Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-148/2023 16.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, iddiaçıların atası X3 onlara ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. ünvan 2susi notariusu tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi əsasında qeyd olunan fərdi yaşayış evi üzərində onların mülkiyyət hüquqları qeydiyyata alınmış və bununla bağlı Çıxarış verilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 onların bibisi qızlarıdır. Digər cavabdehlərdən Cavabdeh4 Cavabdeh3 əri, X31 və Cavabdeh5 isə Cavabdeh2 uşaqlarıdır. Cavabdehlər onlara məxsus fərdi yaşayış evində qeydiyyatda olsalar da, orada yaşamırlar, onların mübahisəli mənzildə qeydiyyatların formal xarakter daşıyır. Cavabdehlərin qeyd olunan fərdi yaşayış evində yaşamamalarına baxmayaraq, həmin evdə pasport qeydiyyatında qalmaları onların mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Göstərilənləri nəzərə alaraq iddiaçılar cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 ünvan 1-ə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıların nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçıların atası Sadıqov Hacısadıq 2019-cu ilin aprel ayında rəhmətə getmişdir. İddiaçılar vərəsəlik şəhadətnaməsinin açılması üçün notariat orqanına müraciət edəndə bildirilib ki, atalıq müəyyən olunmalıdır. Sonra onlar atalığın müəyyən olunması üçün məhkəmədə iddia qaldırmışlar. İddia tələbləri təmin olunmuş və bu gün də qətnamə qüvvədədir. İddiaçılar mübahisəli mənzilə dair çıxarış almışlar, indi də qeydiyyatda olan şəxslərin hüquqlarının itirilməsini istəyirlər. Qeydiyyatda olan Sevil və İlhamə mərhumun bacısı uşaqlarıdır, İzzət İlhamənin əridir, onlar orada daimi yaşamırlar, ev indi boşdur, onlar yalnız yayda gəlib qalırlar. Cavabdehlər 2009cu ildən sonra mübahisəli mənzilə qeydiyyata düşüblər. Daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüklərindən hüquqlarını itirmişlər. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində istifadə hüquqları qeydiyyata alınmamışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçıların nümayəndəsinin məhkəmədə verdiyi izahatı ehtimallara əsaslanır. Şahidlər təsdiq edə bilərlər ki, mərhumun bacısı qızları Sevil və İlhamə daima mübahisəli ünvanda 1990-cı illərdən yaşayıblar. İlhamənin həyat yoldaşı İzzət isə evləndikdən sonra həmin evdə yaşamağa başlamış, qeydiyyata düşmüşdür.Bu mübahisələr kişi öləndən sonra başlanmışdır. Sadıqın bacısı uşaqları həmişə dayısı ilə qalırdılar, həmin evə istifadə hüququ əldə etmişlər. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında izahatı alınmış Cavabdeh4 Soltanəziz oğlu iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, İlhamənin həyat yoldaşıdır. Sevil və İlhamənin anası sağdır və rayonda yaşayır. Dayıları mərhum Hacısadıq 1990-cı ildə evlənmişdir, həyat yoldaşından uşaqları olmadığı üçün 1993-cü ildə ayrılmışdır. Tək yaşadığından qızlar tələbə olduqları vaxtdan onun evində yaşayırdılar, Sevil 1990-cı ilin əvvələrindən, İlhamə isə 1993-cü ildən gəlmişdir və bu günə qədər də mübahisəli evdə qalırlar. O, İlhamə ilə 2000-ci ilin iyul ayının 20-də evlənmiş, hərbi xidmətdə olduğundan həmin mənzilə hərdən gəlib-gedirdi, lakin ailəsi daima orada qalırdı. Ona hökümət tərəfindən 2016-cı ildə xidməti mənzil verilmiş və ehtiyacı olduğu üçün o, həmin mənzili kirayə vermişdir. Mərhum özü də demişdir ki, “getməyin, burada qalın, mən təkəm”. Özü isə ailəsinin yanında mübahisəli evdə qalır. Sabirin uşaqları isə tələbədirlər, Türkiyədə oxuyurlar. Ona görə də məhkəmə iclasında iştirak edə bilmirlər. Kommunal xidmətlərini o, ödəyir. Sevil mübahisəli mənzildə 2004-cü ildən qeydiyyatdadır, Sevilin əri rayonda qeydiyyatdadır, o, isə 2015-ci ildə qeydiyyata düşmüşdür. Sevil tələbə olan vaxtı 1990-cı ildə, İlhamə isə mübahisəli evə 1993-cü ildə gəlmişdir. Mübahisəli ev iki mərtəbəli və çox otaqlıdır. 1990-cı ildə ev çox kiçik və iki otaqlı olmuşdur. 2005-ci ildə mərhum evi təmir etmişdir. Mərhum qonşularla razılaşaraq qonşulardan evi almış və böyütmüşdür. O, da kişiyə kömək etmiş, pul vermiş, material almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, Əlibəyov qardaşları küçəsində 2019-cu ilin payız aylarından yaşayır. O, mərhum Hacısadıqı görməmişdir, öləndən sonra həmin ünvana gəlmişdir. O, İzzətlə qonşudur. İzzət ailəsi və bacanağı ilə orada yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 öz ifadəsində göstərmişdir ki, o, 1981-ci ildən Əlibəyov qardaşları küçəsi, ev 64 ünvanda yaşayır. İzzəti tanıyır. Mərhum Sadıq kişi iki kiçik otağı gəlib yaşayıb, sonra evi böyüdüb. Onun Sadıq kişi ilə çox yaxşı münasibəti olub. Sadıq ailəsi ilə ayrılmışdı, qohumları onu tək qoymurdu, hər gün gəlib onun yeməyini bişirirdilər. sadıq bacısı uşaqları ilə qalırdı. Sadıq “Sahil” metrosu yanında iş qurmuş, bütün qohumları ora işə götürmüşdür, hamı onun evində gəlib qalırdı. İndi İzzət və Sabir öz ailəsi ilə orada qalırlar. Sevil və İlhamə həmişə orada qalırdılar, dayısı onları qeydiyyata salmışdır. Mərhum deyirdi “bu ev Sevilindi, qoy həmişə işıqları yansın”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 öz ifadəsində göstərmişdir ki, o, mərhum Hacısadıqla təxminən 30 il, yəni 1990-cı ildən yaxın dost olmuşdur. Sonra hərdən onunla bir yerdə qalırdı. İzzəti tanıyır, Sevil, Sabir da daima onlarla qalırdı. Onun yoldaşı rəhmətə gedəndə Sadıq kişi ona təxminən 7-8 il əvvəl bir otaq vermişdir, orada bir il qalmışdır. O, Sadıqgilə həmişə gedibgəlmişdir. Sabir və İzzət ailəsi ilə birlikdə onlarda qalırdılar. Sadıqın evində onun qardaşı oğlu Vüsal da qalırdı. Sadıqın bacısı rayonda qalırdı, rayon camaatı hamısı onun evinə gəlib-gedirdi. O, Sadıqın evində pulsun qalırdı, pul vermirdi, onlar dost olmuşlar. Sonradan ev tapıb çıxmışdır. O, qaldığı bir il müddətində orada daima Vüsalı, Sevili, İzzətin ailəsi görürdü. İndi o mənzildə daima Sabir və İzzət ailəsi ilə birgə qalırlar, o, oradan hərdən keçəndə görür ki, ordadırlar. Sevilin bir oğlu, bir qızı var, orada qalırlar. Sadıq bir dəfə söhbət zamanı bildirmişdir ki, Sevil və İlhaməni məktəbdə oxumaqları üçün evə qeydiyyata salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X33 öz ifadəsində göstərmişdir ki, o, İzzəti tanıyır, qohumdur, mərhum Sadıq bibisi oğludur. O, həmin evdə taxta işlərini görmüşdür, təmir etmişdir. O, rayonda yaşamışdır, Sadıqla həmişə əlaqəsi olmuşdur. O, 1991-1992-ci illərdə xəstə olmuşdur, Bakıda müalicə almışdır, həmin vaxt Sadıqgilə gəlib getmişdir. Sadıq əvvəl evdə özü və yoldaşı ilə qalırdı, boşanandan sonra Sevil və İlhamə məktəbdə oxuyurdular deyə həmin evdə qalırdılar. 2000-ci ildə o, Bakıya köçmüş, 1-2 il keçmiş evi təmir etməyə gəlmiş, onda Sevil və bacısı orada qalırdı, təmirə görə başqa yerə getmişlər, təmirdən sonra həmin evə qayıtmışlar. Həmin evdə 1-ci mərtəbədə 3 otaq, hamam, mətbəx və ayaqyolu, 2-ci mərtəbədə də 3 otaq, hamam və ayaqyolu var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 öz ifadəsində göstərmişdir ki, o, mərhum Sadıq kişinin qonşusudur, həmin ünvanda anadan olmuşdur, Sadıq kişi 1991-ci ildə qonşuluqdakı evi almışdır, həmin evdə o, tək yaşamışdır, bacısı qızları Sevil və İlhamə təhsil aldığı müddətdə Sadıq kişinin evində yaşamışlar, sonra isə ailə qurub gediblər, orada yaşamırlar. Hazırda həmin evdə heç kim yaşamır. Sevilin Milli Məclis tərəfdə evi var, ipoteka ilə alıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, Sadıq kişi onun nənəsinin qardaşıdır. İddiaçılar nənəsi Zərifə Bayramovanın qardaşı uşaqlarıdır. Sevil bacısı ilə Sadıqın evində yaşayıblar, sonra çıxıb gediblər. Sevil Badamdarda yaşayır, o, da əvvəllər həmin binada qalırdı, sonra evi satıb oradan çıxmışdır. İlhamənin də Masazırda evi var, orada yaşayır. Sadıq kişi öldükdən sonra o, evə gedib-gəlməmiş, Sevilgilnən onların münasibəti soyumuşdur, onlar evi ələ keçirmək istəyirdilər. Hazırda həmin evdə kimin qalmasını bilmir. İş üzrə Azərbaycan Respubikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Sumqayıt regional vəkil bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı İddiaçı1 (pasport No 7********) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respbulikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 4 ünvanına qeydiyyata alınmışdır. Rusiya Federasiyasının vətəndaşı Kotova Nadezhda (pasport No 7********) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 4 ünvanına qeydiyyata alınmışdır. Rusiya Federasiyasının vətəndaşı Sadygov Alesker (pasport No 7********) sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 5 ünvanına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 6 ünvanda yaşayan Cavabdeh4 ilə “Azəriqaz” İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə xx.xx.2021-ci il tarixli müqavilə bağlanılmışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində istifadədə olan 0,0263 ha torpaq sahəsində yerləşən 307,30 kv.m. ümumi sahədən ibarət 58 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 1/6 hissəsi (xx.xx.2012-ci il tarixdən), X5 1/6 hissəsi (xx.xx.2012-ci il tarixdən), X4 1/6 hissəsi (xx.xx.2016-cı il tarixdən), İddiaçı1 ¼ hissəsi (xx.xx.2022ci il tarixdən) və İddiaçı2 ¼ hissəsi (xx.xx.2022-ci il tarixdən) mülkiyyətindədir. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 46 sayoı MKİS tərəfindən Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Əlibəyov Qardaşları, ev 58 ünvanda 4 ayrı-ayrı ev var: - 1-ci ev Əlibəyov Qardaşları, 58: X2 (1930-cü il təvəllüdlü), X12 (1968-ci il təvəllüdlü), X13 (1957-ci il təvəllüdlü), X6 (1963-cü il təvəllüdlü), X23 (1996-cı il təvəllüdlü); - 2-ci ev Əlibəyov Qardaşları, 58: X14 (1949-cu il təvəllüdlü, 2019-cu ildə vəfat edib), Cavabdeh2 (1970-ci il təvəllüdlü), Cavabdeh3 (1976-cı il təvəllüdlü), Cavabdeh4 Soltanəziz oğlu (1976-cı il təvəllüdlü), Cavabdeh5 (2001-ci il təvəllüdlü), Cavabdeh1 (2000-ci il təvəllüdlü); - 3-cü ev Əlibəyov Qardaşları, 58: X17 (1938-ci il təvəllüdlü), X18 (1976-cı il təvəllüdlü), Heydərova Şəlalə (1978-ci il təvəllüdlü), X7 (1984-cü il təvəllüdlü); - 4-cü ev Əlibəyov Qardaşları, 58: X19 (1980-cı il təvəllüdlü), X15 (1993-cü il təvəllüdlü). İş üzrə AR DİN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 58 saylı evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, respublika ərazisinin mövcud arxiv materiallarına əsasən Cavabdeh4 ünvan 9 ünvanında yerləşən 3 saylı mənzil üzərində tam mülkiyyət hüququ xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məktubda qeyd olunan digər şəxslərin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş üzrə "xxxx" MMC-nin 1 saylı rabitə xidmətləri mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən ***-**-** saylı nömrə xx.xx.2022-ci il tarixdən Əlibəyov qardaşları, ev 58 ünvanında yaşayan abunəçi Cavabdeh4 adına sənədləşib. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 46 saylı MKİS tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli Forma-2 nömrəli arayışından görünür ki, X14 (1992-ci ildən) və bacısı qızı X16 (2004-cü ildən) ünvan 10 ünvanda qeydiyyatda olmuşlar. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 46 saylı MKİS tərəfindən Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən Cavabdeh4 xx.xx.2015-ci ildən, Cavabdeh3 xx.xx.2015-ci ildən, Cavabdeh2 2011-ci ildən, Cavabdeh1 xx.xx.2017-ci ildən, Cavabdeh5 xx.xx.2016-cı ildən hal-hazıra kimi ünvan 1 ünvanda qeydiyyatdadırlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 58 saylı ev paylı mülkiyyət hüququ üzrə X1 1/6 hissəsi (xx.xx.2012-ci il tarixdən), X5 1/6 hissəsi (xx.xx.2012-ci il tarixdən), X4 1/6 hissəsi (xx.xx.2016-cı il tarixdən), İddiaçı1 ¼ hissəsi (xx.xx.2022-ci il tarixdən) və İddiaçı2 ¼ hissəsi (xx.xx.2022-ci il tarixdən) mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli daşınmaz əmlak iddiaçılara 2019-cu ildə vəfat etmiş atası X3 miras qalmış və vərəsəlik şəhadətnaməsi əsasında həmin ev üzərində iddiaçılar paylı mülkiyyət hüquqları müəyyən edilərək daşınmış əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçıların bibisi qızlarıdır, Cavabdeh4 Cavabdeh3 həyat yoldaşı, Fərəc Usubov və Mirvari Usvubova isə Cavabdeh2 uşaqlarıdır, onlar mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh4 xx.xx.2015-ci ildə, Cavabdeh3 xx.xx.2015-ci ildə, Cavabdeh2 2004-cü ildə, Cavabdeh1 və Cavabdeh5 xx.xx.2016-cı ildə mübahisəli evə qeydiyyata düşmüşlər, həmin vaxtı evin mülkiyyətçisi iddiaçıların atası olmuşdur. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onlar, cavabdehlərin onların mülkiyyətində olan evinə istifadə hüquqlarına xitam verilməsini xahiş etmişlər və iddianın əsası kimi cavabdehlərin mübahisəli evdə yaşamamaları, qeydiyyatlarının formal xarakter daşıması göstərilmişdir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə iclasında şahid ifadələri ilə müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh3 və Cavabdeh2 Bakı şəhərində təhsil aldıqları vaxtdan 1990-1993-cü illərdən, Cavabdeh4 ailə həyatı qurduğu 2000-ci ilin iyul ayından mübahisəli evdə yaşamış, lakin yaşayış yeri üzrə qeydiyyata Cavabdeh2 2004-cü ildə, digər cavabdehlər isə 2009-cu ildən sonra düşmüşlər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli Qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 1985-ci il 12 aprel tarixli “Məhkəmələrin Azərbaycan SSR Mənzil Qanunvericiliyinin tətbiqi təcrübəsinə dair” Qərarına əsasən yaşayış sahəsinə digər şəxslərin hüququna dair mübahisələrin həlli zamanı məhkəmələr nəzərdə tutmalıdırlar ki, yaşayış sahəsinə yalnız o şəxslər tələb irəli sürə bilər ki, onlar mənzil sahibinin yaxud kirayəçinin yaxın qohumlarıdır, yaxud kirayəçidən asılı olan, əmək qabiliyyəti olmayan şəxslərdir. İstisna halda digər şəxslər yalnız o şərtlə müvafiq hüquqa malik olurlar ki, onlar kirayəçi ilə birgə təsərrüfat aparırlar, yaxud onunla ailə münasibətlərindədirlər. Bunlardan biri olmasa şəxs kirayəçinin ailə üzvü hesab edilə bilməz. Göründüyü kimi, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər. Beləliklə, yaşayış sahəsindən istifadə hüququ yalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olur. Məhkəmə qeyd edir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 mübahisəli evin əvvəlki mülkiyyətçisinin bacısı uşaqları - qohumu olmaqla, qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri baxımından mülkiyyətçinin ailə üzvü hesab edilməsələr də, onlar mülkiyyətçinin razılığı ilə onun evində 1990-cı illərdən yaşamışlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehlər bu günədək mübahisəli evdə yaşayırlar. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 təhsil almaları ilə bağlı yuxarıda qeyd edilən tarixdən, Cavabdeh4 2000-ci ilin iyul ayından ailə həyatı qurduqdan sonra mübahisəli evdə yaşamağa başlamış (digər cavabdehlər Cavabdeh2 övladlarıdır, həmin ünvanda anadan olmuşlar), onlar mülkiyyətçi ilə birgə təsərrüfat aparmış,mülkiyyətçinin gündəlik məişət işlərini yerinə yetirmiş,evin yenidən qurulmasında iştirak etmiş, lakin həmin yaşayış yeri üzrə qeydiyyatlara sonradan və müxtəlif vaxtlarda düşmüşlər. Bununla da cavabdehlərin mübahisəli evə istifadə hüququnun yaranması məhkəmə iclasında öz təsdiqini tapmışdır. İddiaçılar da iddia tələblərində cavabdehlərin belə bir hüquqa malik olmalarını qeyd etmiş (etiraf etmiş), lakin cavabdehlərin mübahisəli evdə yaşamamaları və qeydiyyatlarının formal olması əsası ilə həmin hüquqların itirilməsi barədə qərar edilməsi xahiş olunmuşdur. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə dəvət edilən şahid ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri sübut növü kimi qəbul etmir. Belə ki, Ə.Bayramov 1997-ci il təvəllüdlü olmaqla, eyni zamanda cavabdehlərlə soyuq münasibətdə olmasını etiraf etməklə işin faktiki halları barədə göstərdiyi məlumatları məhkəmə inandırıcı hesab etmir, digər şahid ifadəsi isə eyni zamanda mülahizə xarakterli daşıyır, hər hansı fakta söykənmir. Şahid keçmiş mülkiyyətçisinin vəfatından sonra ev üzrə kommunal xidmətlərin ödənilməsindən məlumatsız olmasını, İzzət adlı şəxsi tanımadığını bildirmiş, halbuki həmin şəxs həmin ev üzrə bütün kommunal xidmətlərinin ödənişlərini həyata keçirilir və bununla bağlı bağlanan müqavilələrin tərəfidir. Məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli evə istifadə hüquqları xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yarandığı üçün, iddiaçıların irəli sürdüyü tələbə, yəni cavabdehlərin istifadə hüquqlarına xitam verilməsinə həmin hüquqlarının yaranan vaxt qüvvədə olan qanunun normalarının baxımından qiymətləndirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd edilən Məcəllənin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olaq evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. AR Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin Qərarlarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin qüvvəyə mindiyi tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından istifadə hüququ əldə etmiş ailə üzvünün istifadə hüquqlarına xitamı qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından həll edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları,o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmə qanunun yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, cavabdehlərin mübahisəli evə istifadə hüquqlarının itirilməsi yalnız onların mübahisəli evdən daimi yaşamaq üçün köçməsi təsdiq olunarsa mümkündür. İddiaçılar cavabdehlərin mübahisəli evdə yaşamamalarını iddia etsələr də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Əksinə məhkəmə iclasında şahid ifadələri ilə müəyyən edilmişdir ki, cavabdehlər həm keçmiş mülkiyyətçinin sağlığında, həm də hazırki vaxtadək mübahisəli evdə yaşayırlar, miras qoyanın vəfatından sonra bütün kommunal xərclər cavabdehlər tərəfindən ödənilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərin mübahisəli evə istifadə hüquqları yarandığından, bu hüquqlara yalnız müvafiq kompensasiya ödənilməsi yolu ilə, yaxud mübahisəli evə ehtiyacının aradan qalxmasından sonra kompensasiya verilmədən xitam verilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 qarşı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 58 saylı evə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev