Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1504/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, Ərizəçi İddiaçı nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı – maraqlı şəxs Cavabdeh cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanması, Cavabdeh tərəfindən xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ayın 1-dən 10-na qədər iyun ayından başlamaqla 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 06 sentyabr 2013-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşdur. Xasiyyətləri tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailəninsaxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment məsələsinə dair aralarında barışıq sazişi bağlanmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Nərminə Fikrət qızının nümayəndəsi Vəkil ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, eyni zamanda hazırda uşaqların ananın himayəsində olduğunu, alimentin maraqlı şəxs tərəfindən ödənildiyini, tərəflər arasında bununla bağlı mübahisənin olmadığını, gələcəkdə öhdəliyin icrasından imtina ediləcəyi halında icra sənədinin mövcud olması məqsədi ilə hazırki tələblə məhkəməyə müraciət edildiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, ərizəni iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişininin 8-ci bəndinə əsasən sazişin könüllü icrasından imtina olunsa, tərəfin sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilməsi qeyd edilmişdir. “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin məhkəməyə müraciət etməkdə məqsədi cavabdehin gələcəkdə sazişin könüllü icrasından imtina etməsinin qarşısını almaq olmuşdur. Maraqlı şəxs isə sazişin könüllü icrasından imtina etmir. Bununla bağlı tərəflər arasında heç bir mübahisə yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı maraqlı şəxs Cavabdeh cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə maraqlı şəxs sazişin könüllü icrasından imtina etmədiyindən, başqa sözlə tərəflər arasında hazırda mübahisə olmadığından məhkəmədə baxılmalı olmamaqla, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) MPM-nin 114.1.4-cü maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah edilsin ki, gələcəkdə saziş üzrə öhdəliklər maraqlı şəxs tərəfindən könüllü icra edilmədikdə hazırki tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Ərizə ilə müraciət etmək üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ərizəçi İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1504/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1504/2023
20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver