Məhkəmə qərarları › İş №e-2(009)-150/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-150/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-150/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan 45751.87 AZN məbləğində pulun, o cümlədən ödənilmiş 229 manat dövlət rüsumunun, ümumilikdə 45980.87 AZN pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 göstərilmiş tibbi xidmətin qarşılığı olan 45751.87 AZN məbləğində pulun, o cümlədən ödənilmiş 229 manat dövlət rüsumunun, ümumilikdə 45980.87 AZN pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, onların arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış həmin barışıq sazişinin şərtlərinə görə: 1.İddiaçı MMC iddia etdiyi 45980.87 manat məbləğində puldan 10.990,435 (on min doqquz yüz doxsan) manat məbləğində pulu güzəşt etməyi öz öhdəsinə götürür. 2.Tərəflər razılaşır ki, cavabdehlər iddiaçıya ödənilməli olan pulu 34990.435 (otuz dörd min) manat məbləğində müəyyən edilir. 3.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-yə 24000 (iyirmi dörd min) manat məbləğində pul vəsaitini dərhal (01 gün) ərzində ödəməyi öz öhdəsinə götürür. 4.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-yə 24000 (iyirmi dörd min) manat məbləğində pul vəsaitini ödədikdən sonra geridə qalan 10990,435 (on min doqquz yüz doxsan) manat məbləğində pul vəsaitini sazişin bağlandığı tarixdən 2 il müddətində hissə-hissə ödəməyi öhdəsinə götürür. 5.Tərəflər bu maddədə göstərilən maddələr istisna olmaqla bir - birilərindən heç bir ad altında kompensasiya və digər tələblər irəli sürməyəcəklərini, bütün iddialardan və tələb hüquqlarından qarşılıqlı olaraq imtina etdiklərini bəyan edir və öhdəsinə götürürlər. 6.Hazırki barışıq sazişi azərbaycan dilində üç nüsxədə tərtib edilir, tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq edilir, Bakı şəhəri Səbail Rayon Məhkəməsində, habelə iddiaçı və cavabdehlərdə saxlanılır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Tərəflər arasında məhkəmə xərcləri ilə bağlı razılaşma olmadığından və məhkəməxətşünaslıq ekspertizası Cavabdeh2 nümayəndəsinin vəsatəti əsasında aparıldığından məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası xərci, 110 (bir yüz on) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: 1.İddiaçı MMC iddia etdiyi 45980.87 manat məbləğində puldan 10.990,435 (on min doqquz yüz doxsan) manat məbləğində pulu güzəşt etməyi öz öhdəsinə götürür. 2.Tərəflər razılaşır ki, cavabdehlər iddiaçıya ödənilməli olan pulu 34990.435 (otuz dörd min) manat məbləğində müəyyən edilir. 3.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-yə 24000 (iyirmi dörd min) manat məbləğində pul vəsaitini dərhal (01 gün) ərzində ödəməyi öz öhdəsinə götürür. 4.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-yə 24000 (iyirmi dörd min) manat məbləğində pul vəsaitini ödədikdən sonra geridə qalan 10990,435 (on min doqquz yüz doxsan) manat məbləğində pul vəsaitini sazişin bağlandığı tarixdən 2 il müddətində hissə-hissə ödəməyi öhdəsinə götürür. 5.Tərəflər bu maddədə göstərilən maddələr istisna olmaqla bir - birilərindən heç bir ad altında kompensasiya və digər tələblər irəli sürməyəcəklərini, bütün iddialardan və tələb hüquqlarından qarşılıqlı olaraq imtina etdiklərini bəyan edir və öhdəsinə götürürlər. 6.Hazırki barışıq sazişi azərbaycan dilində üç nüsxədə tərtib edilir, tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq edilir, Bakı şəhəri Səbail Rayon Məhkəməsində, habelə iddiaçı və cavabdehlərdə saxlanılır. Tərəflər bəyan edirlər ki, bu Barışıq sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir. Bu sazişin şərtlərinin könüllü icra edilməməsi Tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262-ci maddələrinin tələbləri izah edilmişdir. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası xərci, 110 (bir yüz on) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar