Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1442/2025 28.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Аzərbаycаn Rеspublikаsının Səfərbərlik və Hərbi Хidmətə Çаğırış üzrə Dövlət Хidməti üzrə vеrilmiş 02 mаy 2025-ci il tаriхli əmrin ləğv оlunmаsı və 02 mаy 2025-ci il tаriхdən məcburi iş burахmа müddəti üçün əmək hаqqı ödənilməklə Səfərbərlik və Hərbi Хidmətə Çаğırış üzrə Dövlət Хidmətinin Yаrdımlı Rаyоn Bölməsinə müfəttiş vəzifəsinə bərpа еdilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: uzun müddətdir ki, Səfərbərlik və Hərbi Хidmətə Çаğırış üzrə Dövlət Хidmətinin Yаrdımlı Rаyоn Bölməsində müfəttiş vəzifəsində qüsursuz işləmişdir. Çаğırışçılаrdаn biri оlаn Miriyеv Nаsir Dаdаş оğlunun аtаsı Dаdаş Miriyеv ona qаrşı qərəzli оlаrаq şikаyət еtmiş, həmin şikаyət tаm, hərtərəfli və оbyеktiv аrаşdırılmаdаn xx.xx.2025-ci il tаriхli əmrlə Əmək Məcəlləsinin 70-ci mаddəsinin «ç» bəndinə əsаsən həmin tаriхdən tutduğu vəzifədən аzаd еdilmişdir. X12 çağırışa cəlb etməkdən ötrü bütün qanuni vasitələrdən istifadə etmişdir. Çağırışçının dayısı Rafayıl Dadaşov da ona müraciət etmiş, Nasir Miriyevin rayonda tibbi müayinədən keçib, sonra Bakıda Əlillərin Bərpa Mərkəzində müayinədən keçməli olmasını bildirmişdir. X14 da təsdiqləyir. Mart ayının 17-də Dadaş Miriyev SHXÇDX-nin Yardımlı rayon bölməsinə gəlmiş, ondan oğlunu tibbi müayinəyə gətirməsini tələb etmişdir. Səhəri günü X9 Miriyev ilə birlikdə bölməyə gəlmiş, onu müayinəyə dəvət etmişdir. D.Miriyev isə onun üçün xahiş edilməsini və hərbi biletə rəisin möhür vuracağını demişdir. Həmin vaxt D.Miriyevin əmisi oğlu Camal adlı şəxs də orada olmuşdur. Onlara bir daha izah etmişdir ki, çağırışçı müayinədən keçib X8 getməli, yekun qərar orada verilməlidir. X15 ilə Camal adlı qohumu rəisin yanına girmiş, bir qədər sonra isə çağırışçı müayinədən keçmədən çıxıb getmişdir. Bunu bilən kimi hay-küy salıb çağırışçının nəyə görə çıxıb getməsinə şərait yaradılmasına etiraz etmişdir. Məhz buna görə Nasir Miriyevin aprel ayının 7-də yenidən çağırılıb müayinədən keçməsi təmin edilmişdir. Bütün bunlar mart ayının 17-18-i tarixlərində Xidmətin Aparatı tərəfindən quraşdırılmış kamerada var. Görünür çağırışçı Nasir Miriyevin hərbi xidmətdən yayınması üçün doğrudan da kimlərsə xahiş etmiş, ancaq o, buna imkan vermədiyindən onun özünü şərləməyə başlamışlar. Bunun qarşısını almaq və obyektiv həqiqəti üzə çıxarmaq üçün dərhal müvafiq teleqramlar vuraraq qeydlərin saxlanılması üçün Xidmətin kameralarının audio-video görüntülərinin araşdırılmasını tələb etmişdir. Bu barədə araşdırmanı aparan şəxsə də bildirmişdir. Lakin bunlara əhəmiyyət verilməmiş, kamera görüntüləri götürülməmiş, hətta ondan şikayət etmiş şəxsin sonradan müraciət edərək şikayətçi olmamasını, şikayətinin düzgün olmamasını bildirməsi və bu barədə ərizəsi qəbul edilməmiş, çağırışçının SHXÇDX-nin Yardımlı rayon bölməsinə çağırılması ilə bağlı bütün lazımi tədbirləri görməyini təsdiq edən şəxslərin, o cümlədən şikayətçinin onunla əlaqə saxlayan əmisi oğlu, qaynı, ərazi nümayəndəsi, bölmədə rəis müavininin və digər şəxslərin heç birinin izahatları alınmamışdır. Halbuki rəis müavininin yanında ayrı-ayrı vaxtlarda 3 dəfə çağırışçının çağırılması barədə telefon zəngləri etmişdir. Ərazi nümayəndəliyinə çağırışçının təkrar tibbi müayinədən keçirilməsi üçün SHXÇDX-nin Yardımlı rayon bölməsinə çağırılması ilə bağlı dəfələrlə müraciətlər etmişdir. Bunları həmin şəxslər də təsdiq edirlər. Özü səhhətiylə bağlı mart ayının 26-dan bülletendə olmuşdur. Bülletendə olduğu halda aprel ayının 11-dən işdən çıxarılmağı bildirilmişdir. Əmrin surəti hаzırkı vахtа kimi ona vеrilməmiş, yаlnız əmək kiаbçаsını əldə еtdikdən sonrа isə işdən çıxma barədə əmrin may ayının 2-də qeyd edilməsini bilmişdir. İşlədiyi Yаrdımlı Rаyоn Bölməsi əmrin surətini Səfərbərlik və Hərbi Хidmətə Çаğırış üzrə Dövlət Хidmətindən аlmаğı bаrədə məktub vеrmiş, sоnuncu isə qеyd оlunаn əmri Yаrdımlı Rаyоn Bölməsindən götürməli оlduğunu bildirmişdir. Nəticədə isə bülletendə olduğu dövrdə barəsində qeyri-obyektiv araşdırma aparılıb əsassız olaraq işdən çıxarılmaqla, hətta bu barədə əmrin surəti belə verilməməklə əmək hüquqlаrı kоbud şəkildə pоzulmuşdur. Аzərbаycаn Rеspublikаsı Əmək Məcəlləsinin 76-cı mаddəsinə əsаsən əmək müqаviləsinə еyni zаmаndа iki və yа dаhа аrtıq əsаslа, hаbеlə Əmək Məcəlləsi ilə müəyyən еdilmiş əmək müqаviləsinin ləğv еdilməsi qаydаlаrınа əməl оlunmаdаn хitаm vеrilə bilməz. Lаkin onunla əmək müqаviləsi ləğv еdilərkən Əmək Məcəlləsi ilə müəyyən еdilmiş əmək müqаviləsinin ləğv еdilməsi qаydаlаrınа əməl еdilməmişdir. Bеlə ki, əmrdə əmək funksiyаsı və yа əmək müqаviləsi üzrə öhdəliklərin yеrinə yеtirilməməsi, yахud bu Məcəllənin 72-ci mаddəsində sаdаlаnаn əmək vəzifəsini kоbud şəkildə pоzmаsı qеyd еdilmişdir. Göründüyü kimi əmək müqаviləsinə хitаm vеrilmə əsаsı qеyri-müəyyən və ikidən аrtıqdır. Bu isə qаnunаziddir. Əmək kitаbçаsının surətindən görünür ki, işdən аzаd еdilməyinə dаir vеrilmiş həmin əmrdə Əmək Məcəlləsinin 70-ci mаddəsinin «ç» bəndinə istinаd еdilmişdir. İşçinin özünün əmək funksiyаsını və yа əmək müqаviləsi üzrə öhdəliklərini yеrinə yеtirməməsi, yахud Əmək Məcəlləsinin 72-ci mаddəsində sаdаlаnаn hаllаrdа, о cümlədən özünün хəstəliyi, yахın qоhumunun хəstələnməsi və yа vəfаt еtməsi istisnа оlunmаqlа, hеç bir üzürlü səbəb оlmаdаn işə gəlməməsi zаmаnı əmək vəzifələrini kоbud şəkildə pоzmаsınа görə əmək müqаviləsinin ləğv еdilməsi Əmək Məcəlləsinin 70-ci mаddəsinin «ç» bəndində nəzərdə tutulsа dа, işdən аzаd еdilməyiylə bаğlı Əmək Məcəlləsinin 72-ci mаddəsində göstərilən hаllаrdаn hər hаnsı birinin оlmаsınа, о cümlədən özünün хəstəliyi, yахın qоhumumun хəstələnməsi və yа vəfаt еtməsi istisnа оlunmаqlа, hеç bir üzürlü səbəb оlmаdаn işə gəlməməyinə dаir kоnkrеt оlаrаq hеç bir sənədə istinаd еdilməmişdir. İşdən çıхаrılmаğı yuхаrıdа göstərdiyi kimi çаğırışçılаrdаn biri оlаn Nasir Miriyevin atası Dаdаş Miriyеvin şikаyəti ilə bаğlı оlmuşdur ki, о, dа оğlunu hərbi хidmətə çаğırdığındаn və yаyınmаsının qаrşısını аldığımdаn ona qаrşı qərəzli оlmuşdur. Bеlə ki, Yаrdımlı rаyоn İHB-nın Аrvаnа İnzibаti Ərаzi Dаirəsi üzrə Nümаyəndəliyində xx.xx.2024-cü il tаriхdə və xx.xx.2025-ci il tаriхdə qеydiyyаtа аlınmış SHХÇÜDХ-nin Yаrdımlı Rаyоn Bölməsinin müvаfiq оlаrаq xx.xx.2024-cü il tаriхli və xx.xx.2025-ci il tаriхli məktublаrı və оnlаrа əlаvə еdilmiş cədvəllərdən görünür ki, çаğırışçı kmi Miriyеv Nаsir Dаdаş оğlunun təkrаr tibbi müаyinədən kеçməsi üçün çаğırılmışdır. Bu isə хidməti vəzifəsini icrа еtməyini, çаğrıışçının аtаsının bunа görə ona qаrşı qərəzli оlmаsını göstərir. Həttа bаrəsində аrаşdırmа аpаrılаrkən də Dаdаş Miriyеv bаrəsində əsassız şikayət еtməməsini bildirib, bu bаrədə sоnrаdаn SHХÇÜDХ-nə tеlеqrаm ünvаnlаmаsını bildirməsinə bахmаyаrаq nəzərə аlınmаmışdır. Yuхаrıdа göstərildiyi kimi əmrdə оlаn bütün irаdlаr tаmаmilə əsаssızdır. Etirazın dəlilləri: Xidmətin Həmkarlar İttifaqı Komitəsinin 11 aprel 2025-ci il tarixli 8 nömrəli qərarına əsasən, Xidmətin Yardımlı rayon bölməsinin müfəttişi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə müvafiq olaraq işdən azad edilməsinə razılıq verilmişdir. Xidmət rəisinin 2 may 2025-ci il tarixli 3-43/Ə(şh)106/2025 nömrəli əmrinə əsasən, əmək vəzifələrini kobud şəkildə pozaraq "Korrupsiyaya qarşı mübarizə haqqında" xx.xx.2004-cü il 580-İİ nömrəli Azərbaycan Respublikasının Qanununun və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 274-İVQ nömrəli Qanunun tələblərini pozaraq hərbi vəzifəli Nasir Miriyevi təkrar tibbi müayinədən yayındırması müqabilində sonuncunun atası Dadaş Miriyevlə şəxsi marağından irəli gələn danışıqlar apardığına, qanunsuz hərəkətlərini gizlətmək məqsədi ilə Nasir Miriyevin təkrar müayinədən yayınması haqda onun yaşadığı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinə formal məktub göndərdiyinə, xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutduğuna, bu hərəkətləri ilə Xidmətin nüfuzuna xələl gətirdiyinə görə Yardımlı rayon bölməsinin müfəttişi İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilmişdir. Həmçinin xidməti təhqiqat materialı hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Bununla da o, etdiyi hərəkətlərlə Xidmətin nüfuzuna və ictimaiyyət arasında qazandığı nüfuzuna xələl gətirmişdir. Onu da qeyd etmək istərdilər ki, Xidmətin əməkdaşları qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməklə yanaşı maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir. Xidmətin əməkdaşları xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Onlar vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir və etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, o cümləden ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Həmçinin, Azərbaycan Respublikasının, dövlət orqanının nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. İnsanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Göstərilənlərə əsasən hesab edirlər ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. İddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəməyə daxil olmuş məktubla əməlində hər hansı cinayətin olmamasının təsdiqini tapdığını nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddiaçının işdən azad edilməsinin Dadaş Miriyevlə bağlı olduğunu, Dadaş Miriyevin isə həm cavabdeh təşkilata göndərdiyi teleqramlarında, həm də məhkəmədə verdiyi ifadəsində hirsli olduğu üçün iddiaçı barəsində yanlış məlumat verməsini, dediklərinin həqiqətə uyğun olmamasını bildirdiyini nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 etiraza uyğun məzmunda izahat verərək, iddiaçının Xidmətin nüfuzuna xələl gətirən hərəkətlər etdiyi üçün işdən azad edilməsini, əhkəməyə daxil olmuş məktubda cinayət tərkibinin olmaması göstərilsə də, işin nəticəsi barədə əlavə məlumat verilmədiyini diyini, lakin materiala xitam verilməsi barədə məlumat verilmədiyini nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, iddiaçını Komissarlıqdan tanıyır. İddiaçı ona uşağı komissarlığa təqdim etmək üçün dəfələrlə zəng etmiş, 2-3 dəfə gəlib xahiş-minnət etmişdir ki, vaxt verilsin, çünki oğlu Bakıda işləyirdi və maddi imkanları çox zəif olduğu üçün yola pul xərcləyib gəlməyini istəmirdi. Hər dəfə gəlib-getmək ona 50 manata başa gəlirdi. İddiaçı isə təkidlə oğlunu gətirməsini bildirirdi, buna görə əsəbiləşib ona 500 manat verdiyini yalandan demişdir. Sonradan işdən azad olunduğunu eşidəndə pis olmuşdur, çünki belə nəticələnəcəyini bilmirdi. Sonra Xidmətə teleqram göndərmiş, bildirmişdir ki, səhv məlumat verib. Bir daha bildirir ki, o, İddiaçı pul verməmişdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, 20 ilə yaxındır ki, Yardımlı rayonu, Arvana ərazi dairə nümayəndəsidir. Onlar Xidmətə çağırışı təmin etməkdə köməklik edirlər, mütəmadi komissarlıqla işləyirlər. Noyabr və fevral aylarında çağırışlar gəlmiş, qeydiyyata almışlar. İddiaçının rəhbərliyi ona şəxsən yayınan Miriyev Nasir barədə məlumat verib. Sonra iddiaçının təkidi ilə komissarlığa təmin edilib. İddiaçının iş yoldaşı Qurbanov da İddiaçıla işləyir, ikisinin xidməti nəticəsində Yardımlı rayonunda demək olar ki bütün çağırışçılar Xidmətə çağırılıb və təqdim ediliblər. Xidmətdən gələn nümayəndə Nasirlə bağlı daxil olan məktublara baxıb vurduqları ştampların düzgün vurmadıqları barədə irad bildirmişdir ki, guya ştamplar formal olaraq vurulub, həqiqətə uyğun olmayıb. Lakin onun uzun illərdir iş təcrübəsi var və kargüzarlıq qaydalarına uyğun olaraq işləyirlər. Məktub daxil olub və çağırışçı təmin edilib. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Xidmətin Yardımlı rayon bölməsinin müfəttişi İddiaçı və digərlərinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli xidməti təhqiqatın nəticəsinə dair rəyindən görünür ki, hərbi vəzifəli N.Miriyevi təkrar tibbi müayinədən yayındırması müqabilində sonuncunun atası D.Miriyevlə şəxsi marağından irəli gələn danışıqlar apardığına, qanunsuz hərəkətlərini gizlətmək məqsədi ilə N.Miriyevin təkrar müayinədən yayınması haqda onun yaşadığı inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə formal məktub göndərdiyinə, xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutduğuna, bu hərəkətləri ilə Xidmətin nüfuzuna xələl gətirdiyinə görə Yardımlı rayon bölməsinin müfəttişi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməyə təqdim olunması kadr və kadr hazırlığı baş idarəsinə tapşırılmışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli əmrindən (sənədin nömrəsi 3-43/Ə(ş/h)106/2025) görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) (72-ci maddəsinin “e” bəndi - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq İddiaçı 02 may 2025-ci il tarixdən Yardımlı rayon bölməsinin müfəttişi vəzifəsindən azad edilməklə əmək müqaviləsi ləğv edilmişdir. -Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 2-2-022/2-180869/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin sabiq müfəttişi İddiaçı qanunsuz hərəkətləri haqqında həmin xidmətdə toplanmış material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olaraq araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı barəsində cinayət tərkibli əməlin törədilməsi faktı təsdiq olunmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Təhməzov X5 Rayon Bölməsində müfəttiş peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli əmri (sənədin nömrəsi 3-43/Ə(ş/h)106/2025) ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) (72-ci maddəsinin “e” bəndi - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) müvafiq olaraq İddiaçı 02 may 2025-ci il tarixdən Yardımlı rayon bölməsinin müfəttişi vəzifəsindən azad edilməklə əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı hazırda işdən əsassız və qanunsuz olaraq azad edilməsini iddia etməklə əmək müqaviləsinə xitam verilməsinə dair əmri mübahisələndirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: - Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63-cü maddənin İ hissəsi). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən, Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 68 -ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68 -ci maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilərhttps://e-qanun.az/framework/46943. - 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. - Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalıdır. İşin materiallarından görünür ki, mübahisələndirilən əmrin verilməsinə əsas iddiaçının hərbi vəzifəli Nasir Miriyevi təkrar tibbi müayinədən yayındırması müqabilində sonuncunun atası Dadaş Miriyevlə şəxsi marağından irəli gələn danışıqlar aparması, qanunsuz hərəkətlərini gizlətmək məqsədi ilə Nasir Miriyevin təkrar müayinədən yayınması haqda onun yaşadığı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinə formal məktub göndərməsi, xidməti təhqiqat prosesində qeyrisəmimi mövqe tutması, bu hərəkətləri ilə Xidmətin nüfuzuna xələl gətirməsi olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 2-2-022/2-180869/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin sabiq müfəttişi İddiaçı qanunsuz hərəkətləri haqqında həmin xidmətdə toplanmış material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olaraq araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı barəsində cinayət tərkibli əməlin törədilməsi faktı təsdiq olunmamışdır. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, iddiaçı ona uşağı komissarlığa təqdim etmək üçün dəfələrlə zəng etmiş, o da 2-3 dəfə gəlib xahiş-minnət etmişdir ki, vaxt verilsin, çünki oğlu Bakıda işləyirdi və maddi imkanları çox zəif olduğu üçün yola pul xərcləyib gəlməyini istəmirdi. İddiaçı isə təkidlə oğlunu gətirməsini bildirirdi, buna görə əsəbiləşib ona 500 manat verdiyini yalandan demişdir. Sonradan işdən azad olunduğunu eşidəndə pis olmuşdur, çünki belə nəticələnəcəyini bilmirdi. Sonra Xidmətə teleqram göndərmiş, bildirmişdir ki, səhv məlumat verib. Bir daha bildirir ki, o, İddiaçı pul verməmişdir. Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara, o cümlədən şahid ifadələrinə qiymət verərək belə hesab edir ki, İddiaçı işdən azad olunmasına əsas olmuş cavabdeh tərəfin istinad etdiyi “hərbi vəzifəli Nasir Miriyevi təkrar tibbi müayinədən yayındırması müqabilində sonuncunun atası Dadaş Miriyevlə şəxsi marağından irəli gələn danışıqlar aparması, qanunsuz hərəkətlərini gizlətmək məqsədi ilə Nasir Miriyevin təkrar müayinədən yayınması haqda onun yaşadığı inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinə formal məktub göndərməsi, xidməti təhqiqat prosesində qeyri-səmimi mövqe tutması, bu hərəkətləri ilə Xidmətin nüfuzuna xələl gətirməsi” kimi hallar araşdırma zamanı öz təsdiqini tapmamışdır. Əksinə təkzib edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 02 may 2025-ci il tarixli əmri (sənədin nömrəsi 3-43/Ə(ş/h)106/2025) qanunsuz və əsassız olmuşdur. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Məhkəmə, iddiaçının barəsində olan əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmasını qeyd edərək, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 02 may 2025-ci il tarixli əmri (sənədin nömrəsi 3-43/Ə(ş/h)106/2025) ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsində “müfəttiş” vəzifəsinə bərpa olunmalı, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 02 may 2025-ci il tarixindən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 02 may 2025-ci il tarixli əmri (sənədin nömrəsi 3-43/Ə(ş/h)106/2025) ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Bölməsində “müfəttiş” vəzifəsinə bərpa olunsun. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 02 may 2025-ci il tarixindən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1442/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1442/2025
28.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver