Məhkəmə qərarları › İş №e-2(009)-1459/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1459/2025

04.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1459/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanma Fonduna qarşı işə bərpa və s. tələblərinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanma Fonduna qarşı İşə bərpa və s. tələbləri barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. İddiaçı tərəfindən məhkəməyə verilən iddia ərizəsində, cavabdehin hüquqi ünvanı kimi Bakı şəhəri Babək prospekti 16 kimi göstərilmiş və iddia ərizəsini Səbail rayon Məhkəməsinə təqdim etmişdir. Lakin “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışa əsasən isə cavabdeh Əmanətlərin Sığortalanma Fondunun hüquqi ünvanın ünvan 2 Babək prospekti 16 ünvanı onun faktiki fəaliyyət göstərdiyi ünvandır. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Hakim qeyd edir ki, iddia cavabdeh Əmanətlərin Sığortalanma Fondunun hüquqi ünvanı üzrə verilməli olduğundan iddiaçı düzgün olmayaraq iddianı Səbail rayon Məhkəməsinə vermişdir. Hakim həmçinin qeyd edir ki, cavabdehin hüquqi ünvanın aid olduğu yer Səbail rayonu deyil, Nəsimi rayonuna aiddir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olması məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırki iddia ərizənin məhkəmə icraatı qeyri-mümkündür və bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 35.1, 40.1 və 152.1.3-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanma Fonduna qarşı işə bərpa və s. tələblərinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar