Məhkəmə qərarları › İş №e-2(009)-1484/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1484/2024

22.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1484/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 46 Saylı Dövlət Notariat kontoruna, Cavabdeh1 və Cavabdeh2 qarşı "qanun üzrə vərəsəlik hüququnun tanınması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Bakı şəhəri 46 Saylı Dövlət Notariat kontoruna, Cavabdeh1 və Cavabdeh2 qarşı "qanun üzrə vərəsəlik hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 03 noyabr 2022-ci ildə və Cavabdeh1 21 fevral 2023-cü ildə Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küç, ev 12-də yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küç, ev 12-də yerləşən fərdi yaşayış evinə iddiaçı X9 vərəsəlik hüququnun tanınması və həmin miras əmlakın ½ hissəsinə payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci ildə vəfat etmiş bibisi X10 məxsus olmuşdur. Bibisi heç zaman ailə qurmamış və öz övladı olmamış, 2 qardaşı olmuş - X18 - xx.xx.2020-ci ildə vəfat etmiş, - X19 - xx.xx.2022-ci ildə vəfat etmişdir. X23 vəfat etdiyi zaman onun atası olan böyük qardaşı Sənan Nəcəfov daha öncə vəfat etdiyi üçün bibisinin qanun üzrə 2 vərəsi qalmışdır - əmisi Kənan Axundov və o. Onun uşaqlığı bibisinin yanında keçmiş, hər zaman yaxşı qohumluq münasibətləri olmuş, dəfinində ailəsiylə birgə iştirak etmişdir. Rəhmətə getməmişdən öncə bibisi, əmisi K.Axundovla qonşuluqda yaşayırdı, bibisi rəhmətə gedən ərəfədə əmisinin də sağlamlığında problemlər var idi. Bibisinə dəyməyə gələrkən görürdü ki, bibisi qaranlıqda qalır, əmisinin yoldaşına etirazını bildirirdi ki, niyə onun işığını yandırmır. Bibisinin son günlərində ailəsiylə ona dəyməyə gələndə əmisinin yoldaşı tərəfindən hər zaman maneələrə rast gəlirdi. Bibisi rəhmətə gedəndən əmisinin də sağlamlığında problemlər olduğundan o onunla bibisinə məxsus mirasın söhbətini aça bilmirdi. Atası sağ ikən hələ ona nəsihət etmişdi ki, malamülkə görə əmisi və onun ailəsi ilə mübahisə etməsin, əmisinin yeganə qızı olan Cavabdeh1 böyük qardaş əvəzi olduğu üçün münasibəti pozmasın və düşünürdü ki, onlar ondan xəbərsiz heç bir iş görməzlər. Təxmini 1 ay bundan qabaq ASAN xidmətdə öyrənmişdir ki, bibisinin adına olan əmlak transmissiya qaydasında Bakı şəhər 46 saylı notariat ofisində əmisinin vərəsələri olan həyat yoldaşı Cavabdeh2 Qaşinovna və qızı Cavabdeh1 kəçərək, qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnamə əldə etmişlər. Daha sonra sorğu əsasında onlara məlum olmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022 və xx.xx.2023-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş müddəti ötürdükdən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etmiş, ərizədə özlərindən başqa heç bir vərəsələri qeyd etməmiş, həmin tarixdə mübahisəli evə dair qanun üzrə vərəsəlik şəhadətnaməsini almışlar. Beləliklə, cavabdehlər onun hüquqlarını pozaraq, vərəsəlik hüququndan mərhum etmiş, tək özləri mübahisəli fərdi yaşayış evinə yiyələnmişlər. Notarius öz növbəsində cavabdehlərin qanunsuz əməllərini həyata keçirmək üçün onlara dəstək olmuş, vərəsələrin dairəsini müəyyən etməmişdir. Bundan sonra vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı o, Bakı şəhəri 46 saylı Notariat Ofisinə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Cavab onunla əsaslandırılmışdır ki, o, Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyəndirilmiş müddəti ötürmüş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Halbuki, cavabdehlər də həmin müddəti ötürmələrinə baxmayaraq, onlar qanun üzrə vərəsə kimi tanınıb, şəhadətnamə verilibdir. Beləliklə, cavabdehlər faktiki olaraq mübahisəli evə təkbaşına yiyələnərək onu vərəsəlikdən məhrum etmişdirlər. Etirazın dəlilləri: DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən verilmiş reyestrlərdən çıxarışlardan görünür ki, yaşayış və köməkçi sahələri cəmi 121 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küçəsində yərləşən 2 mərtəbəli, 12 saylı fərdi yaşayış evin 2/4 hissəsi X1, 1/4 hissəsi X6, 1/4 hissəsi isə X15 məxsus olmuş, evin birinci mərtəbədəki tikililər (1 yaşayış otağı və köməkçi sahələri) Kənan Axundovun və onun ailə üzvlərinin, 2-ci mərtəbədəki tikililər (1 yaşayış otağı və köməkçi sahələri) isə mərhum Nailə Axundovanın istifadəsində olmuşdur. Həmin evdə evin mülkiyyətçilərindən başqa onlar qeydiyyatda olmaqla yaşamış, nə iddiaçının atası, nədə ki, iddiaçının özü həmin evdə qeydiyyatda olmamış və yaşamamışlar. xx.xx.2021-ci il tarixdə X16 vəfat etmiş, axırıncının birinci növbəli vərəsələri olmadığından ondan miras qalmış əmlakı həmin evdə qeydiyyatda olmaqla yaşayan qardaşı Kənan Axundov faktiki qəbul edilərək idarə olunmuş, lakin xəstə olması səhhətində ciddi problemlərlə bağlı xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən vərəsəlik şəhadətnaməsini ala bilməmişdir. xx.xx.2022-ci il tarixdə X19 vəfat etdikdən sonra miras əmlakı axırıncının vərəsələri olaraq onlar həm faktiki, həm də rəsmi qəbul edib idarə etmişlər. İddiaçı iddia ərizəsində göstərdiyi kimi mirasqoyan Nailə Axundovanın vəfatından sonra dəfn və yas məclislərində iştirak etmiş olsa da, miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddətdə müvafiq notariat orqanlarına müraciət etməmiş, hazırda mirasqoyanın vəfatından 3 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı onlara qarşı qaldırdığı adlarına verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə dair tələbin təmin edilməməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 03 noyabr 2022-ci ildə və Cavabdeh1 21 fevral 2013-cü (2023) ildə Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küç, ev 12də yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küç, ev 12-də yerləşən fərdi yaşayış evinə iddiaçı X9 vərəsəlik hüququnun tanınması, mirası qəbul etmə müddətinin bərpa edilməsi və həmin miras əmlakın ½ hissəsinə payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, bibisi Axundova Nailə ilə hər zaman maraqlandığını, yas mərasimində yaxından iştirak etdiyini, atasının ona həmişə mirasa görə qohumları ilə mübahisə etməməsini, ona çatası payı özlərinin verəcəyini gözləməsini deməsini, buna görə də nə notariusa nə də ki, hazıradək məhkəməyə müraciət etmədiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh İsveçrədə həkim işləyir, Nəcəf müəllim isə marketdə mühafizəçi gecə növbəsində işləyir. Tərəflər qohumdurlar. İddiaçının atası nəsihət etmişdir ki, mülk üstündə mübahisə etməsinlər. Qarşı tərəf notariusa müraciət etdikdə, İddiaçı bu barədə heç bir məlumat verməmişlər, buna görə də o, nə də ki, hazıradək notariusa və məhkəməyə müraciət etməmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlərin nümayəndəsi və vəkili X11 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Qəmər xanımla danışmış, ona bildirmişdir ki, evdə hazırda onun anası qalır. Hesab edirdi ki, Nəcəfə də pay verəcək. Amma iddiaçı ona müraciət etmədən məhkəməyə müraciət etmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bəyim Ağamusa qızı ifadəsində bildirmişdir ki, o, Nailə Axundova ilə rəfiqə olmuşdur. Sənan, Kənan və Nailənin öz aralarında münasibətləri gözəl olmuşdur. Son zamanlar X30 Axundova ilə rəfiqələrinin görüşməsinə şərait yaratmırdı. Həmçinin bildirmişdir ki, Axundova Nailə özündən sonra evindən miras olaraq Nəcəfə də pay çatmasını istəyirdi, Nəcəf ailədə birinci nəvə olduğu üçün ona qarşı çox yaxşı mehriban münasibəti var idi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh ünvan 2 ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehlərin nümayəndəsi və vəkilinin izahatlarını, şahidin ifadəsini dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaqla qiymətləndirərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - X15 məxsus xx.xx.1946-cı il tarixli, AA seriyalı, 552174 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.1946-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı Kitabulla oğlu, ana qrafasında Axundova X31 qeyd edilmişdir. Bu barədə doğum haqqında şəhadətnamə akt qeydləri kitabında 25 fevral 1969-cu il tarixdə 883 nömrə ilə qeyd edilmişdir. - İddiaçı məxsus xx.xx.1969-cu il tarixli, AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X18, ana qrafasında X12 qeyd edilmişdir. Bu barədə doğum haqqında şəhadətnamə akt qeydləri kitabında 25 fevral 1969-cu il tarixdə 883 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 aprel 2020-ci il tarixli, AZ-İİ seriyalı, 041756 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 10 aprel 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 aprel 2020-ci il tarixdə 159 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 dekabr 2021-ci il tarixli, AZ-İİ seriyalı, 209089 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 22 oktyabr 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 oktyabr 2021-ci il tarixdə 693 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, AZ-İİ seriyalı, 209198 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 20 fevral 2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 fevral 2022-ci il tarixdə 136 nömrə ilə qeyd edilmişdir. - ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1-də istifadədə olan 0.00782 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə 1/4 hissədə X6, 1/4 hissədə X13, 1/6 hissədə X7, 1/6 hissədə X4 və 1/6 hissədə X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V-104 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh2dır və o, miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X13 xx.xx.2021-ci il tarixdə vəfat etmiş bacısı X10 məxsus olmuş, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X10 verilmiş **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.76 kv.m olan fərdi yaşayış evinin ¼ hissəsindən ibarətdir. - Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 2V-20 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan qızı Cavabdeh1dır və o, miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X13 xx.xx.2021-ci il tarixdə vəfat etmiş bacısı X10 məxsus olmuş, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X10 verilmiş **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.76 kv.m olan fərdi yaşayış evinin ¼ hissəsindən ibarətdir. - Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli, 3-48- DA/2-M-567-6-642/2024 nömrəli arxiv arayışından görünür ki, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olan 11 iyun 2024-cü il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1936-cı ilə dair Bakı şəhəri Voroşilov (Səbail) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 30 aprel 1936-cı ildə doğulan X14 təvəllüdü qeyd olunur. Atası: İddiaçı Kitabulla oğlu. Anası: Axundova X17. - ƏMDX DƏDKR PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1-də istifadədə olan 0.007820 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə 2/4 hissədə X2, 2/8 hissədə Cavabdeh2 və 2/8 hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 01 iyul 2024-cü il tarixli X/102 saylı məktubdan görünür ki, X5 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə məxsus hissəsinə dair Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vəsərəik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 miras əmlakına dair Bakı şəhəri 46 saylı Notariat ofisində açılmış vərəsəlik işi açılmış, X6 mülkiyyətində xx.xx.2014-cü il tarixdə verilmiş **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi olan 121.76 kv.m olan fərdi yaşayış evinin ¼ hissəsindən ibarət payı olmuşdur. X6 vəfat edən zaman onun qanun üzrə vərəsələri xx.xx.2022-ci ildə vəfat etmiş X19 və xx.xx.2020-ci ildə vəfat etmiş qardaşı X14 oğlu İddiaçı olmuşdur. X19 miras əmlakı faktiki qəbul etsə də (əmlak ¼ hissədə onun da mülkiyyətində olmuşdur), xx.xx.2022-ci ildə vəfat etdiyindən vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. İş materiallarında olan Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V- 104 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh2dır və o, miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X13 xx.xx.2021ci il tarixdə vəfat etmiş bacısı X10 məxsus olmuş, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X10 verilmiş **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.76 kv.m olan fərdi yaşayış evinin ¼ hissəsindən ibarətdir. Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 2V-20 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan qızı Cavabdeh1dır və o, miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X13 xx.xx.2021-ci il tarixdə vəfat etmiş bacısı X10 məxsus olmuş, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X10 verilmiş **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.76 kv.m olan fərdi yaşayış evinin ¼ hissəsindən ibarətdir. İddiaçının tələblərini əsaslandırdığı dəlillərə əsasən o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsə olmasına baxmayaraq miras əmlakdan ona pay verilməmişdir. Buna görə də Bakı şəhəri 46 saylı Notariat ofisinə müraciət etmiş, lakin Notariat ofisinin imtina məktubu ilə bildirilmişdir ki, o, Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyəndirilmiş müddəti ötürmüş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İşin materiallarından görünür ki, X13 vəfatından sonra onun birinci dərəcəli vərəsələri olan arvadı Cavabdeh2 və qızı Cavabdeh1 notariat orqanına müraciət etmiş və xx.xx.2022-ci il tarixdə vərəsəlik işin nömrəsi V-19/2022, Reyestrdə 2V-104 nömrəli və xx.xx.2023-cü il tarixdə vərəsəlik işin nömrəsi V-19/2022, Reyestrdə 2V-20 nömrəli qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X13 xx.xx.2021-ci il tarixdə vəfat etmiş bacısı X10 məxsus olmuş, ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X10 verilmiş **********12-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.76 kv.m olan fərdi yaşayış evinin ¼ hissəsində miras qoyan X13 qanun üzrə birinci dərəcəli vərəsələri olan arvadı Cavabdeh2 və qızı Cavabdeh1 müvafiq olaraq payları müəyyən edilmiş və hazırda həmin əmlak onların mülkiyyətindədir. İddiaçı hazırda digər vərəsələrin adına verilmiş şəhadətnamələrin etibarsızlığını və özünün də miras əmlakda pay hüququnun tanınmalı olmasını mübahisələndirir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə hazırki iş üzrə hesab edir ki, iddiaçı tərəfindən mirasın qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilməməsi, mirasın qəbul edilməsi üçün Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin (altı ay) buraxılması işin mübahisəsiz hallarındandır və notariat orqanının iddiaçının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkünsüzlüyü ilə bağlı göstərdikləri işin halları ilə uzlaşır. Başqa sözlə, cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətdə müraciət etməməsinin səbəbi ilə bağlı izahatında və buna dair ərizəsində göstərdiklərinə qiymət verərək hesab edir ki, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin ötürülməsinin səbəbini cavabdehlərin ona payını vermələrini gözləməsi və atasının tövsiyəsinə uyğun olaraq onlarla mirasa görə mübahisə etmək istəməməklə onlara inanması ilə əlaqələndirsə də məhkəmə bu halları vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilməməsinə əsas olan üzrlü səbəblər kimi qiymətləndirmir. Belə ki, iddiaçı tərəfə heç kim və heç nə mane olmurdu ki, özü müstəqil olaraq notariat ofisinə ərizə vermək qaydasında mirası qəbul etmək üçün həmin orqana müraciət etsin. İddiaçı tərəfin izahatlarına əsasən onun X6 xx.xx.2021-ci il tarixdə vəfat etməsi barədə məlumatlı olması (yas mərasimlərində iştirak etməsi və s.) işin mübahisəsiz halıdır və məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin buraxılması barədə göstərilənlər üzrlü səbəblər kimi qiymətləndirilə bilməz. Məhkəmə, şahid qismində dindirilmiş Bəyim Ağamusa qızının ifadəsində göstərdiyi hallara münasibət bildirərək qeyd edir ki, şahid ifadəsi iddiaçının iddiasını əsaslandırdığı halların təsdiq edilməsi üçün yetərli və tutarlı sübut növü kimi kimi qiymətləndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında istinad etsə də, həmin Qərar hazırkı mübahisəyə şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 46 Saylı Dövlət Notariat kontoruna, Cavabdeh1 və Cavabdeh2 qarşı "qanun üzrə vərəsəlik hüququnun tanınması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar