İddiaçı başqalarının səhvlıyındə sənəd yenidən düzgün tərtib edilib, müvafiq qaydada təsdiq edilib təqdim edilməyənədək qaiməni və əməliyyatı heç bir halda icra etməmişdir. Öz nöqsanını aradan qaldırmaq üçün isə buna yol vermişdir. Bir sözlə bir səhvi başqa səhvlər ilə örtbasdır etməyə çalışmışdır. İddiaçı öz işini asanlaşdırmaq digərlərinin işini çətinləşdirmək məqsədi ilə sahə uçim bir gün ərzində maksimum sayda az (əksər hallarda bir ədəd) ə! ilə tələbnamə yaratdığından, həmçinin ayrı-ayrı anbarlarda olan materiallar üçün bir tələbnamə tərtib etdiyindən tələbnamənin çapı zamanı belə sənədlərin imzalanması qaçınılmaz olur. Bir daha bildirmək lazımdır ki, bu halın qaimədə olan səhvlik İlə eyniləşdirilməsi qeyri-peşəkar yanaşmadır və hər-hansı bir risk yaratmır. Özünün də dediyi kimi tələb edən materialları anbarlar üzrə ayıraraq çap edib təqdim eldikdən sonra qaimə hazırlanmışdır. Qaydalara görə isə qaimə tələbnamədə olan rezerv sənəd nömrəsinə istinadən tərtib edilməlidir ki, bu nömrələr tələbnamədən də göründüyü kimi hər bir material üçün sistem tərəfindən fərqli verilmişdir. Belə olan halda qaydalara görə bir tələbnamədə olan materialların rezerv sənəd nömrəsinə istinadən bir və ya bir neçə qaimənin yaradılması sistem tərəfindən məhdudlaşdırılmamışdır, sadəcə olaraq qaimələrin arxasına ancaq həmin qaimədə olan materialları özündə əks etdirən tələbnamələrin istinad sənədi kimi yerləşdirilməsi uçota daha asan nəzarət imkanı verdiyindən bu üsuldan istifadə edilmişdir. Yəni ki, qaimələrin istinad sənədi kimi bir tələbnamə ilə yaradılan ayrı-ayrı anbarlarda olan materiallar qruplaşdırılaraq çapa verilmişdir. ******* və ******* SAP sənəd nömrəli tələbnamələrdə də yuxarıdakı halın eynisi baş vermişdir. Hər iki tələbnamə İddiaçı tərəfindən sahənin müraciətinə əsasən tərtib edilmişdir. İddiaçı uzun illərlə iş təcrübəsinin olmasını və nümunəvi işçi olmasım iddia edir, qanunvericiliyin tələblərini pozmadığını ərizəsində qeyd edir. Məsələnin mahiyyətindən kənar olsa da iddiaçının işçi və vətəndaş kimi kimliyinin həm məhkəməyə aydın olması və həm də rəsmi sənədlərə qeyd edilməsi üçün əvvləki işəgötürənlərdən İddiaçıla bağlı xasiyyətnamə alınması və onun 25 may-25 iyun 2019-cu il tarixlərində hansı səbəbdən 30 gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri almasının səbəblərinin öyrənilməsi bu və daha sonrakı iddialarında qərar verilməzdən əvvəl nəzərə alınmasını xahiş edirlər. Daha sonra qeyd etmək lazımdır ki, İddiaçı 04 oktyabr 2016-cı ildə 4 saylı Texnoloji Nəqliyyat Departamentində AT-nın mühəndisi vəzifəsində çalışarkən əmək intizamına və müəssisədaxili digər intizam qaydalarına əməl etməyərək AR ƏM ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində səhlənkarlığa yol verdiyi üçün 468 saylı əmrlə ona töhmət verilmişdir. Belə ki, o 23 sentyabr 2016-cı il tarixində ƏMTT və E şöbəsi tərəfindən 4 saylı Texnoloji Nəqliyyat Departamentinin mərkəzi anbarında kompleks yoxlama zamanı bir sıra uyğunsuzluq və qaydaların kobud şəkildə pozulması hallan Üzə çıxmışdır. Aşkar edilmiş çatışmazlıqlar və qayda pozuntuları haqqında akt tərtib edilmişdir. Bundan başqa, 18 noyabr 2021-ci il tarixində 840 saylı əmrlə yenidən İddiaçı yenidən töhmət almışdır. Buna səbəb isə yenə də, 4 saylı Texnoloji Nəqliyyat Departamentinin anbar təsərrüfatının böyük mühəndisi İddiaçı əmək intizamına və müəssisədaxili digər intizam qaydalarına əməl etməyərək AR ƏM ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində səhlənkarlığa yol vermişdir. İddiaçı iddia ərizəsində sənədlərdə yol verdiyi əvvəllər xəbərdarlıq aldığı hallarla bağlı bir sıra nümunələr məhkəməyə təqdim edilmiş və e-məhkəmə portalına əlavə edilmişdir. Bəzi nöqsanları üeyt etmək istərdik ki, Anbar təsərrüfatı müdiri İddiaçı tərəfindən 2024-cü ilin yanvar ayı üçün hazırlanaraq öz imzası ilə təsdiq edilmiş sənəddə rəhbərlik etdiyi struktur bölmənin adı (maddi texniki təchizat- MTTŞ) iki yerdə səhv göstərilmiş, həmçinin iş bölgüsü zamanı 5-ci sırada qeyd edilmiş, işlərə cavabdeh olaraq Anbar təsərrüfatı müdirinə tabe olmayan digər struktur vahidin əməkdaşları (İbrahim Həsənli və Orxan Hüseynov) göstərilmişdir. İlər iki şəxs Maddi texniki təchizat şöbəsinin əməkdaşlarıdır. Bu səbəbdən də kuratoru 2 saylı TND-nin direktorun ümumi məsələlər üzrə müavini Fuad Şəkərov tərəfindən İddiaçı irad bildirilmiş və hazırladığı sənəddə yol vermiş olduğu nöqsanların aradan qaldırılması bildirilmiş və səhv hazırlanmış sənəd onun tərəfindən üzərinə xətlər çəkilərək ləğv edilmişdir. 2 saylı TND-nin direktorun ümumi məsələlər üzrə müavini Fuad Şəkərov tərəfindən İddiaçı daha əvvəl səhv hazırladığına görə irad bildirilərək ləğv edilmiş sənəd İddiaçı tərəfindən yenidən hazırlanaraq və imzalanaraq təqdim edilmişdir. Yenidən hazırlanmış sənəddə də əvvəlki sənəddə olan nöqsanların hamısı aradan qaldırılmamışdır. Bu zaman 2 saylı TNDnin direktorun ümumi məsələlər üzrə müavini Fuad Şəkərov departamentin Baş mühəndisi Elzamin Kazımova məlumat vermişdir. 2 saylı TND-nin baş mühəndisi Elzamin Kazımov və direktorun ümumi məsələlər üzrə müavini X7 Mənsimovu ikincinin iş otağına dəvət edərək İddiaçı yenidən sənədi səhv tərtib etdiyini və imzaladığını, bunun təkrarən baş verməsinin nöqsanın aradan qaldırılmasına məsuliyyətsiz yanaşma kimi qiymətləndirildiyindən kuratoru (Fuad Şəkərov) tərəfindən ona şifahi xəbərdarlıq edilmiş və bildirilmişdir ki, sənədləşmə işlərində gələcəkdə daha da diqqətli və məsuliyyətli olsun. İddiaçı ərizəsində işəgötürənin ona qarşı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinin tələblərinin pozulmasını iddia etməsi tamamilə əsassızdır. Belə ki, belə bir qamın pozuntusu mövcud olsaydı İddiaçı Dövlət Əmək Müfəttişliyinə etdiyi müraciət araşdırılan zaman məsələyə müvafiq hüquqi qiymət verilərdi. SOCAR Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentində yeni rəhbərlik təyin olunduğu tarixdən nə İddiaçı, nə də ki, digər işçilərə qarşı ölkənin əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Bunu qiymətləndirmək üçün işçilər arasında sorğu keçirilməsinə etiraz etmirlər. Bütün deyilənləri ümumiləşdirsək, SOCAR „Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 16 aprel 2024-cü i! tarixli 14-2-18-2/3-11-367/2024 nömrəli əmri ilə departamentin Anbar təsərrüfatının müdiri İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla və keyfiyyətlə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən elan edilmiş töhmətin əsaslandırılması ilə bağlı əmrdə kifayət qədər əhatəli izah verilmişdir, əmrin nöqsanla bağlı bütün texniki detalları əhatə edilməsi onun çox uzunuzadı və hərkəs tərəfindən başa düşülməsini qeyri-mümkün və mürəkkəb edə bilərdi. Onu da qeyd edirlər ki, burada əmrin verilmə səbəbi ilə bağlı, qeyd edilmiş bütün nüanslar İddiaçı özü ilə də əmr verilməzdən əvvəl müzakirə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdeh SOCAR Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti nümayəndəsi E.Kazımov iddianı qəbul etməyərək, iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh SOCAR Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etməyərək, iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh SOCAR Nəqliyyat İdarəsinin nümayəndəsi E.Hüseynov iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 1612 №-li Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Socar Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinə anbar təsərrüfatının müdiri vəzifəsinə işə qəbul edilmişdir. Socar Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2024-cü il tarixli əmrində qeyd edilmişdir ki, İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla və keyfiyyətlə yerinə yetirmədiyinə görə ona töhmət elan edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Socar Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinə anbar təsərrüfatının müdiri vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli əmrlə İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla və keyfiyyətlə yerinə yetirmədiyinə görə ona töhmət elan edilmişdir. İddiaçı da ona intizam tədbiri tətbiq edilməsinə dair bu əmrin əsassız olduğunu iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 186.2-ci maddəsinin “a” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət verə bilər. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. 188.1-ci maddəsinə əsasən intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Məhkəmə iş materiallarında olan sübutları qanunvericiliyin tələbləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, iddiaçı tələbnamələr ilə tələb olunan materialların daxili hərəkəti üçün qaimə sənədində materialın götürüldüyü anbar olaraq mərkəz anbar M001 göstərmək əvəzinə səhvən sahə anbarı P004 qeyd etmiş və sənədlərin bütün nüsxələrini imzalayaraq icazə verilməsi üçün müəssisə rəhbərinin təsdiqinə təqdim etmişdir. Yerdəyişmə qaiməsində olan nöqsan materialları təhvil verən və qəbul edən tərəflər üçün pozuntu yaradacağından sənəd təsdiq edilməyərək düzgün tərtib edilməsi üçün iddiaçıya qaytarılmışdır. Bundan sonra İddiaçı SAP sənəd nömrəsi ********** olan əməliyyatı ********** nömrəli sənəd ilə ləğv edərək düzgün qaiməni rəhbərinin təsdiqinə təqdim etmişdir. Daxili araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı materialların daxili hərəkəti üçün qaimələrin qeydiyyat kitabında 254 nömrəli səhv qaimənin ləğv edilməsi ilə bağlı hər hansı bir qeydiyyat aparmamış, sadəcə ********** sənəd nömrəsini silərək ********** sənəd nömrəsinə düzəliş etmişdir. İddiaçının bu nöqsanı nəticəsində materialdan mərkəzi anbarda olduğu halda və qaimə təsdiq ediləcəyi halda material anbardan çıxarılaraq yeri dəyişdirilə bilərdi ki, bu hal da müəssisəyə maddi zərərin dəyməsi ilə nəticələnə bilərdi. Bundan başqa iş materiallarında olan xx.xx.2016-cı il tarixli 469 nömrəli və xx.xx.2021-ci il tarixli 840 nömrəli əmrlərin surətlərindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə əmək funksiyalarını yerinə yetirməsi zamanı yol verdiyi nöqsanlara görə intizam tənbehləri tətbiq olunmuşdur. Məhkəmə eyni zamanda sözügedən 16 aprel 2024cü il tarixli əmrin tərtibi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən əmək funksiyaları yerinə yetirilərkən xx.xx.2024-cü il tarixdə qeyd olunan nöqsana yol verilmişdir. Daxili araşdırmadan sonra isə yol verdiyi nöqsana görə 16 aprel 2024-cü il tarixdə ona töhmət elan edilmiş və əmr Socar Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin direktoru tərəfindən imzalanmışdır. Qanunvericiliyin tələbinə görə isə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək və yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. İşçi tərəfindən nöqsana yol verildiyi tarixi (xx.xx.2024), bununla bağlı ona intizam tənbehi tətbiq edildiyi tarixi (xx.xx.2024) və əmri müəssisənin rəhbərinin imzaladığını nəzərə alaraq məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit edilmiş əsaslara istinad edilməklə yanaşı işçiyə intizam tənbehinin tətbiqi ilə bağlı işəgötürən tərəfindən eyni zamanda əmək qanunvericiliyinin tələbləri də gözlənilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. ƏM-nin 191-ci maddəsinin tələblərinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. ƏM-nin 192-ci maddəsinin 1-ci bəndinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmçinin qeyd edilməlidir ki, ƏM-nin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə qeyd edilən intizam tənbehlərindən hər hansı birinin verilməmsi işəgötürənin hüququ kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Socar Nəqliyyat İdarəsi və Socar Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinə (Neftçilərin Hüquqlarını Müdafiə X2 3-cü şəxs qismində) qarşı “əmrin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar