Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1491/2022 30.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı – Cavabdeh1 MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh1 MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad edilməsi haqqında Cavabdeh1 MMC-nin K-4444 nömrəli, 20 may 2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməsi, “X7 Hotel Baku” Filialında icraçı direktor vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi, cavabdehin təqsiri üzündən ölkəni tərk etdiyindən aviabiletlərə görə ödənilmiş 1160.56 manat, otelə görə ödənilmiş 1489.07 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla), ödənilmiş 2000 manat təhsil haqqının əvəzi olaraq cəmi 3160.56 (üç min yüz altmış manat əlli altı qəpik) manat və 1489.07 (min dörd yüz səksən doqquz dollar yeddi sent) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla) məbləğində pulun Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin aprel ayından etibarən “X7 Hotel Baku” Filialında işə başlamış, 07 oktyabr 2019-cu il tarixində onunla Cavabdeh1 MMC-nin “X7 Hotel Baku” Filialı arasında müddətli əmək müqaviləsi bağlanılmışdır. Müqavilənin müddəti 18 fevral 2023-cü ilə qədər nəzərdə tutulmuşdur. Rəhbərlik etdiyi otel dünyaca məşhur və nüfüzlu otellərdən biri olduğundan işinin məsuliyyətini dərk etmiş və daim yüksək tutmuşdur. Bu dövr ərzində o, işə vicdanla yanaşmış və iş fəaliyyətində heç bir nöqsanı olmamışdır. Otelin nüfuzunu saxlamaq da elə ən çətin məsələlərdən biri olduğundan bütün xırda detallara belə həssas yanaşmışdır. Personalın əmək funksiyalarına nəzarət edilməsi, həmçinin işə qəbul və işdən azad etmə səlahiyyətləri də ona aid olmuşdur. Bununla bağlı, 10 may 2022-ci il tarixdə şirkətin əməkdaşı olan mühafizə meneceri Atamoğlan Hüseynovun mütəmadi olaraq işdə yol verdiyi nöqsanları ilə əlaqədar onunla bağlanılmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdə bitməsini nəzərə alaraq, onunla bağlanılmış əmək müqaviləsinin müddətinin uzadılmaması haqqında qərar vermişdir. Belə ki, Atamoğlan Hüseynov qonaqlara aid şəxsi məlumatları və videogörüntüləri ona bildirmədən, ondan razılıq almadan, özbaşna olaraq məktub əsasında xidməti vəsiqəni təqdim etməyən, lakin özünü polis əməkdaşı kimi təqdim edən şəxsə vermişdir. Bu qərarı Cavabdeh1 MMC-nin rəhbər şəxslərin yumşaq desək qəzəbinə səbəb olmuşdur. İlk öncə onunla əmək müqaviləsinin uzadılmasına dair tapşırıqlar almağa başlamışdır. Daha sonra isə 11 may 2022-ci il tarixdə Cavabdeh1 MMC məktubla Accor Şirkətinə müraciət edərək, ayrı-ayrılıqda onunla və digər əməkdaş – insan resursları üzrə direktor Fəridə Abbasovla bağlanılan əmək müqavilələrinə xitam verilməsini tələb etmişdir. Accor şirkəti öz növbəsində bundan imtina etmişdir. Daha sonra isə Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən ona və Fəridə Abbasova qarşı ərizələrini yazıb işdən çıxmaqları ilə bağlı təzyiqlər başlamışdır. Təbii ki, onlar bundan imtina etmişlər. Buna görə də, rəhbərlik ondan qurtulmaq üçün 20 may 2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Əsas kimi isə hansısa naməlum akt göstərilmişdir. Halbuki, o akt ona təqdim edilməmişdir. Əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) ilə işçinin işəgötürən tərəfindən azad edilməsi əsaslarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin (tərəflərdən birinin təşəbbüsü) dəqiqləşdirilməsi, daha doğrusu hansı halları nəzərdə tutması həmin Məcləənin 70-ci maddəsi ilə dəqiqləşdirilmişdir. Həmin normaya görə Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda. Bundan sonra o, rəhbərliyə bildirmişdir ki, bu hərəkətləri qanunsuzdur, bununla bağlı məhkəməyə müraciət edəcəkdir. Bununla əlaqədar mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində cavabdeh tərəf verdiyi əmrin qanunsuz və əsassız olduğunu anlayaraq onunla barışıq sazişi bağlamışdır. Barışıq sazişinin şərtlərinə əsasən, cavabdeh tərəfindən elektron əmək müqaviləsi bildirişində göstərilən xitam maddəsinə, yəni Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində qanuna uyğun şəkildə dəyişklik edilməli Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) qeyd edilməli idi. Lakin, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Baxmayaraq ki, o, artıq neçə ildir ailəsi ilə birlikdə Azərbaycanda yaşayır, uşağı burada məktəbə gedir və məktəbin ödənişini də əvvəlcədən aparmışdır. Cavabdeh dərhal Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, demək olar ki, onu ölkədən qovmuşdur. Buna səbəb isə onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmaq olmuşdur. Barışıq sazişinin icrasına da 14-28 gün isətəmələri də onun tərəfindən iddia müddətini ötürməyi üçün olmuşdur. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbi həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad edilməsi haqqında Cavabdeh1 MMC-nin K-4444 nömrəli, 20 may 2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməsi, “X7 Hotel Baku” Filialında icraçı direktor vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi, cavabdehin təqsiri üzündən ölkəni tərk etdiyindən aviabiletlərə görə ödənilmiş 1160.56 manat, otelə görə ödənilmiş 1489.07 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla), ödənilmiş 2000 manat təhsil haqqının əvəzi olaraq cəmi 3160.56 (üç min yüz altmış manat əlli altı qəpik) manat və 1489.07 (min dörd yüz səksən doqquz dollar yeddi sent) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla) məbləğində pulun və vəkilə görə ödənilmiş 3300 (üç min üç yüz) manat məbləğində pulun Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 MMC-nin K- 4444 nömrəli 20 may 2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməsi, “X7 Hotel Baku” Filialında icraçı direktor vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona verilməsi, cavabdehin təqsiri üzündən ölkəni tərk etdiyindən aviabiletlərə görə ödənilmiş 1160.56 manat, otelə görə ödənilmiş 1489.07 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla), ödənilmiş təhsil haqqının əvəzi olaraq 2000 manat və vəkilə ödənilmiş 3300 manat məbləğində pul vəsaitinin cavabdeh Azinko Development MMC-dən tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı xx.xx.2019-cu ildə Cavabdeh1 MMC-nin “X5 Otel Bakı” filialında işə başlamış, onunla Cavabdeh1 MMC-nin “X7 Hotel Baku” Filialı arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh1 MMC-nin “X7 Hotel Baku” Filialı icraçı direktoru İddiaçı öz hərəkətləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” va “b” bəndləri ilə nəzərdə tutulmuş əsas vəzifələri yerinə yetirmədiyindən xx.xx.2022-ci il tarixli, K-4444 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilmiş və o, həmin tarixdən işdən çıxarılmışdır. İddiaçı həmin əmrlə razılaşmadığından Mediasiya Şurasına “onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 2EAB7D00001X0 saylı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ila xitam verilməsi” tələbi ilə müraciət etmişdir. Mediasiya prosesi xx.xx.2022-ci il tarixə təyin edilmiş və tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi imzalanmışdır: “2.1. İkinci tərəf Saziş imzalandıqdan sonra 1 (bir) gün ərzində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 2EAB7DO0001X0 saylı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və Birinci tərəfin əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə dair öhdəlik götürür. 2.2. İkinci tərəf Saziş imzalandıqdan sonra 1 (bir) gün ərzində 2.1-ci maddədə qeyd edilən öhdəliyi icra etmək məqsədilə müvafiq dövlət orqanına müraciət edəcəkdir. 2.3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini va aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı va keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar va öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm da notarisun icra qeydina əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir”. Barışıq sazişinin şərtlərinə şirkət tərəfindən əməl edilərək elə saziş bağlandığı gün, yəni xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmiş, barışıq sazişinin surəti sözügedən dövlət orqanına təqdim edilmiş, orqanın “Zeynalova” soyadlı səlahiyyətli şəxsi tərəfindən qəbul edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin “X5 Otel Bakı” filialına qarşı “Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad edilməyi haqqında Cavabdeh1 MMC-nin K-4444 nömrəli, 20 may 2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməsi, “X7 Hotel Baku” Filialında icraçı direktor vəzifəsinə bərpa olunmağı, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi, cavabdehin təqsiri üzündən ölkəni tərk etdiyindən aviabiletlərə görə ödənilmiş 1160.56 manat, otelə görə ödənilmiş 1489.07 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla), ödənilmiş 2000 manat təhsil haqqının əvəzi olaraq, cəmi 3160.56 (üç min yüz altmış manat əlli altı qəpik) manat və 1489.07 (min dörd yüz səksən doqquz dollar yeddi sent) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla) məbləğində pulun Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi” tələbi ilə məhkəməyə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixdə elektron sistemdə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişə düzəliş olunaraq xx.xx.2022-ci il tarixli, 2EAB7DO0001X0 saylı əmək müqaviləsi bildirişi etibarsız hesab edilmiş və İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etmiş, xx.xx.2022-ci il tarixdə yeni ərizə ünvanlayaraq iddia ərizəsinin geri qaytarılması haqqında ərizəsindən imtina etdiyini bildirmişdir. İş üzrə xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə məhkəmə hazırlıq iclasları keçirilmiş, sonuncu məhkəmə iclasında iddiaçı tələbinin həcmini artıraraq “Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad edilməyi haqqında Cavabdeh1 MMC-nin K-4444 nömrəli, 20 may 2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməsi, “X7 Hotel Baku” Filialında icraçı direktor vəzifəsinə bərpa olunmağı, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi, cavabdehin təqsiri üzündən ölkəni tərk etdiyindən aviabiletlərə görə ödənilmiş 1160.56 manat, otelə görə ödənilmiş 1489.07 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla), ödənilmiş 2000 manat təhsil haqqının əvəzi olaraq cəmi 3160.56 (üç min yüz altmış manat əlli altı qəpik) manat və 1489.07 (min dörd yüz səksən doqquz dollar yeddi sent) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla) məbləğində pulun və vəkilə ödəniimiş 3300 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi”ni xahiş etmişdir. İddia tələbinin qanunsuz və əsassız olması ilə bağlı aşağıdakı halları hörmətli məhkəmənin diqqətinə çatdırırlar. Birincisi, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə dair K-4444 nömrəli, 20 may 2022-ci il tarixli əmrdən narazı olduğundan bununla bağlı Mediasiya Şurasına müraciət etmişdir. Tərəflər xx.xx.2022-ci il tarixli, 2EAB7DO0001X0 saylı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışlar. Həmin barışıq sazişinin 2.4-cü bəndindən görünür ki, Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Odur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə digər bir iddia tələbi ilə iddia icraatı qaydasında deyil, məhz xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi tələbi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-7-ci fəslinin tələblərinə uyğun xüsusi icraat qaydasında məhkəməyə müraciət etməli idi. İddiaçı o vaxt hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi ki, mediasiya prosesində barışıq sazişi əldə olunmasın və mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilsin. İkincisi, mübahisələndirilən əmrin elektron sistemə daxil edilməsinə dair xx.xx.2022-ci il tarixli, 2EAB7DO0001X0 saylı əmək müqaviləsi bildirişi etibarsız hesab edilmiş, İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmiş və bununla bağlı bildiriş xx.xx.2022ci il tarixdə elektron sistemə daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, iddiaçı artıq mövcud olmayan bir əmri mübahisələndirə bilməz. Ona görə də iddiaçı iddia tələbini dəqiqləşdirməlidir. Üçüncüsü, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə dair əmrdən narazı olmuş olsa belə həmin mübahisə artıq yeni bir iddia tələbinin predmetidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, iddiaçı iddia tələbini “onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə dair əmrin ləğvi” tələbi ilə dəqiqləşdirə bilməz. Belə ki, bu zaman iddianın həm əsası, həm də predmeti dəyişilmiş olur ki, bu da qanunla yolverilməzdir. Dördüncüsü, əgər iddiaçı tələbini “onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə dair əmrin ləğvi” tələbi ilə dəqiqləşdirərsə və dəqiqləşdirmə ərizəsi məhkəmə tərəfindən qəbul edilərsə belə, iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixli mediasiya prosesində “onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 2EAB7DO0001X0 saylı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ila xitam verilməsi” tələbi ilə çıxış etmişdir. Əgər hazırda yeni əmri mübahisələndirərsə, iddia ərizəsi baxılmamış saxlanılmalı, İddiaçı yenidən mediasiya prosesində iştirak etməli və bundan sonra məhkəməyə müraciət etməlidir. Beşincisi, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə dair əmrin ləğvini tələb edə bilməz. Belə ki, iş materiallarından görünür ki, işdən azad edilməyə dair ərizə sonuncu tərəfindən şəxsən imzalanmışdır. İddiaçı işdən azad edilməyi ilə bağlı aşağıdakı məbləğlər ödənilmişdir: 2022-ci il may ayı üçün əmək haqqı - 4291,74 USD (7295,96 AZN); iki aylıq əmək haqqının kompensasiyası - 10000 USD (17000,00 AZN); istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyası (54,61 gün) - 14,068 USD (23915,94 AZN); şəxsi əşyaların kargo xidmətlərinin kompensasiyası - 4000 USD (6800 AZN); İddiaçı və onun 3 nəfər ailə üzvünün bilet pulu - 2960 AZN. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Göründüyü kimi İddiaçı onunla bağlanmş əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə razı olmuş, yuxarıda göstərilən məbləğlər bank hesabına yükləndikdən sonra ödənişi qəbul etmiş və digər bank hesabına köçürmüşdür. Əgər, İddiaçı əmrlə razı olmasa idi, iş yekunlaşanadək son-haqq hesabı götürməz və işə bərpa olunmağını gözləyərdi. Altıncısı, əmr qanuni və əsaslı əmr olduğundan, iddiaçı son-haqq hesabı götürməklə bilavasitə əmrlə razılaşdığından “X7 Hotel Baku” Filialında icraçı direktor vəzifəsinə bərpa oluna və ona məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilə bilməz. Yeddincisi, iddiaçı “cavabdehin təqsiri üzündən ölkəni tərk etdiyindən aviabiletlərə görə ödənilmiş 1160.56 manat, otelə görə ödənilmiş 1489.07 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla), ödənilmiş 2000 manat təhsil haqqının əvəzi olaraq cəmi 3160.56 (üç min yüz altmış manat əlli altı qəpik) manat və 1489.07 (min dörd yüz səksən doqquz dollar yeddi sent) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla) məbləğində pulun və vəkilə ödənilmiş 3300 manat məbləğində pul vəsaitinin Cavabdeh1 MMC-dən tutularaq ona verilməsi”ni xahiş etsə də, a) qeyd etmək lazımdır ki, aviabiletlərə görə iddiaçının əvəzinə “X6” MMC-yə 2960 manat ödənilmişdir, b) təhsil haqqı və hotel xərclərinə gəldikdə iddiaçı ilə bağlanmış əmək müqaviləsində Cavabdeh1 MMC belə bir öhdəlik götürməmişdir. Götürmüş olsa belə artıq əmək münasibətləri faktiki olaraq pozulduğundan və xitam verildiyindən öhdəliklərə də xitam verilmiş hesab olunur, c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırkı halda iddia tələbinin hüquqi və qanuni əsası olmadığından vəkilə çəkilmiş xərclər cavabdeh tərəfindən ödənilə bilməz və iddiaçının özünə aid edilməlidir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC-nin K-4444 nömrəli, 20 may 2022-ci il tarixli əmrindən görünür ki, Cavabdeh1 MMC-nin “X5 Otel Bakı” filialında icraçı direktor vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC-nin direktoru ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli tərəflərin razılaşma memorandumundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən etibarən əmək funksiyasını həyata keçirməyəcəyini, Cavabdeh1 MMC isə İddiaçı 2022-ci il may ayı üçün əmək haqqı - 4291,74 USD (7295,96 AZN); iki aylıq əmək haqqının kompensasiyası - 10000 USD (17000,00 AZN); istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyası (54,61 gün) - 14,068 USD (23915,94 AZN); şəxsi əşyaların kargo xidmətlərinin kompensasiyası - 4000 USD (6800 AZN) məbləğində pul ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC-nin direktoru ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin şərtlərindən görünür ki: “2.1. İkinci tərəf Saziş imzalandıqdan sonra 1 (bir) gün ərzində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 2EAB7DO0001X0 saylı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və Birinci tərəfin əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə dair öhdəlik götürür. 2.2. İkinci tərəf Saziş imzalandıqdan sonra 1 (bir) gün ərzində 2.1-ci maddədə qeyd edilən öhdəliyi icra etmək məqsədilə müvafiq dövlət orqanına müraciət edəcəkdir. 2.3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini va aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı va keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar va öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.4. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.5. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm da notarisun icra qeydina əsasən həyata keçirilə bilər. 2.6. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir”. İş materiallarına əlavə olunmuş Cavabdeh1 MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X4 Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il taririxli məktubdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci tarixli, 21AB7DO0001XO saylı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və ƏMAS-da Azərbaycan Respublikası ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin həmin tarixlə daxil edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin K-4444 nömrəli, 20 may 2022-ci il tarixli əmrinə əsasən Cavabdeh1 MMC-nin “X5 Otel Bakı” filialında icraçı direktor vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilmiş, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə dair K-4444 nömrəli, 20 may 2022-ci il tarixli əmrdən narazı olduğundan bununla bağlı Mediasiya Şurasına müraciət etmiş və Mediasiya zamanı tərəflər arasında xx.xx.2022-ci il tarixli, 2EAB7DO0001X0 saylı əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlamış və barışıq sazişinin icrası ilə bağlı bildiriş xx.xx.2022-ci il tarixdə elektron sistemə daxil edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin K-4444 nömrəli 20 may 2022-ci il tarixli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, “X7 Hotel Baku” Filialında icraçı direktor vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona verilməsi, cavabdehin təqsiri üzündən ölkəni tərk etdiyindən aviabiletlərə görə ödənilmiş 1160.56 manat, otelə görə ödənilmiş 1489.07 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə olan məzənnəsilə manatla), ödənilmiş təhsil haqqının əvəzi olaraq 2000 manat və vəkilə ödənilmiş 3300 manat məbləğində pul vəsaitinin cavabdeh Azinko Development MMC-dən tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf məhkəməyə etdiyi müraciətinə ilkin mediasiya sessiyasında iştirak etməkləri barədə müvafiq barışıq sazişi əlavə etsə də, qeyd edilən barışıq sazişinə əsasən İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsası kimi qeyd edilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə dəyişdirilmiş və bildiriş elektron sistemə daxil edilmişdir. İddiaçı tərəf Saziş bağlandıqdan sonra yaranan mübahisələrə dair iddia tələbi ilə məhkəməyə müraciət etdiyi halda, yenidən ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı iddia ərizəsinə əlavə etməli idi. Hazırki iddia ərizəsinə yaranmış mübahisənin həlli ilə bağlı müvafiq arayış əlavə edilmədən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda iddia ərizəsi baxılmamış saxlanır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Həmin qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci hissəsinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı – Cavabdeh1 MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı – Cavabdeh1 MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1491/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1491/2022
30.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver