Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1482/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxsin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı X9 (Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh X1rşı “mənzilin özəlləşdirilməsi üçün razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X19 cavabdeh X1rşı “mənzilin özəlləşdirilməsi üçün razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X7 xx.xx.2004-cü il tarixində vəfat etmiş atası X11 miras qalmış, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın özəlləşdirilməsi üçün razılıq verilməsi öhdəliyinin cavabdeh X3 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: iddiaçının atası X17 1980-ci ildə 23 nömrəli Hərbi Zavodda işlədiyi dövrdə Bakı şəh. Keçmiş 26 Bakı Komissarı rayon X12 İcraiyyə Komitəsinin (indiki Səbail) 1/108 saylı xx.xx.1980-ci il tarixli orderi əsasında Badamdar qəs., 2-ci Neftçi döngəsi, ev 3, blok 14, 5-ci mərtəbə ev 145 ünvanda yerləşən 2 otaqlı evi 4 nəfərdən ibarət olan ailə üzvünə verilmişdir. Ailə üzvlərinin tərkibi atası X23, anası X5, bacısı X13 və İddiaçı Raşidovnadan ibarət olmuşdur. İddiaçı ailə üzvləri ilə həmin evə köçüb yaşamışdırlar. İddiaçı və bacısı həmin evdə bu günədək qeydiyyatdırlar. İddiaçının anası xx.xx.1983-cü il tarixində, atası isə xx.xx.2004-cü il tarixində vəfat etmişdir. Hazırda iddiaçı X7 xx.xx.2004-cü il tarixində vəfat etmiş atası X11 miras qalmış, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın özəlləşdirilməsini istəyir. O, bu barədə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin bundan 30 may 2003-cü il tarixli cavab məktubu ilə imtina edilmişdir. İddiaçı həmin mənzili özəlləşdirmək istəsə də, Cavabdeh buna razılıq vermir. İddiaçının həmin mənzili özəlləşdirməsi üçün cavabdehin razılığının alınması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək və ərizə təqdim edərək bildirmişdir ki, 2004-cü ildə ataları dünyasını dəyişmişdir. Həmin vaxtdan iddia ilə müraciət edə bilərdilər. Ümumi müddət də keçmişdir. Bu məsələ iddiaçı tərəf üçün vacib idisə, 20 il öncə özəlləşdirməklə bağlı iddia qaldıra bilərdilər. Mənzil fondunda mənzilin təyinatı dəyişdirilməlidir. Ev Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansındadır və həmin evin statusunu dəyişdirmədən, yəni Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondundan çıxarmadan iddia tələbinin təmin olunması mümkünsüzdür. İddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X22 bildirmişdir ki, 2019-cu ilə qədər daimi orderi olan şəxslər mənzilləri özəlləşdirmişlər. Amma 2019-cu ildən sonra özəlləşdirməyə dair razılıq məktubu Müdafiə Nazirliyi tərəfindən Əmlak Komitəsinə verilmir. O vaxt mənzilə dair order verildiyi üçün kirayə müqaviləsi bağlanılmayıb. Qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri 26 Bakı Komissarlığı rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-JQ seriyalı, 430876 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh Bakı şəhərində anadan olmuş, ata qrafasında X23, ana qrafasında X6 qeyd edilmişdir. - Bakı şəhəri 26 Bakı Komissarlığı rayonu VVAQ şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı, 284349 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X19 Bakı şəhərində anadan olmuş, ata qrafasında X23, ana qrafasında X6 qeyd edilmişdir. - 19 mart 1980-ci il tarixli, 184516 nömrəli orderdən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil X20, X2, Cavabdeh, X14 verilmişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, ev 14, mənzil 8 xx.xx.2003-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən 15 nömrəli aktla qeydə alınmış AZ-İ seriyalı, 045648 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 7 №li Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, 7 nömrəli Mənzil-istismar sahəsinin mühasibi Sevda Əliyeva, qeydiyyatçı kargüzarı Elmira Əfəndiyeva, texnik Ramin Salmanov aktı balanslarında olan İ.Ağayev küçəsi 3 saylı binanın 145-ci mənzilində qeydiyyatda olan X8 həmin mənzildə yaşaması və qonşuların aktının doğruluğu ilə əlaqədar tərtib edirlər. 25 oktyabr 2022-ci il tarixində yuxarıda qeyd olunan tərkibdə komissiya üzvlərinin iştirakı ilə mənzildə olmuşlar. X15 mənzildə yaşamaması tərəflərindən sübut olundu və akt tərtib edildi. Akt aidiyyəti təşkilatlara təqdim etmək üçün tərtib olunur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhumun vərəsələrindən birinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi, 3 saylı evin, 145 saylı mənzilinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərə (vərəsəlik dairəsinin müəyyən olunması barədə müvafiq notariat ofisinin məktubu və arxiv arayışı əlavə olunmaqla) həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri və mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) əlavə olunmaqla “ASAN Xidmət” Mərkəzlərinə müraciət edəcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 № forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. - AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X19, X18, X16, X21 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 7 №li Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 226 saylı məktubundan görünür ki, ünvan 5 ünvanı hal-hazirda şəhid İqor Ağayevin adına İqor Ağayev küçəsi adlanır. Adı çəkilən mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fonduna aiddir. Mənzil 184516 nömrəli 19 mart 1980-ci il tarixli orderlə X20 və ailəsinə verilmişdir. Orderdə iki otaq, sahəsi 32.5 kv.m olan mənzilə aşağıdakı ailə tərkibi qeyd edilmişdir: 1. X23 - özü, 2. X6 - arvadı, 3. Cavabdeh qızı, 4. X19 - qızı. X6 xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. X23 xx.xx.2004-cü il tarixdə vəfat edib, vəfat edən günə qədər qızları ilə birlikdə yaşamışdır. Hal-hazırda qeydiyyatda olanlar: 1. qızı - X13 - xx.xx.1975-ci il, 2. qızı - İddiaçı - xx.xx.1977-ci il, 3. nəvəsi - X18 - xx.xx.2010-cu il-xx.xx.2011-ci il. Mənzil özəlləşdirilməmişdir, mərhum X17 adınadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli, 6436 saylı məktubundan görünür ki, X20 ünvan 6 ünvanına verilmiş 19 mart 1980-ci il tarixli, 184516 nömrəli order daimi orderdir və sözügedən yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır. Azərbaycan Respublikasının hərbi qulluqçularının statusu haqqında qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən qeyd olunan ünvanın özəlləşdirilməsi ümumilikdə məqsədəuyğun hesab edilmir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Neftçilər döngəsi ev 3, giriş 14-də iki otaqdan ibarət, sahəsi 32.5 kv.m olan 145 saylı mənzil Keçmiş 26 Bakı Komissarı rayon X12 İcraiyyə Komitəsinin 1/108 saylı saylı, xx.xx.1980-ci il tarixli sərəncamına əsasən 184516 nömrəli 19 mart 1980-ci il tarixli orderlə X20 və ailəsinə verilmişdir. Orderdə X23 özü, arvadı - X6, qızları Cavabdeh və X9 adları qeyd edilmişdir. İşin materiallarından görünür ki, X6 xx.xx.1983-cü il tarixdə, X23 xx.xx.2004-cü il tarixdə vəfat etmişlər. Hazırda mənzildə X19, X18, X16, X21 qeydiyyatdadırlar. İddiaçı mübahisəli mənzili atasından qalmış miras əmlak kimi qiymətləndirərək onun özəlləşdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrinin tələbləri baxımından 30 may 2023-cü il tarixli cavab məktubu ilə imtina edilmişdir. İddia tələbinə əsasən Cavabdeh mənzili özəlləşdirməsinə razılıq vermədiyi üçün onun razılığının məhkəmə qaydasında alınması zərurəti yaranmışdır. Cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi mənzilin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmadan iddia tələbinin təmin olunmasın mümkünsüz olmasını göstərməklə yanaşı iddiaçı tərəfindən iddia müddətinin buraxılmasına da istinad etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanun»un: - 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə, vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada və əvəzsiz olaraq şəxsi mülkiyyətə keçirmək hüququ vardır. - 3-cü maddəsinə əsasən vətəndaşlar yaşadıqları mənzillərin bu qanunda müəyyən edilmiş şərtlər və qaydalar daxilində onların mülkiyyətinə verilməsini tələb edə bilərlər. - 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 № forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanun»un 5-ci maddəsinə əsasən mənzillər özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bunlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Qeyd edilən Qanunun 12-ci maddəsinə əsasən isə mənzilə mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Müəyyən edilmişdir ki, mübahisəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fonduna aid olmaqla Nazirliyin balansındadır və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin iş materiallarında olan rəsmi məktubuna əsasən Azərbaycan Respublikasının hərbi qulluqçularının statusu haqqında qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən qeyd olunan ünvanın özəlləşdirilməsi ümumilikdə məqsədəuyğun hesab edilmir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil statusunda olmaqla dövlət mənzil fonduna aid olmadığından yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından onun statusu dəyişdirilmədən, yəni Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmadan özəlləşdirilməsi mümkünsüzdür. Bundan əlavə, məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd etməyi də zəruri sayır ki, mənzilin statusu onun özəlləşdirilməsinə hüquqi zəmin yaratdığı təqdirdə belə bu halda özəlləşdirmə haqqında qanunvericilikdə mənzilin kirayəçisinə mənzil özəlləşdirilərkən digər ailə üzvlərinə münasibətdə üstünlük hüququnun olması nəzərdə tutulmamışdır. Məhkəmə daha sonra qeyd edir ki, mənzildə ailə üzvlərinin hər hansı birinin adına özəlləşmənin həyata keçirilməsinə yazılı razılıq verməməsi digər ailə üzvlərinin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə olan halda mübahisəli mənzil qanunvericilikdə təsbit edildiyi kimi, bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Ailə üzvlərindən birinin digərinin adına özəlləşməyə razılıq verməyi könüllüdür və bu halda razılıq verən şəxs həmin mənzilə əldə edə biləcək mülkiyyət hüququndan könüllü imtina edir. Məhkəmə hesab edir ki, mənzildə qeydiyyatda olan cavabdehin mənzilin özəlləşdirilməsi üçün razılıq ərizəsi verməsi sonuncunun hüququdur. Yəni, o bu razılığı verməyə borclu deyil və məcburən, hər hansı formada (məhkəmə qaydasında) bu razılığı verməli deyildir. Belə ki, özəlləşməyə razılıq könüllülük prinsipinə əsaslanır. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh də mübahisəli mənzilə iddiaçı ilə bərabər eyni hüquq və vəzifələrə malik olmaqla, mənzilin onun da adına paylı şəkildə özəlləşdirmək hüququ vardır. Məhkəmə iddiaya hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, mübahisəli mənzilin özəlləşdirilməsinə cavabdeh tərəfindən manelər yaradılması sonuncunun həmin mənzil üzərində qanunla qorunan və tanınan hüquqları ilə bağlıdır və bu məhkəmə qaydasında aradan qaldırılmalı olan maneə kimi qiymətləndirilə bilməz. Bundan əlavə, məhkəmə hesab edir ki, mənzilin özəlləşdirilməsinin cavabdehin razılığı nəzərə alınmadan aparılması birbaşa sonuncunun hüquqlarının pozulması ilə nəticələ bilər. Məhkəmə, cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibət bildirərək hesab edir ki, hazırki mübahisədə mənzilin özəlləşdirilməsinin mümkünsüzlüyü tək cavabdehin buna yazılı razılıq verməməsi ilə bağlı deyil, onun statusunun dövlət mənzil fonduna aid olmaması ilə də birbaşa əlaqəlidir. Məhkəmə qeyd edir ki, mənzilin özəlləşdirilməsi könüllük prinsipinə əsaslanır və bu proses mənzilə istifadə hüququ olan şəxslərin təşəbbüsü ilə qanunvericiliklə müəyyən edilmiş qaydada baş verməsi qanunla tənzimlənir. Yəni, qanunverici birmənalı olaraq mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində (orderdə) göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bunlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilməsini təsbit etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə olan halda iddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirilməsinə məhkəmə zərurət görmür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1482/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1482/2024
20.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver