Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1475/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ilkin mediasiya sessiyası tələb olunan işlər üzrə prosedurun 2A bəndinə əsasən aidiyyatı məhkəməyə müraciət etmək üçün 10 saylı Mediasiya Təşkilatına göndərdiyi 02 iyun 2022 il tarixli ******* №-li məktuba əlavə edilmiş 34 vərəq, 62 səhifə qoşma sənədləri iddia ərizəsinə əlavə etmək üçün geri qaytarılmasını 10 saylı Mediasiya Təşkilatından, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə 10 saylı Mediasiya Təşkilatına “ilkin mediasiya sessiyası tələb olunan işlər üzrə prosedurun 2A bəndinə əsasən aidiyyatı məhkəməyə müraciət etmək üçün 10 saylı Mediasiya Təşkilatına göndərdiyi 02 iyun 2022-ci il tarixli ******* №-li məktuba əlavə edilmiş 34 vərəq, 62 səhifə qoşma sənədləri iddia ərizəsinə əlavə etmək üçün geri qaytarılması ilə bağlı” göndərdiyi 14 iyun 2022-ci il tarixli ******* №-li məktubunu əsas tutaraq Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən icraya götürülməsini 2 saylı Mediasiya Təşkilatından xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən ərizə iddia ərizəsi kimi elektron kabinetə yerləşdirilərək, cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi qeyd edilsə də, ərizənin məzmunundan görünür ki, ərizə vəkilə və mediasiya təşkilatlarına ünvanlanmaqla, ərizənin “xahiş edirəm” hissəsində “ilkin mediasiya sessiyası tələb olunan işlər üzrə prosedurun 2A bəndinə əsasən aidiyyatı məhkəməyə müraciət etmək üçün 10 saylı Mediasiya Təşkilatına göndərdiyi 02 iyun 2022 il tarixli ******* №-li məktuba əlavə edilmiş 34 vərəq, 62 səhifə qoşma sənədləri iddia ərizəsinə əlavə etmək üçün geri qaytarılmasını Bakıv şəhəri 10 saylı Mediasiya Təşkilatından, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə 10 saylı Mediasiya Təşkilatına “ilkin mediasiya sessiyası tələb olunan işlər üzrə prosedurun 2A bəndinə əsasən aidiyyatı məhkəməyə müraciət etmək üçün 10 saylı Mediasiya Təşkilatına göndərdiyi 02 iyun 2022-ci il tarixli ******* №-li məktuba əlavə edilmiş 34 vərəq, 62 səhifə qoşma sənədləri iddia ərizəsinə əlavə etmək üçün geri qaytarılması ilə bağlı” göndərdiyi 14 iyun 2022-ci il tarixli ******* №-li məktubunu əsas tutaraq Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən icraya götürülməsini 2 saylı Mediasiya Təşkilatından xahiş edilməsi” qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni yoxlayaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə uyğun olaraq ərizə geri qaytarılmalıdır. Belə ki, 149.2-maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formaya və məzmuna riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü madəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi (ərizəsi) və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1475/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1475/2022
20.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver